Azərbaycan Müdafiə Nazirliyi: "Ermənilərə zərbə endirməyə davam edəcəyik" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-04-2016, 15:16 | Şərh sayı: (0) | Baxılıb: 303
Azərbaycan Müdafiə Nazirliyi: "Ermənilərə zərbə endirməyə davam edəcəyik"
"Hazırda cəbhə xəttində tam sakitlikdir".
Ixlas.Az bildirir ki, bu barədə anspress-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib. Onun sözlərinə görə, axşam saatlarından mülki əhalinin yaşadığı əraziləri atəşə tutan qarşı tərəfin mövqeləri və səngərlərinə endirilən cavab zərbələri nəticəsində cəbhədə sakitlik yaranıb.
Atəşkəsin pozulması nəticəsində Silahlı Qüvvələrin şəxsi heyəti arasında heç bir itki olmayıb.
Polkovnik Dərgahlı Ermənistan mətbuatının Azərbaycan tərəfinin ağır altilleriyadan zərbə endirməsini yazmasına da münasibət bildirib: "Nə qədər ki, Ermənistan tərəfi mülki əhalinin yaşayış məntəqələrini atəşə tutmağa davam edəcək, Azərbaycan ordusu da onlara müvafiq texnikalardan zərbə endirəcək. Bizim cavab tədbirlərimiz yanlız onların atəş zərbələrinədir".
Ötən gecə erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 121 dəfə atəş zərbəsi endirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər