MDB ölkələrindən Dövlət Sosial Müdafiə Fonduna daxil olan müraciətlərin sayı artıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 10:12 | Şərh sayı: (0) | Baxılıb: 266
MDB ölkələrindən Dövlət Sosial Müdafiə Fonduna daxil olan müraciətlərin sayı artıb
2015-ci il il ərzində Dövlət Sosial Müdafiə Fonduna MDB ölkələrindən daxil olan müraciətlərin sayı 11,49 faiz artıb
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan musavat.com-a verilən məlumata görə, 2015-ci il ərzində Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən 5072 müraciət daxil olub və onların arasında Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Belə ki, ötən dövr ərzində Fonda MDB ölkələrindən 3744 müraciət göndərilib ki, bu da əvvəlki illə müqayisədə 11,49 faiz çoxdur.
Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanıb təsdiq olunmasından, konkret hallar üçün ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.
Müraciətlərin sayına görə növbəti üstünlük təşkil edən ölkələr sırasında Türkiyə Cumhuriyyəti gəlir və qardaş ölkədən Fonda 380 müraciət ünvanlanıb. Bu müraciətlər əsasən Türkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məsələlərini əhatə edir.
Dövlət Sosial Müdafiə Fonduna daxil olan digər 948 müraciət isə ayrı-ayrı xarici ölkələrdən və vətəndaşlardan daxil olmuş müraciətlərdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər