RSS
 

Login:
Şifrə:
» » Qiymət endirimləri, yoxsa hökumətlə oliqarx biznesmenlər arasında müvəqqəti sövdələşmə?

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qiymət endirimləri, yoxsa hökumətlə oliqarx biznesmenlər arasında müvəqqəti sövdələşmə?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 09:55 | Şərh sayı: (0) | Baxılıb: 294

Qiymət endirimləri, yoxsa hökumətlə oliqarx biznesmenlər arasında müvəqqəti sövdələşmə?


Qiymət endirimləri, yoxsa hökumətlə oliqarx biznesmenlər arasında müvəqqəti sövdələşmə? İqtisadçı-ekspert: “Hökumət qısamüddətli nəticələrə səbəb olacaq addımlardansa, ciddi struktur islahatları həyata keçirməlidir...”
İkinci devalvasiyadan sonra ərzaq məhsullarının qiymətində kəskin artım oldu. Bu artımın bəzi işbazların yaratdığı süni qiymət artımı olduğunu deyən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ərzaq məhsullarının qiymətini süni şəkildə artıranlara qarşı mübarizə aparır. Bəs bunun nəticəsi varmı?

Bunu öyrənmək üçün bazar və marketlərə üz tutduq. Marketlərdə cüzi ucuzlaşma olsa da, bazarda bunu daha çox hiss etmək olurdu. Belə ki, baş çəkdiyimiz “Yaşıl bazar”da kənd təsərrüfatı məhsullarının qiymətində azalma müşahidə etdik. Əvvəllər 3 manat 50 qəpik 6 manata satılan badımcanlar indi 3-4 manat arasında, 3 manata satılan pomidor indi 2 manat, 2 manat 50 qəpiyə, 3 manat 50 qəpiyə, 4 manata satılan xiyarlar isə 2 manata satılırdı. 1 manat 50 qəpiyə satılan kartof 1 manata, 1 manata satılan soğan 70-80 qəpiyə satılırdı. Balıqların qiymətində isə heç bir artım ya da azalma yox idi. Ətin də qiymətində heç bir dəyişiklik olmadığını deyən qəssablar elə əvvəlki qiymətə, dana əti 7 manat 50 qəpiyə, qoyun ətini isə 8-10 manat arasında satırdılar. Qəssablar hətta alıcı olarsa, qiymətdə mümkün olan qədər aşağı da düşdüklərini deyirdilər. Kartof, soğan satıcısı isə deyir ki, kartof soğanın qiyməti az da olsa düşüb. İndi nisbətən ucuz alırıq deyə, ucuz da veririk. Digər ərzaq məhsullarının qiyməti düşsə, bazarlarda da xeyli ucuzlaşma olacaq".

Satıcı Əfruz Əliyeva isə alıcıların azlığından gileylənir: “Pomidorun kilosunu 2 manata verirəm, amma yenə alan azdır. Bayaq bir müştəri gəldi ki, 1 manat 50 qəpikdən ver. Verdim getdi. Heç tərəziyə qoyub çəkmədim. Camaatın vəziyyəti ağırdır. Mən baha verməklə kim gəlib alır, heç kim. Məhsul əlimdə qalır. Ona görə də ucuz satıram”.

Alıcıların da fikrini öyrənməyə çalışdıq. Bazarda alış-veriş edən Səbuhi Allahverdiyev ucuzlaşma olsa da bunun elə də böyük məbləğlərdə olmadığını dedi: “Az da olsa ucuzlaşma var. Oda bütün məhsullarda deyil, bəzilərindədir. Yaxşı olardı ki, qiymətlərdə nəzərə çarpacaq endirimlər etsinlər ki, əhalinin bazarlıq etməyə cibindəki pul yetsin”.

Marketlərdə isə vəziyyət bir qədər fərqli idi. Belə ki, marketlərdə endirimlər çox az idi. Bəzi marketlərdə yumurta yenə 20 qəpiyə bəzilərində isə 16-18 qəpiyə satılırdı. Mağazalarda daha çox unun, yumurtanın qiyməti düşmüşdü.

Maraqlıdır, iqtisadçılar şərhlərində deyirdilər ki, bazar iqtisadiyyatı şəraitində süni qiymət artımından söz gedə bilməz, bu terminin sovet dönəmindən qaldığını və unudulması gərəkdiyini deyirdilər? Bəs hazırkı vəziyyəti necə adlandırmaq olar? Doğrudanmı, lazımı ərzaq məhsullarının qiymətini insanların büdcəsinə uyğun dərəcədə ucuzlaşdırmaq olar?

İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, hazırkı xırda ucuzlaşma dövlətlə oliqarx biznesmenlərin arasında müəyyən razılığı əsasındadır və insanların adaptasiya prosesindən sonra yenə qiymətləri qaldıracaqlar: “Biz devalvasiya baş verən gün açıqlamalarımızı verdik ki, növbəti dövrlərdə devalvasiyanın sosial yükünü nisbətən yumşaltmaq məqsədi ilə hökumət adminstrativ təzyiqlər formasında qiymət bahalaşmasının qarşısını almağa cəhd göstərəcək. İlk fevral devalvasiyasında bu kimi təşəbbüslər hökumət tərəfindən daha yüksək səviyyədə olsa da, ikinci devalvasiyada müəyyən qədər boşluq yarandı. Sonrakı dövrlərdə, xüsusilə də regionlarda bununla bağlı əhalinin etirazlarının başlaması hökumətin bu istiqamətdəki səylərini nisbətən artırdı. Təbii ki, bazar iqtisadiyyatı olan bir ölkədə süni qiymət artımı, işbaz kimi ifadələrin işlədilməsi doğru və real deyil. Bazar şərtlərinin, liberal iqtisadi mühitin normal olduğu, monopoliyanın olmadığı təqdirdə heç kim bununla bağlı amillərdən danışa bilməz. Əgər Azərbaycanda bununla bağlı söhbətlər gedirsə, hamısı normal iqtisadi mühitin olmaması səbəbindəndir”.

İqtisadçı bildirdi ki, bazarda qiymətlərin tələb və təklif əsasında formalaşmalıdır: “İdxal məhsullarının qiymətində artım mütləqdir. Çünki bunlar xarici valyuta ilə alınır. Xarici valyuta isə Azərbaycanda dəyərini keçən illə müqayisədə 20 faiz itirib. Yerli istehsalın da 80-90 faizi idxal xammalından asılıdır. Bunların da qiymətinin bahalaşması normaldır. Kənd təsərrüfatı işi ilə məşğul olan insanın dollarla krediti varsa, bunu ödəmək, qiymətlərin bahalaşması fonunda ailəsini saxlamaq üçün daha çox manat qazanmalıdır. Burada aparılan makro-iqtisadi siyasətin fəsadlarını kəndçinin üzərinə yığmaq doğru deyil. Qiymətlərin ucuzlaşması ilə bağlı taxıl məhsullarının idxalı ilə bağlı olan 8 faizlik əlavə dəyər vergisinin götürülməsi maya dəyərinə müəyyən qədər təsir göstərir. Digər tərəfdən şirkətlərin bəziləri müəyyən səviyyədə qiymət artımına gediblər və hələ də qiymətləri ucuzlaşdırmayıblar.

Azərbaycanda olan iqtisadi mühit və biznesin strukturu şərait yaradır ki, hansısa dövlət qurumu hansısa formada biznesmenə, oliqarxa təzyiq göstərsin. Yaxud dövlətlə oliqarx hansısa formada insanlardan yaradılmış avantajdan əldə olunmuş monopoliya gəlirlərinin bir hissəsini israf etməklə müvəqqəti olaraq qiymətləri müəyyən qədər aşağı salır və ya sabit saxlayır. İnsanlar prosesə adaptasiya olduqdan sonra qiymətlərin yenidən qaldırılması prosesini həyata keçirmək üçün hökumət qurumları ilə monopolist biznes arasında bir centelmen razılıq ola bilər. Azərbaycan reallığında sahibkarlara, oliqarxlara bu istiqamətdə tövsiyələrin verilməsi və ya tələblərin olması realdır. Bütün bu proseslərin nəticəsində itirən Azərbaycan vətəndaşı, azərbaycanlı istehlakçıdır. Düşünürəm ki, hökumət qısa müddətli nəticələrə səbəb olacaq addımlar atmaqdansa, ciddi şəkildə struktur islahatları həyata keçirməlidir. Eyni zamanda liberal iqtisadi mühitin, bazar iqtisadiyyatının formalaşdırılmasına start verməyin vaxtıdır”.

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor