RSS
 

Login:
Şifrə:
» » Pul-kredit sistemindəki dollar xərçəngi: Necə xilas olaq?

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Pul-kredit sistemindəki dollar xərçəngi: Necə xilas olaq?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 18:27 | Şərh sayı: (0) | Baxılıb: 251

Pul-kredit sistemindəki dollar xərçəngi: Necə xilas olaq?


Pul-kredit sistemindəki dollar xərçəngi: Necə xilas olaq? Sabiq nazir çıxış yollarını göstərdi
İqtisad elmləri doktoru, professor Fikrət Yusifovun rəhbərlik etdiyi “Ekonomiks” Beynəlxalq İqtisadi Adaşdırmalar Birliyi dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində Azərbaycanın əldə etdiyi mənfəətin kəskin azalmasını və ölkənin maliyyə sistemində bir sıra ciddi problemlərin yarandığını nəzərə alaraq vəziyyətdən çıxış yollarını özündə əks etdirən təkliflər paketi hazırlayıb.

Ölkəyə daxil olan valyuta gəlirlərinin kəskin azalması səbəbindən yaranmış mürəkkəb maliyyə durumunun tənzimlənməsi və onun mərhəllə-mərhəllə aradan qaldırılması məqsədilə təklif olunan tədbirlərin həyata keçirilməsini zəruri hesab edən “Ekonomiks” BİAB-ın ekspertləri bu tədbirlərin ən qısa zamanda maksimum nəticə verməsi üçün hökuməti heç nədən çəkinmədən müvafiq addımlar atmağa çağırıblar: “Bütün bu tədbirlər ölkədə azad sahibkarlığın inkişafını, kiçik və orta biznesin ən qısa zaman kəsiyində genişləndirilməsini, onun səmərəliliyinin yüksəldilməsini və nəticə etibarilə qeyri-neft sektorundan ixracın həcminin əsaslı şəkildə artırılmasını təmin edəcəkdir. İqtisadiyyatın qeyri-neft sektorunun əsaslı yüksəlişini və qeyri-neft sektorundan ixracın həcminin artımını təmin edəcək bu tədbirlərin reallaşdırılmasına başlamazdan öncə isə ölkədə yaranmış maliyyə gərginliyinin aradan qaldırılması və maksimum maliyyə sabitliyinə nail olunması başlıca şərtdir.

İlk növbədə ölkənin pul-kredit sistemini dollar xərçəngindən xilas etmək lazımdır. Manatın ətrafında bu gün elə bir qeyri-sağlam ab-hava formalaşıb ki, artıq bu, psixoloji prosesə çevrilib - əlində 50 manat olan vətəndaş da imkan olan kimi onu dollara çevirmək istəyir. Bu halı sürətlə yayılan qorxulu xəstəliklə müqayisə etmək olar. Milli valyutanı belə hörmətsiz edən isə Mərkəzi Bankın bu istiqamətdə illərdir apardığı qeyri-dəqiq pul - kredit siyasətidir. Konstitusiya ilə bizdə manat yeganə ödəniş vasitəsi olduğu halda ölkədə illərlədir ki, iri alış-veriş əməliyyatları hər kəsin gözü qarşısında ABŞ dolları ilə aparılırdı. Bütün avomobil salonları, daşınmaz əmlak bazarı və s. bu sıraya aiddir. Mərkəzi Bank bu sahədəki vəziyyəti tənzimləmək yönündə zəruru addımlar atmaq əvəzinə müvəkkil bankların əhaliyə dollarla kreditlərin verilməsini stimullaşdırıb. İş o yerə çatıb ki, müvəkkil banklar sadə vətəndaşı adi bir məişət problemini həll etmək üçün krediti dollarla götürməyə məcbur ediblər. Bütün bunların nəticəsi isə göz qabağındadır. Bu gün banklar tərəfindən verilən kreditlərin 41,9%-i xarici valyutada, 58,1%-i isə manatladır. Milli valyutamıza bu qədər hörmətsizlik kimə lazımdır? Bu vəziyyəti aradan qaldırmağın yolları var axı. Bizdə 1994-1995-ci illərdə “Vahidbank” adlı bir yaramaz təşkilatın ölkədə yaratdığı ciddi maliyyə xaosunu qısa vaxt ərzində aradan qaldırmaq təcrübəsi var. Manat ətrafında yaranmış vəziyyətin də beləcə qısa zaman kəsiyində həlli yolları var bə bunun üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:

- Bu gün qara valyuta bazarının əsasını təşkil edən banklardankənar valyutadəyişmə məntəqələri dərhal bağlanmalıdır və biz bu məntəqələrlə bağlı təklifi ötən həftə mətbuatda sələndirçişik. Sözügedən məntəqələr əslində qara bazarın “ağ don geymiş” iştirakçılarıdır;

- Qanunsuz valyuta alqı-satqısı ilə məşğul olanlar barəsində isə ən sərt tədbirlərin görülməsi nəzərdə tutulmalıdır.Bu tədbirlərin sərtliyi o səviyyədə olmalıdır ki, belə qanunsuz fəaliyyət heç kim üçün maraqlı olmasın.

- Ölkə daxilində xarici valyuta ilə ticarətin bütün formalarına qadağa qoyulmalı, belə ticarətin həyata keçirilməsi halı aşkar olunduqda, satılan mal tam şəkildə dövlətin xeyrinə müsadirə olunmalıdır.

- Mərkəzi Bank hökumətlə birlikdə ən qısa vaxt ərzində idxal-ixrac əməliyyatlarının, müəssisə və təşkilatların xarici borc öhdəliklərinin yerinə yetirilməsi, alış-veriş, gəzinti, müalicə və başqa məqsədlər üçün xaricə gedənlərə valyuta satışının xüsusi qaydalarını hazırlayıb müvəkkil banklara təqdim etməli və bu qaydalara riayət etməyən bankların ciddi şəkildə cəzalandırılması nəzərdə tutulmalıdır;

- Xarici valyutada gəlirləri olmayan fiziki və hüquqi şəxslərə xarici valyutada kreditlər vermək qadağan edilməlidir. İdxalla məşğul olanlar da krediti manatla götürüb sonradan onu müəyyən olunmuş qaydada xarici valyutaya çevirməlidirlər;

- Xarici valyutada olan əmanətlərə illik 0,1%-dən artıq divident (faiz) ödənilməməlidir. Paralel olaraq manatla olan əmanətlərə illik 15%-dən az olmayan divident ödənilməlidir və bu əmanətlər inflyasiya səviyyəsindən asılı olaraq sığortalanmalıdır. Bu məqsədlə də xüsusi qaydalar işlənib hazırlanmalıdır. Görüləcək tədbirlər nəticəsində manatın ətrafında yaranmış ajiotaj aradan qaldırıldıqca əmanətçilər məmuniyyətlə dollarla olan əmanətlərini manatla əmanətə çevirməyə üz tutacaqlar;

- Mərkəzi Bank özünün valyuta rezervlərindən, yaxud xaricdən borclanmaq hesabına son devalvasiya nəticəsində dollarla götürülən kreditlərə görə yaranmış vəziyyəti aradan qaldırmaq üçün manatın yeni məzənnəsi ilə köhnə məzənnəsi arasındakı fərqi banklara ödəməlidir ki, bununla əhali xarici valyutada olan borclarını manatın köhnə (1 dollar 1,05 manat) məzənnəsi ilə ödəyə bilsinlər. Bunu hökumət deyil, məhz Mərkəzi Bank etməlidir. Çünki bir tərəfdən o yaranmış vəziyyətə görə məsuliyyət daşıyır, digər tərəfdən isə problemləri yoluna qoymaq üçün kifayət qədər geniş imkanlara malikdir.

Bütün bu tədbirlər qısa zaman ərzində manatın ətrafındakı gərginliyi aradan qaldıracaq. Bu isə ölkədə qeyri-neft sektoruna yeni investisiyaların yatırılmasına zəmin yaradacaqdır. Bu investisiyaları aşağıdakı qaydada həyata keçirmək olar:

- İlk növbədə xüsusi qaydada inventarlaşma aparmaq yolu ilə ölkənin daxilində rentabellik baxımından istehsalı mümkün olan və bu günə qədər ən azı daxili təlabatı ödəyə biləcək qədər istehsalı olmayan bütün məhsul növlərini müəyyən etmək lazımdır;

- Bu istehsal sahələrinin orta və kiçik müəssisələr şəklində qurulması üçün hökumətin strateji valyuta ehtiyatlarından - yəni Dövlət Neft Fondunun valyuta vəsaitlərindən ən azı 5 milyard dollar həcmində vəsait ayrılmalıdır;

- Həmin vəsaitlər xüsusi tenderlər keçirmək yolu ilə iş adamlarına uzunmüddətli və çox aşağı faizlə (0,75-1,0% həddində) kredit şəkilində verilməlidir;

- Kiçik və orta müəssisələrin qurulması üçün kreditlərin verilməsi, ayrılan kreditlərin istifadəsinə nəzarət isə yeni yaradılacaq xüsusi quruma həvalə olunmalı və bu qurumun idarəçiliyi xaricdən dəvət olunmuş yüksək səviyyəli mütəxəssislərə həvalə edilməlidir.
Bünunla yanaşı, xarici investorların Azərbaycana gəlişini stimullaşdırmaq və qeyri-neft sektoruna investitsiya yatırmaq istəyənlər üçün xüsusi güzəştlər paketi təqdim olunmalıdır. Bu paketdə qeyri-neft sektoruna yatırım edəcək xarici investora 5-7 il üçün bütün vergilərdən azad olunma imkanları verilməlidir. Belə imkanların mövcudluğu xarici sərmayəni kifayət qədər stimullaşdıra biləcək.

Sözsüz ki, Azərbaycan hökumətinin mənşə etibarı ilə dünyada gedən proseslərdən qaynaqlanan bu günkü vəziyyətə adekvat tədbirlər planı var və Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunmuş sonuncu iclasında Prezident İlham Əliyevin çıxışı göstərdi ki, proses şəxsən dövlət başçısının nəzarətindədir. O, indiki situasiyanın tələb etdiyi bütün tədbirləri dəqiq müəyyən edərək əlaqədar qurumların qarşısında müvafiq vəzifələr müəyyənləşdirdi, konkret tapşırıqlar verdi. Bununla belə, hesab edirik ki, vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq bizim də borcumuzdur ki, zərurət yarandıqda dövlətimizə dəstəyimizi əsirgəməyək, yaranmış vəziyyətdən çıxış yollarının tapılması üçün səylərimizi biləşdirək.

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor