Senator Putinin sərvətindən danışdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 15:11 | Şərh sayı: (0) | Baxılıb: 248
Senator Putinin sərvətindən danışdı
Aparıcı ABŞ senatoru deyir ki, Rusiya prezidenti Vladimir Putin-in sərvəti barədə açıqlamalar onun idarəçiliyində “sabitsizlik” yarada bilər, belə ki, Rusiya əhalisi bu haqda getdikcə daha çox bilgi əldə edir.
Senator, Senatın Xarici əlaqələr komitəsinin respublikaçı sədri Bob Corker fevralın 1-də “Amerikanın Səsi”nə danışıb. “Rusiya xalqı anlamağa başlayır ki, onların lideri nəhəng sərvət toplayıb”, - Corker deyib. O, Putin-in “milyardlarla dollar şəxsi sərvət” topladığını söyləyib. “Bunu normal hökumət əməliyyatları ilə etmək mümkünsüzdür. Bunu ancaq korrupsiya yoluyla etmək mümkündür”, - Senator sözlərinə əlavə edib.
ABŞ Maliyyə Nazirliyinin rəsmisi ötən həftə BBC-yə bildirib ki, Putin “korrupsiyanın şəklidir”. Ağ Ev də həmin fikirlərin Obama administrasiyasının Putinlə bağlı baxışlarını əks etdirdiyini söyləyib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər