RSS
 

Login:
Şifrə:
» » Deputatlar sahibkarların müdafiəsinə qalxdılar

Xəbər lenti

Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Deputatlar sahibkarların müdafiəsinə qalxdılar

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 12:52 | Şərh sayı: (0) | Baxılıb: 219

Deputatlar sahibkarların müdafiəsinə qalxdılar


Deputatlar sahibkarların müdafiəsinə qalxdılar“Dünən iş adamlarından 10 min istəyirdilər, bu gün ikiqat, üçqat tələb etməyə başlayıblar”; YAP-çı deputat: “Artıq sahibkarlar monopoliyanın bərpa olunmasını arzulayırlar, deyirlər ki, yenə əvvəllər monopolistlərlə dil tapmaq olurdu”
Fevralin 1-də Milli Məclisin yaz sessiyası öz işinə başladı. İlk plenar iclas Dövlət Himninin oxunması və keçmiş deputat, mərhum akademik Cəlal Əliyevin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başladı.

Spiker Oqtay Əsədov gündəliyi səsə qoyduqdan sonra “Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” sənəd müzakirəyə çıxarıldı. Qeyd edək ki, işlər planında xeyli vaxtdır qəbulu reallaşmayan “Elm haqqında”, “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri də var idi.

“Milli Məclisin İntizam komissiyasının təşkil edilməsi haqqında”, “Milli Məclisin Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi komitələrinin yeni üzvlərinin seçilməsi haqqında” sənəd parlamentdə müzakirəyə çıxarılaraq ayrı-ayrılıqda təsdiq olundu.

Müzakirə zamanı deputat Aydın Mirzəzadə bir deputatın iki komitədə təmsil olunması barədə əlavəyə etirazını bildirdi: “Komitə üzvü komitə sədri və müavinindən sonra ən yüksək statusdur. Necə ola bilər ki, aid olduğu komitənin üzvlüyündən başqa, həmin deputat digər bir komitənin də təsadüfi üzvü olsun? Məncə, bu düzgün deyil”.



O.Əsədov isə onunla razılaşmayaraq “burada etiraz etməyə nə ehtiyac var axı, Aydın Mirzəzadə?! Dünyanın hər yerində bu praktika var, biz də tətbiq edirik. Qoy, deputat bir komitəyə yox, digər komitəyə də töhfəsini versin. Həm də deputatın hər bir məsələyə səs verməsi onsuz da onun hüququdur. Burda etiraz ediləsi heç nə yoxdur”-söylədi. Dəyişikliklər səsvermə ilə qəbul edildi.

Deputat Zahid Oruc yazıçı Çingiz Abdullayevin son açıqlamasına diqqət çəkdi: “Çingiz müəllim detektiv janrda tirajı milyonu keçən tanınmış yazardır. Bu yaxınlarda ”4 uşaq atasını necə işdən çıxardım" deyə, bir çağırışda bulunmuşdu. Məncə, Çingiz müəllim mənim bu sözümdən inciməz. Çingiz Abdullayevin özü 4 vəzifəni daşıyır. O, elə qələm adamlarındandır ki, öz kitabları ilə yaxşı yaşaya bilər. Çingiz müəllimin bu açıqlaması özünə də, bəzi millət vəkillərinə də, məmurlara da aiddir. Heç kimə sirr deyil ki, nazir gedib auditoriyada dərs deyə bilməz. Ən azından min vəzifə buradan yarana bilər. Qoy, Çingiz müəllim başlasın, tutduğu vəzifələrdən imtina etsin, digərləri də bu prosesi davam etdirsin". Z.Oruc işğal altındakı ərazilərimizin adlarının kafe və restoranlara, digər obyektlərə qoyulmasına da etiraz etdi: “Şuşa və ümumiyyətlə, işğal bölgəsi ilə bağlı adlar yığışdırılmalıdır”.

Deputat Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəqil olmasını təklif etdi. Ardınca icra başçılarını tənqid etdi: “Biri gedir, başqası gəlir, amma əvvəlkinin qərarlarını ləğv edir. Bu, niyə belə olmalıdır ki..?” Z.Oruc MİS-lərin fəaliyyətsiz qurumlara çevrildiyi halda, bu quruma vəsaitlərin ödənildiyini xatırlatdı, bu sahədə islahatlara gedilməsini zəruri saydı. Dağlıq Qarabağ Muxtar Vilayətinin 90-cı illərdə AXC hökuməti tərəfindən ləğv edildiyini xatırladan Z.Oruc bildirdi ki, bu gün Dağlıq Qarabağ adı ermənilərdə mövcuddur: “Dağlıq Qarabağ Muxtar Vilayəti bərpa olunmalıdır. Bu adın bərpası hüququ həmin ərazinin sahibi kimi Azərbaycana məxsusdur”.

Deputat Fazil Mustafa çıxışında kino sənətinin səviyyəsini qaldırmaq üçün təkliflər verdi. O bildirdi ki, bu qədər pullar xərclənsə də, normal film ortaya qoyulmayıb. O, qanunvericiliklə bağlı təkliflərini də səsləndirdi: “Mən gözləyirdim ki, bu sessiyada, nəhayət, Rəqabət Məcəlləsi qəbul ediləcək. Bu ölkənin əsas problemi rəqabət problemidir. Ölkə prezidenti ürək yanğısı ilə deyir ki, sahibkarlığa dəstək vermək lazımdır. Ancaq dünən iş adamlarından 10 min istəyirdilər, bu gün ikiqat-üçqat tələb etməyə başlayıblar. Artıq prezidentin də tələbləri səmərə verməməyə başlayıb”. F.Mustafa bəzi yazılan fikirləri təkzib edərək, AŞ PA-da nümayəndə heyətinin çox böyük uğur qazandığını dedi, bu münasibətlə spikeri də təbrik etdi.

Spiker F.Mustafanın təklifləri barədə dedi ki, “Elm haqqında” Qanun artıq birinci oxunuşdan keçib: “Əminəm ki, bu sessiyada ikinci, üçüncü oxunuşda baxacağıq. ”Rəqabət haqqında" qanun layihəsinin üçüncü oxunuşu qalıb. Bunun qalması xeyirdir ki, layihəni daha da təkmilləşdirək, sonra müzakirəyə çıxaraq".

Deputat Elmira Axundova mərhum prezident Heydər Əliyevin “mövqeyinizi bildirin” sözlərini xatırlatdı və parlamenti, o cümlədən gənc deputatları müzakirələrdə aktiv iştiraka, mövqe bildirməyə çağırdı. Bankların bağlanmasından danışan deputat “Mərkəzi Bank rəhbərliyi radikal addımlar atarkən mütləq bu barədə ictimaiyyətə ətraflı məlumat verməlidir. Çalışmaq lazımdır ki, insanlar bu proseslərdən minimum itkilərlə çıxsınlar” söylədi. E.Axundova mühasib vəzifəsinə işə götürülmə prosesini asanlaşdırmağı, bankların bağlanması prosesində ixtisara salınan gənc kadrlardan istifadə olunmasını təklif etdi.



Fərəc Quliyev kreditorların hüquqlarının qorunması ilə bağlı qanunvericiliyə dəyişiklik etməyi təklif etdi: “Çünki iki devalvasiyadan sonra kreditlərin xərci xeyli artıb. Mərkəzi Bank və Maliyyə Nazirliyindən də məsələyə fərqli münasibət bildirilir. İnsanların isə ciddi gözləntiləri var”. F.Quliyev vəziyyətdən çıxmaq üçün kredit götürənlərin yükünün azaldılması məqsədilə təkliflərini səsləndirdi.

Deputat Azay Quliyev yerli icra hakimiyyəti orqanlarının ictimai nəzarətlə bağlı qarşıya qoyulan məsələlərə ciddi yanaşmadığını vurğuladı: “Milli Məclisdə ”İctimai nəzarət haqqında" qanun layihəsi müzakirələrə təqdim edilib. Qanun layihəsi müəyyən boşluqların doldurulmasına, konkret mexanizmlərin yaradılmasına xidmət edəcək. Bəzi yerli icra hakimiyyəti orqanları qanundan irəli gələn məsələlərə lazimi səviyyədə diqqət yetirmir.

Məsələn, ictimai şuraların yaradılması ilə bağlı Nazirlər Kabinetinin təsdiq olunmuş əsasnaməsi var. Əsasnamədə şuraların yaradılması qaydaları göstərilib. Amma bəzi qurumlar buna əməl etmir. Bu baxımdan “İctimai nəzarət haqqında” qanun layihəsi burada interaktivlik yaratmalıdır. Mexanizm kifayət qədər aydın, başadüşülən olmalıdır ki, ortaq fəaliyyət tapılsın. Həm də dövlət qurumlarının fəaliyyəti yüksək səviyyədə təşkil olunsun və digər mexanizmlərdə təmin edilsin. Bu baxımdan əminəm ki, biz bunu geniş şəkildə müzakirə edəcəyik və ən optimal layihəni sizin diqqətinizə təqdim edə biləcəyik".

Deputat məktəbəqədər təhsillə bağlı layihənin və sosial sifariş haqqında qanun layihəsinin də hazırlanmasını zəruri saydı.

Deputat Əli Məsimli dedi ki, dünyadakı rəqabətə tab gətirmək üçün təhsil sistemində köklü islahatlara gedilməlidir. O, məktəbəqədər təhsildən başlamış, yuxarı pillələrə qədər bütün mərhələlər üzrə keyfiyyətli təhsil üçün ciddi addımlar atmağa çağırdı. Ə.Məsimli yüksək balla ali məktəbə qəbul olunan tələbələrin yüksək təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyduğunu da dedi və təhsil kreditləri ilə bağlı təklifləri nəzərə almağa çağırdı.

Ə.Məsimli “Rəqabət haqqında qanunu 6 aya qəbul etmək olar, 6 ildir uzadılır” - deyə, bildirdi. Daha sonra o, yüksək faizlə, özü də dollarla kredit götürmüş insanların devalvasiyadan sonra kreditləri əvvəlki qaydada ödəyə bilmədiyini dedi: “400 manat maaş alan şəxsin maaşı 10 faizlik artımdan sonra 410 manat olub. Onun 200 manatını kreditə verir, qalan 200 manatı ilə yaşayırdısa, indi məcburdur ki, 400 manatının hamısını banka ödəsin. Ona görə də əhalini bu vəziyyətdən çıxartmaq üçün müəyyən güzəştlər tətbiq olunsun”.

Deputat Qənirə Paşayeva dedi ki, ünvanlı sosial yardım alan ailə kiçik məbləğdə kredit götürən kimi, yaxud övladı ödənişli ali məktəbə qəbul olanda dərhal yardım kəsilir. Xanım deputat bunu düzgün saymadı və ünvanlı sosial yardım verilərkən həmin aztəminatlı ailələri nəzərə almağa çağırdı. Q.Paşayeva məktəb yaşlı uşaqlar arasında siqaret çəkənlərin sayının artdığını dedi və bununla bağlı əlavə tədbirlərə ehtiyac olduğunu vurğuladı.

Deputat Musa Quliyev dərman vasitələrinin ƏDV-dən azad olunmasını, yaxud ƏDV-nin minimuma endirilməsini zəruri saydı: “Manatın devalvasiyasından sonra dərman vasitələrinin qiymətində son bir ay ərzində 45-50 faiz artım müşahidə olunur, bu da vətəndaşları çətin vəziyyətə salıb”. M.Quliyev dedi ki, gömrükdə ekspertizə işləri aparılarkən dərmanlar tələb olunan yerlərdə saxlanmalı olduğu halda, gömrükdə şərait olmadığından onların keyfiyyəti də aşağı düşür: “Ona görə də təklif edirəm ki, dərmanlar terminalda deyil, topdansatış obyektlərində normal şəraitdə saxlanılsın, daha sonra isə satışa təqdim edilsin”.
YAP-dan olan deputat gömrükdəki vəziyyətlə bağlı parlamentə çağırış etdi və vəziyyətin ağır olmasına işarə vurdu: “Bir aydan çoxdur ki, nə Türkiyə, nə Çindən Azərbaycana mal idxal olunmur. Çünki 36 faiz vergi və gömrük rüsumu tətbiq olunub. Artıq sahibkarlar monopoliyanın bərpa olunmasını arzulayırlar, deyirlər ki, yenə əvvəllər monopolistlərlə dil tapmaq olurdu. Ona görə də gəlin, biz elə bir rejim yaradaq ki, qaş qayırdığımız yerdə göz də çıxartmayaq”.

Deputat Məlahət İbrahimqızı ixtisarlardan sonra işsiz qalmış insanın hətta 110 manat maaşı olan bağban vəzifəsinə belə işə götürülməsindən imtina edildiyini bildirdi, bu sahədə qanunvericiliyə dəyişiklik edilməsini təklif etdi. Bələdiyyələr hətta Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi olmadan kiçik işlərə belə, adam götürə bilmirlər. Deputat bu qurumların səlahiyyətlərinin artırılmasını təklif etdi.

Deputat Sahib Alıyev işğal olunmuş ərazilər və cəbhə xəttində yaşayan əhalinin xüsusi statusu haqqında qanunların qəbul olunmasını təklif etdi.

Deputat Bəxtiyar Əliyev isə “Əgər rəqabət, antiinhisar haqqında qanunlar yoxdursa, neqativlərə qarşı necə mübarizə aparıla bilər? Hansısa sehrli əllərdir Rəqabət Məcəlləsinin qəbuluna imkan vermir” - deyə, tənqidi çıxış etdi.

Son günlərin ən aktual məsələsi, AŞ PA-nın qış sessiyası ilə bağlı da geniş müzakirələr oldu.
“Bu dəfə AŞ PA-da qəbul olunmuş sənəd həddən artıq vacib və əhəmiyyətli sənəddir. Bu da Azərbaycan nümayəndə heyətinin uğurudur. Ancaq bu, ilk dəfə qəbul olunmayıb. Ilk sənəd 2005-ci ildə cənab prezidentin rəhbərliyi ilə qəbul olunub”. Bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov plenar iclasdakı çıxışında dedi. O, mətbuatda AŞ PA sessiyası ilə bağlı bəzi yazıları təkzib etdi.

Deputat Qüdrət Həsənquliyev isə Gürcüstan nümayəndə heyətinin bəzi üzvlərinin Dağlıq Qarabağla bağlı AŞ PA-nın sessiyasına çıxarılan qətnaməni müdafiə etmədiyini, hətta əleyhinə səs verdiklərini xatırladıb, rəsmi Tiflisin siyasətini sərt tənqid etdi: “AŞ PA-nın sonuncu iclasında da Azərbaycanla bağlı qətnamə müzakirə olunanda Gürcüstan nümayəndə heyətinin 2 nəfər üzvü əleyhinə səs verib. Bunu burada hörmətli Səməd Seyidov və Fazil Mustafa da təsdiq edə bilər. Biz Milli Məclis olaraq son addımlarına görə Gürcüstan tərəfinin diqqətinə çatdırmalıyıq ki, belə strateji tərəfdaşlıq, belə ikiüzlülük və riyakarlıq olmaz!”

Q.Həsənquliyev qeyd etdi ki, Avropanın ayrı-ayrı institutlarında, o cümlədən Fransada güclü erməni lobbisi var: “Bu ölkələrdə hakimiyyətlər dəyişsə də, ancaq dövlətin mövqeyi dəyişməyib. Ancaq Elxan müəllimin təşəbbüsü ilə AŞ PA-da ”Sərsəng" su anbarı ilə bağlı qətnamənin qəbul edilməsi çox əhəmiyyətli addımdır. Bu qətnamənin qəbulunda Elxan Süleymanovun da böyük əməyi var".

Deputat Elman Nəsirov da AŞ PA-da böyük uğur qazanıldığını dedi və iki qətnamənin eyni vaxtda müzakirəyə çxıarılmasını taktiki cəhətdən uğurlu addım adlandırdı: “AŞ PA-dakı müzakirələr bir həqiqəti də üzə çıxartdı ki, Baltikyanı ölkələr və Çexiya ilə bağlı əlaqələrimiz zəifləyib. Ona görə də bunun səbəblərini araşdırmalıyıq”. Deputat ATƏT-in Minsk Qrupu ilə bağlı müzakirələrin aparılması üçün yüksək səviyyəli konfrans keçirməyə çağırdı.

Deputat Hikmət Məmmədov dedi ki, strateji tərəfdaşımız olan Gürcüstan Keşikçi dağı istiqamətindən sərhədlərin dəqiqləşdirilməsi barədə qəti addımlar atmır. Ona görə də rəsmi qurumlar bu fürsətdən istifadə etməlidirlər. Deputat həmçinin Gürcüstandan Azərbaycana turist cəlb edə bilmədiyimizi xüsusi vurğuladı: “Həmçinin bir vaxtlar biz tibbi məsələlərlə bağlı İrana üz tuturduq, indi də Gürcüstana üz tuturuq”.

Qeyd edək ki, ilk iclas Milli Məclisin yeni deputatlarının bəzilərinin aktivliyi ilə də diqqət çəkdi. Tahir Kərimli, Rəşad Mahmudov, Elman Nəsirov gündəliklə bağlı əlavə və təkliflərini səsləndirdilər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor