Pensiyalar vaxtından əvvəl veriləcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 14:57 | Şərh sayı: (0) | Baxılıb: 238
Pensiyalar vaxtından əvvəl veriləcək
2016-cı ilin yanvar ayının pensiyaları vaxtından əvvəl veriləcək.
Ixlas.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, fond yanvar ayının pensiyalarının maliyyələşdirilməsini başa çatdırıb: "Ötən ilin yekunları üzrə fondda təqribən 107 milyon manat məbləğində sərbəst vəsaitin yarandığını nəzərə alaraq sosial sığortadan ayrılmalar üzrə daxilolmaları gözləmədən pensiyaların verilməsinə başladıq".
E.Mehdiyev əlavə edib ki, fevralın 1-nə əmək pensiyasının baza hissəsi avtomatlaşdırılmış sistemə qoşulacaq və pensiyaçılar artıq gələn aydan (2016-cı ilin martından) pensiayalarını 10 faizlik əlavə ilə alacaqlar: "Əmək pensiyasının baza hissəsinin artırılması DSMF-nin qeydiyyatında olan bütün pensiyaçılara şamil ediləcək. Dövlət qulluqçusu işləyən və bu kateqoriyaya bərabər tutulan pensiyaçılar istisna təşkil edəcək, çünki onların pensiyalarının artırılması bilavəsitə əməkhaqları ilə bağlıdır".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər