Mirzəbekyanı niyə tutmurlar? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-04-2016, 15:24 | Şərh sayı: (0) | Baxılıb: 322
Mirzəbekyanı niyə tutmurlar?
Erməni generallarının ordudan qovulmasına səbəb Müdafiə Nazirliyində aparılan yoxlamalar olub.
Bu barədə informasiyanı "Joxovurd" qəzeti yayıb. Yoxlamalar zamanı nazir müavini Alik Mirzəbekyanın korrupsiyaya bulaşdığı məlum olub. "Qəhrəman" general nazirlik üçün nəzərdə tutulan bütün maddi-texniki vasitələrin alınmasını öz ailə üzvlərindən təşkil edilən şirkət vasitəsilə həyata keçirib.
Araşdırma nəticəsində nazir Seyran Ohanyanla da bağlı ciddi problemlər aşkar olunub. Onun yaxın zamanlarda istefaya göndəriləcəyi güman edilir.
Qəzetin yazdığına görə, aparılan araşdırmalardan sonra generallara qarşı cinayət işinin qaldırılmasından imtina edilib. Situasiya isə aprelin 2-dən sonra dəyişib. Məhz bu tarixdə erməni ordusunun məğlub olması və həddən artıq böyük itki verməsi ölənlərin doğmalarında etiraz yaradıb. Onlar hökumətdən tələb ediblər ki, əgər əsgərlərin lazımlı silahları olsaydı, bu qədər çox itki verməzdilər.
Bu qədər korrupsiya fəaliyyətindən sonra rəsmi İrəvanın hələ də Mirzəbekyana qarşı cinayət işi başlatmayacağı onun Serj Sərkisyanla yaxın olması ilə izah edilir. Görünür, İrəvandakı rəsmi dairələr aparılacaq yoxlamanın özlərinə sərf etməyən çox şeyin üstün açacaqlarını bilirlər və buna görə də susurlar.
Vurğulanır ki, Sərkisyan Mirzəbekyanla birgə Suriyaya silah göndərməsinin yeni sübutlarının ortaya çıxacağından ehtiyat edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər