RSS
 

Login:
Şifrə:
» » Süni qiymət artımı ilə mübarizə- iqtisadçıların fikirləri toqquşdu

Xəbər lenti

Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Süni qiymət artımı ilə mübarizə- iqtisadçıların fikirləri toqquşdu

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 09:16 | Şərh sayı: (0) | Baxılıb: 279

Süni qiymət artımı ilə mübarizə- iqtisadçıların fikirləri toqquşdu


Süni qiymət artımı ilə mübarizə- iqtisadçıların fikirləri toqquşdu Əli Məsimli: “Əhaliyə ziyanı aradan qaldırmaqdan ötrü bu anormallığa qarşı adekvat tədbirlər görülməlidir”; Samir Əliyev: “İnzibati yol çıxış deyil və qısa müddətdə qiymət artımının qarşısını ala bilər”
Yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə prezidenti mövcud durumdan çıxış yolları ilə bağlı bəzi tapşırıqlar verib.

Rəsmi məlumata görə, dövlət başçısı manatın ikinci devalvasiyasından sonra qiymətlərin qalxması nəticəsində yaranan situasiyaya da toxunub, istehlak qiymətlərinə çox ciddi nəzarət etməyin vacibliyini qeyd edib. Prezident deyib ki, manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər. “O məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətlə mümkün deyil, olmamalıdır. Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən istifadə etmək istəyən natəmiz insanlar, işbazlar sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir”. Ölkə başçısı deyib ki, yalnız cərimələrlə kifayətlənmək olmaz: “Prokurorluq orqanları çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun”.

Qeyd edək ki, ötən ilin son aylarında sahibkarlığa maneələrin aradan qaldırılması məqsədilə qanunsuz yoxlamalar ölkə başçısı səviyyəsində qadağan olunmuşdu. Lakin göründüyü kimi, yoxlamaların olmaması şəraitində qiymətlərin süni artımı ilə bağlı problemlər yaranır və bu da yoxlamaların daha ciddi şəkildə gündəmə gəlməsini şərtləndirir. Ancaq bəzi müşahidəçilər hesab edir ki, yoxlamalarla bağlı tapşırıqlar bəzi sui-istifadələrə səbəb ola, prokurorluq və vergi işçilərinin sahibkarlara qarşı basqılarını artıra bilər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələyə ikili münasibət var: “Bir qisim mütəxəssis belə hesab edir ki, pul da ümumi ekvivalent rolunu oynayan əmtəə olduğundan, onun dəyərindəki dəyişiklik bütün malların qiymətlərində öz əksini tapmalıdır və devalvasiya zamanı bütün qiymətlər qalxmalıdır, əks halda, biznes batar. Burada həqiqət payı olsa da, bunu mütləq mənada bütün mallara şamil etdikdə bu tezis yarımçıq xarakter daşıyır. Eyni zamanda pul dedikdə təkcə dollar yox, həm də ölkə daxilində işlədilən manat başa düşülməlidir. Çünki manat dönərli valyuta olmasa da, hər halda, milli valyuta kimi ölkə daxilində ödəniş vasitəsidir. Digər fikir isə ondan ibarətdir ki, devalvasiya zamanı ölkə daxilində istehsal olunan malların qiyməti qalxmamalıdır. Bu, ilk növbədə xaricdən gətirilən malların qiymətlərində və xaricdən gətirilən xammal əsasında həmin ölkədə istehsal olunan malların qiymətlərində labüd surətdə öz əksini tapır. Amma həmin proses bir müddət avtomatik surətdə ölkə daxilində istehsal olunan mallarda tam özünü göstərmir. Beləliklə, həmin vaxt kəsiyində idxal bahalaşır, ixrac isə ucuzlaşır.

Dünya bazarına çıxarası malı olan ölkələr bundan faydalanıb əlavə bazarlar əldə edir və əlavə valyuta qazanır. Amma devalvasiya yerli məhsulların qiymət baxımından müqayisəli rəqabət qabiliyyətindən yalnız 6-7 ay müddətində faydalanmaq şansı yaradır. İstifadə etdin, qazanırsan, etmədin, həmin üstünlük itib gedir. Çünki bir müddətdən sonra ölkə daxilində istehsal olunan malların da qiymətləri xaricdən gətirilən malların qiymətlərinin arxasınca sürünməyə başlayır. Həmin üç amilin ümumi istehlakdakı payları, eləcə də əhalinin alıcılıq qabiliyyəti ümumi qiymət artımının səviyyəsinə müxtəlif cür təsir göstərir. Yəni ümumi istehlakda xaricdən gətirilən malların payı çox olanda, devalvasiya qiymətlərə çox, az olduqda isə az təsir göstərir.

Əgər diqqət yetirsək, görərik demək olar ki, iqtisadiyyatı xaosdan ibarət olan ölkələr istisna olmaqla, heç bir ölkədə devalvasiya faizi səviyyəsində inflyasiya olmur. Yəni 10 faiz devalvasiya olubsa, bir malın qiyməti 10 faiz, o biri malın qiyməti 5 faiz, digər bir malın qiyməti isə 1-2 faiz artmaqla və ya heç dəyişməməklə, ümumilikdə ölkə üzrə 3-5 faiz inflyasiya olur”. Ə.Məsimli qeyd etdi ki, bizdə idxal üzərində monopoliya olduğundan, ölkəmizə gətirilən malların xeyli hissəsi gömrükdə qeydiyyat zamanı fiksə olunan qiymətdən dəfələrlə baha satılır: “Əgər devalvasiya zamanı 50 faizlik devalvasiyaya müqabil olaraq, əslində devalvasiya qədər bir neçə dəfə baha satılmaq üçün gətirilən malın qiyməti 50 faizlik devalvasiya səviyyəsində əlavə qaldırılanda, əmək haqqı, pensiya, müavinət və digər ödənişlər artmadığı şəraitdə, gəlirlərində heç bir dəyişiklik olmayan əhalinin maddi vəziyyətinə ciddi zərbə olur. Ona görə də bu məsələ ilə əlaqədar iki istiqamətdə işlək mexanizm hazırlayıb həyata keçirmək lazımdır. Bir tərəfdən süni qiymət artımının qarşısının alınmasına yönəlik etibarlı mexanizm hazırlayıb həyata keçirmək lazımdır.

Çünki süni qiymət artımının hər faizinə görə Azərbaycan əhalisi ildə 180 milyon, deməli, ümumilikdə milyard manatlarla pul itirir. Eyni zamanda ölkəyə gətirilən malların qiymətlərinin həmin malın bizə gəldiyi, məsələn, Türkiyə, İran, Rusiya və sair ölkələrdəki qiymətlərini tutuşdurub, bu sahədəki süni qiymətləri də aradan qaldırmaq lazımdır. Yəni elmi cəhətdən əsaslandırmaq lazımdır ki, niyə maaşları bizdən yüksək olan Türkiyədə, məsələn, 1 dollara satılan mal bizdə 1,3- 1.5 dollara deyil, 2,5-3 dollara, bəzən bundan da baha satılır? Cavab vermək olar ki, bazar iqtisadiyyatıdır və tələb-təklif qanunu işləyir. Məncə, bizdə tələb-təklif qanunu sivil bazar münasibətlərinin meyarlarına uyğun səviyyədə işləmir”.

Deputatın fikrincə, tələb-təklif qanunu normal işləyən yerdə monopol qiymətlər kütləvi yox, çox az mal qrupunu əhatə edir: “Deməli, bu, bazar iqtisadiyyatı yox, ”bazar meydanında qiymət karuseli qurulmuş bazar xaosudur" və onun əhaliyə ziyanını aradan qaldırmaqdan ötrü bu anormallığa qarşı adekvat tədbirlər görülməlidir ki, bazar münasibətlərinin 3 fundamental prinsipinə əsaslanan mühit bizdə də yaransın: azad sahibkarlıq, azad rəqabət, azad qiymətlər. Buna əməl olunsa, bizdə də qiymətlər vətəndaşlarımızın cibinə uyğun səviyyədə olar, yerli istehsal inkişaf edər və devalvasiya zamanı ümumi qiymət artımı indiki kimi, bəzi məhsullar istisna olmaqla, kütləvi surətdə 40-60 faiz yox, 10-15 faiz olar. Həmin prinsiplər işləməyə başlasa, yerli malların qiymətləri də xaricdən gətirilən malların qiymətlərinin arxasınca sürünüb indiki kimi kəskin surətdə artmaz və inflyasiya spiralının işə düşməsinə aparmaz. Belə məqbul səviyyədə qiymət artımının əhaliyə mənfi təsirini isə maaşları, pensiyaları və digər ödənişlərin indeksləşdirilməsi yolu ilə neytrallaşdırmaq olar. Ona görə də bu deyilənlərin edilməsi dövlətimiz üçün də, hökumət üçün də, ən əsası isə xalqımız üçün və deməli, böhrandan az itki ilə çıxıb, tərəqqiyə getməyimiz üçün faydalı olar".

İqtisadçı-ekspert Samir Əliyev isə bildirdi ki, bu gün dövlət qurumları tərəfindən ən çox işlədilən ifadələrdən biri də süni qiymət artımıdır: “Yəni devalvasiyadan sonra bazarlarda qiymətlərin müxtəlif səviyyədə bahalaşması bir sıra hallarda süni qiymət artımı kimi dəyərləndirilir. Əvvəlcə süni qiymət artımının nədən ibarət olduğu müəyyənləşdirilməlidir, sonra ona qarşı mübarizə aparılmalıdır. Axı qeyri-ərzaq mallarının demək olar ki, hamısı, qeyri-ərzağın müəyyən hissəsi idxal olunur. Deməli, onlar dollar və avro ilə alınır. Manat da həmin valyutalara münasibətdə ucuzlaşanda avtomatik qiymətin artmasını şərtləndirir. Bir mal əgər 1 dollara alınırsa, ölkədə 1,5 dollara satılmalıdır ki, sahibkar həm vergiləri ödəsin, həm işçilərin maaşını versin, həm mənfəət əldə edib biznesini genişləndirsin. Devalvasiyadan qabaq həmin malı 1,6 manata satırdısa, devalvasiyadan sonra məcburdur 2,4 manata satsın. Birincidə malın alış qiyməti 1,05 manata, ikincidə 1,6 manatdır. Yəni devalvasiya malın alış qiymətini artırdı. Sahibkar qiymətləri artırmasa, 1.6 manata xaricdən alıb onu 1,6 manata da satmalıdır. Bəs burda digər xərclər, yaxud qazanc? Bununla biznes çökə bilər”.

S.Əliyevin sözlərinə görə, milli pulun ucuzlaşması bir qayda olaraq ixracatçılara qazanc verir, nəinki idxalçılara: “1,6 manata satılan malı indi 2,4 manata satsa, süni qiymət artımı hesab olunacaq? Elə sahibkarlar var ki, malı nisyə alır, satır və sonra pulunu ödəyir. Ən böyük zərbə onlara dəyir. Götürək yerli istehsalı. Məsələn, şəkər 100% daxili istehsal hesabına təmin olunur. İlk baxışdan devalvasiyanın ona təsiri olmamalıdır. Ancaq var. Çünki həmin şəkərin xammalı xaricdən gətirilir. Şəkər çuğundurundan tutmuş digər qatqılara qədər hamısı xaricdən gətirilir. Süd istehsalında da həmin vəziyyətdir. Deməli, bu məhsullar da bahalaşmalıdır. Əlbəttə, digərləri kimi 100% yox. Mən razıyam ki, qiymət artımı devalvasiyaya adekvat deyil. Manat 2 dəfə ucuzlaşıb, amma elə mallar var ki, az qala 3-4 dəfə bahalaşıb. Bunlar yolverilməzdir. Ancaq sahibkara necə demək olar ki, sən qiyməti aşağı sal? Qiymət sovet dövründəki kimi dövlət tərəfindən tənzilənmir. Dediyim odur ki, inzibati yol çıxış deyil və qısa müddətdə qiymət artımının qarşısını ala bilər. Amma uzunmüddətli dövrdə mənfi fəsadlar - mal qıtlığı, idxalatçı şirkətlərin azalması və s. - törədə bilər. Dövlət iqtisadi rıçaqlardan istifadə etməlidir. Vergi güzəştləri, strateji məhsullar üçün gömrük rüsumlarının azaldılması və ya müvəqqəti dondurulması kimi addımlar atmalıdır. Ən əsası gömrükdəki inhisar aradan qalxmalıdır. Düşünürəm ki, prokurorluq orqanlarının bu işə müdaxiləsi mənfi nəticələr yaradacaq və problemi daha da dərinləşdirəcək”.

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor