RSS
 

Login:
Şifrə:
» » Siyəzənin deputatı tapıldı və danışdı

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Siyəzənin deputatı tapıldı və danışdı

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-01-2016, 10:07 | Şərh sayı: (0) | Baxılıb: 225

Siyəzənin deputatı tapıldı və danışdı


Siyəzənin deputatı tapıldı və danışdı Tahir Süleymanov: “Bunlar axı kimə, nəyə lazım idi?”
Bölgələrdə baş verən etiraz aksiyaları deputatların fəaliyyətini də gündəmə gətirib. Bu arada bəzi deputatlar hətta mövcud duruma görə həmkarlarını da günahlandırır. Məsələn, AVP sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında deputatlar Tahir Süleymanov və Əsabil Qasımovu unun qiymətini qaldırmaqda ittiham edib və bildirib ki, onlar süni bahalaşmaya gedib əhalinin vəziyyətini ağırlaşdırmasınlar.

“Bu deputatlara çağırış edirəm ki, xalqı çörəklə imtahana çəkməyin, xalqı dövlətdən narazı salmayın. Onlar bu dövlətdən qazanıblar, indi qazandıqlarını zəhmət çəkib xalqa xərcləsinlər. Bu durumda da pul qazanmaq həvəsinə düşməsinlər” deyə, F.Ağamalı əlavə edib.

Qeyd edək ki, Əsabil Qasımovun köməkçisi deputatın xaricdə olduğunu, yanvarın sonlarında ölkəyə dönəcəyini bildirib.

54 saylı Şabran-Siyəzən seçki dairəsinin deputatı Tahir Süleymanov isə bir neçə günlük sükutdan sonra telefonumuza cavab verdi və Siyəzəndə baş verən aksiya, qarşıdurmalar və digər məsələlərlə bağlı suallarımızı cavablandırdı.

- Tahir müəllim, Siyəzəndə nə baş verir, vəziyyətlə bağlı nə deyə bilərsiniz?

- Prokurorluq bu barədə rəsmi məlumat verib. Heç bir qarşıdurma yoxdur. Müəyyən qüvvələr gəlib ora. Müsavatın, Xalq Cəbhəsinin üzvlərindən, sonra dini radikal adamlar var. 50-100 nəfər adam gəlib. Biz də ordaydıq. Əslində heç bir tələb də yoxdur. Onları dəvət elədik, soruşduq ki, nə istəyirsiniz, nə məsələdir? Dedilər, kreditlərimiz var, nə bilim, daha nə... Mən də dedim axı, camaatı bura yığmaqla kredit, bank məsələsi həll olunmur. Rayonda heç bir gərginlik yoxdur, özüm də bu dəqiqə Siyəzəndəyəm. Ayın 12-13-ü də orda olmuşam.

- Siz müxalifəti günahlandırırsınız, amma siyasi partiyalar bu məsələlərə qarışmadığını bəyan edir...

- Orda həbs olunanların içərisində mənim dediyim insanlar var, mən onlara istinad edirəm.

- Hətta həmkarlarınız da deyir ki, aksiyalar keçirən adamları qınamaq olmaz, onların problemlərini həll etmək lazımdır. Sizə isə sadə adamları günahlandırırsınız...

- İndi bu, mənim öz fikrimdir. Orda 50-55 nəfər saxlanılıb, o adamlara istinadən deyirəm.

- Deyirsiniz gərginlik olmayıb. Əgər gərginlik yox idisə, Daxili Qoşunların əsgərləri niyə rayona gedirdi? Qarşıdurmanı təsdiqləyən videokadrlar da var.

- Gərginlik əsassızdır. Tutaq ki, orda daş atdılar, bir qadını, bir uşağı yaraladılar. Bunlar axı kimə, nəyə lazım idi?

- Niyə əvvəlcədən gedib camaatla görüşmədiniz, əhalini sakitliyə çağırmadınız, onların sözünü hökumətə çatdırmadınız ki, belə gərginlik də yarandı?

- Mən hər gün ordayam, həmişə də onlarla bir yerdə olmuşam. Parlament seçkiləri ayyarım bundan əvvəl keçirilib, kəndbəkənd görüşlərimiz də olub, bu məsələlər qaldırılmayıb. Bunların, sadəcə, dedikləri odur ki, banklara borcları var. Mən də müraciət etdim, ağsaqqallara dedim ki, bu şəkildə, belə söhbətlərlə bank məsələsi həll olunmur axı.

- Sizin seçki dairəsində təqribən nə qədər adamın bank krediti var?

- Mən onu dəqiq bilmirəm, onların dediklərini sizə deyirəm. Nə bilim ki, kimin nə qədər borcu var? Təəssüf ki, məndə bu barədə məlumat yoxdur, olsaydı, deyərdim. Mən hər gün Siyəzəndə oluram, amma ayın 12-sinə qədər burda bu cür söhbətlər olmayıb. Mən Bakıda yaşamıram, yaşayış yerim buradır. Hər gün də bu camaatın arasındayam.

- Deputat həmkarınız Fəzail Ağamalı sizə və Əsabil Qasımova müraciət edib dedi ki, camaatı çörəklə imtahana çəkməyin...

- (Sualı yarımçıq kəsir) Mən hazırda icra hakimiyyətindəyəm, adamlarla görüşürəm. Mənim o barədə məlumatım yoxdur, heç bir şey oxumamışam, düzü, mənim buna vaxtım da olmayıb.

“Yerli adam necə olur, özün təsəvvür elə, hamısı “çerez-çerez” bir-birinə qohum-əqrəbadır”


- Mən müraciətin məzmununu sizə deyirəm. Həmkarınız bildirib ki, indiyə qədər dövlətdən yararlanıbsınız, heç olmasa bundan sonra xalqı düşünün...

- (Yenə müdaxilə edir) Mənim qardaşım, kim nə deyib, bilmirəm. Mən də deyirəm ki, oxumamışam. Tutaq ki, deyirlər kimsə sizin haqqınızda bir söz deyib. Siz onu oxumasanız, nə deyə bilərsiniz? Oxumadığım, bilmədiyim şey barədə heç bir məlumat verə bilmərəm.

- Yaxşı, siz və həmkarınız Əsabil Qasımov iri un şirkətlərinin və un dəyirmanlarının sahiblərisiniz...

- (Bu dəfə də suala imkan vermir) Mən un şirkətinin rəhbəri deyiləm. 2000-ci ildən millət vəkiliyəm, un məsələsinə də baxmıram.

- Hər halda, təsisçisiniz...

- Xeyr, heç təsisçi də deyiləm. Bu məsələnin mənə heç bir aidiyyəti yoxdur.

- Elə isə həmkarınız niyə sizin adınızı çəkib?

- Yenə deyirəm, axı mən onun dediklərini oxumamışam, bilmirəm nə deyib. Gəlin bir-birimizə hörmətlə yanaşaq da...

- Hazırda Siyəzəndə vəziyyət necədir? Sosial şəbəkələrdə xəbərlər dolaşır ki, gərginlik hökm sürür...

- Qəti şəkildə. Mən sizə məsuliyyətimlə deyirəm, tam sakitlikdir. Bu dəqiqə icra hakimiyyətindən çıxmışam, Mədəniyyət Sarayının qabağındayam. Qəti belə söhbətlər yoxdur. Hər şey öz qaydasındadır.

- Son seçki sizin üçün heç də asan keçmədi, rəqibiniz üstün görünürdü. Bu gün necə, insanlarla dil tapa bilirsinizmi, sizi eşidirlərmi?

- Burda nə mənim əleyhimə olan adam olub, nə də... Mən burda yerli adamam, özümə rəqib, ya alternativ də görmürəm. Seçkilər vaxtı 5-10 nəfər olub, seçki də artıq geridə qalıb. Bunlar hamısı mənim camaatım, xalqım, qohum-əqrəbamdır. Yerli adam necə olur, özün təsəvvür elə, hamısı “çerez-çerez” bir-birinə qohum-əqrəbadır.

- Amma Elza Seyidcahan dedi ki, ordan mən seçilmişdim...

- İndi nə deyim? Seçiləydi də.

- Sonrakı günlərdə keçmiş rəqib kimi görüşüb-danışdınızmı?

- Mən Elza Seyidcahanı tanımıram. Onunla heç bir tanışlığım yoxdur, heç onunla görüşüm də olmayıb. Nə mən onun telefonunu bilmirəm, nə də o mənim. Mən ona işlərində ancaq müvəffəqiyyətlər arzulayıram.

- Əgər siyəzənlilərin səsini qazanmısınızsa, onda niyə əhali sizin yanınıza gəlib sözünü deməkdənsə, aksiya keçirməyə qərar verdi?

- Mənim yanımda indi adamlar var, danışa bilmirəm, bağışlayın...

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı həmkarları Milli Məclisin digər üzvləri Tahir Süleymanovla Əsabil Qasımovun adlarını çəkərək, onları ölkədə unun qiymətinin süni şəkildə bahalaşmasına görə sərt tənqid edib. Fəzail Ağamalı hər iki deputatın un istehsalı ilə məşğul olduqlarını dilə gətirərək, qiymətlərin onlar tərəfindən qaldırıldığını deyib. Artıq qarşı tərəfdən deputat Fəzail Ağamalının ittihamlarına cavab verilib.

Lakin “Yeni Müsavat”ın suallarından yayınan, məsələdən “xəbərsiz” olduğunu deyən Tahir Süleymanov modern.az saytına açıqlamasında həmkarının ittihamına reaksiya verib, deyib ki, F.Ağamalının dedikləri əsassızdır. “Şimal bölgəsində unun bir kisəsi 26 manatdır və buna uyğun olaraq çörəyin də qiymətində artım olmayıb. Unun qiymətinin qalxması haqqında informasiyalar əsassızdır və yaxşı olardı ki, hər kəs bildiyi məsələdən danışsın. Bu gün ölkəmizin 5-6 aylıq taxıl ehtiyatı var və unun qiymətində hər hansı artım olmayıb” - deyə, T.Süleymanov bildirib.


musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor