RSS
 

Login:
Şifrə:
» » Həzrəti Fatimeyi Zəhranın (s.ə )zikrinin fəzilətləri

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Həzrəti Fatimeyi Zəhranın (s.ə )zikrinin fəzilətləri

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 16-09-2014, 15:48 | Şərh sayı: (0) | Baxılıb: 6697

Həzrəti Fatimeyi Zəhranın (s.ə )zikrinin fəzilətləri



Əsirlikdə olan Azərbaycanlı qızın qardaşına yazdıgı məktub...



Bismillahir – Rəhmanir – Rəhim


Fatimeyi-Zəhranın (əleyha-salam) zikri İlahi hədiyyədir.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Tovhidi bəyan edir.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Tovhid dərsidir.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri kədərli dastanı xatırladır.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri insanın me`racıdır.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Namaza zinnət bağışlayır .
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Allah dərgəhında qəbul olunmuş min rəkət namazdan üstündür.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri çoxlu zikrdir.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri insan əməllərinin tərəzisinin ağır olmasına bais olur.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Allahın razılığına səbəb olur.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri behiştə daxil olmağa səbəb olur.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri İlahi zikrdir.
İmam Sadiq (əleyhis-səlam) buyurur: İbadətlər arasında həzrət Fatimeyi-Zəhranın (əleyha-salam) zikrindən daha üstünu yoxdur və əgər olsaydı Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) Fatiməyə (əleyha-salam) öyrədərdi.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikrini davamlı şəkildə deməkdə sə`y edək. Namazdan sonra və yatan zaman bu zikrdən qafil olmayaq. Öz namaz və yuxumuzu Fatimeyi-Zəhranın (ə) zikri ilə zinətləndirək və səy edək ki, bu zikri İmam Hüseyn (əleyhis-səlam) türbəti ilə deyək. Çünki İmam Hüseynin (əleyhis-səlam) türbəti Kərbala himasələrini (igidliklərini) xatırladır və şəhadət mədəniyyətini dirildir. Bu zikri deməklə yanaşı gözlərimizdən yaş axsın. Nəticədə İmam Hüseyn (əleyhis-səlam) ilə daha çox ünsiyyət tapaq.
Ümidvarıq ki, Fatimeyi-Zəhranın (əleyha-salam) zikrini deməklə öz dünya və axirət həyatımızı sığortalayaq və onu öz axirət səfərimizin azuqəsi edək.

Həzrət Fatimeyi-Zəhra (əleyha-salam) zikrinin əhəmiyyəti


« Çoxlu» zikrdən məqsəd nədir?
«O kişilər ki, Allahı çox xatırlayırlar və o qadınlar ki, Allahı çox xatırlayırlar.
-İnsan Allahı xatırlamaqla hər halda və hər şəraitdə öz qəlbindən xəbərsizlik və qəflət pərdələrini kənara çəkir və şeytan vəsvəsələrini uzaqlaşdırır. «Çox zikrdən məqsəd nədir» sualına gəldikdə isə İslami rəvayətlər və müfəssirlərin (təfsir alimləri) söhbətlərində zikrin müxtəlif mə`naları qeyd olub ki, zahiri mə`nada zikr cəhətdən eynidir (bir-birinin oxşarıdır) və bu kəlmənin geniş məfhumu (mə`nası) bütün bunların hamısına şamil olur.
İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi) olan bir hədisdə oxuyuruq. «Bir vaxt kişi öz həyat yoldaşını gecə yuxudan oyatsa və hər ikisi dəstəmaz alıb gecə namazı qılsalar, Allahı çox xatırlayan və zikr edən kişilər və qadınlar sinfindən olacaqlar.”
-Həzrət İmam Sadiq (əleyhis-səlam) buyurur: Hər kəs Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini gecədə desə bu ayə ona aid olar:
«Ey iman gətirənlər! Allahı çox xatırlayın».
-Maddi həyatda qəflətin amil və səbəbləri çoxdur və şeytanın zəhərli vəsvəsə oxları hər tərəfdən insana atılır. Onunla mübarizə üçün çoxlu zikrdən başqa yol yoxdur.
Əziz Peyğəmbərimizdən soruşdular: Qiyamət günü bəndələrdən hansı birinin məqamı daha üstündür? Buyurdu: Allahı çox xatırlayan şəxslər (daha üstün məqama sahib olarlar).
İmam Sadiq (əleyhis-səlam) buyurdu: «Hər kəs Allahı çox xatırlasa, Allah-taala ona öz lütfü sayəsində behiştlərində yer verəcək.”
Buradan mə`lum olur ki, «çoxlu zikrin» geniş mə`nası vardır. O cümlədən, rəvayətlərdə həzrət Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinə (34 dəfə Allahu əkbər, 33 dəfə Əlhəmdulillahi, 33 dəfə Subhanəl-lahi) işarə olunur.
«Əlləzinə amənu və əmilus-salihati və zəkərəllahə kəsirən» «o kəslər ki, iman gətiriblər, saleh əməllər edirlər və Allahı çox xatırlayırlar».
İmam Sadiqdən (əleyhis-səlam) olan bir hədisdə oxuyuruq ki, buyurur: “Çoxlu zikrdən məqsəd Fatimeyi-Zəhranın (əleyha-səlam) zikridir ki, təkbir (Allahu əkbər), həmd(Əlhəmdulillahi) və təsbihdən (Subhanəl-lahi)ibarətdir”.

Çoxlu zikr


İmam Sadiq (əleyhis-səlam) buyurdu:
«Təsbihu Fatimətəz-Zəhra (əleyha-səlamu) minəz-zikril –kəsirilləzi qaləl-ləhu əzzə və cəllə: Uzkurul-lahi zikrən kəsirən»
«Həzrət Fatimeyi-Zəhranın (əleyha-səlam) zikri o çoxlu zikrdəndir ki, Allah-taala buyurdu: Və Allahın zikrini çox deyin ».
Əhli-beyt (əleyhimus-səlam)-ın sirəsi (adəti, həyat tərzi)
İmam Hadi (əleyhis-səlam) buyurdu: «Biz əhli-beyt yatan zaman on əməli yerinə yetiririk: Dəstəmaz almaq… və 33 dəfə «Subhanəllahi» demək, 33 dəfə «Əlhəmdulillahi» demək və34 dəfə «Allahu-əkbər» demək.”
Övladlara zikri öyrətmək
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) qızı Zəhraya (əleyha-səlam) zikrdən ibarət ən gözəl və ən üstündərsi öyrətdi. O zamandan bizim dövrümüzə qədər milyonlarla insan öz namazlarının tə`qibatında (axırında) onu zikr edirlər. Allah dərgahından Fatimeyi-Zəhranın (əleyha-səlam) zikri hörmətinə hacətlərini ərz edir və həyatda çətinliklərin aradan getməsini və muvəffəqiyyət qazanmalarını istəyirlər.
«Qürbül-İsnad» kitabında İmam Sadiqdən (əleyhis-səlam) gəlmişdir: Biz öz övladlarımıza namazı əmr etdiyimiz kimi, Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini də əmr edirik. Sən də (Əbu Haruna xitab edərək) özünü bu işə vadar et ki, hər hansı bir bəndə onu zikr etməsə, bədbəxtliyə düşər».
Zikr deməyə rəğbət və həvəsləndirmək
Bu zikr barədə mə`sum imamlardan varid olan əxbar və rəvayətlər çoxdur ki, o böyük şəxsiyyətlər öz şiələrini onun zikrinə (təsbihə) təşviq edirdilər. Bu o dərəcədə idi ki, həzrət İmam Məhəmməd Baqir (əleyhis-səlam) buyurdu: «Allah-taalaya hər namazdan sonra deyilən Həzrət Fatimənin (əleyha-səlam) zikrindən daha üstün bir əməl ilə ibadət olunmamışdır və əgər ondan daha üstün bir əməl olsaydı, Peyğəmbər (səlləllahu əleyhi və alihi) onu qızı Fatiməyə (əleyha-səlam) bəxş edərdi.”
İmam Zaman (əccələllahu təala fərəcəhuş-şərif) Həzrət Fatimənin (əleyha-səlam) zikrini tövsiyə etməsi
Həzrət Ayətul-lahul-uzma Mərəşi Nəcəfi (rə) deyir:
Əsgəreynin (əleyhiməs-səlam) (İmam Hadi(əleyhis-səlam) və İmam Həsən Əsgərinin (əleyhis-səlam) hərəmi) ziyarəti yolunda İmamzadə seyyid Məhəmməddə sona yetən bir şosedə yolu itirdim. Şiddətli aclıq və susuzluğun nəticəsində həyatdan mə`yus olub huşsuz bir halda yerə yıxıldım. Birdən gözümü açdım, başımın möhtərəm bir şəxsin ətəyində olduğunu gördüm. O şəxs mənə öz ömrümdə içmədiyim dadlı bir su verdi. Ondan sonra süfrəsini açdı və onun arasında iki-üç ədəd girdə çörək var idi ki, ondan da yedim. Bu vaxt mənə buyurdu: «Ey seyyid! Hara getməkqəsdin var?». Dedim: Seyyid Məhəmmədin pak ziyarətgahına (hərəminə). Buyurdu: «Bu Seyyid Məhəmmədin ziyarətgahıdır.” Baxdım gördüm ki, Seyyid Məhəmmədin sərdabəsi altında qərar tutmuşuq, halbuki mən Qadisiyyədə itmişdim və ora ilə İmamzadə Seyyid Məhəmmədin ziyarətgahı arasında xeyli məsafə vardır. O möhtərəm şəxslə olduğum bir müddətdə mənə faydalar nəsib oldu və mənə bir neçə əməl sifariş etdi; O cümlədən, Qur`an-kərimi oxumaq… və Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini və... Lakin zehnimə gəlmədi ki, bu ağa kimdir, o zamana qədər ki, gözlərimdən qeyb olduğu zaman onun kim olduğunu anladım.

Fatimeyi -Zəhranın (əleyha-səlam) zikrinin üstünlüyü


Allah-taalaya heç həmd və sitayiş ilə Fatimeyi –Zəhranın (əleyha-səlam) zikrindən daha üstün heç bir ibadət yoxdur. Əgər ondan daha üstün bir şey olsaydı, əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi) onu qızına bəxşiş edərdi. O (təsbih zikri) hər vacib namazdan sonra İmam Sadiqin (əleyhis-səlam) yanında hər gündə qılınan min rükət namazdan daha sevimlidir. Hər bir bəndə ona nisbət daimi surətdə əhəmiyyət verib çalışsa heç vaxt bədbəxt olmayacaqdır. Bu səbəbdən uşaqlara namaz qılmağa əmr etmək lazım olduğu kimi bu tə`qibatları oxumağa da əmr etmək lazımdır. Çünki baxmayaraq bu zikr dildə 100 ədəddir. Lakin İlahi tərəzisində 1000 ədəd sayılır. Şeytanı uzaqlaşdırır və Allahın razılığını cəlb edir. Qulaqlarda olan ağırlıqları aradan aparır. Fatimeyi –Zəhranın (əleyha-səlam) zikrini hər hansı bir bəndə zikr etsə, səccadədən (canamazdan) ayağını hərəkətə gətirib götürməzdən əvvəl Allah-taala onu bağışlayar və behişti ona vacib edər. Məxsusən, sübh namazından sonra onu «la ilahə illəllah»ı deməklə kamil etsin və sonra bağışlanma istəsin. Bu zikri deməklədir ki, Allah bəndəsi o kəslərin sırasında məşhur olar ki, onlar Allahı çox xatırlayırlar « əz-zakirinəllahə kəsirən» və Allahın onu xatırlamaq ləyaqətini qazanırlar. Necə ki, Allah və`də verib və buyurmuşdur «Fəzkuruni əzkurum» Məni xatırlayın ki, mən sizi xatırlayım».
Mö`minin nişanəsi
«Məkarimul–əxlaq» kitabında hekayət olub ki, Fatimeyi –Zəhranın (əleyha-səlam) zikri mö`minin beş əlamətlərindən biridir.
Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin fəlsəfəsi

Misilsiz hədiyyə


Hədisdə gəlmişdir: Əmirəl-mö`minin (əleyhis-səlam) Həzrət Fatimeyi-Zəhraya (əleyha-səlam) buyurdu ki, getsinvə Peyğəmbərdən bir xidmətçi (qulluqçu) istəsin. O xanım getdi və əlinin qabarlarını göstərdiyi əsnada dedi: «Asyabı (dəyirman daşını) dolandırmaq məni zəhmətə salmışdır» bir xidmətçi istədiyini bildirdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi) cavabında buyurdu: Xidmətçi əvəzinə bütün dünyadan daha qiymətli bir hədiyyəni sənə verməyimi istəmirsənmi? Yatmağa hazırlaşdığın zaman 34 dəfə «Allahu-Əkbər», 33 dəfə «Əlhəmdulillah» 33 dəfə «Subhənallah» de.

Zikrin sirri


İmamlardan olan hədislərdə gəlmişdir ki, Fatimeyi-Zəhranın (əleyha-səlam) bu məşhur zikrini (34 dəfə Allahu –Əkbər, 33 dəfə Əlhəmdullilah və 33 dəfə Subhanəllah) əlavə olaraq La ilahə illəllah ilə tamamlayın.[5]
Bütün bu fəzilətlərin sirri bəlkə bu olsun ki, bir dilənçi İmam Cə`fər Sadiqdan (əleyhis-səlam) sual edir ki, Kə`bə evinin 4 sütunu var.və kub şəkilində dörd güşəlidir.Bunun sirri nədir ? İmam (əleyhis-səlam) buyurdu: Çünkü Beytul-Mə`murun 4 rükunu (sütunu) var. Dilənçi soruşdu: Niyə Beytul-mə`murun 4 sütunu vardır. İmam (ə) buyurdu: Çünki ərşin 4 sütunu vardır. Dilənçi soruşdu: Ərşin niyə 4 sütunu vardır ? Çünki hər ərş bir rüknün üstündə durur. 1-cisiAllahu-Əkbər, 2-cisi Subhənallah, 3-cü sü Əlhəmdulillah, 4-cüsü La ilahə illəllah-dır. Bu hədis bir daha çatdırır ki, ilahi qanunvericilikdə olan qanunlar, yaradılış aləmində müəyyən sirrə, hikmətə sahibdir. Əziz Peyğəmbərin (s) bu zikri Fatimeyi-Zəhraya (ə) tə`lim edərək, xanımın adını bu zikrin üzərinə qoyması və İmam Sadiqin (ə) “bu zikri oxumaq bizim üçün min rəkət namazdan üstündür” deyə buyurması, bəlkə də bu zikrin insanı yüksəklərə qədər (Allaha qovuşmağa) ucaltması səbəbindəndir. Və elə bu zikri deyərkən dəstəmazlı olmağın, qibləyə tərəf yönəlməyin şərt olması da, bu zikrin insanı namaztək me`raca aparmaq potensialına malik olmasına görədir və əgər bir insan xalis niyyətlə bu 3 mühüm zikri iqrar etsə və onu «La ilahə illəllah» ilə tamamlasa onun müqabilində Allahdan başqası böyük olsun və ya başqasına həmd etsin və Allaha vəsl olmadan və ya başqa şəxsi özünə mə`bud qərar versin. Bununla belə ki, «La ilahə illəllah» cümləsi bütün tanrıları inkar edərək, vahid Allahı isbat edir. Bəli, belə bir şəxsin zaman keçdikcə azmasının imkanı azdır; çünki ondan daha möhkəm bir şeyin olmadığı bir şeydən yapışmışdır. Çünki o Allahın ərşindən yapışmışdır və Allahdan istəyirik ki, biz günahkar bəndələrinə öz ərşinə yetişməyi və həblul-mətinə (Sarsılmaz ipinə)yapışmaqda yardım etsin.
Fatimeyi-Zəhra (əleyha-səlam) zikrinin şəriətə mənsub olmasının səbəbi
Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alihi) qızı Fatiməyə (əleyha-səlam) hər namazdan sonra və yatan zaman onları deməsi üçün zikrlər öyrətdi ki, həzrət Fatimənin (əleyha-səlam) zikri adı ilə məşhurdur.
Əllamə Məclisi (rə) deyir: Bu təsbihin şər`i olmasının səbəbini bir qayda olaraq İmamiyyə və başqaları rəvayət etmişlər. O idi ki, Əmirəl-mö`minin (əleyhis-səlam) buyurdu: Ev işlərində Fatimənin (əleyha-səlam) bərk zəhmət və çətinlik çəkdiyini gördükdə, digər tərəfdən Allah elçisi üçün döyüş qəniməti adı ilə əsirlər gətirildiyindən xəbərdar olduqda Fatiməyə (əleyha-səlam) dedim: Niyə atanın yanına getmir və ondan ev işlərində sənə kömək etmək, çətinlik və əziyyətini azaltmaq üçün bir xidmətçi istəmirsən? Xanım o Həzrətin yanına getdi, lakin bir dəstənin o Həzrətin hüzurunda oturduğunu müşahidə etdi və öz mətləbini deməyib qayıtdı. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi) başa düşdü ki, Fatimə (əleyha-səlam) onun üçün əhəmiyyətli bir iş üçün gəlmişdir. O günün sabahı sübh çağı Fatimənin (əleyha-səlam) mənzilinə gəlib dünənki gəlişinin səbəbini sordu. O xanım öz istəyini bəyan etmək üçün xəcalət çəkdi. Əziz İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi) ərz etdim: Siz ev işlərinin nə qədər çox olduğunu bilirsiniz. Su çəkmək, dəyirmanda un üyütmək, süpürmək və bunun kimi işlər ki, ağır şəkildə onu narahat etmişdir. Mən ona demişdim ki, yaxşı olar yanımıza gəlib çətinlik və əziyyətlərini azaltmağa görə onun üçün bir xidmətçi tə`yin etməyinizi istəsin. Həzrət buyurdu: Xidmətçidən daha üstün bir şeyi deyimmi? Dedi: Bəli! Ey Allahın rəsulu! Həzrət bu məşhur zikri ona yatan zaman və hər namazdan sonra oxumasını tə`lim etdi.

Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin faydaları


1) Bədbəxtçilikdən nicat tapmaq
İmam Sadiq (əleyhis-səlam) buyurdu: Ey Əba Harun! Biz öz uşaqlarımızı namaz qəlmağa əmr etdiyimiz kim Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini etməyə də əmr edirik. Onu zikr etməyə diqqət və sə`y et və zikrləri qoru. Hər bir bəndə onu qorusa bədbəxt olmaz.
2) Günahların bağışlanması
İmam Sadiq (əleyhis-səlam) buyurdu: Hər kəs vacib namazdan sonra sağ ayağını sol ayağının üstündən götürməmişdən əvvəl Fatimeyi–Zəhranın (əleyha-səlam) zikrini desə bütün günahları bağışlanar və bu zikri «Allahu-Əkbər»dən başlasın»
3) Behiştin vacib olması
İmam Sadiq (əleyhis-səlam) buyurdu: «Hər kəs Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini vacib namazdan sonra təşəhhüd və salam oturuşu halından çıxmamışdan əvvəl zikr etsə Allah-taala behişti ona vacib edər.”
4) Mələklərin qayğısı
«Hər vaxt sizdən biriniz yatağına sarı getsə alicənab bir mələk və üsyankar bir şeytan sürətlə ona sarı gələrlər. O mələk ona deyir: «Gününü yaxşılıqla sona çatdır, gecəni yaxşılıqla başla». Şeytan ona deyər: «Gününü günahla qurtar və gecəni günahla başla.”
«Bu vaxt əgər o şəxs alicənab mələyə itaət etsə və gününü Allahın zikri ilə başa vursa və gecəsini yatağına gedən zaman Allahın zikri ilə başlasa və 34 dəfə «Allahu-əkbər» 33 dəfə «Subhanəllah» və 33 dəfə «Əlhəmdulillah» desə, o mələk şeytanı onun yanından qovur və şeytan uzaqlaşır və o mələk o şəxs yatana qədər onu qoruyar. Və o şəxs yuxudan oyanan vaxtda şeytan (yenə də) ona tərəf tələsər və yatmazdan əvvəl ona dediklərini yenə deyər. O mələk də o şəxs yatmazdan qabaq dediklərini ona deyər. Əgər o bəndə Allahı keçən gecə yuxudan əvvəl xatırladığı kimi (yenə də) zikr etsə o mələk şeytanı ondan qovar və şeytanı ondan uzaqlaşdırar. Allah-təala gecənin ibadət savabını onun üçün yazar».
5) Təhlükələrdən qorunmaq
İmam Sadiq (əleyhis-səlam) buyurur:
“İki qardaş Allah Peyğəmbərinin (səlləllahu əleyhi və alihi) yanına gəldilər və ərz etdilər. Biz ticarət etmək üçün Şama getmək istəyirik. Təhlükələrdən qorunmaq üçün nə demək (etmək) lazım olduğunu bizə öyrədin.”
Həzrət buyurdu: “Karvansaraya çatan zaman işa namazını qılın, sizdən hər hansı biriniz yatağına gedən vaxt Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini desin və ondan sonra “Ayətul-Kürsü”nü oxusun. Bu halda sübhə qədər hər bir şər və təhlükədən amanda qalacaqsınız.”
Yol əsnasında bir dəstə oğru onları tə`qib etdi və o, iki qardaş karvansaraya daxil olan zaman öz qulamını mə`mur etdilər ki, getsin və görsün ki, bu iki qardaşın halı necədir, hansı vəziyyətdədirlər, yatıblar, yaxud oyaqdırlar? Qulam onlara yetişən zaman gördü ki, iki qardaş öz yataqlarına sarı yollandılar və onların hər ikisi “Ayətəl-kürsü”nü və Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini etdilər və bunun ardınca (Qulam görür ki,) birdən iki divar o iki qardaşı əhatə etdi. Qulam onların ətrafına nə qədər dolansa da iki divardan ayrı bir şey görmədi. Oğruların yanına qayıtdı. Onlar ona dedilər: “Allah səni zəlil etsin! Sən bizə yalan danışdın. Bəlkə bacarıqsızlıq etdin və qorxdun!” Bu vaxt özləri qalxdılar və baxdılar. Lakin onlar da iki divardan başqa bir şey görmədilər. Sonra o iki divarın kənarında qərar tutdular. Lakin bir şey eşitmədilər və kimsəni görmədilər. Onda öz yerlərinə qayıtdılar.
Sübh olandan sonra oğrular o iki qardaşın yanına gəldilər və dedilər: “Siz harda idiniz?”
Dedilər: “Biz elə burda idik və öz yerimizdən tərpənmədik.”
Oğrular dedilər: And olsun Allaha ki, biz gəldik və iki divardan başqa ayrı bir şey görmədik. Bizə deyin görək sizin dastanınız nə məsələdir?”
O iki qardaş dedilər: “Biz Allah elçisinin yanına getdik və ondan bizə bir şey öyrətməsini istədik. O Həzrət (səlləllahu əleyhi və alihi) “Ayətəl-kürsü” və Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini bizə öyrətdi və biz də onları dedik (zikr etdik).”
Oğrular dedilər: “Gedin, And olsun Allaha ki, biz (daha) sizin ardınızca gəlməyəcəyik və bu kəlamın (“Ayətəl-kürsü” və təsbihat) olması ilə heç bir oğru sizə təcavüz edə bilməz.
6) Fatmeyi-Zəhranın (əleyha salam) zikri ilə dərman
Bir kişi İmam Sadiqin (əleyhis-səlam) yanına gəldi. Həzrət onunla söhbət etdi. O kişi Həzrətin kəlamını eşitmədi və qulağının ağır eşitməsindən Həzrətə şikayət etdi. Həzrət ona buyurdu: “Niyə Fatimənin (əleyha-səlam) zikrindən qafilsən”
O kişi dedi: “Sənə fəda olum, Fatimənin (əleyha-səlam) zikri nədir?”
Həzrət buyurdu: “34 dəfə Allahu Əkbər, 33 dəfə Əlhəmdulillah və 33 dəfə Subhənallah yüz ədəd və kamil olana qədər deyirsən”
O, kişi deyir: “Qısa bir müddətdən sonra bu təsbihata davam etdim və qulağımın ağırlığı aradan getdi”.

Şeytanın uzaqlaşması


Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin növü
“Məkarimul-əxlaq” kitabında nəql olunub ki, Fatimeyi-Zəhranın (əleyha-səlam) əlində 100 düyün vurulmuş sapdan bir parça var idi. Onda o təsbihdə təkbirlərin sayı qədər düyün var idi ki, əlində dolandırırdı və təkbir deyib zikr edirdi. O vaxta qədər ki, Peyğəmbərin əmisi Seyyiduş-şühəda Həmzə (rə) şəhid oldu. Həmzənin şəhadətindən sonra təsbih dənələrinin düzəldilməsi üçün onun türbətindən istifadə olundu. Şəhidlər ağası Həzrət Əba Əbdillahil-Hüseyn (əleyhis-səlam) şəhadət hadisəsi baş verən zaman, camaat təsbih dənələrini düzəltmək üçün o əziz şəxsiyyətin türbətindən istifadə etdilər. Çünki dünya fədakarlarının ağasının torpaq və türbətində böyük bir fəzilət vardır. İmam Sadiq (əleyhis-səlam) buyurdu: “Təsbih (abi ümmün) göy saplarından düzəldilmiş və 34 dənəsi var idi və o anamız Fatimeyi-Zəhra (əleyha-səlam) zikri idi. Həmzə şəhid olan vaxt onun qəbrinin torpağından təsbih dənələri düzəldildi ki, hər namazdan sonra onunla zikr olunurdu.”

Türbət təsbihi


İmam Sadiq (əleyhis-səlam) buyurdu:
“Həzrət Fatimənin (əleyha-səlam) təsbihi təkbirlərin sayı qədər -34 ədəd– düyün vurulmuş bir sapdan ibarət idi və onu Həmzə şəhid olana qədər əlində dolandırırdı. Onun qəbrinin türbətindən bir təsbih düzəltdi və ondan sonra təsbih düzəltmək camaat arasında rəvac (adət) tapdı.”
İmam Hüseyn (əleyhis-səlam) türbəti ilə zikrin fəziləti
İmam Sadiqdən (əleyhis-səlam) iki türbətdən istifadə etmək barədə sual olundu ki, bu iki türbətin – həzrət Həmzə və İmam Hüseyn – hansı birindən təsbih düzəltmək daha fəzilətlidir?!
Həzrət cavabında buyurdu: “Həzrət İmam Hüseynin (əleyhis-səlam) qəbrinin torpağından düzəldilən bir təsbihin dənələri zikr deyilməzdən qabaq özü zikr deyir.”

Şiənin əlamətləri


“Rövzətül-vaizin” kitabından nəql olmuşdur ki, Həzrət Musa ibn Cə`fər (əleyhis-səlam) buyurdu: “Bizim şiələr dörd şeydən ehtiyacsız deyildirlər: üstündə namaz qıldığı səccadədən (ya möhürdən) barmağına taxdığı bir üzükdən, dişlərini yumaq üçün misvakdan və İmam Hüseynin (əleyhis-səlam) qəbrinin türbətindən düzəldilmiş 33 dənəli bir təsbihdən ki, onu zikr deyən halda əlində dolandırsa Allah-təala onun üçün hər bir dənəsinə görə qırx savab yazar, səhv və qəflət halda dolandırsa, Allah-təala onun üçün iyirmi savab yazar.”
Haqq zikri demək
İmam Sadiq (əleyhis-səlam) buyurdu: “İmam Hüseynin (əleyhis-səlam) qəbrinin türbətinə səcdə etmək yeri yeddinci qatına qədər nurlu edir və bir nəfər Hüseynin (əleyhis-səlam) qəbrinin torpağından düzəldilmiş bir təsbihi özü ilə gəzdirsə, haqq zikr edən hesablanar, baxmayaraq ki, onunla zikr demir”.

İmam Səccadın (əleyhis-səlam) adəti (xasiyyəti)


Rəvayət olmuşdur ki: Həzrət İmam Zeynul-Abidini (əleyhis-səlam) Yezidin (lə`nətullah əleyh) yanına aparan zaman Yezid (lə`nətullah əleyh) onu öldürmək qərarına gəlir. Bu cəhətdən söhbətə başladı ki, həzrət onun qətlinə səbəb olan bir söz desin, lakin İmam Səccad (əleyhis-səlam) Yezid (lə`nətullah əleyh) onunla danışdığı qədər söhbət edirdi. Həzrətin əlində kiçik bir təsbih var idi ki, barmaqları ilə onu çevirirdi və söhbət edirdi. Yezid –(lə`nətullah əleyh) dedi: “Mən səninlə söhbət edirəm və sən barmaqlarınla təsbih çevirən halda cavabımı verirsən. Bu işi necə rəva görürsən?
Həzrət buyurdu: “Atam Cəddimdən (əleyhis-səlam) mənə danışıbdır ki, sübh namazını qılan zaman yerindən hərəkət edirdi, bir şey deməzdi, o vaxta qədər ki, təsbihi əlinə götürüb bu duanı oxuyardı:
- “Allahummə inni əsbəhtu usəbbihukə və uhəmmidukə və uhəllilukə və ukəbbirukə və uməccidukə biədədi ma udiru bihi subhəti”
- “Pərvərdigara! Mən səni çevirdiyim təsbih dənələri və sayı qədər təsbih, təhmid, təhlil təkbir və təmcid etdiyim halda sübh etdim.”
Sonra təsbihi əlinə götürüb onu çevirərdi və heç bir zikr demədən ürəyi istədiyi hər sözü deyərdi və buyururdu ki, bu onun üçün hesablanıb onun qorunmasına səbəbdir o vaxta qədər ki, öz yatağına gedərdi. Yatağına uzanan zaman bu zikri deyirdi və təsbihini başı altına qoyardı. O andan yuxudan oyanana qədər o həzrət üçün zikr və təsbih sayılırdı. Mən bu işdə cəddimə iqtida edib və ondan itaət etməyə görə yerinə yetirmişəm.”
Yezid -(lə`nətullah əleyh)- neçə dəfələrlə o həzrətə dedi ki, mənə qalib gəldi. Sonra o həzrət qətl etmək fikrindən yayındı, onların azad edilməsinə görə göstəriş verdi.

Mələklərə yol göstərən


Rəvayət olmuşdur ki: “Hər vaxt hurəl-eyn mələklərdən, birini görsələr ki, yer üzünə bir işdən sarı enirlər İmam Hüseynin (əleyhis-səlam) qəbrinin torpağından düzəldilmiş bir təsbihlə onun yolunu tapırlar.”

Fatimeyi-Zəhra (s) zikrini deməyin vaxtı


1) Namazdan sonra zikr:
a) 1000 rəkət namazdan daha üstün
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
“Həzrət Fatiməyi-Zəhra (əleyha-səlam) zikri mənim yanımda hər gündə hər namazdan sonra min rəkət namazdan daha üstündür.”
b) Bağışlanmaya səbəb olur
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
“Hər kəs vacib namazdan sonra həzrət Zəhra (əleyha-səlam) zikri ilə 100 dəfə Allah-təalanın zikrinə məşğul olsa və onun ardınca “La ilahə illəl-lah”ı desə Allah-təala onu öz məğfirətinə (bağışlanmaya) aid edər.”
c) Namazın rədd olması
Əllamə Müqərrəm deyir: “Bu zikr barədə o qədər deyilib ki, hətta Allah-təalanın haqqı vardır, kamil şəkildə və bütün şəraitlərlə yerinə yetirilmiş, lakin Fatimeyi-Zəhranın (əleyha-səlam) zikri deyilməmiş bir ibadəti sahibinə qaytarsın və ondan qəbul etməsin. Pak imamlar (əleyhimus-səlam) bu barədə buyurmuşlar: “Zikri olmayan namaz sahibinə qaytarılır.” Çünki ibadət həzrət Zəhra (əleyha-səlam) zikri ilə birlikdə bəzəkli bir paltar kimidir ki, paltar bəzəksiz və zinətsiz bəyənilmir.
d) Zikrdə davam
Həzrət Zəhra (əleyha-səlam) xidmətçi almaq üçün Peyğəmbərin yanına gedən zaman əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi) ona buyurdu: “Ey Fatimə! Sənə bir şeyi əta edirəm ki, xidmətçidən dünya və dünyada olanlardan daha üstün olsun. Namazdan sonra 34 dəfə “Allahu əkbər”, 33 dəfə “Əlhəmdulillah” və 33 dəfə “Subhanəllah”ı de və onu “La ilahə illəllah” ilə tamamla. Bu iş sənin üçün istədiyindən, dünya və dünyada olan şeylərdən daha yaxşıdır.”
Onda həzrət Zəhra (əleyha-səlam) hər namazdan sonra bu zikrə davam etdi və ona mənsub oldu.
2) Yatan zaman zikr demək:
a) Xidmətçidən daha yaxşı
Əmirəl-mö`minin Əli (əleyhis-səlam) buyurdu:
“Həzrət Fatimeyi-Zəhra salamullah əleyha Rəsuli-Əkrəmin (səlləllahu əleyhi və alihi) yanına getdi və ondan bir xidmətçi istədi, Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: “Görəsən sənə bir şeydən xəbər verməyim ki, sənin üçün xidmətçidən daha yaxşı olsun? Yatan zaman da 33 dəfə “Subhənallah”, 33 dəfə “Əlhəmdulillah” və 34 dəfə “Allahu əkbər” de.”
Yatan zaman zikr demək
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
“Hər kəs gecəni Fatimə (əleyha-səlam)-ın təsbihi ilə başa vursa (yatan zaman təsbih desə) Allahı çox xatırlayan və zikr edən kişilər və qadınlar zümrəsindən olacaq.”

Yatmazdan əvvəl zikr demək


Həzrət Fatiməyi-Zəhra (əleyha-səlam) zikrini (demək sifariş verilən yerlərdən biri) öz yatağına getdiyin bir vaxtda 34 dəfə “Allahu əkbər”, 33 dəfə “Əlhəmdulillah” və 33 dəfə “Subhanəllah”, “Ayətəl-kürsü”nü, “Müəvvəzzətəyn”(“Fələq” və “Nas”surələri ) və Saffat surəsinin əvvəldə on ayəsi və axırda on ayəsini oxu

Fatimeyi-Zəhra (əleyha-səlam) zikrinin mə`nası

Həzrət Fatimə (əleyha-səlam) zikrinin uca məfhumları

İmam Sadiq (əleyhis-səlam) buyurdu: “Fatimeyi-Zəhran (əleyha-səlam) zikri bunlardan ibarətdir: Münəzzəhdir bir cəlal sahibi ki, mütəkkəbbir və böyükdür. Münəzzəhdir bir izzət sahibi ki, şə`ni və mərtəbəsi uca və yüksəkdir, münəzzəhdir bir səltənətin sahibi ki, fəxr və iftixarə sahibdir, münəzzəhdir gözəllik və cəmal sahibi, münəzzəhdir o kəs ki, nur və vüqarla bəzənmişdir. Münəzzəhdir o kəs ki, qarışqanın ayaqlarının əlamətlərini saf və şəffaf daşda görüb, ağaclar və güllərin üzərinə düşən quşlara nəzər salır.
“Allahu Əkbər”in mə`nası
- Allah bizim düşüncə və xəyalımızdan daha böyük və ucadır.
- Allah bütün şeylərdən daha böyükdür.
- Allah bütün varlıqlardan, o cümlədən: duyduğumuz maddi aləmdən, mələklərdən və qeyri-maddi (mələkuti, metafiziki) mövcudatdan daha üstündür.
- İmam Sadiq (əleyhis-səlam) buyurur: “Elə ki, başlanğıcda təkbir (Allahu Əkbər) deyirsən gərək ondan (Allahdan) başqa bütün varlıqlar sənin nəzərində kiçilsin.”
- Hər “Allahu Əkbər”, Allahın böyüklüyü duyğusunu insanın vücudunda genişləndirir və onu ülvi dərəcələrə nail edir.
- Hər vaxt namazda münacatın şirinliyini daddınız bilin ki, sizin təkbiriniz Allah-təalanın qəbul və təsdiq məqamındadır.
- “Allahu Əkbər” bir kəlmədir ki, müsəlman körpə doğumunun başlanğıcında azan və iqamə ünvanı vasitəsilə eşidir.
- Və ən axırıncı bir kəlmədir ki, ölüyə oxunur.
- Birinci və yeganə bir zikrdir ki, hər namazda vacibdir və həm də namazın rüknüdür.
“Əlhəmdulillah”ın mə`nası
- Həmd və sitayiş o Allaha məxsusdur ki, bütün kainat onunla bəslənir.
- Bu zikri deməklə, şükr etmək hiss və duyğusu bizdə dirilir.
- Bu zikri demək qəflətləri aradan aparır, ne`mətləri yada salır və bizi İlahi Rübubiyyətə diqqətli və ayıq edir.
- Qur`anda Allah üçün 100 ad gəlmişdir ki, “Allah” onların ən yığcamıdır.
- “Həmd” kəlməsində Allaha “sitayiş və şükr”dən əlavə ayrı bir mə`nada gizlənmişdir və o “pərəstişdir”
“Subhanəllah”ın mə`nası
İmam Sadiqdən (əleyhis-səlam) Allahın bu sözü “Subhanəllah” barədə sual oldu, buyurdu: “Onu (Allahı) pak və münəzzəh bilmək mə`nasındadır”.

Peyğəmbərin sözü


Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alihi) Təlhə ibn Übeydullahın “Subhanəllah”ın mə`nası barədə soruşduğu sualın cavabında buyurdu: “O, (Subhanallah) Allahı hər yaraşmaz sifətdən pak və münəzzəh bilməkdir.”

Zikrin savabında


İlahi zikrin ayrı qismlərindən biri təsbih deməkdir. Əli (əleyhis-səlam) buyurdu: “Bir nəfər bir dəfə “Subhanəllah” desə, bütün mələklər ona salavat göndərirlər və zikrin savabını Allahdan başqa kimsə bilmir.”
“İddətud-dai vəl-Ali” kitabında gəlmişdir ki, Həzrət İmam Sadiq (əleyhis-səlam) buyurdu: “Süleymanın ordusu, məsafəsinə görə 600 kvadrat kilometr ərazini əhatə etmiş quşlar və toyuqlardan, 150 kilometr vəhşi heyvanlardan və 150 kilometr adamlardan ibarət idi. Cinlər Süleyman (əleyhis-səlam) üçün onun böyüklüyü 12 kvadrat kilometr olan ipək və qızıldan bir (bəsat) fərş toxumuşdular. Süleyman (əleyhis-səlam) üçün o fərşin üstündə bir minbər qoydular və onun ətrafına qızıl və gümüşdən olan kürsülər qoydular. Peyğəmbərlər qızıl kürsülərə, alimlər isə gümüş kürsülərdə otururdular. Quşlar Süleymanın (əleyhis-səlam) başı üstündə öz qanadlarını bir-birinə yapışdırırdılar ki, gün Süleymanın başına düşməsin və Allah küləyi Süleymanın ixtiyarına vermişdi ki, onun fərşini götürür və gecə-gündüz iki ay dolandırardı. Necə ki, Allah buyurur: “Və li Suleymanər-rihə ğəduha şəhrun və rəvahuha şəhr”.
Bir gün külək fərşi o cəlal və şövkətlə aparırdı bir kəndli səhrada durmuşdu və dedi: “Subhanəllah” Allah Davudun oğluna necədə səltənət əta edib? Külək onun sözünü Süleymanın qulağına yetirdi. Həzrət Süleyman əmr etdi külək fərşi yerə endirsin. Kəndli kişinin yanına getdi. Buyurdu: “Təsbihətun vahidətun yuqbiluhəllahə xəyrun min ma utiyə min ali Davud” yə`ni Allah bəndələrindən biri bir subhanəllah desə və Allah qəbul etsə Ali-Davuda əta etdiyindən daha üstünün ona verər. Başqa bir rəvayətdə vardır ki, bir “Subhanəllah” demək Allah yolunda verilən bir dağ gümüşdən daha fəzilətli və üstündür. Və bu “Subhanəllah” deməyin çoxlu fayda, səmərə və bərəkətləri vardır.

Mələklərin salamı


İmam Əli (əleyhis-səlam) “Subhanəllah”ın mə`nası nədir sualına cavabında buyurdu: “O Allahın (əzzə və cəllə) uca məqamının ehtiram olunması və onun barəsində müşriklər dediyi hər şeydən onu münəzzəh bilməkdir. Hər vaxt bəndə bu cümləni desə, hər bir mələk ona salam göndərir”.

Subhanəllah zikrinin faydaları


Şeyx Səduq “Əmali” kitabında İmam Sadiqdən (əleyhis-səlam) rəvayət etmişdir ki, buyurdu: “Bir nəfər bir gün 30 dəfə“Subhanəllah” desə Allah-təala ondan 70 növ bəlanı uzaqlaşdırar ki, onların ən yüngülü fəqirlik bəlasıdır. 2-ci faydası budur ki, qəm-qüssə, qorxu, təhlükə, çətinlik və müsibətlərdən nicat tapmağa səbəb olur. Necə ki, balığın qarnından Yunus peyğəmbərin nicat tapmasına bu iş səbəb oldu ki, dedi: “Sübhanəkə inni kuntu minəz-zalimin”. Allah ona nicat verdi necə ki, buyurur: “Fəstəcəbna ləhu və nəccəynəhu minəl-ğəmmi” və sonra buyurur “Fələvla ənnəhu kanə minəl-musəbbihinə lə ləbisə fi bətnihi ila yavmə yubəsun”[16] yə`ni “onun zikrinin bərəkəti ilə ona balığın qarnında qəm-qüssə, giriftarlıq və çətinlikdən nicat verdik.

Behiştdə bir ağac


Ayrı bir rəvayətdə vardır ki, Bir nəfər bir “Subhanəllah” desə, behiştdə bir ağac onun üçün əkərlər, hər vaxt “vəl-həmdulillah” desə, ayrı ağac əkirlər.
Zikrin sirri
İmamlardan olan hədislərdə gəlmişdir ki, Fatimeyi-Zəhranın (əleyha-səlam) bu məşhur zikrini (34 dəfə Allahu –Əkbər, 33 dəfə Əlhəmdullilah və 33 dəfə Subhanəllah) əlavə olaraq La ilahə illəllah ilə tamamlayın.[4] Bu sənin üçün istədiyindən, dünya və dünyada olanlardan daha yaxşı və üstün olacaq. Buna görə də Fatiməyi-Zəhra (əleyha-səlam) bu zikrləri hər namazdan sonra zikr etməyə diqqət yetirirdi və bu səbəbə görə bu zikr ona nisbət verildi və camaat arasında «Fatimeyi-Zəhra (əleyha-səlam)» zikri (təsbihatı) adı ilə məşhurdur.


Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor