Həzrət Fatimə (ə) neçə il yaşamışdır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 20-03-2017, 12:55 | Şərh sayı: (0) | Baxılıb: 246
Həzrət Fatimə (ə) neçə il yaşamışdır?
Sual: Həzrət Fatimə (ə) neçə il yaşamışdır?
Cavab: Həzrət Fatimənin (ə) neçə il yaşaması barədə fikirlər fərqlidir. Bunun səbəbi o həzrətin doğum tarixindəki fərqlilikdir. Əhli-sünnə alimlərinin əksəriyyəti Həzrət Fatimənin (ə) besətdən – yəni Həzrət Mühəmmədə (s) peyğəmbərlik verilməsindən 5 il əvvəl doğulduğunu yazır. Peyğəmbərlik müddətinin 23 il olduğunu və Fatimənin (ə) atasından az sonra dünyasını dəyişdiyini nəzərə alsaq, 28 il yaşadığı məlum olur. Həm sünni, həm də şiə alimlərinin bəziləri Fatimənin (ə) besətdən 1 ya 2 il sonra doğulduğunu yazmışlar, bu hesabla o həzrət 21 ya 22 il ömür sürmüşdür. Əksər şiə mənbələri Həzrət Fatimənin (ə) besətdən 5 il sonra doğulduğunu və vəfat edərkən təxminən 18 yaşında olduğunu yazır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər