RSS
 

Login:
Şifrə:
» » İqtidar-müxalifət dialoqu məsələsində fikir ayrılığı

Xəbər lenti

Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...
ANADAN ƏZİZ, YENƏ ANADIR!
ANADAN ƏZİZ, YENƏ ANADIR!...
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır...
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin...
“LƏVVАMƏ NƏFSİ”, yaxud vicdan əxlaqı
“LƏVVАMƏ NƏFSİ”, yaxud vicdan əxlaqı...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr

Reklam

Online SMS Yaz!
Online Sms:

İqtidar-müxalifət dialoqu məsələsində fikir ayrılığı

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 20:03 | Şərh sayı: (0) | Baxılıb: 211

İqtidar-müxalifət dialoqu məsələsində fikir ayrılığı


İqtidar-müxalifət dialoqu məsələsində fikir ayrılığı Deputatın təklifinə müxalifətdən “biz prezidentlə görüş istəyirik” cavabı verildi
“Ölkədə 21 dekabr devalvasiyasından sonra yaranmış vəziyyətlə bağlı yaxın günlərdə hakimiyyət rəsmiləri ilə siyasi partiya rəhbərləri arasında mövzu ətrafında dialoq başlamalıdır”.

Musavat.com xəbər verir ki, bunu deputat Fazil Mustafa yazıb. Onun fikrincə, bu, həm əvvəllər mövcud olan dialoq formatının yenidən canlandırılması, həm də insanlarımızın düşdüyü ağır durumdan çıxış yollarının tapılması üçün faydalı olar: “Siyasi partiyaların istisnasız olaraq hamısı bu tədbirə dəvət olunmalıdırlar və hər bir siyasi qüvvə öz məsuliyyətini anlayaraq bu müzakirələrə öz töhfəsini verməlidir. Son günlər sosial şəbəkələrdə, mediada siyasətçilərin, müstəqil iqtisadçıların, bir sıra bloggerlərın maraqlı təklifləri ilə yanaşı, bəzi məsuliyyətsiz şəxslər tərəfindən avantürist çağırışların da şahidi oluruq. Bütün hallarda Azərbaycandakı vəziyyət ürəkaçan olmasa da, heç bir halda ölkəni qarşıdurma platsdarmına çevirmək olmaz. Tək seçənəyimiz dialoqdur və bütün faydalı görüş, təkliflər ölkə rəhbərliyinə çatdırılmalıdır ki, hərtərəfli müzakirə olunsun. Nəticədə vətəndaşlarımızın bu böhrandan çıxması üçün doğru qərarlar alınsın”.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyalarının rəhbərləri və hökumət arasında zaman-zaman iqtidar- müxalifət görüşləri olub. Ötən ilin birinci yarısında əksər siyasi partiyaların sədləri ilə prezidentin köməkçisi Əli Həsənov arasında görüşlər keçirilib. Ancaq artıq xeyli vaxtdır bu tipli görüşlər, dialoq keçirilmir. Ayrı-ayrı müxalif partiyalar son bir-iki ayda hakimiyyətə dialoq təklifi ünvanlasalar da məsələ hələ reallaşmayıb.

Deputat Fazil Mustafanın təşəbbüsünün müsbət nəticə verib-verməyəcəyinə gəlincə, Əli Həsənovla ötənilki görüşlərdə iştirak etmiş partiyalardan olan ADP-nin sədri Sərdar Cəlaloğlu bildirdi ki, ölkədə yaranan hazırkı durumda real nəticəsi olmayacaq görüşlərə, müzakirələrə ehtiyac yoxdur.

Ölkədə yaranan durumdan çıxış yolları aramaq və real nəticələrə nail olmaq üçün ölkə prezidenti ilə 4-5 nüfuzlu müxalifət partiyasının liderinin dialoqu zəruridir. Başqa formatda keçirilən dialoqların təcrübə göstərir ki, nəticəsi olmur: “Bizim partiyanın İdarə Heyəti bir neçə gün öncə təklif irəli sürüb ki, dövlət başçısı ilə bir neçə müxalif partiyanın rəhbərinin görüşü keçirilsin. Bu, ölkənin maraqlarına uyğun olardı. İndi Fazil Mustafa bizim ideyamıza alternativ ideya kimi bir ideya irəli sürüb. Yenə də ölkədə vəziyyətin ciddiliyini dərk eləmədən çalışırlar ki, dialoq məsələsini mümkün qədər aşağı səviyyəyə salsınlar. Fazil bəyin hökumətlə müzakirə eləmək istədiyi məsələ varsa, deputatdır, parlamentdə 10-12 dənə partiya var, yığışıb özləri üçün müzakirə etsinlər. Niyə biz onlarla bir yerdə müzakirə aparmalıyıq ki, Araz Əlizadə ordan ağzına gələni danışsın, Siyavuş Novruzov hamını ermənipərəst adlandırsın, sonda da ad olsun ki, guya dialoq oldu. Belə dialoqun mənası yoxdur. Ölkədəki idarəçilikdə rolu olmayan şəxslərlə saatlarla müzakirə aparsaq belə heç nəyə nail olunası deyil. Bu baxımdan hesab edirik ki, birbaşa dövlət başçısı ilə görüş real nəticələr verə bilər”.

S.Cəlaloğlu indiki böhranlı vəziyyətdə iqtidardakı bəzi qüvvələrin müxalifətlə dialoqa getmək istəmədiyini bildirib: “Azərbaycan dövlətini çökdürmək üçün bu gün iqtidarda bir qruplaşma var. Onlar heç kəsə, heç kimə qulaq asmırlar. Verdikləri bütün qərarlar günü-gündən böhranın dərinləşməsinə xidmət edir. Gəldiyim qənaət budur ki, uzun illərdir ki, iqtidarda müəyyən bir qüvvə Azərbaycan dövlətini və dövlətçiliyini çökdürmək istəyir. Həmin qüvvə İlham Əliyevə yanlış informasiyalar, yanlış təkliflər verməklə məşğuldur. Ölkədəki problemləri, reallıqları ört-basdır etməklə vəziyyəti günü-gündən daha da uçuruma aparırlar. Yaranmış vəziyyət son dərəcə təhlükəlidir. Azərbaycan hökuməti isə böhranı dərinləşdirən addımlar atır. Bütün bu məsələlər prezidentlə birbaşa müzakirə olunası məsələlərdir. Sabah ölkə böhrandan çıxa bilməyəndə bu gün danışan bəzi deputatlar, məmurlar məsuliyyətdən boyun qaçıracaqlar və hər şeyi prezidentin üzərinə yönəldəcəklər. Fəzail Ağamalı, yaxud Aydın Mirzəzadə deyir ki, prezidentin ehtiyacı yoxdur müxalifətlə görüşməyə. Siz kimsiniz axı... Sən prezidentin sözçüsüsən? Yoxsa Əli Həsənovsan? Ya da ki, prezidentsən ki, onun adından danışırsan? Məsələ budur ki, biz təkliflər verən kimi bəziləri dərhal aqressiv, təhqiramiz formada yanaşırlar. Bunlar həmin adamlardır ki, bu gün o insanlar ölkədəki indiki böhranlı vəziyyətin və gələcəkdə yaranacaq fəlakətin məsuliyyətini birbaşa prezidentin üzərinə qoyurlar”.

YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə isə modern.az-a açıqlamasında indiki vəziyyətdə belə bir müzakirə və ya dialoq qrupunun yaranmasına ehtiyac görmədiyini və bunun qanunla konstitusiyaya da zidd olduğunu deyib: “Yəni ölkədə vəziyyət faciəvi deyil, dövlətçiliyimiz sual altında deyil ki, burada hansısa bir xüsusi qrup yaradılsın və bir fikir, beyin mərkəzi fəaliyyət göstərsin. Mən indiki vəziyyəti gərgin kimi qiymətləndirməzdim. Bu gün dünyanın hər bir nöqtəsində baş verən hadisə Azərbaycanda da baş verir. Amma mən deyərdim ki, biz başqa dövlətlər qədər gərgin vəziyyətdə deyilik. Hökumət tərəfindən müvafiq addımlar atılır. Ölkə prezidenti də öz mövqeyini bildirir. Həmçinin süni qiymət artımına qarşı mübarizə aparılır. Əmək haqlarının da artırılması ilə bağlı işlər gedir. Təbii ki, bu cür görüşlərin hər zaman keçirilməsi məqbuldur. İqtidar-müxalifət dialoqu artıq Azərbaycan siyasi mədəniyyətinin tərkib hissəsinə çevrilib. Bu baxımdan görüşlərin keçirilməsi, müəyyən məsələlərin, o cümlədən manatın devalvasiyası ilə bağlı məsələlərin müzakirəsi mümkündür”.

A.Mirzəzadə bu görüşlərin nə zaman baş tutacağının dəqiq bilinmədiyini, amma mümkün ola biləcəyini əlavə edib.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

En Son Yükləmələr

Haci Sahib - Imam Huseyn (e) Mekkeni niye terk etdi?
Haci Sahib - Ashura Meysemi Temmarin dilinden
Haci Sahib - Imam Huseyn (e) Kerbelaya gelisi
Baqir Mensuri - Mehdiyem men
Baqir Mensuri - Kefen axtarir
Abbas Abbas
Haci Sahin - Quran haqqinda
Haci Sahin - Nefsle mubarize
Haci Sahin - Heqiqi mominler
Haci Sahib - Ya Huseyn
Haci Sahib - Danisaq Ya Huseyn
Haci Sahib - Salam ola
Balabey - Kecer
Haci Sahib - Ruqeyye
Haci Sahib - Ya Huseyn
Huseyn canem
Seyyid Rehman - Geldi
Seyyid Rehman - Kerbubeladir
Seyyid Rehman - Movla
Gozel Qiraet
Huseyn Huseyni - Menem Zeyneb
Huseyn Huseyni - Fatimeyi Zehra
Ebelfezl Aga haqqinda mersiye
Demisem Ya Eli
Davud Elizade - Huseyn Vay
Ilqar Nehremli - Ya Eli
Ilqar Nehremli - Can Ebelfezl aga
Haci Shahin - Ebelfezl aga
Haci Shahin - Eshq ve agil
Haci Shahin - Dushunce
Haci Sahib - Imami cagirmaq
Haci Sahib - Imam ve imtahan
Haci Sahib - Duanin qebuluna mane olan amiller
Haci Sahin - Dunyaya qul olmaq
Haci Sahin - Dunyanin ehemiyyeti
Haci Sahin - Bismillehir Rehmenir Rehim
Haci Qurbet - Ramazan bayrami
Haci Qurbet - Gunah
Haci Qurbet - Cox istemek
Imam Zaman agaya dua
Purzergeri - Ehzab 38-50
Tevsiyye - Fecr,Muteffifin,Beled,Beqere-1-5
Tevsiyye - Fecr suresu
Surxay Qedirxum - Gozumun qarasi Zeyneb
Elvin Valeh - Şiələrin
Fərəc qrupu - Ya Mehdi
Hacı Zahir Mirzəvi - Haray
Hacı Zahir Mirzəvi - Hüseynim
Hacı Zahir Mirzəvi - Xanım Zeynəb
Peyman Məmmədoğlu - Şikayətim var
Rövşən və Rauf - Dua
Vasif Vəsfinur - Ramazan
Hacı Sahib - Əməllərin girovunda
Hacı Sahib - Hacı Sahib - Ibadət
Hacı Sahib - Ictimai azadlıq
Hacı Şahin - Allahın təkəbbürü
Hacı Şahin - Dost seçmək
Hacı Şahin - Dünyaya məhəbbət
 

Ən Çox Oxunanlar

Təqvim

«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor