RSS
 

Login:
Şifrə:
» » Əli Abbasova həbsxana yolu göründü - “dövlətə xəyanət”

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Əli Abbasova həbsxana yolu göründü - “dövlətə xəyanət”

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 14:52 | Şərh sayı: (0) | Baxılıb: 238

Əli Abbasova həbsxana yolu göründü - “dövlətə xəyanət”


Əli Abbasova həbsxana yolu göründü - “dövlətə xəyanət”Sabiq rabitə və informasiya texnologiyaları naziri qandallanır; Prezident İlham Əliyev rabitə nazirini işdən qovduqdan sonra ilk dəfədir ki, RYTN-də baş verənlər haqda danışıb və çox sərt ifadələr işlədib: “Cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir”; Ə.Abbasovun YAP Siyasi Şurasından uzaqlaşdırılması da gündəmə gəlib, müəllim kimi auditoriyaya girməsinə isə universitet rəhbərliyi qadağa qoyub
Ötən ilin oktyabr ayının 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra paralel olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) də həbslər həyata keçirildi. Nazirliyin yüksək rütbəli əməkdaşları, o cümlədən aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov həbs olundular.

Hələ o zaman nazir vəzifəsində işləyən Əli Abbasovun israrla həbs edilənləri müdafiə etməsinə baxmayaraq, tezliklə saxlanılanların çevrəsi daha da genişləndi. İlkin araşdırmalar göstərdi ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi geniş vüsət alıbmış.

Noyabrın 12-də dövlət başçısının sərəncamına əsasən, YAP Siyasi Şurasının üzvü olan Əli Abbasov da vəzifəsindən kənarlaşdırıldı. Bir neçə gün sonra YAP-ın daha bir “ağır top”u, partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri, “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədov barəsində də həbs-qətimkan tədbiri seçildi.

M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Artıq bir neçə aydır ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, eləcə də Vergilər Nazirliyi RYTN-də yoxlamalar aparır. Aşkarlanmış korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda bir neçə cinayət işi başlanıb.



Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin toplantısında RYTN-də baş verən korrupsiya faktlarından danışıb. Dövlət başçısı deyib ki, informasiya-kommunikasiya sektorunun inkişafına investisiyalar qoyulub, kreditlər verilib, amma əfsus ki, bəzi hallarda gəlir başqa ciblərə gedir, dövlət xeyir götürmür: “Arada gəzən şirkətlər burada əsassız qaydada böyük məbləğdə pul qazanırlar, onların fəaliyyəti dayandırılmalıdır. Yəni bütün gəlirlər dövlətə, büdcəyə gəlməlidir və bunun hesabına informasiya-kommunikasiya texnologiyaları sektoru bundan sonra da inkişaf edəcək. Dövlət artıq bu sahəyə kifayət qədər, artıqlaması ilə vəsait ayırıb”.



Prezident nazirlikdəki yoxlamalardan da danışıb: “Yoxlamalar göstərir ki, bu vəsaitdən vicdansızlıqla istifadə olunub. Burada israfçılıqdan söhbət getmir, burada böyük cinayətdən söhbət gedir. İndi prokurorluq ciddi məşğuldur. Bir malın qiyməti bir neçə dəfə şişirdilir - 3 dəfə, 4 dəfə. Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir”. İ.Əliyev deyib ki, bu əməlləri törədənlər məsuliyyətə cəlb olunurlar və bu, bütün qurumlara dərs olmalıdır.

Prezident Əli Abbasovu işdən qovduqdan sonra ilk dəfədir ki, RYTN-də baş verənlər haqda danışıb və çox sərt ifadələr işlədib. Bu, artıq həm də bağışlanılması üçün YAP-ın çətirindən istifadə edən Ə.Abbasova həbsxana yolunun görünməsi deməkdir. Çünki prezidentin “dövlətə xəyanət” hesab etdiyi yeyinti və korrupsiya faktları 11 il nazir işləmiş Ə.Abbasovun nəzarətindən kənar baş verə bilməzdi. Bu həm də o anlama gəlir ki, həbslər hələ davam edəcək.



“Yeni Müsavat” bir müddət əvvəl Əli Abbasovun ev dustağı edildiyi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqləri tərəfindən bir neçə dəfə dindirilməsi ilə bağlı məlumat yaymışdı. Məlumatlara görə, bütün iri mənimsəmə faktlarında sabiq nazirin imzası və ya razılığı var ki, bu da istintaqa məlumdur.

Xəbərlərə görə, prezidentin qəti mövqeyindən dərhal sonra Ə.Abbasovun Siyasi Şura üzvlüyündən uzaqlaşdırılması da gündəmə gəlib. Onun kafedra müdiri olduğu İqtisad Universitetindən “öz xahişi ilə” uzaqlaşdırıldığı da gələn xəbərlər sırasındadır. Bildirilir ki, əslində reputasiyası ləkələnmiş sabiq nazirin müəllim kimi auditoriyaya girməsinə universitet rəhbərliyi qadağa qoyub, bundan sonra isə Ə.Abbasov ərizəsini yazıb.

Məlumatı dəqiqləşdirmək üçün İqtisad Universiteti ilə əlaqə saxlasaq da, sorğumuza ən müxtəlif bəhanələrlə cavab verən olmadı. “Bəs Əli müəllimlə danışa bilərikmi” sualına isə “burada yoxdur” cavabı verildi. Xatırladaq ki, bir müddət əvvəl YAP icra katibinin müavini Siyavuş Novruzov mediaya açıqlamasında işdən uzaqlaşdırılan sabiq nazirlər haqqında danışmışdı. O demişdi ki, Əli Abbasovun taleyi istintaqdan asılıdır və həbs edilib-edilməyəcəyi araşdırmaların nəticələrindən asılıdır. Prezidentin qəti və çox sərt mövqeyi isə artıq çox şeyi deyir...

“Yeni Müsavat”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor