RSS
 

Login:
Şifrə:
» » Əhdi xatırlayanlar və ağıl xəzinələrini üzə çıxaranlar

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Əhdi xatırlayanlar və ağıl xəzinələrini üzə çıxaranlar

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 21:09 | Şərh sayı: (0) | Baxılıb: 224

Əhdi xatırlayanlar və ağıl xəzinələrini üzə çıxaranlar


Əhdi xatırlayanlar və ağıl xəzinələrini üzə çıxaranlarBugünkü bəhsimiz tövbə mövzusunda olacaq. Çox zaman insanlar düşünürlər ki, tövbə - oğurluq-əyrilik, rüşvət, zalımlıq kimi günahlara aid olan bir məsələdir. “Nə etmişəm ki, tövbə edim?” məfkurəsi ilə yaşayanlar çoxdur. Halbuki, tövbə - insanın təkamül yolunda olan yardımçısıdır. Tövbə - bir institutdur ki, insanı mərhələdən-mərhələyə keçirir.

İnsan öz səhv və xətalarını dərk edir, bunlara görə peşmançılıq hissi keçirir, bunların izlərini aradan aparmağa səy edir, bunlara bir daha qayıtmamaqla bağlı əzm əldə edir, eyni zamanda, törətdiyi xəta ilə bağlı pozduğu haqları ödəyir. Təbii ki, bu səhv və xətalar insanların mənəvi dərəcələrinə görə müxtəlif olur: birisi salamın cavabını verməkdə yubandığına görə özünü qınayır - təhlil edir ki, bu, təkəbbürün məhsulu ola bilər, digəri - kiminsə qeybətini etməyə, kiminsə barədə pis zənn etməyə görə dərin peşmançılıq hissi keçirir, üçüncüsü isə kiməsə vurduğu ziyana, kimisə incitdiyinə, kiminsə qəlbini sındırdığına görə tövbə edir.

İnsanların çoxu gün ərzində bu və ya digər xəta və səhvlərə yol verir. Və konkret insanın bu səhvləri dərk edib, onlara səbəb olan amilləri təhlil etməsi, sonra bundan səmimi olaraq təəssüflənməsi, təkrar etməmək əzmi əldə etməsi və digər müvafiq addımları atması - onun mənəvi inkişafını şərtləndirən işlək konstruksiyalardandır.

Tövbə günahı məhv edər

İnsanın bir varlıq olaraq zəif, ehtiyaclı, asılı varlıq olmasını sübut edən amillərdən biri də onun günah etməsidir. Günahların böyük və kiçik olmasından asılı olmayaraq, insan onu etməklə əslində nə qədər zəif bir varlıq olduğunu sübut edir. Bu günahlardan sonra Allaha sığınmaq, Allahdan onun bağışlanmasını diləmək isə Allahın mərhəməti olmadan məhv ola biləcəyimiz anlamındadır.

Həzrət Əli (ə) buyurur: “Günah etdiyin zaman, tövbə ilə onun məhvinə tələs”. İnsanlar heç də hər zaman öz nəfsləri ilə mübarizədə qalib gələ bilmirlər. İnsan hər dəfə günah, xəta edən zaman öz zəifliyini, öz acizliyini tanımış olur. Bu durumda Allaha sığınmaq, Allahdan məğfirət, bağışlanma diləmək - əslində insana Rəbbi ilə münasibət qurmağa yardımçı olur. İnsan dərk edir ki, Allaha sığınmasa, Allahdan məğfirət diləməsə - məhv ola bilər.

Günahlar deyildikdə, nədənsə insanların düşüncəsinə ilk növbədə böyük günahlar gəlir. Halbuki Allahın razı olmadığı bütün işlər, Allaha itaətsizlikdən etdiyimiz bütün səhvləri bu qəbildən qəbul etməliyik. Həzrət Əli (ə) bizlərə xəbərdarlıq edir ki, günahlara görə dərhal tövbə edilməlidir. Anlaşılır ki, əgər həmin günahlara görə tövbə etmiriksə, bu, bizim ruhiyyəmizdə təsir qoya bilər. Tövbə günahları məhv edib aradan aparan yeganə vasitədir. Tövbə - insanın iradəvi peşmançılığının göstəricisidir.

Həzrət Əmirəlmöminin (ə) tövbə ilə bağlı digər bir yerdə buyurur: “Tövbə işini sabaha saxlayan - ölümün hücumu ilə çox böyük təhlükə qarşısındadır”. İnsanlar bəzən tövbələrini də bir neçə böyük günahlarla məhdudlaşdırırlar. Təbii ki, böyük günahlara görə tövbə etmək vacibdir. Lakin, insan digər günahları və xətalarını da xatırlamalı, onlar üçün gec olmadan tövbə etməlidir. İnsanı tövbəyə yönəldən əsas vasitələrdən biri və hətta birincisi - ölümü xatırlamaqdır. Çünki insan hər an ölə biləcəyini düşünsə, günahlardan tövbəsini sonraya saxlamaz.

Günahın zəminəsi - qəflət

İnsanın günah etməsi üçün ən münbit zəminə - qəflətdir. Hər zaman insanın tövbə etməsi və qəflətdən ayılması üçün Rəbbimiz çoxsaylı yollar qoyub. Namaz - insanın qəflətdən ayılması üçündür. İnsanların xütbəyə, moizəyə qulaq asması onun üçündür ki, öz daxillərini yeniləyə bilsinlər, qəflətdən ayılsınlar.

Qəflətdə olmağın vurduğu ən böyük zərbə budur ki, qəflətdə olan insan günah edir. İnsan nə dərəcədə qəflətdədirsə, bir o qədər günah edir. Öncə insan günahların sərhədlərinə yaxınlaşır, sonra günahları qorxa-qorxa edir, sonra isə artıq günahlar adiləşir. Qəflətdə olan insan üçün günahlar o qədər adiləşə bilər ki, artıq onun üçün gizlində və ya aşkarda günah etmək arasında heç bir fərq qalmaz. Qəflətdə olan insan rahatlıqla yalan danışır, qeybət edir, birini rahatlıqla məsxərə, ironiya obyektinə çevirir və s. Xüsusilə cəmiyyətdə ən çox yayılmış məsxərə xəstəliyi. Bir neçə kəs bir nəfərin olan və ya olmayan bir eybi haqqında danışıb-gülür, məsxərəyə qoyur, onu sosial şəbəkələrin “qəhrəman”ı edir. Əgər həmin insanlar bu günahın aci aqibətindən xəbərdar olsalar, gecə-gündüz yalvararlar ki, Allah onları bağışlasın.
Allahın Peyğəmbəri (s) buyurur: “Bəndə gizlində günah etdikdə, o günah yalnız öz sahibinə zərər vurar. Aşkarda günah etdikdə isə camaat onu çəkindirməzsə, bu zaman camaatın hamısına zərər vurar”. Bir kəs əgər gizlində günah edirsə, yalnızca öz aqibətini zay etmiş olur. Belə insan gizlində də olsa, özünü uçuruma aparar. Amma bir insan aşkarda günah edir və onu dayandıran olmursa, həmin günah getdikcə adiləşdirilir. Bu da təbii ki, bütöv bir topluma zərər vurar. Əgər digərləri onu həmin günahdan çəkindirmirsə və həmin günaha adi baxırda, deməli artıq özü də həmin günaha yoluxub.

Tövbə fürsəti olmayan günah

Toplumda yayılan dəhşətli günahlardan biri - intihardır. Cəmiyyətdə intiharların artması birmənalı olaraq, mənəvi deqredasiyanın səviyyəsinin göstəricisidir. Digər tərəfdən, cəmiyyətdə intiharların bu qədər artmasına baxmayaraq, hələ də intiharlarla bağlı elmi araşdırma ortalığa qoyulmayıb. İntiharlarla bağlı artıq risk qruplarının, statistikanın müəyyən edilməsi, zonaların, yaş qruplarının araşdırılması zərurəti çoxdan yaranıb.

Mübarək İslam dini, eləcə də digər bütün İlahi dinlər intiharları ən böyük günahlardan hesab edir. Eyni zamanda intihar yeganə günahdır ki, onun artıq tövbə etmə fürsəti belə olmur. Bu dünyada müəyyən problem və çətinliklərdən intihar etməklə qurtulacağını düşünən insan, əslində əbədi çətinlik qazanmış olur. İmam Sadiq (ə) buyurur: “Kim bilərəkdən özünü öldürsə, həmişə cəhənnəm odunda olacaq”.

İntihar ümumiyyətlə müsəlmanlara, möminlərə yad bir məsələdir. İmam Baqir (ə) buyurur: “Mömin hər bəlaya giriftar olar və hər ölümlə ölər, ancaq intihar etməz”.

İntihar edənin artıq geri qayıtmaq, Allahın verdiyi cana qıydığına görə tövbə etməyə imkanı olmur. Ona görə də belə insan üçün Allah Təala əbədi cəhənnəm vəd edir. Allah toplumu və dünyanı bu dəhşətli mərəzdən qorusun.

Ən əsas məşğuliyyətə tapılmayan vaxt...

İnsanın həyatı boyunca ən çox vaxt sərf etdiyi, ömrünü ona xərclədiyi məsələlər - məşğuliyyətləridir. Yaşayışı boyunca bu və ya digər məşğuliyyətlərə başı qarışır, ömrü, zamanı, həyatı gedir. Dərs, iş, güc, bundan sonra da yaş artdıqca məşğuliyyətlər də artan xətlə inkişaf edir. Bəs bütün bu məşğuliyyətlər içərisində olan insan özünə, Allahla rabitəsinə, Allaha bəndəçiliyə necə vaxt ayırmalıdır? Bəlkə bütün bu məşğuliyyətləri o formada nizama salmalıdır ki, onların hamısı da Allaha bəndəçiliyə çevrilsin?
Həzrət Əmirəlmöminin (ə) bu anlamda bəşəriyyətə olduqca ciddi bir xəbərdarlığı var. Həzrət (ə) buyurur: “Elə ki gördün, pak olan Allah öz zikrini sənin qəlbinə salıb, (yəqin) bil ki, O, səni sevir. Elə ki gördün, sənin qəlbini Öz yaratdıqları ilə məşğul edib və Öz zikrindən ayırıb - bil ki, səndən üz döndərib”. Bu hədisi dərk etmək, anlamaq, həyatda tətbiq etmək üçün insan gərək öz daxili durumunu hər zaman təftiş etsin. Əgər insan öz daxilini təftiş etsə, öz durumuna nəzər salsa, özü barədə düşünsə - gününün nə qədər hissəsini Allah bəndəçiliyi üçün sərf etdiyini anlayar. Əgər durumu yaxşı vəziyyətdədirsə, Allahın zikri dilindədirsə, Allah dərgahında olduğunu, Allaha bəndəçilik üçün yaradıldığını xatırlayırsa - xoş olsun halına. Demək ki, Allah onu sevir və bu ləyaqət ona inayət olunub. Lakin, əgər başı gün ərzində yaradılmışlara, məşğuliyyətlərinə qarışıbsa, bu zaman anlamalıdır ki, Allah ondan üz döndərib.

Əhdi xatırlamaq

İnsanı qəflətdən oyatmaq - müqəddəs dinimizin ən əsas mövzularındandır. Həzrət Əli (ə) bizlərə Allahın Peyğəmbərlərinin (s) göndərilməsinin səbəblərini açıqlayır. Həzrət (ə) buyurur: “(Allah Təala) Peyğəmbəri onların arasından seçdi və peyğəmbərlərini onlara dalbadal göndərdi ki, fitrətlərində qoyulmuş İlahi əhdə əməl etmələrini istəsin...”. Bu buyuruşda bir sıra məqamlar diqqət çəkir. Birincisi budur ki, insanın fitrətində Allah Təala ilə əhdə əməl etmə var. Yəni insanın yaradılışında onun fitrətində pak məsələlər qoyulub. Sonradan insan səhvlər, xətalar, günahlar edərək bu pak fitrətini korlayır. Belə olan təqdirdə fitrətən daxilində qoyulmuş İlahi əhdə əməl etmir.

Bəli, Allahın öz Peyğəmbərlərini (ə) insanlara ardıcıl şəkildə göndərməsinin əsas səbəblərindən biri budur ki, onlara həmin fitrətlərində qoyulmuş İlahi əhdi xatırlatsın. Peyğəmbərlərin (ə) birinci missiyası insanlara İlahi əhdi - Allaha bəndə olmalarını xatırlatmasıdır. Bütün peyğəmbərlərin (ə) həyatında birinci missiya budur. Xüsusilə də sonuncu peyğəmbər - Əziz İslam Peyğəmbərinin (s) birinci dərəcəli missiyası insanları öz pak fitrətlərinə qaytarmaq olub.

İnsan nə qədər çirkinliklərdən təmizlənir, nə qədər Allah bəndəçiliyinə yaxınlaşırsa - bir o qədər rahatlaşır. Belə ki, insan səhvlərindən, xətalarından, günahlarından tövbə edib, Allaha bəndəçilik etdikcə öz pak fitrətinə qayıdır. Bu, insanın öz təbii halıdır. Burada qeyri-adi bir durum yoxdur. Əslində qeyri-adilik - insanın öz fitrətindəki İlahi əhdə vəfasızlıq etməsi, ondan uzaqlaşmasıdır.

Ağıl xəzinələrinin çölə çıxarılması

Həzrət Əli (ə) peyğəmbərlərin (ə) missiyasını çatdırdığı hədisin davamında buyurur: “... Onun unudulmuş nemətini yadlarına salsın və İlahi əmri çatdırmaqla höccəti onlara tamam etsin və onların ağıl xəzinələrini çölə çıxararaq, (Allahın) qüdrət nişanələrini onlara çatdırsın”. Həzrət Əli (ə) əslində insanların unutqan olduğunu bir daha xatırladır. İnsanın ən önəmli xüsusiyyətlərindən biri - unutqan olmasıdır. Çox zaman insan günahları ona görə edir ki, Allahın verdiyi nemətləri unudur. Peyğəmbərlərin (s) həmin nemətləri insanlara xatırladaraq, Allahın əmrini yerinə yetirir və höccəti tamam edir. Artıq heç bir insan Qiyamətdə deyə bilməz ki, mənim xəbərim yox idi, eşitməmişdim, unutmuşdum və s. Peyğəmbərlər (ə) onlara verilmiş missiyanı tam şəkildə yerinə yetiriblər və höccəti tamam ediblər. Bundan sonrası insanın özünə qalır. Bütün etdiklərinin məsuliyyəti öz üzərindədir.

Həzrət Əli (ə) peyğəmbərlərin (ə) bir önəmli xüsusiyyəti kimi də insanların ağıl xəzinələrini çölə çıxarmaq və Allahın qüdrət nişanələrini onlara göstərmək olduğunu bildirir.
Peyğəmbərlər (ə) həm də insanların istedadlarını, bacarıqlarını, ağıl xəzinələrini çölə çıxarıb. Bir çox səhabələr, sonradan isə alim və fəqihlər olub və var ki, peyğəmbərlərin (ə) yolu ilə gedərək öz bacarıqları, istedadları ilə dünyanı heyran ediblər. Xüsusilə əziz Peyğəmbərimizin (s) gətirdiyi İslam dini tam şəkildə əqlin və məntiqin üzərində durub. Bu din tam olaraq əqlə, düşüncəyə, rasionallığa söykənib.

Münasibətin öz mahiyyətinə uyğun şəkildə qurulması

Gündəlik həyatımızı çətinləşdirən məsələlərdən biri də ifrat və təfrit mövzusudur. Bu mövzu xüsusilə insanlararası münasibətdə ən çox diqqət olunası mövzulardandır. Əgər bu mövzuda mübarək dinimizin buyuruşlarına tam şəkildə əməl etsək, həyatımızı çətinləşdirən, bəzən eybəcər hala salan bir mərəzdən qurtula bilərik.

Bəzən insanlar münasibətlərində, ya müəyyən məsələlərə yanaşmalarında ya həddi aşar, ifrat edər, ya da heç lazım olan mövqeni sərgiləməz, lazım olan həddə belə münasibətdən çəkinərək, ifrat edər. Bu iki hədd arasında ən doğru yolu əziz İslam Peyğəmbəri (s) bizlərə göstərir. Həzrət Rəsulallah (s) buyurur: “Mülayimlikdə artım və bərəkət var. Mülayimlikdən məhrum olan, xeyirlərdən məhrum olar”. İfratla təfritin ortası - mülayimlikdir. Mülayimlik insan həyatında bir çox məsələləri həll edir. Mülayimlik güzəşt deyil, nəyinsə edilməməsi deyil, mövqesizlik deyil. Mülayimlik - sərtlikdən çəkinmə, biveclikdən də qurtulmadır. Yəni ifratla təfritin ortasıdır. Bir sözlə, münasibətin öz mahiyyətinə uyğun şəkildə qurulmasıdır mülayimlik.

Mülayimlik həm ailədə - övladla, həyat yoldaşı ilə, ana-ata, qardaş-bacı ilə münasibətdə, həm də ümumiyyətlə cəmiyyətdə hər bir kəslə, dostla, tanışla, yadla münasibətlərdə zəruridir. Xüsusən ictimai məsələlərdə mülayimlik zəruridir. Dinimiz nə yersiz güzəşti, nə də həddi aşmağı bəyənir. İnsandan tələb olunan sadəcə budur ki, nə baş verdiyini başa düşsün və həddi aşmasın.

Dinin çatdırılmasında da mülayimlik zəruri şərtlərdən biridir. Qurani-Kərimin əsas mətnlərinə baxsaq, görərik ki, mərhəmətdən söz açılır. Həzrət Peyğəmbərin (s) İslam dinini yayarkən fəaliyyətinə nəzər saldıqda, görürük ki, bəzi istisnalar olmaq şərtilə, əksər hallarda mülayimlik yolu seçilir. Təbii ki, bəzi məqamlarda toplumun müəyyən fərdləri ilə sərtlik də zəruridir. Amma, istisnalar qanunauyğunluğa zidd deyil.

Peyğəmbərimizin (s) buyuruşuna diqqət edəndə görürük ki, mülayimlik olan yerdə bərəkət olar. O münasibətlərdə ki, mülayimlik var, onlarda artım müşahidə olunar. Zahirdə guya Allah üçün görülən bir işlər ola bilər ki, onlarda kobudluq hakimlik edər. Həmin işlərin heç bir bərəkəti olmaz. Allah bizləri belə bərəkətsizlikdən saxlasın.

Allahım! Bizləri Sənə sığınanlardan, qəflətdə olmayanlardan, ifrat-təfrit etməyənlərdən, əhdi xatırlayanlardan və ağıl xəzinələrini üzə çıxaranlardan qərar ver! Amin!



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor