RSS
 

Login:
Şifrə:
» » Banklar vətəndaşlara niyə kömək etmir?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Banklar vətəndaşlara niyə kömək etmir?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 19:18 | Şərh sayı: (0) | Baxılıb: 274

Banklar vətəndaşlara niyə kömək etmir?


Banklar vətəndaşlara niyə kömək etmir?Rəşad Həsənov: “Banklar kredit götürənləri ayrı-ayrılıqda dəyərləndirməlidir”
Banklarla vətəndaşlar arasındakı kredit və əmanətlərlə bağlı problemlərin həlli istiqamətində həm hökumət, həm də ekspertlər bir çox variantlar təklif edir. Problemli kreditlərin həlli, dollarla olan bank borclarının 1.05 məzənnəsi ilə hesablanması ilə bağlı demək olar ki, hər gün mətbuatda müzakirələr gedir. Lakin görünən odur ki, problem hələ də həllini tapmayıb. Banklar vətəndaşların qorxulu kabusuna çevrilib. Bu durum bəzi bankların da müflis olmasına gətirib çıxarıb.

Situasiya isə bundan ibarətdir ki, banklar atacaqları addımlarla bağlı hökumətin qərarını gözləyir, hökumət isə hələ ki, bu məsələdə konkret qərar vermək fikrində deyil.
Ekspertlər hesab edir ki, banklar müstəqil kommersiya qurumu olduğu üçün müştərilərlə problemlərinə aydınlıq gətirməli və mövcud situasiyadan çıxmağa onlara kömək etməlidirlər.
Bəs, banklar niyə vətəndaşlara kömək etmir? Bunun üçün onların əlində hansı iqtisadi rıçaqlar var?

“Yeni Müsavat”ın bu suallarını cavablandıran iqtisadçı- ekspert Rəşad Həsənov bildirdi ki, bankların son bir ildəki vəziyyətini nəzərə alsaq, onların vətəndaşlarla münasibəti heç də ürəkaçan deyil: “Bu səbəbdəndir ki , bir çox banklar hətta bağlanmaq təhlükəsi ilə üzləşiblər. Bəzi banklar böyük ehtimalla 2016-ci ildə birləşəcəklər. Bu daha çox bankların bu günə qədər apardığı düzgün olmayan faiz siyasətinin, eyni zamanda kütləvi şəkildə kreditləşməni həyata keçirmək, bu prosesdəki nöqsanlar, kredit götürənlərin maliyyə vəziyyətinin düzgün qiymətləndirilməməsi və kredit götürənlərin qlobal iqtisadi fonda baş verəcəkləri proqnozlaşdıra bilməməsinin nəticəsidir. Təbii ki, kredit götürənlər buna məcbur deyillər. Heç kim kredit götürərkən neftin qiymətinin düşəcəyini, ölkədə iqtisadi böhranın yaranacağını, iş yerlərinin ixtisar ediləcəyini, gəlirlərin azalacağını proqnozlaşdıra bilməzdi. Hər bir vətəndaş və ya sahibkar bu istiqamətdə təhlil apara bilməz. Ümumiyyətlə, baş verənlərin fonunda hazırda bankların imkanları kifayət qədər məhdudlaşıb. Banklar hazırki situasiyada vətəndaşlara kömək etməlidirlər. Bu vaxtın uzadılması, kreditlərin restrukturizasiya edilməsi, imkan daxilində xarici valyutada olan kreditlərin milli valyutaya çevrilməsi və əvvəlki dövrlərdə tətbiq edilən, kredit müqaviləsində göstərilən faizlərin minimuma endirilməsi şəklində ola bilər”.

Ekspert onu da qeyd etdi ki, problemli kreditlərin həlli üçün banklar fərdi yanaşma ortaya qoymalıdırlar: “Banklar kredit götürənləri ayrı-ayrılıqda dəyərləndirməlidirlər, hər bir bank bununla bağlı komissiya yaratmalıdır. Həqiqətən kredit vermək imkanı olmayan vətəndaşlara müəyyən qədər vaxt tanınmalıdır, onların kreditləri bu böhran dalğası səngiyənə qədər və ya kredit götürənin maliyyə vəziyyətinin bərpa olunmasına qədər vaxt tanımalıdır.

Düşünürəm ki, hazırda banklar bu kimi addımlar atmaqla ilk növbədə müştərilərinin etimadını qazanarlar, digər tərəfdən yaranmış situasiyada müştərilər tərəfindən mövcud olan aqressiyanı yumşalda bilərlər. Bildiyimiz kimi, hazırda kütləvi şəkildə bank kreditlərinin ödənişindən imtina istiqamətində ictimai rəy formalaşıb. Bu son nəticədə banklar üçün ciddi problemə çevriləcək. Problemli kreditlərin həcminin 6-7 faiz göstərilir. Lakin bizim banklarla apardığımız qeyri-rəsmi danışıqlardan aydın olur ki, problemli kreditlərin həcmi təxminən 30 faizin üzərindədir. Bu da banklar üçün böyük bir itkiyə gətirib çıxara bilər. Hər bir bank bununla bağlı düşünməlidir. Banklar bu gün üçün bu istiqamətdə müəyyən fikirlərə sahibdirlər. Lakin digər tərəfdən hökumətin hansı addım atacağını gözlədikləri üçün öz qərarlarını ortaya qoymayıblar. Gözlənilir ki, hökumət hansısa formada kiçik istehlak kreditlərinə müəyyən güzəştlərlə bağlı qərar qəbul etsin. Banklar da bunun üzərində öz təkliflərini vətəndaşlara təqdim edəcəklər.

Hazırda hökumətin davranışından asılı olmayaraq banklar müştərilərin etimadını qoruyub saxlamağa çalışmalıdırlar. İmkanları daxilində vətəndaşlara güzəştlər tətbiq etməlidirlər".

Əmanətlərlə bağlı məsələyə gəlincə, Rəşad Həsənov bildirdi ki, əgər gələcəkdə bankların maliyyə durumu ilə bağlı hər hansı problem yaransa, hökumət vətəndaşlara dəyən ziyanı kompensasiya etməlidir: “Əmanətlər məsələsi hazırda çox mürəkkəb bir məsələdir. Hökumət bununla bağlı müəyyən addımlar atdı, əmanətlərin tam sığortalanması qərarını verdi. Bu müəyyən qədər gərginliyin yumşalmasına gətirib çıxaracaq. Ancaq düşünmürəm ki, Əmanətlərin Sığortalanması Fondu bu gərginliyi götürə biləcək gücdə deyil. Lakin Mərkəzi Bank da müəyyən qiymətləndirmələr aparır. Bankların aktiv və passivləri arasında mövcud disbalansı daha dəqiq bilir. Əgər Mərkəzi Bank bankların əmanətləri qaytarmaq imkanlarının olduğunu düşünürsə, bu o deməkdir ki, müəyyən ümidlər var. Təbii ki, proseslər o qədər dərinləşməyəcək ki, banklar çöksün. Əgər vətəndaşlar depozitlərini kütləvi şəkildə geri çəkməklə bağlı addım atarlarsa, bu bank sektoru üçün ciddi təhlükə formalaşdıracaq. Hökumət böyük ehtimalla banklardan depozitlərin çəkilməsini məhdudlaşdıracaq. Biz bəzi ölkələrdə bu kimi addımları müşahidə edirik.

Bu cür risklər bizdə də var. Mümkündür ki, vətəndaşlar əmanətlərini vaxtında götürə bilməsinlər. Çünki problemli kreditlər banklar üçün böyük çətinlik yaradıb. Bu baxımdan kütləvi şəkildə müraciətlər olduğu təqdirdə banklar əmanətləri geri qaytarmaqdan imtina edəcəklər. Amma ümumi fonda vətəndaşlar əmanətlərini gec də olsa alacaqlar. Hökumət qarşıdakı 20-25 ildə banklara inamı sarsıdacaq hər hansı addım atmayacaq. Əgər belə bir situasiya olsa, vətəndaşlara dəyən ziyanlar kompensasiya ediləcəkdir”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor