RSS
 

Login:
Şifrə:
» » Bakıda sürətlə yayılan qumarxana şəbəkəsi: Yeni məkandan görüntülər…

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Bakıda sürətlə yayılan qumarxana şəbəkəsi: Yeni məkandan görüntülər…

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 14:35 | Şərh sayı: (0) | Baxılıb: 252

Bakıda sürətlə yayılan qumarxana şəbəkəsi: Yeni məkandan görüntülər…


Bakıda sürətlə yayılan qumarxana şəbəkəsi: Yeni məkandan görüntülər… Son günlər Azərbaycanda sürətlə loto-qumar məkanları açılmaqdadır. Paytaxt Bakı ilə yanaşı bölgələrdə də bu cür məkanlar açılır. Bakıda fəaliyyət göstərən loto-qumar məkanlarının bir neçəsindən reportajlar təqdim etmişdik. Hər gün külli miqdarda gəlir gətirən bu məkanlar artıq Bakının mərkəzinə də yol tapmaqdadır.

Loto-qumar məkanlarının bu cür sürətlə açılması və sərbəst şəkildə fəaliyyət göstərməsi onu sübut edir ki, bu məkanlar yüksək rütbəli şəxslərin himayəsində fəaliyyət göstərirlər.

Musavat.com xəbər verir ki, Bakının Xətai, Binəqədi, Səbail, Abşeron, Yasamal rayonlarının hər birində bu cür məkanlara rast gəlmək mümkündür. Adlarını sadaladığımız rayonlar hələ ki, bizə məlum olan məkanların yerləşdiyi rayonlardır.

Yollandığımız növbəti məkan Yasamal rayonundakı Əhməd Cəmil küçəsində yerləşən binanın (Yasamal parkı ilə üzbəüz) altındadır. Əvvəlcə onu qeyd edək ki, olduğumuz məkanları bir-birindən yalnız ünvanı fərqləndirir. Bu məkanlarda loto-qumar qaydaları eynidir, eyni işçiləri isə fərqli-fərqli məkanlarda görmək mümkündür, obyektlərdə dizayn və iş qaydalar eynidir.

Bu sadaladıqlarımız onu deməyə əsas verir ki, bütün bu məkanlar bir şəbəkə şəklində fəaliyyət göstərir. Ölkəmizdə bir çox sahələr monopoliyada olduğu kimi, görünən budur ki, bu loto-qumar şəbəkəsi də monopoliyadadır.

Bu məkanda ilk rastlaşdığımız fərqlilik ondan ibarətdir ki, kartın biri 1 manat deyil. Oyuna başlamaq üçün mütləq 3 ədədi 2 manat olan kartları götürmək lazımdır.

Əslində düşünmək olar ki, devalvasiyadan sonra əziyyət çəkən insanlar üçün bu xüsusi endirim kampaniyasıdır. Ancaq bir məsələ də var ki, digər məkanlardan fərqli olaraq, burada 1 manata aldığın bir kartla oynamaq mümkün deyil.

Yəni, iştirakçı olmaq üçün minimum 2 manatından keçməlisən. Əlavə kart artırmaq istəyərkən isə yenə də 2 manat verərək, üç kart almaq mümkündür. Oxşar tərəflərindən biri isə loto-qumarda iştirak edənlərə çayın pulsuz verilməsidir.

Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, oyunun şərti kartda olan sıralardan birində olan 6 rəqəmin torbadan çıxan daşlarla uyğun gəlməsidir. İştirakçı “bəsdir və ya “davolna” deyərək, udduğunu elan edir. Uduşa qoyulan məbləğ isə iştirakçıların sayına görə dəyişir. Oyuna başlayarkən yığılan pulların yarısı uduşa qoyulur.

Oyunda hər hansı bir hiylənin olduğunu demək mümkün deyil. Çünki bu cür məkanlarda qazanılan məbləğ konkret olaraq məlumdur. Oyundan yığılan pulun yarısı uduşa qoyulur. Yarısı isə qazancdır. Bir oyun ən çox 10 dəqiqə çəkir.

Burada oyunlar saat 17:00-da başlayır və səhər saatlarınadək davam edir. Qara pərdələrlə bağlı olan məkan olduqca böyükdür. İlk başlayanda adam sayı az olur. Əsasən axşam saatlarında, iş vaxtından sonra məkanın müştəriləri həddən artıq çox olur.

Bütün masalar tam şəkildə dolanda uduşdakı məbləğ 200-300 manatadək yüksəlir. Bu isə o deməkdir ki, məkanda 10 dəqiqəlik bir oyundan 200-300 manat qazanc əldə olunur. Bu məkanda da digərlərində olduğu kimi xeyli sayda işçi var. Loto kartlarını paylayanlar, torbadan daş çıxaranlar, çay paylayanlar və s…

Məkanın daimi müştərilərindən biri ilə söhbətləşərkən öyrəndik ki, axşam saat 19 radələrindən gecə saat 2-3-ə qədər məkanda demək olar ki, boş masa olmur. Bu saatlar ərzində oynanılan hər oyundan - 10 dəqiqdən bir 300 manatadək qazanc əldə edirlər. Bu isə saatda 2 min manatadək qazanc deməkdir. Yəni loto-qumar məkanlarının günlük qazancı minimum 10-12 min manatdır.

Təbii ki, bu cür yüksək qazancların əldə olunduğu məkanları açmaq, himayə etmək sıradan bir insanın işi ola bilməz. Aylıq gəlirləri yüz minlərlə manat olan bu cür obyektləri himayə edənlər təbii ki, var...

Bu məkanlara baxanda insanı düşündürən bir məqam da var. Ölkədə işsizliyin baş alıb getdiyi, son bir neçə ayda xtisarların vüsət aldığı bir zamanda qumarxanalar, mərc oyunlarının keçirildiyi məkanlar sürətlə artır.

Bu cür məkanların müştərləri isə heç vaxt əskik olmur. Asan yolla pul qazanmaq istəyənlərlə yanaşı, işsizlikdən əziyyət çəkən insanların da tapdıqları bir neçə manatla bu cür məkanlara üz tutduğu açıq-aşkar görünür...



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor