RSS
 

Login:
Şifrə:
» » Axırıncı günə iman

Xəbər lenti

“Möcüzə yaradan dua” – İSMİ-ƏZƏM
“Möcüzə yaradan dua” – İSMİ-ƏZƏM...
Hacət namazını necə qılaq?
Hacət namazını necə qılaq?...
Allahın insana olan sevgisi
Allahın insana olan sevgisi...
İmadəddin Nəsimi həyatı və yaradıcılğı
İmadəddin Nəsimi həyatı və yaradıcılğı...
İmam Həsən Əskərinin (ə) siyasi-ictimai həyatına qısa bir baxış
İmam Həsən Əskərinin (ə) siyasi-ictimai həyatına qısa bir baxış...
Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam
Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam...
Bir gəncin nəfsinə necə hakim olması ilə bağlı Əllamə Təbatəbaiyə yazdığı məktub
Bir gəncin nəfsinə necə hakim olması ilə bağlı Əllamə Təbatəbaiyə yazdığı məktub...
İmam Sadiqdən (ə) doqquz nəsihət
İmam Sadiqdən (ə) doqquz nəsihət...
Qəm-qüssə zamanı oxunan dua
Qəm-qüssə zamanı oxunan dua...
Dostluğa layiq olmayan kəslər
Dostluğa layiq olmayan kəslər...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Axırıncı günə iman

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 8-03-2015, 15:38 | Şərh sayı: (0) | Baxılıb: 638

Axırıncı günə iman


Axırıncı günə iman


Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrayılın: "Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: "(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Müsəlman bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin ola bilməz.
Axirətə iman imanın altı əsasından biri hesab olunur. Uca Allah buyurur: "Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən şəxslərdir” (əl-Bəqərə, 177). Axirət gününə iman dedikdə ölümdən sonra Qiyamət gününədək olan qəbirdəki "bərzəx” həyatı, Qiyamət günü dirilərək Allahın hüzuruna toplanıb haqq-hesaba çəkilmə,
Cənnət və Cəhənnəm nəzərdə tutulur.
Bunların hamısı Axirətə iman məfhumuna daxildir. Axirət sözü axırıncı deməkdir. Axirət günü axırıncı gündür və o gündən sonra başqa bir gün olmayacaq.
Ölü qəbirə qoyulduqdan sonra Rəbbi, dini və peyğəmbəri haqqında sorğuya çəkiləcək. Uca Allah qəbirdə möminlərə sorğu-suala cavab verməyə yardım edəcək və onlar üçün qəbirdə nemətlər hazırlayacaq. Kafirlər isə qəbirdə sorğu-suala cavab verə bilməyəcəkvə onlar üçün qəbir əzabı hazırlanacaq. Allah buyurur: «Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!" - dediklərini görəydin!» (əl-Ənam, 93). Qiyamət günü İsrafil mələyin ikinci dəfə sura üfürməsi ilə Uca Allah hesaba çəkmək üçün ölüləri dirildərək qəbirlərdən çıxaracaqdır. Uca Allah bu barədə belə buyurur: «Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!» (əz- Zumər, 68).
İnsanlar qəbirlərindən çılpaq və sünnətsiz olaraq aləmlərin Rəbbinin hüzurunda hesaba duracaqlar. Uca Allah buyurur: «O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik» (əl-Ənbiya, 104).
Əməl dəftərləri insanların sağ tərəfindən və ya arxalarının solundan veriləcək. Uca Allah buyurur: «Kimin əməl dəftəri sağ əlinə verilmişsə, Onun yüngül haqq-hesab çəkiləcək Və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır! Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə, O: "Ay öldüm!" - deyə şivən qopardacaq və Cəhənnəmə vasil olacaqdır!» (əl-İnşiqaq, 7-12). «Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (Və ona belə deyərik: ) "Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə kifayətsən!" « (əl-İsra, 13-14). Əməllərin çəkiləcəyi mizan-tərəzisi qiyamət günü ortaya qoyulacaq və heç kəsə zərrə miqdarı qədər haqsızlıq edilməyəcək.
Uca Allah buyurur: «Məhz tərəziləri ağır gələnlər (dünyada yaxşı əməlləri çox olanlar) nicat taparlar.Tərəziləri yüngül gələnlər (dünyada çoxlu günah qazananlar) isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar. Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasına, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar. « (əl-Muminun, 102-104). Qiyamət günü Muhəmməd peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun- şəfaət edəcəkdir. İnsanlar qiyamət günü dəhşətli sıxıntı və kədərlə qarşılaşacaq və onlara şəfaətçi olması üçün birinci Adəmin, sonra Nuhun, sonra İbrahimin, sonra Musanın,sonra İsanın, sonda isə Məhəmməd peyğəmbərin yanına gələcəklər. Rəsulallah da onlara şəfaətçi olacaqdır.Qiyamət günü Cəhənnəmin üzərində Sirat körpüsü qurulacaq. İnsanlar onun üzərindən əməllərinə görə keçəcəklər. İlk dəstə ildırım,ikinci dəstə külək, üçüncü dəstə quş sürəti ilə, sonrakı dəstə isə adi insan addımları ilə Sirat körpüsünün üzərindən keçəcəklər. Onlardan sonra sürünərək başqa bir dəstə gələcəkdir. Sirat körpüsünün hər iki tərəfində əmr olunan kəsləri tutmaq üçün asılı dəmir qarmaqlar olacaq. Qarmaqların tutmadığı kəslər qurtulacaq, tutulanlar isə Cəhənnəmə atılacaqdır.Uca Allah mömin bəndələri üçün nemətlər yurdu olan Cənnəti hazırlamışdır. Orada heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç kəsin ağlına belə gəlmədiyi nemətlər vardır. Uca Allah buyurur: «Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!» (əs-Səcdə, 17). Həmçinin, Uca Allah kafirlər üçün əzab yurdu olan Cəhənnəmi hazırlamışdır. Orada ağılagəlməyən əzab və işgəncələr vardır. Uca Allah buyurur: «Və de: "Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!» (əl-Kəhf, 29). Cənnət və Cəhənnəm hal-hazırda vardır və heç vaxt yox olmayacaqdır. Uca Allah Cənnət
haqqında belə buyurur: «Və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura (küfrdən imana) çıxartmaq üçün Allahın açıq-aşkar (halal-haramı bəyan edən) ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir. Kim Allaha iman gətirib yaxşı iş görsə, (Allah) onu əbədi qalacaqları, ağacları altından çaylar axan cənnətlərə daxil edər. Həqiqətən, Allah ona gözəl ruzi əta etmişdir!» (ət-Talaq, 11). Cəhənnəm haqqında isə belə buyurur: «Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar, (özlərinə) nə bir hami, nə də bir mədədkar tapa biləcəklər. Üzləri odda çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: "Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!" - deyəcəklər.» (əl-Əhzab, 64-66). Bu mövzuda rəvayət edilən hədislər çoxdur. Hər bir müsəlman Quranda və Peyğəmbərin səhih hədislərində ölüm, qiyamət günü və onun dəhşəti haqqında xəbər verilən məlumatlara iman gətirməlidir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor