RSS
 

Login:
Şifrə:
» » Dollarla aparılan əməliyyatlar yasaqlana bilərmi...

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dollarla aparılan əməliyyatlar yasaqlana bilərmi...

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 16:34 | Şərh sayı: (0) | Baxılıb: 217

Dollarla aparılan əməliyyatlar yasaqlana bilərmi...


Dollarla aparılan əməliyyatlar yasaqlana bilərmi...Natiq Cəfərli: “Bunu insanlara heç kim qadağan edə bilməz”; Rəşad Həsənov: “Əgər hansısa tənzimləmə aparılacaqsa, bu, sadəcə, hökumətin dəstəyi ilə ola bilər”
Devalvasiyadan daha çox əziyyət çəkənlər dollarla əməliyyat aparanlar, kredit alanlar oldu. Manatın məzənnəsinin aşağı düşməsi dollarla aparılan əməliyyatların qadağan edilməsi mövzusunu gündəmə gətirib.

Bir çox insanlar Azərbaycanın milli valyutası manat olduğuna görə bütün əməliyyatların, alış-verişlərin dollarla yox, manatla aparılmasını tələb edirlər. Hazırda dünyada mövcud olan 200-ə yaxın ölkənin bir-biriləri ilə iqtisadi əlaqələrinin milli valyuta ilə yox, dünya valyutası rolunu oynayan dollardan istifadə etməklə həyata keçirirlər. Ancaq bundan imtina etməyə çalışanlar, dollarla aparılan əməliyyatlara qadağa qoyanlar da var. Avropa Birliyinə daxil ölkələr bu problemin qarşısını vahid valyutaları olan avrodan istifadə etməklə alıblar. SSRİ dövründə də ittifaqa daxil olan ölkələrin hər biri vahid valyuta olan rubldan istifadə edirdilər.

Maraqlıdır, bəs Azərbaycanda dollarla aparılan əməliyyatlar qadağan oluna bilərmi?

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, qanunla bütün alış-veriş manatla edilməli, bunun əksini edənlər cəzalandırılmalıdır: “Qanunvericiliyə görə Azərbaycan ərazisində bütün alış-veriş milli valyuta - manatla həyata keçirilməlidir. Amma manata güvən olmadığına görə insanlar daşınmaz əmlakın da, digər qiymətli əşyalarının da qiymətini dollarla müəyyən edirlər.

Təbii ki, onlar dolları satışa çıxardıqları zaman günün məzənnəsinə uyğun manat ala bilərlər. Bu problem deyil. Amma qiymətlər manatla yox, dollarla müəyyən edilir və bazarın dollarlaşması prosesi sürətlə həyata keçir. Bunu da insanlara heç kim qadağan edə bilməz. Əgər mənim avtomobilim varsa, mən ona 10 min dollar qiymət qoyuramsa, kim gəlib mənə deyə bilər ki, siz buna 10 min dollar qiymət qoya bilməzsiniz. Satış günü isə dollarla ala bilsəm, onunla, ala bilməsəm, manatı dollara olan həmin günün məzənnəsi ilə ala bilərəm. Burada inzibati yollarla bazara müdaxilələrin daha da artdığı bir dönəmə qədəm qoymuşuq. Hökumət ancaq inzibati yollarla bazarda müəyyən düzəm yaratmağa çalışır. Bu da əks-effekt verir. Sovet vaxtı valyuta alveri hətta cinayət sayılırdı. İnsanın əlində valyuta tutulanda ona 8-10 il iş verilirdi. Amma valyuta əməliyyatları həmişə olub. Sovet dövründə belə olub, sovetin dağılmasından sonra da belə olub. Küçələrdə həmişə valyuta bazarı olub. Yəni bunun qarşısını ancaq inzibati yollarla almaq mümkün deyil. Dükanlarda ərzaqları, geyimləri dollarla satmaq qadağandır və bunu edən insanlar o vaxt da cəzalandırılırdı, indi də cəzalandırılır”.

Banklardan yalnız milli valyuta ilə vəsait verilməsini tələb etməklə iqtisadiyyat prinsiplərinin pozulacağını deyən iqtisadçı ekspert Rəşad Həsənov bunun heç bir nəticə verməyəcəyini bildirdi: “Bəzi ölkələrdə banklar xarici valyutada kreditləri ölkəyə yalnız xarici valyuta gətirə bilən, idxalla məşğul olan şirkətlərə verir. Digər vətəndaşlara isə bu kreditlər milli valyutada verilir. Türkiyədə bu qaydalar tətbiq olunur. Amma Azərbaycanda banklar bir çox hallarda vəsaitləri xarici valyutaya cəlb edirlər. Təsəvvür edin ki, bank xarici maliyyə institutundan xarici valyuta alıb və bu vəsaiti vətəndaşa manatla verib. Manat isə il ərzində iki dəfə devalvasiyaya uğrayıb. Belə olan təqdirdə bank o vəsaiti necə geri qaytarmalıdır? Bu cür hallarda bankların dövlət zəmanəti ilə götürdüyü xarici borc dövlət tərəfindən ödənilməli olur. Biz bilirik ki, Azərbaycanda bank sistemi son 25 ildə bazar prinsiplərinin əsaslarına uyğun qurulmağa başlayıb. Bank sistemi SSRİ dağıldıqdan sonra çox ciddi inam itkisinə məruz qalmışdı. Hazırda vətəndaşın zamanla formalaşan inamı banklar üçün çətinlik törədir ki, yalnız milli valyutaya əmanət etdiyini açıqlasın. Çünki bank vətəndaşa yalnız milli valyutada pul götürə bilərsən deyirsə, bu o deməkdir ki, vətəndaş depozitlərini, əmanətlərini yerləşdirməkdən imtina edəcək.

Belə olan təqdirdə isə bankların faktiki olaraq ölkədaxili maliyyə qaynaqları məhdudlaşır. Bank məcburdur ki, vətəndaşların maraqlarını nəzərə alaraq xarici valyutada əmanətləri qəbul etsin. Xarici valyutada qəbul edilən əmanətlər kredit formasında yerləşdirilməlidir. Əgər hansısa tənzimləmə aparılacaqsa, bu, sadəcə, hökumətin dəstəyi ilə aparıla bilər. Tutaq ki, devalvasiya baş verən zaman baş verən itkiləri hökumət qarşılayacaqsa, biz o zaman banka deyə bilərik ki, siz xarici valyutada verdiyiniz vəsaiti vətəndaşa, sahibkara milli valyutada təqdim edin. Biz sektora təzyiqlər edə bilmərik, bu doğru deyil”.

R.Həsənov xarici valyuta satışına məhdudiyyətlərin qoyulmasının mümkün olduğunu dedi: “Bundan sonrakı dövrdə mümkündür ki, xarici valyuta ilə alqı-satqıya məhdudiyyətlər qoyulsun. Düşünürəm ki, prosesin dərinləşməsi fonunda Mərkəzi Bank, sadəcə, ixrac əməliyyatlarının iştirakçılarına xarici valyuta satılması tövsiyəsini verməlidir”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor