Mənəviyyat və maddiyyat |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-09-2015, 01:27 | Şərh sayı: (0) | Baxılıb: 900
Mənəviyyat və maddiyyat
İki nəfəri nəzərdə tutaq. Onlardan biri meyvə dərmək üçün meyvə ağacına, gül dərmək üçün gül ağacına xidmət edir. O biri şəxs isə meyvə dərmək üçün qaratikan ağacına, gül dərmək üçün itburnu ağacına xidmət edir. Bunların hansı meyvə yeyəcəyini, qəşəng gül dərəcəyini xidmət etdiyi ağacların nəticəsindən başa düşə bilərik.
İmanlı, təqvalı, ədəbli şəxslərdən ədəb öyrənib peyğəmbərlərin, imamların etdikləri əməllərini özünə numunə qərar verəndən sonra Allah-təala qarşısında etdiyin əməllərin bəhrəsini görə bilərsən. Nəinki təqvasız, ədəbsiz şəxslərdən itaət edib Allah qarşısında şeytana ibadət edəsən.
Ey sadəlövh insan! Çalış ki, müvəqqəti dünyada Allah-təaladan itaət edib Allaha ibadət edəsən.
Onu bilmək lazımdır ki, maddiyyatlı şəxsin mənəviyyata ehtiyacı olduğuna baxmayaraq mənəviyyatlı şəxsin isə maddiyata ehtiyacı olmadığını bildiyin halda yenə də öz əxlaqını təmizləmirsən.
(Bu o demək deyil ki, mənəviyyatın maddiyyata heç bir ehtiyacı yoxdur. Bəkə bu o deməkdir ki, mənəviyyatı pak, imanlı şəxs özünü təmin edəcək qədər maddiyyata qane olub çoxlu təklif olunmuş maddiyyat qarşısında səbirli olub öz imanını, dinini şəxsiyyətini əlindən verməz. Şəxsiyyətini, həqiqi dinini, zəhmətlə qazandığın hörmətini, şərəfini əlindən almaq üçün təklif olunan belə çirkin maddiyyat qarşısında imanlı şəxs öz imanının, təqvasının gücündən kökü möhkəm, budaqları göy aləminə qalxmış ağac kimi tərpənməz dayanıb, başını uca tutar).
Sadə misal ilə deyək:
Maddiyyatı bir yerdə durmuş su gölünə, mənəviyyatı isə axar suya bənzətsək mətləbin əsl mənasını başa düşə bilərik. Gölün suyundan istifadə etdikcə gölün dibindəki çör-çöplər görünəcək. Çör-çöplər göründükcə suyun palçıqla bulaşdığını görəcəyik. Bunları görüb dərk etdikcə maddiyyatın, mənəviyyətsizliyin nə olduğunu yaxşı başa düşərik. Amma axar su az olsa da belə nə qədər istifadə etsən öz saflığını, duruluğunu itirməz. Tükənməz suyundan qurumuş yerlərə həyat bəxş edər. Belə halı müşahidə etdikdə mənəviyyatlı, əxlaqlı, maddiyyatı çox da yaxşı olmayan şəxslərin ruhani, ilahi sifətlərini yaxşı başa düşüb dərk edərik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər