RSS
 

Login:
Şifrə:
» » Fatimə (s.ə)-nin Atasının vəfatından sonrakı vəziyyəti

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Fatimə (s.ə)-nin Atasının vəfatından sonrakı vəziyyəti

 
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 10-05-2015, 17:34 | Şərh sayı: (0) | Baxılıb: 1282

Fatimə (s.ə)-nin Atasının vəfatından sonrakı vəziyyəti


Fatimə (s.ə)-nin Atasının vəfatından sonrakı vəziyyəti


Allahın Rəsulu(s) vəfat edən zaman böyük–kiçik, kişi–qadın, qoca–cavan, ümumiyyətlə bütün Mədinə əhalisi matəm saxlamışdı. Elə bir müsəlman tapmazdın ki, Peyğəmbər (s)-in vəfatına görə qəmgin olmasın. Bir sözlə, Mədinə şəhəri ah-nalə səsinə qərq olmuşdu. Bu ayrılıq ən çox həzrəti-Mühəmməd(s)-in yaxınlarına, xüsusən əmisi oğlu Əli(ə.s)-yə daha çox təsir etmişdi. Hətta bəziləri həyəcandan danışa bilmirdi. Əgər bu qəm-qüssə dağlara üz tutsaydı, dağların belə buna dözümü çatmazdı.

Lakin heç kim həzrəti-Fatimə (s.ə) kimi qəmgin ola bilməzdi. Yalnız Allah özü buna şahid idi.

Get-gedə kədər artır, göz yaşı isə dayanmırdı.




Fatimə Atası(s)-nın qəbri kənarında (VIII gün).


Ravi yazır: «Peyğəmbər (s)-in vəfatından 7 gün sonra səkkizinci gün Fatimə (s.ə) Atasını ziyarət etmək niyyəti ilə evdən ağlaya-ağlaya qəbir üstünə yollandı. Xanım(s.ə)-ın ağlamaqdan gözləri qaralmışdı. Narahatlığın təsirindən çadrası yerlə sürünürdü. Atasının qəbrinə gözü sataşan kimi özündən gedib məzarın üzərinə yıxıldı. Mədinə qadınları onun köməyinə çatıb, həzrəti-Zəhra (s.ə)-nın üzünə su səpib onu huşa gətirdilər. Daha sonra Fatimə ağlaya-ağlaya Atasına xitab edərək belə buyurdu:

«Atacan, qüvvətim tükənib, səbrim qurtarıb, düşmənim sevinir, qəm-qüssə isə məni öldürür. Ey əziz Atam! Daha tənha qalmışam, səndən sonra səsim kəsilib, belim bükülüb, həyatım bir-birinə dəyib. Səndən sonra dəhşətli günlərimi keçirirəm. İndi məni sakitləşdirən də yoxdur. Qəm- qüssəm gündən- günə artır. Atacan, səndən sonra kim bu ümmətin fəryadına yetişəcək? Ey Ata, səndən sonra camaat bizdən üz döndərdi. Görəsən, nə vaxt yanına gələcəyəm? İlahi, mənim ölümümü tezliklə yetir, çünki dünya və həyat mənim üçün artıq daralıb».





Fatimə (s.ə)-nin kədəri və Mədinə camaatının təklifi.


Ağlayıb qəlbini boşaltdıqdan sonra Fatimə (s.ə) evə qayıtdı. O, gecə-gündüz ağlayıb göz yaşı tökürdü. Mədinə böyüklərindən bir dəstə həzrəti-Əli(ə.s)-nin yanına gəlib belə dedi:

__ Fatimə gecə-gündüz aglayır. Gecələr onun ah-naləsindən yata, gündüzlər isə dincələ bilmirik. Səndən xahiş edirik, Fatiməyə deyəsən, heç olmasa, ya gecə ağlasın, biz gündüzlər dincələk, yaxud gündüzlər o ağlasın, gecələr biz dincələk.

Həzrəti-Əli(ə.s) buyurdu:

__ Çox yaxşı, mən sizin xahişinizi ona çatdıraram.

Həzrəti-Əli(ə.s) Fatimə (s.ə)-nin yanına gəlib onu ağlar gördü. Fatimə Əli(ə.s)-ni görüb bir az sakitləşdi. Həzrəti-Əli(ə.s) Fatimə (s.ə)-yə buyurdu:

__ Mədinə böyükləri məndən xahiş ediblər ki, ya gecə, ya da ancaq gündüz ağlayasan.

Fatimə (s):

__ Ey Əbul Həsən! Mən bu camaatın arasında çox az yaşayacağam və tezliklə bunlardan ayrılacağam.

Əli(ə.s):

__ İxtiyar sahibisən.

Sonra Əli(ə.s) Mədinə evlərindən uzaqda, Bəqi qəbirstanlığında Fatimə (s.ə) üçün (ağlamaq üçün) kiçik bir ev düzəltdi. Bu evi «Beytül-əhzan», yəni «Qəm evi» adlandırdı.

Fatimə hər gün sübh vaxtı Həsən(ə.s) və Hüseynlə (ə.s) bu evə gedib ağlayardı. Əli(ə.s) axşam gəlib Xanım(s.ə)-ını evə aparardı.


Bilal Həbəşinin azan verməsi.

Ravi yazır: «Bir gün Fatimə (s.ə) buyurdu:


__ Ürəyim çox istəyir ki, Atamın müəzzini azan versin və mən də onun səsini eşidim.



Bu xəbər Bilala çatdıqda Bilal azan verməyə başladı: «Allahu Əkbər. Allahu Əkbər».

Fatimə bu səsi eşidən kimi Atasının zamanı yadına düşdü. Özünü saxlaya bilməyib, ağlamağa başladı.

Fatimə «Əşhədu ənnə Mühəmmədən Rəsulullah» səsini eşidən kimi bihuş olub yerə yıxıldı. Camaat Bilala dedi: «Azanı saxla. Fatimə (s.ə) dünyadan getdi». Onlar belə güman etdilər ki, Fatimə (s.ə) vəfat edib.

Bilal azanı saxladı. Fatimə huşa gəlib ayıldıqdan sonra Bilala buyurdu: «Azanı axıra kimi oxu».



Bilal azanı davam etməyib dedi: «Ey xanımlır Xanımı, qorxuram, mənim səsimi eşitməklə sizə bir xətər yetişə».






Fatimə Ühüd şəhidlərinin qəbri kənarında.


İmam Sadiq(ə.s) bu barədə belə söyləyir:

«Fatimə (s.ə) Peyğəmbər (s)-in vəfatından sonra cəmi yetmiş beş gün yaşadı. Bu yetmiş beş gündə heç kim onu gülərüz görmədi. Həftədə iki dəfə (I və III günlər) Ühüd şəhidlərinin qəbirləri kənarına gedib, orada namaz qılar və dua oxuyardı. O Xanım vəfat edənə kimi bu işi davam etdirirdi».

Mahmud ibn Lübeyddən rəvayət olunub ki, həzrəti-Mühəmməd(s) vəfat etdikdən sonra Fatimə (s.ə) Atası(s)-nın qəbri kənarına gəlib ağlayardı. Gördüm ki, Fatimə (s.ə) orada ağlayır. Sakitləşəndən sonra Fatiməyə yaxınlaşıb dedim: «Ey xanımlar xanımı! Sizin bu halınıza dözə bilmirəm».

Fatimə (s.ə) buyurdu: «Ey Əbu Ömər! Ağlamağın yeri var. Çünki mən ataların ən yaxşısını itirmişəm. Ürəyim çox istəyir, atamı görəm».


Həzrəti-Zəhra (s.ə)-nın dua və vəsiyyəti.


İmam Baqir (ə.s) söyləyir: «Fatimə (s.ə) atası Peyğəmbər (s.ə)-in vəfatından altmış gün keçdikdən sonra xəstələndi. Həzrəti-Zəhra (s.ə) xəstə olarkən belə dua edərdi: «Ey Qadir və Diri olan Allah! Sənin rəhmətinə pənah gətirirəm, məni cəhənnəm atəşindən uzaq et və məni behişt əhlindən qərar ver».

Bu zaman həzrəti-Əli(ə.s) Fatimə (s.ə)-yə buyurdu:

__ Allahdan arzum budur ki, səni tezliklə sağaldıb şəfa versin.

Fatimə (s.ə):

__ Ey Əbul Həsən, Allahımla görüşməyimə çox az qalıb.

Daha sonra Xanım(s.ə)-ı Əli(ə.s)-yə vəsiyyət elədi ki, məndən sonra bacım qızı Əmamə (Əbul Asın qızı) ilə evlənərsən.

Çünki yalnız o, (Əmamə) məndən sonra uşaqlarıma mehribanlıq göstərər».

Başqa bir rəvayətdə belə söylənilir:

«Fatimə (s.ə) Əli(ə.s)-yə dedi:

__ Mənim səndən bir xahişim var.

Əli(ə.s) buyurdu:

__ Ey Peyğəmbərin qızı, sözünü buyur, onu mütləq yerinə yetirərəm.

Fatimə:

__ Səni and verirəm Allaha və Atamın haqqına, Əbu Bəkrlə Ömər mənim cənazəmə namaz qılmasınlar. Allahın Rəsulu(s) mənə buyurmuşdur: «Sən mənim Əhli-beytimdən ilk adamsan ki, mənim yanıma gələcəksən». Bu xəbəri sənə vermək mənə çox ağır gəlir».

İmam Baqir (ə.s) buyurur: «Peyğəmbərin vəfatından 50 gün keçmişdi. Həzrəti-Fatimə (s.ə)-nin xəstəliyi güclənirdi. O xanım bilirdi ki, elə bu xəstəliklə də dünyadan gedəcək. Fatimə (s.ə) buyurdu: «Ya Əli, Allahın işinə səbir et və məni gecə qüsl edib kəfənləyər, dəfn edərsən». Həzrəti-Əli(ə.s) Fatimə (s.ə)-nin vəsiyyətinə əməl etdi.

Fatimə (s.ə) söyləyir: «Atam Rəsulullah(s)-ı yuxuda gördüm. O Həzrətdən sonra bizim başımıza gələnlərin hamısını Peyğəmbər (s)-ə danışdım. Rəsuli-əkrəm(s) buyurdu: «Sizin üçün axirətdə əbədi ev var. Bu ev təqvalılar üçündür. Sən tezliklə bizim yanımıza gələcəksən».



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor