RSS
 

Login:
Şifrə:
» » Əliyevin ABŞ-a dəvətinin arxasındakı Qarabağ hədəfi

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Əliyevin ABŞ-a dəvətinin arxasındakı Qarabağ hədəfi

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 11:17 | Şərh sayı: (0) | Baxılıb: 215

Əliyevin ABŞ-a dəvətinin arxasındakı Qarabağ hədəfi


Əliyevin ABŞ-a dəvətinin arxasındakı Qarabağ hədəfi Ağ Ev sülh təşəbbüskarlığını Kremldən alır - plan; Bu dəfə prezidentləri Barak Obama bir araya gətirə bilər; Dağlıq Qarabağ məsələsi Moskva və Vaşinqton arasında “nifaq predmeti”nə çevrilir; 2016 bu xüsusda tarixi bir il olacaq, əgər...
Yeni ildə Dağlıq Qarabağ mövzusunda ilk diplomatik təşəbbüskarlıq ABŞ-dan gəldi. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik təzə il başlar-başlamaz, öncə Azərbaycan və Ermənistan prezidentləri arasında yeni görüşün tezliklə baş tuta biləcəyi, bu yöndə səylərin intensivləşəcəyi haqda anons verdi.

Az sonra o, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri Ed Roysla görüşərək Qarabağ mövzusunda müzakirələr apardı; Konqresin sülh prosesinə yardımçı olacağı haqda xəbərlər yayıldı. Bunun ardınca isə ABŞ prezidenti Barak Obamadan azərbaycanlı həmkarı İlham Əliyevə Amerikaya səfər dəvəti gəldi.

Düzdür, dəvət aprelin əvvəlində keçiriləcək qlobal nüvə (təhlükəsizlik) sammiti ilə əlaqələndirilir. Ancaq çox vaxt məhz bu kimi mötəbər tədbirlər bəzi regional problemlərin beynəlxalq müstəviyə çəkilməsində əhəmiyyətli rol oynayır. Qarşıdakı sammit çərçivəsində dünyanın narahat bölgələrindən biri sayılan Güney Qafqazın müharibə riskləri daşıyan “dondurulmuş” konflikti kimi Dağlıq Qarabağ ixtilafının da diqqət mərkəzində olacağı istisna deyil.

***
Bır çox siyasi müşahidəçilər Bakı ilə Vaşinqton arasında münasibətlərin sərinləşməsi fonunda Obamadan gələn səfər dəvətini artıq müxtəlif aspektlərdən dəyərləndirib. Belə fikir də səslənib ki, Barak Obama bununla həmçinin, Azərbaycanı Rusiyanın yanında görmək istəməməsi mesajını çatdırıb. Bakını Moskvadan uzaq saxlamağın ən effektli yollarından biri isə Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə yardımçı olmaq, sülh prosesini dalandan çıxarmaq ola bilər.

Prezident İlham Əliyevin ABŞ-a gözlənilən səfərini bu kontekstdən qiymətləndirənlər az deyil. Söhbət Birləşmiş Ştatların Qarabağ patronajlığını öz əlinə almasından gedir. Çünki artıq gün kimi aydındır ki, Rusiya konfliktin tezliklə həllində maraqlı deyil.



Üstəgəl, ABŞ-da narahatlıq var ki, Kreml münaqişəni istənilən an öz maraqları naminə təzədən alovlandıra bilər. Son zamanlar Moskvanın Ermənistanı sürətlə silahlandırması və ora böyük həcmdə müasir hərbi texnika və sistemlər yerləşdirməsi narahatlığı daha da artırır. Gercək belədir ki, məhz Rusiyanın son hərəkətləri nəticəsində Dağlıq Qarabağ münaqişəsi zonasında yeni savaş təhlükəsi artıb.

Təsadüfi deyil ki, ABŞ Konqresində Ceyms Uorlikin iştirakı ilə keçən Qarabağ müzakirələri zamanı atəşkəs rejiminin qorunub saxlanması, tərəflər arasında qanlı insidentlərin azalması və etimadın artırılması mexanizmlərinə xüsusi diqqət ayrılıb. ABŞ bu etimad tədbirləri hesabına konflikt zonasına nəzarəti, deməli, həm də Rusiyanın bölgə ilə bağlı məkrli planlarına nəzarət imkanı əldə eləməyə çalışır.


***
Kreml, əlbəttə ki, Amerikanın Qarabağ məsələsində təşəbbüsü ələ almasına laqeyd qalmayacaq və ona maneələr yaradacaq. Bəzi təhlilçilərə görə, bunun anonsu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin tərəfindən 2 yanvar açıqlamasında artıq verilib. Qarabağ mövzusunda danışan diplomat ABŞ-a açıq mətnlə mesaj göndərərək bildirib ki, Moskva Vaşinqtonun Qarabağ məsələsində Fransanın dəstəyi ilə həyata keçirmək istədiyini proqramı müdafiə eləmir.

“Ruslarda ciddi narahatlıq var ki, Qarabağ danışıqlarının gedişindən narazı olan İlham Əliyevə Vaşinqtonda hansısa təsirlər edilə və Əliyev ümumən görüşdən ilhamlana bilər. O da istisna deyil ki, ABŞ bir daha Əliyev-Sərkisyan görüşünü təşkil eləsin. Bütün hallarda 2016 - tarixi bir il olacaq”, - bunu isə əcnəbi ekspertlərdən biri Azərbaycan prezidentinin Amerika səfərindən mümkün gözləntiləri şərh edərkən söyləyib.



Yeri gəlmişkən, Ermənistan prezidenti Serj Sərkisyan da böyük ehtimalla, ABŞ-a yollanacaq. Hər halda, 2010-cu ildəki analoji nüvə sammiti zamanı o da dəvətlilər arasında olub. Həmin sammit çərçivəsində Sərkisyan Türkiyənin ozamankı baş naziri Rəcəb Tayyib Ərdoğanla da görüşmüşdü. Bundan bir neçə ay sonra - oktyabrda isə İsveçrədə ABŞ və Avropa Birliyinin patronajlığı ilə Ankara və İrəvan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin bərpasını nəzərdə tutan məlum Sürix protokolları imzalandı. Sonrası bəllidir.

***
Beləliklə, həm amerikalı vasitəçi Ceyms Uorlik, həm ABŞ Konqresi, həm də Ağ Ev başçısı səviyyəsində Qarabağ məsələsinə real təsir rıçaqları yaratmaqla Vaşinqtonun bu il məsələdə təşəbbüsü Rusiyadan almaq məramı duyulur. Sözsüz ki, prosesə Rusiyanın Yaxın Şərqdə, ələlxüsus da Suriyada hərbi müdaxiləsinin nə ilə sona çatacağı (hər halda Moskva üçün pozitiv perspektivlər vəd olunmur), həmçinin, Moskva-Ankara münasibətlərinin gedişatı da öz təsirlərini göstərmiş olacaq.



Ed Roys

Bunu da yada salmağa dəyər ki, ABŞ-ın Azərbaycandakı sabiq səfiri və Minsk Qrupundakı həmsədri, Qarabağ danışıqlarını diqqətlə izləyən Metyu Brayza bir neçə dəfə qeyd eləmişdi ki, problemin həllini sürətləndirmək üçün ABŞ prezidenti və dövlət katibi təşəbbüsü ələ almalı, şəxsən sülh prosesinə qatılmalı və hər iki prezidenti eyni vaxtda Amerikaya dəvət eləməlidir.

Əlbəttə ki, bir görüşlə münaqişənin həllində köklü irəliləyiş əldə olunması mümkünsüzdür. Çünki nəticə prezidentlərin görüşünə hazırlıq işləri ilə yanaşı, həm də Azərbaycan və Ermənistan daxilində gedən ictimai-siyasi proseslərin xarakterindən, hakim qüvvələrin davranışından, bir də Rusiyanın özünü necə aparmasından asılı olacaq.

Ancaq presedentin yaranmasının özü böyük önəm daşıyır və Obama ilin sonunda Ağ Evi tərk eləsə də, sonrakı prezident bu yolu davam etdirə bilər. Amerikanın isə tərəflərə təsir rıçaqları əslinə qalsa, Rusiyanınkından az deyil və neftin aşağı qiymətləri fonunda artmaqdadır.

Musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor