RSS
 

Login:
Şifrə:
» » Dövlət Plan Komitəsi

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dövlət Plan Komitəsi

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 09:17 | Şərh sayı: (0) | Baxılıb: 238

Dövlət Plan Komitəsi


Dövlət Plan KomitəsiSatınalmalar üzrə Dövlət Agentliyinin ləğv olunması çox yaxşı islahat idi. Prinsipcə, hazırda satın almağa bir zad qalmamışdır. Hardadır o neft pulları? Saxta tenderlər, kağız üzərində keçirilən müsabiqələr... Heyf deyildi, yazırdın ki, guya tender olub, Üstüaçıq-Dəymədağıldı-Qazlıbulaq yolunun 14,6 kilometrlik hissəsinin çəkilişi üzrə “Fırtışqulu ənd Ko” şirkəti qalib gəlmişdir, hər kilometr isə 1 milyard dollara başa gələcəkdir. Basıb yeyirdin, üstündən damla-damla toplanan şirələrdən içirdin.

Özü də dərd böyükdür, indi satın almağa normal adam da qalmamışdır, nəinki yol-mol olsun. Hamı ağzını sərçə balası kimi açıb dən istəyir. O üzdən, ortaya anomal nəticələr çıxır. Misal üçün, vaxtilə Surət kimi bir yoluqla (onun yoluq olmasını dahi rəhbər cəmi 6 ayda isbat elədi və yolub qazamata basdı) bacarmayıb əsir düşən çekist idarəsinin böyüyü indi Füzulidə acından küçəyə çıxanları Ermənistanla bağlayır.

Yaxud görürsən sol əliylə sağ əlini qarışdıran birisi etirazlarda kapitalizmin böhran əlamətlərini tapır. Vay-vay... Sən demə, bizdəki hərəkətlər ümumdünya sosialist inqilabının bir parçası imiş, qubalı Məşədi Bala isə ÜİLKGİ yerli şöbəsinin üzvüdür, hər gün Qəçrəş yolundakı kababxanada “İskra” qəzetinin gizli nüsxələrini qayırırmış. İmperializm çürüməkdə olan kapitalizmdir, deputat Aqil Abbasın üsyana qalxan qulları əkməyə çağırdığı soğanlar da çoxdan çürümüşdür. Qalx, ey lənətlə damğalanan aclar və qullar dünyası! Nə təhər deyərlər, bir xalq tarixi başa düşməsə onu təzədən yaşamağa məcburdur. Vallah. Şair bu münasibətlə yaxşı demişdir: “Özünə qayıdır, özünə hər şey”.

Bu baxımdan, İqtisadiyyat və Sənaye Nazirliyinin adının dəyişdirilib İqtisadiyyat Nazirliyi qoyulması növbəti inqilabi addımdır. Yaşlı adamların yadına gələr, 90-cı illərdə bu nazirliyin adı elə İqtisadiyyat Nazirliyi idi. Sonra İqtisadi İnkişaf Nazirliyi oldu. Sonra Heydər Babayev ümumi kassadan bəzi kisələri dala atanda nazirliyin adını da dəyişib İqtisadiyyat və Sənaye Nazirliyi qoydular. İndi isə sənaye yoxa çıxıbdır. Devalvasiyadan sonra Azərbaycanın aftafa da istehsal etmədiyi ortadadır. Ancaq hər halda iqtisadiyyat qalır - bəzi dükanlara yumurta və toyuq budu göndərilir. Allah qoymasa, toyuqlar da dünya inqilabına qoşulub indiki mənhus ştreykbrexerlikdən əl çəkəndə məcburuq nazirliyə təzə ad tapaq. Mən təklif edərdim Dövlət Plan Komitəsi olsun. Ən yaxşı addır, dövlətçiliyiyə də uyğundur. Sovet vaxtı bu komitə işləyəndə dövlət hər şeyi planlaşdırırdı, narazılıq da olmurdu. Hamı bilirdi ki, dükanda paltar yoxdur, yağı isə Ermənistandan gətirmək olar. İndi bircə ay millət yağsız qalsa, elan olunsa ki, yağ İrəvan bazarında var, hücum edib torpaqlarımızı azad edərik. Gör nə qədər uzaqgörən plandır. Təklif edirəm, bu plana görə mənə “Şöhrət” ordeni verilsin. “İgidliyə görə 3-cü dərəcəli vətənə xidmətin tərəqqisinin istiqlalı” medalına da etiraz etmirəm.

Həmçinin, Dövlət Bayrağı Meydanı idarəsinin ləğv edilib Bulvar Nazirliyinə birləşdirilməsi çox yaxşı addımdır. Onsuz külək əsəndə o bayraq idarəsi işsiz qalırdı, Bakıda isə ildə 360 gün külək əsir. Həmçinin, idarənin müdirləri satqın çıxırdılar.

İdarəçiliyin bu cür səmərəli qurulması başqa nazirlik və komitələr üzərində davam etdiriləcəkdir - mən bunu intuisiya ilə duyuram. Neftin qiyməti düşməzdən qabaq mənim sümüklərim sızıldayır. Deyilənə görə, bunun adı neft revmatizmidir.

Uzun sözün qısası, yaxın vaxtlarda Müdafiə Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi birləşdiriləcək, Kənd Təsərrüfatını Müdafiə Nazirliyi olacaq. Soğan əkənləri qorumaq lazımdır. Mədəniyyət Nazirliyi isə Xarici İşlər Nazirliyinə birləşməlidir, çünki ikincinin bəzi işçiləri çox ağını çıxarıblar, hətta Latviyada səfir işləyən adamımızın xanımı yerli yol polisindən “prava” almaq üçün rüşvət ödəyibdir, Azərbaycan həqiqətlərini dünyada tanıdıbdır. Bu nazirlikdə ciddi mədəniyyət çatışmazlığı sindromu vardır.

Başqa təkliflərim də var idi, heyf yer qalmadı.

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor