RSS
 

Login:
Şifrə:
» » Bankların bağlanması maliyyə sistemində təlaş yaradıb

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Bankların bağlanması maliyyə sistemində təlaş yaradıb

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 21:07 | Şərh sayı: (0) | Baxılıb: 327

Bankların bağlanması maliyyə sistemində təlaş yaradıb


Bankların bağlanması maliyyə sistemində təlaş yaradıb Qubad İbadoğlu: “Mərkəzi Bankın missiyası yalnız qərar qəbul etmək olmamalıdır...”

Ölkədə bir ayda altı bankın bağlanması bank sistemi ilə bağlı narahatlıqları artırıb. Ekspertlər lisenziyası alınacaq bankların sayının artacağını vurğulayırlar. Həmçinin artıq hökumət rəsmiləri də bankların birləşdiriləcəyi barədə təkliflər irəli sürürlər.

Artıq “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib. Mərkəzi Bank bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və fond tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək. Mərkəzi Bank indiyə kimi “Bank of Azerbaijan”, “Gəncə Bank”, “NBC Bank” və “Yunayted Kredit Bank”ın lisenziyalarını ləğv edib.

Lisenziyalarının ləğvi banklar üçün gözlənilməzdir. Məsələn, bu gün səhər “AtraBank ”Cash İn" xidmətini aktiv etdiyi barədə məlumat yaymışdı. “NBC Bank” da lisenziyanın ləğv olunması qərarının onlar üçün gözlənilməz olduğunu bildirmişdi. “Qafqaz İnkişaf Bankı”nın Müşahidə Şurasının sədri, Azərbaycan Banklar Assosiasiyasının keçmiş rəhbəri Eldar İsmayılov isə fins.az-a açıqlamasında bildirib ki, “Azərbaycan Mərkəzi Bankının lisenziyamızı ləğv etməsini heç cür başa düşə bilmirik”. Onun sözlərinə görə, lisenziyanın alınması barədə qərar bank üçün gözlənilməz olub: “Bizim bank məcmu kapital və digər göstəricilərlə bağlı tələbi artıqlaması ilə yerinə yetirirdi. Prezident deyib ki, bank sektoru sağlamlaşdırılsın. Amma onu bu cür radikal addımlarla, kiçik bankları bağlamaqla etməzlər. Bu, qəbuledilməzdir. Daha liberal yollar var. Bazarda ancaq böyük bankların qalması o demək deyil, bank sektoru sağlam olacaq. Azərbaycan Beynəlxalq Bankı ölkənin ən böyük bankıdır, nə cür problemlər yaşadığı göz önündədir».

Eldar İsmayılov deyib ki, Mərkəzi Bank lisenziyanı ləğv etməzdən öncə heç konsolidasiyaya getməyi də təklif etməyib: “Gözlənilmədən çağırıb dedilər ki, lisenziyanı alırıq. Halbuki təklif olsaydı ki, konsolidasiyaya gedin, məmnuniyyətlə bunu edərdik. Birləşməyin kimə ziyanı var ki? Amma bununla bağlı təklif olmadı, birdən-birə səhər durub gördük ki, lisenziyamız ləğv olunub”. Onun sözlərinə görə, bankın bağlanması barədə qərar ictimaiyyətə açıqlanandan sonra əmanətçilərin axını ilə üzləşiblər: “165 nəfərin bizdə əmanəti var, təkcə bu gün 17-ni qəbul etmişik. Hamı gəlib pulunu istəyir. Gərginlik var. Bağlanmış digər banklarda da bu cür vəziyyət yaranıb. Bu qədər bankın birdən bağlanması bank sektoruna inamı tamamilə itirəcək. Daha heç kim banklara əmanət qoymayacaq”. Eldar İsmayılov onu da bildirib ki, bankın lisenziyasının bərpa olunması üçün hələ ki məhkəməyə müraciət etmək barədə düşünmürlər.

Ekspertlər hesab edirlər ki, indiyə kimi banklara birləşmələri barədə dəfələrlə çağırış edilib. Lakin kommersiya bankları “birləşin” tövsiyəsinə əməl etməyib. “Marja”nın proqnozuna görə, Azərbaycanda hələ lisenziyası ləğv oluna və ya birləşə biləcək ən azı 6 bank var: “Bank Avrasiya”, “Kredo Bank”, “Günay Bank”, “Deka Bank”, “Parabank” və “Zaminbank”. “Dəmir Bank” və “AG Bank” birləşmək barədə ilkin protokol imzalayıblar.

Ekspertlərin fikrincə, bankların birləşməsi vacibdir. Mərkəzi Bank hələ 2009-cu ildən bunu elan etsə də, indiyədək alınmayıb. İkinci devalvasiyadan sonra banklar çox pis vəziyyətə düşüb və birləşməsi qaçılmazdır. Bildirilir ki, yaxın vaxtlarda Azərbaycanda başlayan bankların konsolidasiya prosesi çərçivəsində “Paşabank”, “KapitalBank” və “AtaBank” ASC-lərin birləşəcəyi gözlənilir. “Report”a bu barədə bank mənbələrindən məlumat verilib. Lakin bu bankların rəsmiləri mümkün konsolidasiya ilə bağlı konkret cavab verməyiblər. “Paşa Bank”da məlumatı nə təsdiq, nə də təkzib ediblər. Bankdan rəsmi olaraq bu barədə məlumatsız olduqlarını açıqlayıblar. “Kapital Bank”da isə məlumatı təkzib ediblər. “AtaBank”da da məlumatı nə təsdiq, nə də təkzib ediblər. “AtaHolding”də bu barədə hər hansı məlumatın olmadığı bildirilib. Qeyd edək ki, “Kapitalbank” ASC-nin səhmlərinin 99,87 faizi “Paşa Holdinq”ə aiddir. Bankın nizamnamə kapitalı 185 milyon manatdır. Hazırda ölkədə 37 bank fəaliyyət göstərir.

Ekspert Əkrəm Həsənov güman edir ki, bankların ləğvinin ardı gələcək: “”Əmanətlərin tam sığortalanması haqqında" Qanun qüvvəyə minənədək bağlanan banklar olacaq, sonra olmayacaq. Əks təqdirdə, fond bütün əmanətləri kompensasiya etməli olacaq. Ləğv ediləcək banklarda sığortalanmış əmanətlərin miqdarı yenə də çox az olacaq. Ləğv edilən banklar bu meyarlara tam cavab verir. Bir sözlə, hər şey plan üzrə gedir, Mərkəzi Bankın planı üzrə...".

Ekspert Qubad İbadoğlu isə qeyd edib ki, bankların lisenziyasını ləğv etmək bu istiqamətdə aparılan alternativsiz siyasətin ən asan mərhələsidir: “Belə qərarların umumi bank-maliyyə sektorunun saglamlaşdırılmasına gətirib çıxarması üçün Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu və ləğvetmə komissiyası ilə birlikdə əhəmiyyətli işlər görməlidir ki, əmanətçilər narazı qalmasın, eyni zamanda həmin banklardan kredit götürənlər ondan sui-istifadə etməsinlər. Bu isə ciddi hazırlıq və monitorinq tələb edir. Əgər bağlanan banklardan əmanətlərin geri götürülməsi ilə əlaqədar problemlər yaranarsa və bu, ictimailəşərsə, son nəticədə ondan bütün bank sistemi ziyan çəkəcək. Bu zaman Mərkəzi Bank qaş düzəltdiyi yerdə vurub göz çıxara bilər. Çünki bu həssas məsələdə Mərkəzi Bankın üzərinə böyük məsuliyyət düşür. Bank öz missiyasını yalnız qərar qəbul etməklə başa çatdırmamalı, qəbul edilmiş qərarların icrasına da nəzarət etməlidir. Odur ki, prosesi izləyib, gedişini də monitorinq etmək Mərkəzi Bankın məsuliyyətində qalır”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor