Peyğəmbər (s) Cəbraildən soruşdu |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 19-12-2014, 23:41 | Şərh sayı: (0) | Baxılıb: 826
Peyğəmbər (s) Cəbraildən soruşdu
Peyğəmbər (s) Cəbraildən soruşdu: "Məlaikələr də gülüb-ağlayırlarmı?” Dedi: "Bəli. Üç nəfərə təccüblənib gülürlər və üç nəfərə də mərhəmət və ürəyiyananlıq edib ağlayırlar. Güldükləri kəslərdən birincisi odur ki, bütün gün ərzində pis-pis danışır, axşam olanda da elə ki, işa namazını qılır, yenə boş-boş və lazımsız söhbətlərə başlayır bu zaman məlaikələr ona gülüb deyirlər: "Ey bixəbər! Səhərdən axşama qədər doymadın, indi doyacaqsan?!”
İkincisi əlinə bel və külüng götürüb torpağını şumlamaqdan ötrü öz tarlasına gedən tamahkar kəndlidir. O, öz payını artırmaq məqsədilə qonşu tarla ilə öz tarlasını ayıran torpaq sahəsini də belləyib öz sahəsinə qatmaq istəyərkən məlaikələr ona gülüb deyərlər: "Bu genişlikdə torpaqdan gözün doymadı, bu kiçik hissədən doyacaq?!” Üçüncüsü özünü naməhrəm kişilərdən örtməyən qadın barəsindədir. Elə ki, ölən zaman onu kəfənə büküb qaranlıq və gözlərdən gizlin olan yerə – qəbirə qoyarlar, məlaikələr gülüb deyərlər: "Rəğbətə səbəb olduğu zaman onu gizlətmirdiniz, indi gizlədirsiniz?! Halbuki, indi ona yalnız nifrət və ikrah olunar.
Məlaikələrin ağladıqları kəlsər isə bunlardır: Biri elm ardınca gedərkən yolda ölən qəribdir. İkincisi övladları olmayan və ömürləri boyu övlad həsrəti ilə yaşayan yaşlı kişi və qadındır. Elə ki, yaşlı çağlarında övladları olar, onlar sevinər ki, bu yaşımızda bizim xidmətimizdə durar, öləndən sonra da bizi dəfn edər. Həmin vaxt həmin övladları ata-anasından qabaq dünyasını dəyişər. Məlaikələr ata-anadan qabaq həmin övladın halına ağlayarlar. Üçüncüsü gecənin bir aləmi oyanıb (yuxulu olduğu üçün) anasının yoxluğundan xəbəri olmayan, ağlayaraq onun dalınca getmək istəyən yetimdir. O, ağlayan zaman dayə onun üstünə acıqlanıb deyər: "Nə ağlayırsan?!” Həmin an anasının olmamağı uşağın yadına düşər və ümidsiz halda susar. Həmin vaxt məlaikələr onun qəribliyinə ağlayarlar.
İkincisi əlinə bel və külüng götürüb torpağını şumlamaqdan ötrü öz tarlasına gedən tamahkar kəndlidir. O, öz payını artırmaq məqsədilə qonşu tarla ilə öz tarlasını ayıran torpaq sahəsini də belləyib öz sahəsinə qatmaq istəyərkən məlaikələr ona gülüb deyərlər: "Bu genişlikdə torpaqdan gözün doymadı, bu kiçik hissədən doyacaq?!” Üçüncüsü özünü naməhrəm kişilərdən örtməyən qadın barəsindədir. Elə ki, ölən zaman onu kəfənə büküb qaranlıq və gözlərdən gizlin olan yerə – qəbirə qoyarlar, məlaikələr gülüb deyərlər: "Rəğbətə səbəb olduğu zaman onu gizlətmirdiniz, indi gizlədirsiniz?! Halbuki, indi ona yalnız nifrət və ikrah olunar.
Məlaikələrin ağladıqları kəslər isə bunlardır: Biri elm ardınca gedərkən yolda ölən qəribdir. İkincisi övladları olmayan və ömürləri boyu övlad həsrəti ilə yaşayan yaşlı kişi və qadındır. Elə ki, yaşlı çağlarında övladları olar, onlar sevinər ki, bu yaşımızda bizim xidmətimizdə durar, öləndən sonra da bizi dəfn edər. Həmin vaxt həmin övladları ata-anasından qabaq dünyasını dəyişər. Məlaikələr ata-anadan qabaq həmin övladın halına ağlayarlar. Üçüncüsü gecənin bir aləmi oyanıb (yuxulu olduğu üçün) anasının yoxluğundan xəbəri olmayan, ağlayaraq onun dalınca getmək istəyən yetimdir. O, ağlayan zaman dayə onun üstünə acıqlanıb deyər: "Nə ağlayırsan?!” Həmin an anasının olmamağı uşağın yadına düşər və ümidsiz halda susar. Həmin vaxt məlaikələr onun qəribliyinə ağlayarlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər