Allahın 40 andı |
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 23-12-2014, 02:22 | Şərh sayı: (0) | Baxılıb: 795
Allahın 40 andı
1-"Vətturi”: "And olsun Tur dağına.”
2-"Və kitabin məstur”: "And olsun yazılmış kitaba (Qurana).”
3-"Vəssəmai vət-tariq”: "And olsun göyə və gecə gələnə.”
4-"Vəssəmai zatil-büruc”: "And olsun bürclər sahibi olan göyə.”
5-Vəl-yovmil-məvud”: "And olsun vəd olunmuş günə.”
6-Vəlləyli və ma vəsəq”: "And olsun gecəyə və gecənin qoynuna aldıqlarına.”
7-Vəl-qəməri izət-təsəq”: "And olsun bədirlənməkdə olan aya.”
8-Fəla uqsimu bil-xunnəs”: "And içirəm gecə yanıb, gündüz sönən ulduzlara.”
9-"Vəlləyli iza əsəs”: "And olsun qaralmaqda olan gecəyə.”
10-"Vəvs-subhi iza tənəffəs”: "And olsun sökülməkdə olan dan yerinə.”
11-"Vən-naziati ğərqa”: "And olsun (kafirlərin canını) çətinliklə alanlara (əzab mələklərinə).”
12-"Vən-naşitati nəşta”: "And olsun (möminlərin canını) rahatlıqla alanlara.”
13-"Vəs-sabihati səbha”: "And olsun (Allahın əmrlərini) sürətlə yerinə yetirənlərə.”
14-"Fəs-sabiqati səbqa”: "And olsun (bir-birini) ötən mələklərə.”
15-"Fəl-muddəbirati əmra”: "And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə).”
16-Vəl-mursəlati urfa”: "And olsun bir-birinin ardınca göndərilən elçilərə.”
17-"La uqsimu biyovmil-qiyaməh”: "And içirəm qiyamət gününə.”
18-"Və la uqsimu bin-nəfsil-ləvvaməh”: "And içirəm özünü qınayan nəfsə.”
19-"Nun vəl-qələmi və ma yəsturun”: "Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına.”
20-"Vən-nəcmi iza həva”: "Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun.”
21-"Vəl-bəytil-məmur”: "And olsun (mələklərin ibadət etdiyi) Beytül-məmura.”
22-"Vəz-zariyati zərva”: "And olsun (toz-torpağı) sovurub dağıdan küləklərə.”
23-"Fəl-hamilati viqra”: "And olsun yağış yüklü buludlara.”
24-"Vəl-adiyati zəbha”: "And olsun (cihad zamanı) tövşüyə-tövşüyə) qacan atlara.”
25-"Vəttini vəz-zəytun”: "And olsun əncirə və zeytuna.”
26-"Və turi sinin”: "And olsun Tur dağına.”
27-"Və hazəl-bələdil-əmin”: "And olsun bu təhlükəsiz, əmin-amanlıq şəhərə (Məkkəyə).”
28-"Vəzzuha”: "And olsun günorta vaxtı aydınlıq günə.”
29-"Vəlləyli iza səca”: "And olsun sakitləşməkdə olan gecəyə.”
30-"Vəlləyli iza yəğşa”: "And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə.”
31-"Vəşşəmsi və zuhaha”: "And olsun günəşə və onun işığına.”
32-"Vəl-qəməri iza təlaha”: "And olsun günəşin ardınca çıxan aya.”
33-"Vəssəmai və ma bənaha”: "And olsun göyə və onu yaradana.”
34-"Vəl-ərzi və ma təhaha”: "And olsun yerə və onu döşəyənə.”
35-"Və nəfsin və ma səvvaha”: "And olsun nəfsə və onu yaradana.”
36-"La uqsimu bihazəl-bələd”: "And içirəm bu şəhərə (Məkkəyə).”
37-"Və validin və ma vələd”: "And içirəm ataya və onun övladına.”
38-"Vəl-fəcr”: "And olsun dan yerinə.”
39-"Və ləyalin əşr”: "And olsun on gecəyə (Zil-həccə ayının birinci on gecəsinə).”
40-"Vəlləyli iza yəsr”: "And olsun keçib getməkdə olan gecəyə.”
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər