RSS
 

Login:
Şifrə:
» » Minsk Qrupu AŞ PA-da hədəfinə çatdı; rəsmi Bakı həmsədr ölkələrə etirazlar hazırlayır

Xəbər lenti

20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Minsk Qrupu AŞ PA-da hədəfinə çatdı; rəsmi Bakı həmsədr ölkələrə etirazlar hazırlayır

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 16:28 | Şərh sayı: (0) | Baxılıb: 190

Minsk Qrupu AŞ PA-da hədəfinə çatdı; rəsmi Bakı həmsədr ölkələrə etirazlar hazırlayır


Minsk Qrupu AŞ PA-da hədəfinə çatdı; rəsmi Bakı həmsədr ölkələrə etirazlar hazırlayırHikmət Hacıyev: “Təəssüf edirik ki, həmsədrlərin 22 yanvar tarixli açıqlaması prosesə çox mənfi təsir göstərdi”; Azay Quliyev: “Həmsədrlər ermənilər üçün lobbiçilik etdi”
Elxan Mehdiyev: “Qətnamə layihəsinin qəbul olunmaması Fransa və ABŞ hökumətlərinin təsiri ilə olub”
Avropa Şurasının Parlament Assambleyasında (AŞ PA) “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabatın qəbul olunmaması Azərbaycana qarşı ikili standartlarının növbəti təzahürü və erməni işğalına bəraət qazandırılmasının növbəti təzahürü kimi qiymətləndirilir.

Sözügedən qətnamə layihəsini AŞ PA-nın Siyasi məsələlər komitəsinin keçmiş məruzəçisi, britaniyalı parlamentar Robert Valter hazırlasa da, yenidən deputat seçilə bilmədiyi üçün sessiyaya qatıla bilməmişdi. Azərbaycan ərazilərinin işğalının rəsmiləşdiriməsinə xidmət edən sənədin qəbuluna imkan verilməməsinə Azərbaycanda sərt təpkilər var. AŞ PA-dakı nümayəndə heyətinin bəzi üzvləri isə sənədin keçməməsi faktını görünməmiş saxtakarlıqla əlaqələndirib.

Artıq rəsmi Bakı da AŞ PA-dakı haqsızlığa reaksiya verub. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”a bildirdi ki, XİN iki qətnamədən birinin qəbul olunması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək: “Kimlərsə deyir bu, XİN-in fəaliyyətsizliyidir. İstənilən halda hər bir fikrə hörmətlə yanaşırıq, amma istənilən fikir dəlillərə əsaslanmalı və substantiv xarakter daşımalıdır. Bu fikri səsləndirənlər ilk növbədə AŞ PA-nın fəaliyyəti ilə tanış olmalıdırlar. AŞ PA-da üzv dövlətlərin qanunverici orqanlarını təmsil edən və tamamilə fərqli siyasi baxışlara malik olan millət vəkilləri təmsil olunur. Onların baxışları heç də həmişə ölkələrin rəsmi siyasəti ilə üst-üstə düşmür”.



XİN sözçüsü sessiyanın Azərbaycan üçün uğurlu olduğunu da bildirdi: “Azərbaycanın həmsərhəd bölgələrinin əhalisinin qəsdən sudan məhrum edilməsi adlı qətnamə qəbul edilib. Bu qətnamədə isə çox vacib 3 prinsip var. Xüsusilə də Ermənistan tərəfindən Azərbaycana qarşı işğal və təcavüzün yol verildiyi təsbit olunub. ”Azərbaycanın sərhəd rayonlarının əhalisinin qəsdən sudan məhrum edilməsi" adlı qətnamədə AŞ PA Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərini işğal etməsi nəticəsində bölgədə yaşayan Azərbaycan vətəndaşları üçün yaranan humanitar və ətraf mühit problemlərini pisləyir. Assambleya hesab edir ki, qəsdən süni ətraf mühit böhranının yaradılması “ekoloji təcavüz” və bir dövlətin digər dövlətə qarşı ekoloji fəlakət zonalarının yaradılması, habelə orada yaşayan əhali üçün normal yaşam şərtlərinin qeyri-mümkün edilməsi məqsədi güdən düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir. Eyni zamanda sənəddə assambleya Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması səbəbindən bunun bütün ətraf ərazilər üçün təhlükə yaratdığını qeyd edir. Qətnamədə Ermənistan hakimiyyətinə su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırmağa və kəskin humanitar problemlərini nəzərə alaraq, Ermənistan silahlı qüvvələrinin ərazidən dərhal çıxarılmasına çağırış edilir. Həmçinin, qətnamədə assambleya tərəfindən bu hesabatın hazırlanması prosesində Ermənistan parlament nümayəndə heyəti və hakimiyyətinin əməkdaşlıq etməməsi faktı kəskin şəkildə pislənilir. Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyi qeyd olunur. Təəssüf ki, məruzəçi Robert Volterin hazırladığı və “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzə, eləcə də onun əsasında hazırlanmış qətnamə layihəsi qəbul edilməmişdir. Səsvermədə iştirak edən AŞ PA üzvlərindən 66 nəfər sözügedən qətnamənin lehinə, 70 nəfər əleyhinə səs vermiş, 45 nəfər bitərəf qalıb. Münaqişənin həllində hər hansı irəliləyişin olmadığı şəraitdə Azərbaycan digər beynəlxalq təsisatların Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılmasına müsbət töhfə verə biləcək təşəbbüslərini dəstəkləyir və bundan sonra da bu məsələnin beynəlxalq təşkilatların gündəmində saxlanması və ədalətli mövqeyimizin müdafiə olunması istiqamətində səylərini davam etdirəcək".

H.Hacıyev qeyd etdi ki, hətta dünyadakı erməni lobbi və diaspor təşkilatları, həmçinin ABŞ-dakı təşkilatlar bu prosesə çox ciddi şəkildə müdaxilə edib: “Bu sırada ABŞ-dakı Erməni Milli Komitəsi kimi çox radikal bir təşkilat da var idi. Baxmayaraq ki, ABŞ Avropa Şurasının üzvü deyil, amma onlar bu prosesdə aktiv rol oynayıb. Avropa Erməni Federasiyaları Təşkilatı da çox fəallıq göstərib. Biz hər bir konstruktiv tənqidə hörmətlə yanaşırıq. Amma bizi tənqid edənlərin də AŞ PA deputatlarına müraciətlər etməsi ümumi işin xeyrinə olardı».

“AŞ PA-da çox ciddi bir sənəd qəbul olunub. ”Azərbaycanın sərhədboyu ərazilərinin sakinlərinin qəsdən sudan məhrum edilib" adlı sənəddə Ermənistanın işğalçılığı birmənalı şəkildə vurğulanır, insanlığa qarşı addımları, Sərsəng su anbarı ilə bağlı məsələ geniş şəkildə öz əksini tapır". «Trend»ə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva belə deyib. Q.Paşayeva hesab edir ki, Ermənistanla bərabər onların Avropadakı dəstəkçilərinin də Azərbaycan əleyhinə çox çalışmasına baxmayaraq, belə bir sənədin qəbulu çox ciddi məsələdir və bu kimi sənədlərin qəbulu istiqamətində Ermənistan, diaspor və lobbisi, dəstəkçi ölkələri və güclərinə rəğmən, Azərbaycan bütün beynəlxalq təşkilatlarda işi daha da gücləndirir ki, bu da çox önəmli məsələdir.

“Təəssüfedici haldır ki, AŞ PA Azərbaycan nümayəndə heyətinin təşəbbüsü və Britaniyadan olan deputat Robert Uolterin müəllifi olduğu ”Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" adlı hesabatı qəbul etmədi və bütövlükdə bu məsələnin müzakirəsində gərginlik yaşandı".



Bunu isə axar.az-a açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. Deputat bildirib ki, Ermənistan tərəfi sözügedən layihənin qəbul olunmasının qarşısını almaq üçün o qədər geniş iş aparıb ki, hətta ATƏT Minsk Qrpunun həmsədrləri belə ermənilərə lobbiçilik etməyə başlayıblar: “Bir daha əmin olduq ki, bu gün bir çox beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin siyasətçiləri beynəlxalq prinsipləri, ədaləti deyil, maraqlarında olan məsələləri müzakirə edirlər. Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamənin qəbul olunmaması bu reallığı bir daha ortaya qoydu. Buna baxmayaraq, Azərbaycan nümayəndə heyətinin işini yüksək qiymətləndirirəm. Xüsusilə bu qətnamənin hazırlanıb təqdim olunması və ayrı-ayrı komitələrdə müzakirəsinin uğurla təşkil edilməsini çox müsbət addım hesab edirəm. Ən azı bir daha bütün Avropa Şurası üzvlərinin diqqəti Azərbaycandakı işğal faktına yönəldildi və əmin olduq ki, AŞ PA Azərbaycan üçün həssas olan məsələlərdə müstəqil qərar qəbul edə bilmir. Robert Uolterə təşəkkür edirəm ki, o, bütövlükdə belə bir təşəbbüs irəli sürüb. Qətnamənin qəbulu üçün cəmi 4 səs çatmadı. Əminəm ki, gələcəkdə Avropa Şurasında təmsil olunan nümayəndə heyətimiz bu məsələyə yenidən qayıdacaq”.

A.Quliyev digər qətnamənin qəbul olunmasını müsbət hal kimi qiymətləndirib: “Hesabatda açıq şəkildə göstərilir ki, məhz ermənilərin işğalında olan bölgədə azərbaycanlıların içməli su ilə təmin olunmasında ciddi problem yaradılır və bu, beynəlxalq konvensiyanın ciddi şəkildə pozulması deməkdir, bunun hüquqi və siyasi məsuliyyəti olmalıdır. İki qətnamədən birinin qəbul olunması yenə də Azərbaycanın uğurudur”.

Bir sıra müşahidəçilər isə hesab edir ki, sessiya ərəfəsində AŞ PA-ya etiraz bəyanatı yayan Minsk Qrupu faktiki olaraq öz hədəfinə çatdı. Azərbaycan bundan sonra nə etməlidir? AŞ PA-dakı hadisə digər beynəlxalq təşkilatlar üçün presedent ola və Qarabağ məsələsinə ədalətli münasibətdə geriləməyə səbəb ola bilərmi?



Konfliktoloq Elxan Mehdiyev “Yeni Müsavat”a bildirdi ki, əgər prosedurlar imkan verirsə, deputatlar yenidən çalışıb, lazımi lobbiçilik edib məsələni yenidən ümumi səsverməyə çıxarmalıdırlar: “Bu iş kampaniya xarakterli olmalı deyil, davamlı olmalıdır. Özü də təkcə bu məsələ ilə bağlı yox. Məsələn, Avropa Birliyinin ən həssas yanaşdığı ”işğal edilmiş ərazilərdə məskunlaşma" ilə bağlı ayrıca qətnamə üçün çalışılmalıdır. İşğal zonasında mülki obyektlərin məhv edilməsi ilə bağlı qətnamə əldə etmək lazımdır. Bu cinayətlərin hamısı hərbi cinayət sayılır. Belə olarsa, Avropa Parlamentində heç kim “Daglıq Qarabağın dostları Qrupu” yarada bilməz. Bu cür layihələrə qarşı çıxan Avropada çox az adam ola bilər. Bu cür qətnamə layihələri və ya qətnamələr Minsk Qrupunu danışdıracaq. Bunu BMT Baş Məclisində də qoymaq lazımdır. Minsk Qrupu bilavasitə bu cür məsələləri ört-basdır edir. Əksinə, bunlar Avropada ən həssas yanaşılan məsələlərdir. Onların İsrailin məskunlaşma siyasətinə verdikləri reaksiyanı izləsəniz, görərsiniz. Bu baxımdan onların bu işdə böyük təcrübələri var". Ekspert şübhə etmir ki, qətnamə layihəsinin qəbul olunmaması Fransa və ABŞ hökumətlərinin təsiri ilə olub: “Neytral qalanların çoxu Şərqi Avropa ölkələridir. Çünki onlardan ABŞ tərəfi xahiş edib. Belə olmasaydı, sənəd böyük üstünlüklə keçərdi. Fransa partiyaları isə çoxlu fraksiyaların üzvləridir və onlar da ideoloji baxımdan öz işlərini görüblər. Elə Serj Sərkisyanın da Avropada təmsil olunduğu partiyanın üzvləri də bu işdə yardımçı olublar. Minsk Qrupunun məqsədi bu işi lokallaşdırmaq və beynəlxalq mövzuya çevirməməkdir. Amma artıq çuval yırtılır, əgər Azərbaycan tərəfi qətiyyətlə irəli getsə, həmsədrlər, sadəcə, gülünc vəziyyətdə qalacaqlar”.



Politoloq Arzu Nağıyev hesab edir ki, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələnin AŞ PA-da qaldırılması və işğal məsələsinin qoyulması müsbət hal kimi qiymətləndirilmətlidir: “Müsbət qərarın qəbul edilməsi onsuz da gozlənilən deyildi. Ancaq belə bir sayda dovlətin müsbət rəyi də təqdirəlayiqdir. Məlumdur ki, AS PA çoxsaylı Avropa dövlətlərinin parlamentarlarının təmsil olunduğu qurumdur. Digər məqam erməni lobbisinin təsiridir. Bir səbəb də BMT qərarlarına münasibətdən irəli gəlir. Səs fərqinə diqqət yetirəndə görünür ki, ən böyük təsir məhz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarından sonra oldu. Təbii ki, bu da onların təmsil etdiyi dövlətlərin movqeyidir”. A.Nağıyev qeyd etdi ki, bunu Rusiya XİN rəhbəri Lavrovun 7 rayonla baglı bəyanatında da gördük: “Deməli, bu da ermənilərin lehinə təbliğat idi. Sərsəng su anbarı ilə bağlı qərarın qəbulu da dolayı yolla işğalı təsdiq edir. Nəticə budur ki, nüfuz savaşı davam edir və Azərbaycan bu istiqamətdə müstəqil siyasətini yürütməli, ordu quruculuğuna və xarici siyasətə önəm verməlidir .Düşünürəm ki, ATƏT-in Minsk Qrupuna da təsir mexanizmləri işlənməlidir. Bir daha əmin olduq ki, güc nümayiş etdirməklə təcavüzkarı danışıqlar masasına əyləşdirmək ən müsbət yoldur”.

Qarabağ Azadlıq Təşkilatı (QAT) isə AŞ PA-dakı son müzakirələrlə bağlı bəyanatında həmsədrlərdən imtinaya çağırıb: “... Biz bir daha bəyan edirik ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin, torpaqlarımızın işğaldan azad olunmasının hərbi əməliyyatlardan başqa yolu yoxdur. Azərbaycan ləngimədən hərbi əməliyyatlara başlamalıdır! Başqa yolumuz yoxdur! Ya Qarabağ, ya ölüm!”

Rəsmi Bakı şübhə etmir ki, digər qətnamənin qəbuluna həmsədrlər mane olub, ancaq hələlik xüsusi bəyanata çıxış etməyə tələsmir. Bunu bizə açıqlamasında XİN rəsmisi H.Hacıyev də təsdiqlədi: “Təəssüf edirik ki, həmsədrlərin 22 yanvar tarixli açıqlaması prosesə çox mənfi təsir göstərdi və həmsədrlərin mandatı ilə bir araya sığmayan addımlar atıldı. Bu məsələ ilə əlaqədar Azərbaycanın ciddi narazılığı fərdi qaydada hər bir həmsədr ölkəyə yazılı şəkildə təqdim ediləcək”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor