RSS
 

Login:
Şifrə:
» » Etirazlara sözardı...

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Etirazlara sözardı...

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 17-01-2016, 21:23 | Şərh sayı: (0) | Baxılıb: 286

Etirazlara sözardı...


Etirazlara sözardı... Yaxud çətinliklə ümidsizlik birləşəndə...

Bundan da çətin dövrlər olub, əlbəttə. Ancaq bundan daha ümidsiz dövr olmayıb. Və bu ümidsizliklə qoşalaşan çətinliklər indi bölgələrdə gördüyümüz etirazları şərtləndirib. Nə qədər istəyirsiz səbəblər kimi qlobal böhrandan, neftin qiymətlərindən, supergüclərin toqquşmasından, müharibələrdən danışın, bunların hamısının əsası var, ancaq heç biri müşahidə etdiyimiz etirazlar epidemiyasının məhz sinfi mübarizə, kapitalizmin məntiqi səhnəsi olduğu gerçəkliyini pərdələyə bilməz. O kapitalizmin ki, vaxtilə hurreylə özümüz seçmişik və periferiyalarda məhz indi bizdə olan formada mövcud olmalıydı.

Yəni, düşdüyümüz vəziyyət heç də anaxronizm, mutasiya deyil, məntiqidir.

Bu sözləri “Bizdə kapitalizm yoxdur” deyənləri nəzərdə tutaraq yazdım. Ancaq Qubada, Siyəzəndə, Ağsuda çörək tələb edən hər bir etirazçıya da get-gedə aydın olur ki, hazırkı periferiya kapitalizmi onu geci-tezi neftin qiymətindən, böhranı öz ərazisində heç vaxt həll etməyərək onu yeri ərazilərə yönləndirən mərkəz kapitalizminin şıltaqlıqlarından bu dərəcədə ədalətsizcəsinə asılı hala salmalıydı.

Kim deyir ki, həqiqət ədalətli olmalıdır?

Bizim həqiqətimiz ədalətdən uzaqdır. Bölgələrdəki etirazarı vaxtilə Bakıda təşkil olunmuş, partiya və təşkilatların yönləndirdiyi etirazlarla da eyniləşdirməyin. Fərq diametraldır. Bölgələrdəki etirazlar “ofis planktonu”nun yox, lümpenləşmiş proletariatın etirazlarıdır. Orada küçələrə hipsterlər yox, məşəqqət içində əzilən “yeraltı” çıxıb. Onların kamera qarşısında görünmələri də aksiyaya şəkil çəkdirmək üçün çıxan “siyasi qaçqınlar”ın fəndindən tam fərqlidir. Və elə bu fərqlər də əyalət insanının etirazını paytaxt hipsterinin “növbətçi fleşmob”una bənzətmir.

Əyalətdə baş verənlərin virtualdakı “layk inqilabı”na da dəxli yoxdur. Əyalətdə hər şey real və proqnozsuzdur. Orada “Azad söz” və “Demokratiya” kimi dekorasiya xarakteri almış kəlmələr səsləndirilmir.

Əvəzində isə “Çörək” və “İş” deyirlər. Və bu sözləri deyənlər bütün fizionomiyaları ilə sübut edirlər - onların tələbləri də əyinlərindəki nimdaş, ucuz paltar kimi realdır. Əyalətdə forma ilə məzmun ziddiyyətdə deyil.



*****

Vaxtilə Cek London özünün öncəgörmələrlə zəngin “Dəmir daban”ında yazırdı: “Daha heç bir tətil baş verməyəcək, onu kölələrin qiyamları əvəzləyəcək. Bax o zaman ştreykbrexerlərin quldur dəstələri yüksək pilləyə qalxacaq. Onları kölələrə nəzarətçi təyin edəcəklər. Əlbəttə, heç kəs onları bu adla çağırmayacaq. Onlar əmək haqqındakı qanunun keşikçiləri hesab ediləcəklər. Nüfuzlu ittifaqların xəyanəti bizi çox geriyə atacaq”.

21-ci əsr Azərbaycanında doğrulan kəlmələr. Etiraz edənlərin aksiyası nizamlı tətil deyil, məhz kortəbii, qeyri-effektiv, epizodik qiyamdır. Nə həmkarlar təşkilatları var, nə siyasi partiyalar. Elə bu cəhət də ilk növbədə narahatlığa yol açmalıdır. Çünki reallıq etiraza yol açan səbəblərin tezliklə yox olacağına ümid saxlamır. Xroniki səbəblər xroniki etirazlara meydan açır.

Sirr deyil ki, indiki duruma təkcə qlobal böhran gətirib çıxarmayıb, burada idarəçiliyin böhranı heç də az rol oynamır. Bəlkə də daha çox katalizator rolunda oliqarxlar və zənginlər kastasını formalaşdırmış məmurlar çıxış edirlər. Axı Cəbrayıl rayonunun icra bşçısının adi vətəndaşla Hindistandakı “toxunulmaz” (şudra) kastasının nümayəndəsi kimi davranması hansı normal cəmiyyətdə cəzasız qala bilərdi? Bizdə isə o məmura hələ qulaqburması verən yoxdur (halbuki cəza qulaqburması şəklində olmamalıdır). Normada nəinki cəzasızlıq, heç bu cür davranışın özü mümkün olmamalıydı. Yaxud, 3 il əvvəl Qubada və İsmayıllıda qiyamların nədən başladığı niyə belə tez unuduldu? Orada da detonator rolunu məmur şərəfsizliyi oynamadımı? Və bundan sonra necə inanmaq olar ki, iqtidarın yerlərdəki kadrları bu cür qüsurlu mənəviyyatları ilə illərlə rəvac verdikləri problemləri bir gündə çözəcəklər?

Yox, baron Münhauzenin yalanları bu ehtimaldan daha gerçəkçi görünür. Problemlər isə bu gün-dünən yaranmayıb, onlar neftin qiymətinin kəllə-çarxda olduğu, qlobal böhranın isə hələ başlamadığı əyyamlardan toplanmaqdadır. Qubada icra başçısı ilə etirazçıların dialoqunun dəqiqə yarımlıq videosunda bir gənc işsizlikdən gileylənir, hakimiyyət nümayəndəsi də ona “Sabah gələrsən yanıma” deyir.



Yəni, ümid verir ki, ona iş tapacaq. O gənc isə bəlkə indiyədək həmin ünvana dəfələrlə, daha neçə-neçə ünvana da nə qədər desən baş çəkib. Fərdlərin etirazla hədələməsi lazımmış ki, ənənəvi “Get kimə istəyirsən şikayət elə” imperativi bir günlük də olsun “Sabah gəlrsən” efemer təsəllisi ilə əvəzlənsin.

Digər etirazçılar bir nəfər kimi un və çörəyin bahalığından söz açır, icra başçısı onları da ümidləndirir. Maşın aptekçəsinin bahalığını misal gətirən gəncə də “Belə şeylər olanda filankəs müəllimə müraciət edin” deyir.

Halbuki faktdır - o filankəs müəllim aptekçənin qiymətini aşağı salmayacaq, sala da bilməz. Deməli, söhbət sadəcə vaxt udmaqdan, həyəcanları səngitməkdən, yəni, yalandan vədlər verməkdən gedir. Yəni, səbəblər necə var, o cür də qalacaq. Bu illər ərzində rayonlara ayrılmış milyonlarla pul, kağız üzərində açılmış yüz minlərə iş yeri isə başqa bir mahnıdır. Daimi iş yerləri açılmayıbmış, olanlar da (elə tarixi Şəki İpək Kombinatı kimi) bağlanıb və dağıdılıb. Yəni, hətta nisbi “tox illər”də də bölgələrdə vur-tut parklar salınıb və muzeylər tikilib, adi bəndənin güzaranı ilə bağlı isə ortada əməl yoxdur.

Ancaq idarəsilikdəki bu “bədxassəli şiş” metastaz verməkdə davam edir, hələlik yerli “feodallar”ın hər mənada qüsurlu fəaliyyət və davranışı təftiş edilmir. Yəni elə çıxır ki, etirazların xronikaya keçməsi üçün münbit torpaq yaranır.



Görünən odur ki, bölgələrdə etirazçılarla dialoq istisna edilir. Yəni icra başçısı çıxıb sakitləşdirir, sonrası hərbçilərin ixtiyarına buraxılır. Bu isə qətiyyən çıxış yolu deyil. Bu, kor dalana aparan yoldur.

Unutmayaq: rayonlarda tələblər ən elementar tələbatlarla bağlıdır. Yəni çörək, digər ərzaqlar, iş. Onları həll etməyə cəhddən qaçmaq etirazların səbəblərini daha da dərinləşdirmək risqi deməkdir. Bunun nə qədər desəniz, tarixi sübutları var.

Sonda isə Cek Londonun “Dəmir daban”ından daha bir sitat:

“- Əgər dünyaya yiyələnmək uğrunda mübarizədə trestlər qalib gəlsə, bəs onda?

- O zaman, - Ernest cavab verdi, - siz də, biz də və bütün fəhlə sinfi də bəşəriyyət tarixinin hətta ən qaranlıq dövrlərinin belə tanımadığı cilovsuz və rəhmsiz zülmkarlığın dəmir dabanı altında əziləcəyik. Bəli, onun adı belədir - Dəmir daban”...

Məmməd Süleymanov
Virtualaz.org



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor