RSS
 

Login:
Şifrə:
» » “Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər” - “Foreign Affairs”

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

“Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər” - “Foreign Affairs”

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-02-2016, 11:40 | Şərh sayı: (0) | Baxılıb: 914

“Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər” - “Foreign Affairs”


“Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər” - “Foreign Affairs”Böyük güclər savaş hazırlıqları içində - Azərbaycana təhlükə var; Ərdoğanın Bakı səfəri öncəsi Rusiyanın Xəzər və Qara dənizlərində “əzələ” nümayişinə başlamasının səbəbi - Azərbaycana da mesaj? NATO isə Rusiya ilə sərhədə qoşun yığır; rusiyalı hərbi ekspert: “Moskva müharibə hazırlıqlarına start verib...”
Rusiya iqtisadi-maliyyə sanksiyalarının məngənəsində sıxılsa da, belə görünür, bölgədə hərbi mövcudluğunu gücləndirməkdə israrlıdır. Bu proses Türkiyənin “Su-24" təyyarəsini vurmasından sonra indi daha qabarıq şəkildə müşahidə edilməkdədir. Hər halda, Moskva bu il üçün planlaşdırdığı rekord sayda hərbi təlimlərə artıq start verib.

Belə ki, iki gündür ki, Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər və Qara dənizlərdə təlimlərə başlayıb. Rusiya Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, hərbi gəmilər Cənub Hərbi Dairəsinin (CHD) qoşunlarının döyüş hazırlığının yoxlanılması çərçivəsində iki dənizdə minalar və şərti rəqibin sualtı qayıqlarının axtarışını həyata keçirir.

Rusiya prezidenti Vladimir Putin CHD-nin qoşunlarına, o cümlədən Xəzər və Qara dənizlərdəki donanmaların qüvvələrinə bir nömrəli döyüş hazırlığı əmri verib. Onun sərəncamı əsasında Qara dəniz sahillərinə 40 hərbi təyyarə (qırıcı) və döyüş helikopteri göndərilib. Müdafiə Nazirliyi hərbi təyyarə və vertolyotların Qara dəniz sahillərində min kilometrlik təlim uçuşu həyata keçirdiklərini bildirilib. Həmin nahiyəyə göndərilən hərbi vasitələr arasında taktiki bombardman, hücum və hərbi nəqliyyat təyyarələri, həmçinin, hücum helikopterləri yer alıb.



***
Göründüyü kimi, təlimlər Türkiyənin “burnunun ucunda”, həmçinin qardaş ölkənin və Qərbin həyati maraqlarının olduğu başqa strateji bölgədə - karbohidrogen ehtiyatları ilə zəngin Xəzər hövzəsində keçirilir. Bu isə həm də neft-qaz ölkələri olaraq, özlərinin energetik resurslarını Gürcüstan və Türkiyə vasitəsilə Qərb bazarlarına çıxaran və çıxarmaqda israrlı olan Azərbaycan və Türkmənistana birbaşa təhdiddir. Eyni zamanda TANAP, digər kəmərlər və nəqliyyat arteriyaları hesabına Rusiyadan energetik, kommunikasiya asılılığını minimuma endirməyə çalışan Ankaraya və Tiflisə qarşı açıq şantajdır.

Bu xüsusda Rusiya hərbi təlimlərinin prezident Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri ərəfəsində başlamasını təsadüfün ayağına yazmaq çətindir. Kremlin belə hərbi demarşlarına isə qardaş ölkə və onun təmsil olunduğu NATO alyansının cavab reaksiyası yəqin ki, özünü çox gözlətməyəcək.

***
Moskvanın Ankara və Qərblə gərgin münasibətlərinin mümkün inkişaf dinamikası isə hərbi-siyasi ekspertlər və “beyin mərkəzləri”, o sırada Qərb nəşrləri tərəfindən ciddi şəkildə analiz edilməkdədir - ələlxüsus da Türkiyə-Rusiya gərginliyi fonunda narahatedici proqnoz və xəbərdarlıqların sayı artmaqdadır.



Məsələn, nüfuzlu “Foreign Affairs” nəşri hesab edir ki, “Türkiyə Rusiyanı Qafqazdan çıxarmaq üçün müharibəyə hazırlaşır”. Belə bir sensasiyalı iddia ilə çıxış edən məqalə müəlliflərinə görə, Türkiyə, sadəcə, Birləşmiş Ştatlardan bundan ötrü zəmanət gözləyir. Sitat: “Hər şeydən əvvəl bu həmlə boğazlarda və Dağlıq Qarabağ münaqişəsində təşəbbüsü ələ almaq məqsədi daşıyır. Bundan ötrü Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər - hansı ki, artıq belə bir vəziyyət yetişib”.

“Foreign Affairs” ardınca iddia edib ki, Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan hərbi ittifaqını gücləndirəcək: “Bu ittifaq Rusiyanın tamamən Güney Qafqazdan sıxışdırılıb çıxarılmasına, dolayısı ilə NATO-nun bölgəni öz təsir dairəsinə almasına gətirə bilər. Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonların qaytarılması qarşılığında buna hazırdır. Xüsusilə prosesdə Türkiyə varsa, Bakı ”yox" deməyəcək. Ermənistan əraziləri qaytarmaq istəməsə də o, iqtisadi yardım qarşılığında buna məcbur olacaq".



Nəşr Ərdoğanın fevralın 18-nə planlaşdırılan Bakı səfərində bu və digər mühüm məsələlərin müzakirə ediləcəyini də təxmin edib. Qeyd edək ki, qarşıdakı səfər çərçivəsində Gürcüstan və Türkiyədən keçəcək TANAP qaz layihəsinin inşasının sürətləndirilməsi və iki ölkənin, ümumən bölgənin Rusiyadan qaz asılılığını minimuma endirməklə bağlı müzakirələr də gözlənilir. Şübhəsiz ki, Türkiyə-Rusiya gərginliyi fonunda regional təhlükəsizliyin Azərbaycanın da maraqlarına toxunan başqa ciddi aspektləri də diqqətə alınacaq.

***
Maraqlıdır ki, Rusiya NATO ölkələrinə həmsərhəd ərazilərdə geniş miqyaslı hərbi təlimlərə keçirirkən Şimali Atlantika bloku da Rusiya ilə sərhəddə yerləşən Şərqi Avropa ölkələrinə 500-1000 nəfərlik hərbi batalyonlar göndərməyə başlayıb. Britaniya KİV-ləri həmin qüvvələrin Latviya, Litva, Estoniya, Polşa, Bolqarıstan və Rumıniyaya yerləşdiriləcəyini yazır. Məqsəd Rusiyanın “Ukrayna stilində yeni münaqişə ocağı yaratmaq istədiyi halda alyansın ona cavab verəcəyini” sərgiləməkdir.

Məlumata görə, Rusiya ilə sərhədboyu yerləşdiriləcək qüvvələrdə amerikalı, alman və ingilis əsgərləri xidmət edəcək. Britaniyalı analitiklərə görə, Rusiyanın Şərqi və Mərkəzi Avropa ölkələrinə qarşı yeni hibrid müharibəsi aparmasına qarşı atılan bu addım Brüssel və Moskva arasında münasibətləri gərginləşdirə bilər.

***



Bu arada isə tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauer Ukraynanın “Novoye vremya” nəşrinə müsahibəsində mövzumuza dəxli olan və sensasion sayıla biləcək fikirlər söyləyib. Onun hesablamalarına görə, Rusiyanın hərbi dəstək verdiyi Bəşər Əsəd qüvvələrinin strateji əhəmiyyətli Hələb şəhərini ələ keçirmək planı Moskva və Ankara arasında hərbi toqquşmaya gətirə bilər və əslində Xəzər və Qara dənizlərindəki son təlimlər də bununla - ön hazırlıqlarla bağlıdır.

Politoloq deyir: “Lakin Əsədin peşəkar piyada hərbi qüvvələri az olduğundan bu, üzücü və qanlı bir mühasirə olacaq. Total humanitar fəlakətə imkan verməmək üçünsə Hələbə xarici qüvvələr cəlb ediləcək. Ehtimal böyükdür ki, Qərb qüvvələri, yaxud türklər Hələbdəki müxalifət qüvvələrinin mühasirəsinin yarmaq və ya ora humanitar dəhliz açmaq istəyəcək. Bu isə öz növbəsində daha ciddi konfliktin, o cümlədən ümumavropa müharibəsinin alovlanmasına gətirə bilər”.

Ekspertə görə, artıq buna hazırlıqlar başlayıb: “Dünəndən (srağagündən - red.) Rusiya Türkiyə ilə böyük müharibə üçün öz qüvvə və vasitələrini yerləşdirməyə başlayıb. Qara və Xəzər dənizlərində hərbi təlimlər keçirilir, Putinin göstərişi əsasında Cənub Hərbi Dairəsi qüvvələri qəfil yoxlanış çərçivəsində yüksək döyüş hazırlığı vəziyyətinə gətirilir. Rusiya hərbçiləri Suriyanın şimalında, sonra isə ola bilsin həm də cənubunda qələbələr gözləyir - hansı qələbələr ki, Əsəd qüvvələrinin Türkiyə sərhədinə çıxışını təmin edəcək. Buna isə Türkiyə necə reaksiya verəcək - heç kim bilmir. Elə bundan çıxış edərək də Rusiya türklərlə genişmiqyaslı hərbi qarşıdurmaya hazır olmaq üçün öz qüvvələrini səfərbər eləməkdədir. Qarşıdurma ehtimalı isə çox yüksəkdir...”

Musavat



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor