RSS
 

Login:
Şifrə:
» » Nazir: "Daxili Qoşunların şəxsi heyəti qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirib"

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Nazir: "Daxili Qoşunların şəxsi heyəti qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirib"

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 22:16 | Şərh sayı: (0) | Baxılıb: 200

Nazir: "Daxili Qoşunların şəxsi heyəti qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirib"


Nazir: "Daxili Qoşunların şəxsi heyəti qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirib" Yanvarın 19-da Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə musavat.com-a DİN-nin mətbuat xidmətindən məlumat daxil olub.

Müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 2015-ci ildə cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, bütövlükdə ordu quruculuğu, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi sahəsində aparılan işlərin də geniş vüsət aldığını xatırladıb, Qoşunların maddi-texniki bazasının daha da möhkəmləndiyini, müasir silah və texnika alındığını, şəxsi heyətin sosial-məişət problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Hesabat dövründə Daxili Qoşunlar tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası istiqamətində bir sıra işlər görülüb, şəxsi heyət ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edib, yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlıq nümayiş etdirib.

Qeyd olunub ki, görülmüş işlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilir. Bu ali diqqət və qayğı hərbi qulluqçulardan üzərlərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi, sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminini, heç bir halda arxayınlaşmamağı tələb edir.
Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov xidməti-döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.
Komandan deyib ki, ötən il qarşıya qoyulan əsas tapşırıqlardan olan I Avropa Oyunları və atıcılıq üzrə Dünya Kuboku kimi mötəbər beynəlxalq tədbirlər zamanı Qoşunlar digər hüquq-mühafizə orqanları ilə birlikdə müəyyən edilmiş vəzifələri peşəkarlıqla həyata keçirib. Bakı, Mingəçevir və Qəbələ şəhərlərində keçirilmiş beynəlxalq yarışlar və digər kütləvi tədbirlər zamanı həvalə edilmiş ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini üzrə xidmətin aparılması yüksək peşəkarlıqla icra olunub. May ayında paytaxtın Binəqədi rayonunda yerləşən çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Daxili Qoşunların xüsusi təyinatlıları və helikopter ekipajı fövqəladə halın fəsadlarının aradan qaldırılmasında fəal iştirak edərək axtarış tədbirləri nəticəsində köməksiz qalmış 6 nəfəri təxliyyə ediblər.

Hesabat dövründə Qoşunlarda döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə şəxsi heyətin praktiki bacarığının artırılması, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, təlim-tədris bazasının inkişaf etdirilməsi döyüş təliminin başlıca vəzifələrini təşkil edib. Bununla yanaşı, polis orqanları ilə birgə qarşılıqlı əlaqənin və fəaliyyətlərin təkmilləşdirilməsi də təlim prosesində prioritet məsələlərdən olub.

Nazirliyin rəhbərliyinin tapşırığına uyğun olaraq, hərbi qulluqçuların mənəvi-psixoloji hazırılığının yüksəldilməsi, o cümlədən şəxsi heyətin Vətənə və hərbi anda sədaqət, hərbi nizamnamələrin tələblərinə sözsüz əməl edilməsi ruhunda tərbiyə olunması, onlarda xidmətin çətinliklərinə dözüm keyfiyyətlərinin formalaşdırılması istiqamətində zəruri tədbirlər görülüb.

Qanunçuluğun, nizam-intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun riayət olunması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi olaraq əvvəlki dövrlə müqayisədə ötən il ölüm halları 71 faiz, cinayətlərin sayı 80 faiz, kobud intizam pozuntuları 48 faiz, ümumi hadisələrin sayı 24 faiz, bədən xəsarətlərinin sayı 21 faiz azalıb.

Bildirilib ki, şəxsi heyətin kazarma-məişət şəraitinin müasir standartlara uyğunlaşdırılması, hərbi hissə və bölmələrin silah və xüsusi texnika ilə təchizatı istiqamətində işlər bilavasitə uğurla davam etdirilib. Hesabat dövründə məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Sumqayıt şəhərindəki hərbi hissədə 60 mənzilli yataqxana binası, paytaxtın Nərimanov rayonunda yerləşən hissədə yeni qərargah və əsgər kazarması, Hacıqabulda 4 mərtəbəli əsgər kazarması, tibb məntəqəsi, hamam-camaşırxana kompleksi lazımi avadanlıqlarla təmin edilərək istifadəyə verilib.
Ötən ilin sonlarında Nardaranda dövlətin konstitusiya quruluşunun əsasları əleyhinə yönəldilən hərəkətlərin qarşısının alınması, qanunçuluğun, sabitliyin və ictimai qaydanın bərpası məqsədilə Daxili Qoşunların məhdud sayda şəxsi heyəti də cəlb edilməklə keçirilmiş xüsusi əməliyyat nəticəsində qəsəbədə ictimai asayiş və təhlükəsizlik təmin edilib, dövlət və bələdiyyə orqanlarının normal işi ilə bağlı aidiyyatı qurumlara zəruri köməklik göstərilib.

Müşavirəyə yekun vuran daxili işlər naziri ötən hesabat ilində Daxili Qoşunların fəaliyyətini, ümumən, yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli istiqamətində konkret tapşırıq və tövsiyələrini verib.

O deyib ki, ötən il Daxili Qoşunların şəxsi heyəti asayişin qrup halında pozulması, xüsusi əməliyyatlar və fövqəladə hallar zamanı qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirib. Cari ildə respublikada dövlət əhəmiyyətli tədbirlərin, o cümlədən mötəbər idman yarışları və beynəlxalq forumların keçiriləcəyini diqqətə çatdıran nazir bu baxımdan Qoşunlarda bütün təşkilati tədbirlərin müəyyənləşdirilərək vaxtında icrasını, qüvvə və vasitələrin hər bir tədbir ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsini tələb edib.
General-polkovnik Ramil Usubov hərbi hissələrdə idarəçilik fəaliyyətinin, döyüş xidmətinin təşkili və aparılmasının, hərbi qulluqçuların Vətənə, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə edilmələrinin, mənəvi-psixoloji, fiziki və döyüş hazırlığının daha da yüksəldilməsinin, ekstremal hallar da daxil olmaqla, onların qanunvericiliklə müəyyən edilmiş qaydada polis əməkdaşları ilə bərabər istənilən əmr və göstərişlərin ən yüksək səviyyədə icrasına hər zaman hazır olmalarının, bu zaman şəxsi heyət tərəfindən qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməsinin zəruriliyini bir daha qeyd edib.

Nazir Daxili Qoşunların şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevi əmin edib ki, hərbi qulluqçular qanunvericiliklə müəyyən edilmiş vəzifələrin və verilən tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcək, daxili sabitliyi, əmin-amanlığı pozmaq istəyən qüvvələrin qarşısını qətiyyətlə alacaq, xalqa, dövlətə və Prezidentə sədaqətlə xidmət edəcəklər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor