RSS
 

Login:
Şifrə:
» » İşsizlik, insanla dolu çayxanalar, siqaret satan fəhlə və taksi sürücüləri… - Qazaxdan REPORTAJ

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İşsizlik, insanla dolu çayxanalar, siqaret satan fəhlə və taksi sürücüləri… - Qazaxdan REPORTAJ

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 07:33 | Şərh sayı: (0) | Baxılıb: 200

İşsizlik, insanla dolu çayxanalar, siqaret satan fəhlə və taksi sürücüləri… - Qazaxdan REPORTAJ


İşsizlik, insanla dolu çayxanalar, siqaret satan fəhlə və taksi sürücüləri… - Qazaxdan REPORTAJİşsizlik, sosial problemlər Azərbaycanın bütün bölgələrində mövcuddur. Son zamanlar isə bu problemlər, xüsusilə də işsizlik daha da qabarıq şəkildə gün üzünə çıxmağa başladı. Devalvasiyadan sonra ölkədə yaranan iqtisadi böhran, bağlanan xeyli sayda iş yerləri, baş verən bahalaşma müxtəlif rayonlarda etirazlara səbəb oldu. Bəzi bölgələrdə yerli camaat işsizliyə, bahalaşmaya etiraz edərək, aksiyalar keçirdilər. Zaman keçdikcə işsizliyin miqyası genişlənməyə başlayır.

İşsizlik və sosial problemlərdən əziyyət çəkən bölgələrimizdən biri də Qazaxdır.

Musavat.com-un reportyor qrupu Qazax rayonunda olarkən yerli sakinlərlə söhbət edib, qarşılaşdıqları problemləri dinləməyə, lentə almağa çalışıb.

Qazaxda olarkən əvvəlcə rayon mərkəzindəki çayxanalardan birinə yollandıq. Yuxarıda da qeyd etdiyimiz kimi, rayonda əsas problem işsizlikdir. Elə rayonun mərkəzi küçəsində yerləşən çayxanalar da bu səbəbdən insanlarla doludur. Rayon mərkəzində çayxanalarda çayın qiyməti 50-70 qəpik arasında dəyişir. Burada çayxanalar əsasən odun sobaları ilə qızdırılır, çay odun sobalarında dəmlənir.

Çayxanalardakı odun sobasının tüstüsü rayon mərkəzinin küçələrinə qədər yayılır. Odun sobalarından istifadənin səbəbi bu obyektlərə qaz xəttinin çəkilməsi üçün tələb olunan məbləğin çox olmasıdır. Obyekt sahibləri deyir ki, qaz xəttinin verilişi üçün 4 min manat tələb edirlər. Bu isə 50-70 qəpiyə çay satan obyektlərin sahiblərinə sərf eləmir.

Rayon mərkəzində və kəndlərdə yaşayan sakinlər təxminən saat 11-12 radələrindən sonra çayxanalara axışır. Əsas məşğuliyyətləri kənd təsərrüfatı olan sakinlər işlərini bu saatlaradək yekunlaşdırıb, çayxanalara gəlirlər. Axşama qədər çayxanalarda domino, nərd davam edir.

Rayon sakinlərinin kənd təsərrüfatından əsas qazancı öz tələbatlarını ödəməkdir. Sakinlər təsərrüfatla məşğul olmağın çətin olduğunu deyirlər. Buna görə də əsasən öz təlabatlarını ödəyəcək qədər mal-qara saxlayır, əkinlə məşğul olurlar. Rayon ərazilərində ucsuz-bucaqsız əkin sahələri var. Lakin bu əkin sahələrinin çox az bir hissəsi rayon sakinləri tərəfindən becərilir.

Qazaxda yerli camaatın bir hissəsinin gəlir yeri “Sınıq Körpü” (“Qırmızı Körpü”) sərhəd-keçid məntəqəsidir. Rayon və kənd sakinlər i- kişilər, qadınlar, qocalar gün ərzində “Sınıq Körpü”dən keçirdikləri siqaret, mandarin, spirtli içkiləri satmaqla pul qazanırlar.

Elə çayxanalardan birində yerli sakinlərlə söhbət edərkən onların əksəriyyətinin bir neçə gün fasilələrlə “Sınıq körpü”dən mal gətirdiyini öyrəndik. Əksər vaxtlarda rayon sakinləri keçid məntəqəsində problemlərlə üzləşirlər. Kənd sakinləri deyir ki, onları əsasən Gürcüstan tərəfdə incidirlər, alverlə məşğul olanları isə həm növbələrdə, həm də mal alarkən sıxışdırırlar.

Sakinlərin sözlərinə görə, “Sınıq körpü”dən adambaşına 3 blok siqaret, 3 ədəd spirtli içki və 20 kiloqrama qədər mandarin keçirməyə icazə verilir. Rayon mərkəzində səyyar siqaret satışı ilə məşğul olan xeyli sayda insan görmək mümkündür. Keçid məntəqəsindən müxtəlif yollarla xeyli sayda mal keçirməyi bacaranlar da var. Onlar əsasən əllərində olan malları başqa rayonlara və ya Bakıya gətirirlər.

Rayonun mərkəzi küçəsində, parkın ətrafında gündəlik qazanc üçün işləyən xeyli sayda fəhlə də görmək mümkündür. Onlar arasında əlillər də var. İşsizlikdən əziyyət çəkdiklərini deyən rayon sakinləri çıxış yolunu fəhləlik etməkdə görürlər. Onlar hər gün səhər saatlarında rayon mərkəzinə toplaşırlar. İş tapdıqları halda gündəlik qazancları 7-8 manat olur.

Söhbətləşdiyimiz fəhlələr işsizliklə yanaşı, sosial yardım ala bilmədiklərini deyirlər. Sosial yardımın verilməsi zamanı onlara yaradılan süni problemlərdən narazı olan rayon sakinləri yerli məmurların onları incitməsindən gileylənirlər.

Rayon mərkəzində iş axtaran fəhlələr, taksi sürücüləri belə, siqaret satışı ilə məşğuldurlar. Hər addımbaşı əlində siqaret satan insanlarla rastlaşmaq mümkündür. “Sınıq Körpü”dən keçirilən siqaret və digər məhsullar insanların qazanc yeridir. Ən ucuz siqaretin bir qutusunun qiyməti 1-1.2 manatdır. “Pirveli” və “Astra” rayonda ən çox satılan siqaretdir.

Hər kəsə məlumdur ki, bölgələrdə əsasən məmurlar daha çox diqqəti və vəsaiti rayon mərkəzlərinə ayırırlar. Rayon mərkəzlərində sosial problemlər həll olunur, dövlət büdcəsindən ayrılan vəsaitlər mərkəzdəki abadlıq işlərinə xərclənir. Qazax da həmin bölgələrdən birdir. Rayon mərkəzində yeni tikilən dövlət idarələri, abadlaşdırılan parklar diqqəti çəkir. Rayondan uzaqlaşdıqda isə kəndlərə aparan yollardan artıq sosial problemləri hiss etməyə başlayırsan.

Kənd yollarının əksəriyyəti bərbad vəziyyətdədir. Qarlı və yağışlı vaxtlarda bu yollar kənd sakinləri üçün keçilməz olur. Qazaxda olarkən yolumuz rayonun ən çox sakini olan Daş Salahlı kəndinə də düşdü. Kəndin palçıqlı, çala-çuxurlu yolları ilə irəliləyərək, kənd mərkəzinə çatırıq. Burada xeyli sayda işsiz kəndli ilə rastlaşırıq. Onlar gün ərzində kəndin mərkəzi hissəsində toplaşırlar, söhbət edirlər, axşam isə mal-heyvan çöldən qayıdandan sonra evlərinə dağılışırlar.

Daş Salahlı kəndində əsas problem təbii ki, işsizlikdir. Yerli sakinlər işsizliklə yanaşı, 10 minə yaxın əhalisi olan kəndin yollarının bərbad vəziyyətdə olmasından da şikayətçidirlər. Rayon mərkəzinə diqqət ayrılsa da, Daş Salahlı kəndinin yollarına 10 ildən çoxdur ki, əncam çəkilmir. Sakinlər İcra Hakimiyyətinin problemlərin həllinə göstərdiyi münasibətdən şikayətlənirlər. Narazı sakinlər soyuq havalarda təbii qazın kəsilməsindən də gileylənirlər.

Soyuq və qarlı günlərdə kəndə təbii qaz bir günlük fasilələrlə verilib. Elektrik enerjisinin verilməsindən narazı olmayan kənd sakinlərinin digər bir problemi isə içməli su ilə bağlıdır. Kənd ərazisində olan içməli su yerli camaatın təlabatını ödəmir. Gün ərzində kənd yollarında əllərində içməli su daşıyan qadınları, uşaqları, yaşlıları görmək mümkündür. Rayonun Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli, Abbasbəyli kimi kəndləri də susuzluq və təbii qazın verilişi ilə bağlı problemlərlə üz-üzədir.

Ümumiyyətlə, Qazaxda gördüklərimizdən, müşahidə etdiklərimizdən sonra rayondakı vəziyyəti bir cümlə ilə belə izah edə bilərik: Qazaxlılar işsizlikdən, sosial yardımın verilməməsindən, yolsuzluq və susuzluqdan əziyyət çəkirlər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor