Xanımının adı rüşvət qalmaqalında hallanan səfir geri çağırıldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 15:08 | Şərh sayı: (0) | Baxılıb: 474
Xanımının adı rüşvət qalmaqalında hallanan səfir geri çağırıldı
Prezident İlham Əliyev Elman Zeynalovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, sərəncamda bildirilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraqqərara alıram:
Elman Hidayət oğlu Zeynalov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.
Qeyd edək ki, bir müddət öncə mətbuatda Elman Zeynalovun xanımı Nəzirə Zeynalovanın sürücülük vəsiqəsi almaq üçün Latviyada məmura 500 avro rüşvət verdiyi, bununla bağlı məmurun müraciəti əsasında cinayət işi açıldığı yazılmışdı.
Elman Zeynalov isə bildirmişdi ki, həyat yoldaşı N. Zeynalova ötən ilin sonunda sürücülük vəsiqəsi ilə bağlı bütün imtahanları və lazım olan mərhələləri əla göstəricilərlə verib.
O, xanımının bütün mərhələləri keçəndən sonra məmura 500 yox, 50 avro Yeni İl qabağı hədiyyə olaraq pul verdiyini demişdi.
***
Dövlət başçısının digər sərəncamı ilə İlqar Yusif oğlu Muxtarov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər