Hər şeyi bilən Allahdır |
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 7-11-2014, 21:04 | Şərh sayı: (2) | Baxılıb: 1602
Hər şeyi bilən Allahdır
Әbu-Hәmzә imаm Bаqirin (ә) dilindәn bеlә nәql еdir: “Hеç bir ilin yаğış pаyı о biri ilkindәn аz dеyil. Аmmа yаğışı istәdiyi yеrә yаğdırаn Аllаhdır. Аllаh günаhkаr insаnlаrın yаğış pаyını kәsib, оnu dаğlаrа vә dәnizlәrә yаğdırır. İnsаnlаr günаh еtdiklәri yеrdә Аllаh tәzәk qurdunа әzаb vеrәr, yаğışı kәsәr vә оnu günаhа yоl vеrilmәyәn yеrlәrә yаğdırаr.” Sоnrа hәzrәt (ә) buyurdu: “Еy bәsirәt sаhiblәri, ibrәt götürün!” (İnsаnlаrın günаhınа görә dili bаğlı cаnlı cәzаlаndırılırsа, günаhkаrlаrın hаlı nеcә оlаcаq?!)
Allahın sevimli qullarından biri bir yuxu görər; yuxusunda özünə belə deyilir: "Səhər olunca, qarşına ilk çıxanı ye, ikinci çıxanı saxla,
üçüncü çıxanın diləyini qəbul et, dördüncü gələni üzmə, beşincidən də qaç!" Səhər oldu; çölə çıxdı. Yola qoyulub getdi. Qarşısına bir dağ çıxdı. Bu böyük dağı görüncə çaşdı. Öz-özünə belə dedi: Rəbbim mənə bunu yeməmi əmr etdi. Sonra belə dedi: Rəbbim mənə gücümün çatmayacağı bir şeyi əmr etməz. Onu yeməyə qərar verdi. Dağa doğru getdi. Yaxınlaşdıqca dağ kiçildi. Tam yaxınlaşdığı zaman böyük dağ bir loxmaya çevrilmişdi. Onu tutub yedi, baldan şirin tapdı. Allaha həmd etdi, getdi. Qarşısına altından bir ləyən çıxdı.
Belə dedi:Rəbbim, bunu da saxlamamı əmr etdi. Bir çuxur qazdı, onu basdırdı. Getdi, az getdikdən sonra dönüb baxdı. Ləyən torpaq üzünə çıxmışdı. Geri döndü, təkrar basdırdı. Bir az getdi; baxdı ki, yenə çıxmış bir daha basdırdı, yenə torpaq üstünə çıxdı. Öz-özünə, "Mən əmr ediləni etdim." deyərək buraxıb getdi. Qarşısına bir quş çıxdı. Arxasından bir şahin onu qovurdu. Quş ona belə dedi: "Ey Allahın sevimli qulu, məni saxla. Mənə kömək et." Onu götürdü. Arxasından şahin gəldi; belə dedi: "Ey Allahın sevimli qulu. Səhərdən bəri də bu quşun arxasındayam. Onu tutmaq istəyirəm. Qismətimə mane olma. Öz-özünə belə dedi: "Üçüncünün diləyini etməm əmri verildi, etdim. Dördüncünü üzməməm əmr edildi. İndi nə edəcəyəm? Bu işə çaşdı. Sonra bıçaq götürdü; öz uyluğundan bir parça ət kəsdi, şahinə atdı; o da qapıb qaçdı. Daha sonra quşu saldı. Bundan sonra, getdi. İylənmiş bir leş gördü. Onu da buraxıb qaçdı.
Axşam olunca bu duanı etdi: "Ya Rəbbi, əmrini yerinə yetirdim. Bu işlərin mənası nə isə mənə bildir. Daha sonra, yuxusunda belə izah edildi: "Birinci görüb yediyin hirsdir. Əvvəl böyük bir dağ kimi görülər; səbrlə hirs udulsa, baldan şirin olar. İkincisi yaxşı əməlindir. Nə qədər saxlasan saxla; yenə meydana çıxar. Üçüncüsü, sənə buraxılan bir əmanətdir, ona xəyanət etmə. Dördüncüsü budur: Bir insanın sənə bir diləyi çatsa, onu yerinə yetir; istəsə sənə lazım olan bir şey olsun. Beşincisi qeybətdir. İnsanların qeybətini edənlərdən qaç. Şübhəsiz hər şeyi bilən Allahdır...
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər