RSS
 

Login:
Şifrə:
» » Qurbanəli bəy axurda niyə gizlənmişdi?

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qurbanəli bəy axurda niyə gizlənmişdi?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 10:23 | Şərh sayı: (0) | Baxılıb: 282

Qurbanəli bəy axurda niyə gizlənmişdi?


Qurbanəli bəy axurda niyə gizlənmişdi?Dünən jurnalist, yazıçı, deputat Aqil Abbas zəng eləmişdi. Düzü, əvvəlcə, telefonumun ekranında görünən nömrəyə baxıb “bəli” deyənə qədər elə bildim ki, müəllim soğan məsələsindən danışacaq. Güman elədim ki, bu mövzuda saytda gedən yazıların altına kimsə yenə bir səfeh şərh yazıb (adətən, yazırlar), bu da Aqil Abbasa toxunub, ona görə zəng edib. Şükür ki, elə deyildi.

Aqil müəllimin zəngi ədəbiyyat söhbəti ilə bağlı idi. Bundan əvvəl mən sosial şəbəkədə Azərbaycan ədəbiyyatının 5 ən yaxşı hekayəsini qeyd etmişdim. Yazmışdım ki, mənə görə, 5 ən yaxşı hekayə bunlardır:

1. “Qurbanəli bəy” (Mirzə Cəlil)
2. “Pir” (Əbdürrəhim bəy Haqverdiyev)
3. “Fərqanə” (Rafiq Tağı)
4. “Şəkil” (Şərif Ağayar)
5. “Baladadaşın ilk məhəbbəti” (Elçin)

Üstəlik, onu da qeyd etmişdim ki, əslində yaxşı hekayələrin limiti ən az 30 olmalıydı. Çünki doğrudan da yaxşı hekayələr çoxdur. Bunu nəsr oxuyanlar yaxşı bilir. Məsələn, Mirzə Cəlilin əksər hekayələri (“Poçt qutusu”ndan “Quzu”ya qədər) şedevrdir. Mirzə Fətəlinin “Aldanmış kəvakib”i isə Azərbaycan nəsrinin aktuallığını hələ də qoruyan şah əsəridir, amma romandır, hekayə deyil.

Aqil Abbasın zəng isə “Qurbanəli bəy” hekayəsi ilə bağlıydı, soruşurdu ki, bəs o hekayənin əsl, sovet senzurasına məruz qalmamış variantını oxumuşammı. Dedim ki, yox, elə mən də hamı oxuyan variantını oxumuşam, amma çox xoşuma gəlib, koloritli, parlaq əsərdir, yaddaşa həkk olur, silinmir, adam təkrar-təkrar oxuyur, hər dəfə ləzzət edir.

Bu yerdə yazıçı Aqil Abbas dedi ki, o, təxminən 15 il öncə “Qurbanəli bəy” hekayəsinin orijinal variantını əldə edib, oxuyub və bu barədə “Ədalət” qəzetində yazı da dərc etdirib.
Heç demə, sovet-rus senzurası həmin hekayənin açar cümlələrindən ibarət bir abzasa əl gəzdiribmiş. Ona görə də Qurbanəli bəy xalqımıza simic, verdiyi sözü tutmayan, içəndə qatıqlayan lovğa bəy qılafında təqdim olunub. Əslində isə bəyin qonaqlarını qarşılamaq əvəzinə qaçıb axurda gizlənməsinin daha tutarlı bir səbəbi varmış.

Nəymiş o səbəb? Aqil Abbas dedi, mən də burda yazıram. Deməli, Qurbanəli bəy eyvana çıxır, görür ki, odey, uzaqlardan onun evinə doğru bir qoşun adam gəlir. “Nəçənnik” (naçalnik - rəis), nökər-naibləri, arvadı, baldızı, bacanağı, onların xalası, bibisi, dayısı uşaqları və başqaları. Qurbanəli bəy görür ki, bunun bircə kəlmə “sabah bizdə qonaqsız” sözündən yapışan “nəçənnik” nəsl-nəcabətini yığıb və bir qoşun adam düzəldərək müftə yeməyə gətirib. Mirzə Cəlilin senzuraya məruz qalmış abzasından belə aydın olur ki, yazıq Qurbanəli bəy nəçənnikin “bütün Rusiyanı” yığıb gətirdiyini görərək, onları yedirdə bilməyəcəyini anlayıb və başqa variant olmadığını görərək axurda gizlənməyi üstün tutub.
Yəni yazıçının burada əsas vurğu saldığı məqamlardan biri də rus rəislərin müftə yeməyə bir qoşun adamla getmək xasiyyətidir, amma senzura bunu açan cümlələri çıxarıb deyə Qurbanəli bəy pis vəziyyətdə qalıb.

Fikirləşdim ki, bunu yazım və bəyə qarşı yol verilmiş tarixi ədalətsizliyə son qoyulsun. Onu da qeyd edim ki, rəis ruslar o xasiyyətlərini tərgitməyiblər.

İndi yeri getməmişkən, qısaca şəkildə nədən o biri hekayələri də seçdiyimi qeyd edim. Əbdürrəhim bəyin “Pir” hekayəsinin şedevr olduğuna çoxdan bilirdim. Bu yaxınlarda bir daha əmin oldum. Lökbatanda bir çayxanada 4-5 ağsaqqal nərd oynaya-oynaya mövhumatçılıqdan, xurafatdan, camaatın hələ də pirə, ocağa, seyidə inanmasından danışırdı. Birdən biri dedi ki, hansısa yazıçının belə bir hekayəsi var, orda belə bir əhvalatdan danışılır. O, hekayəni danışdı, sözünü bitirdi, həmsöhbətləri güldü, amma ağsaqqal hekayənin adını və müəllifini xatırlaya bilmədi. Belə olanda kənardan dilləndim, dedim ki, bu Haqverdiyevin “Pir” hekayəsidir. Ağsaqqal “hə, hə, odur, əla hekayədir” dedi.

Mərhum Rafiq Tağının mətbuatda dərc edilən ilk əsəri olan “Fərqanə” də əla hekayədir. Bunu gərək adam özü oxusun, qiymət versin. Şərif Ağayarın “Şəkil” hekayəsi isə, zənnimcə, 21-ci əsrdə yazılmış ən gözəl hekayələrdən biridir. “Baladadşın ilk məhəbbəti” də bizim gəncliyimizin hekayəsidir, unudulmaz hekayədir.

İndiki qurbanəli bəylərimiz axurda gizlənmirlər, ona görə də büdcədə pul qalmır...

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor