RSS
 

Login:
Şifrə:
» » Rusiya Türkiyənin yanına qayıtmağa yol arayır - maraqlı gəlişmə

Xəbər lenti

Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Rusiya Türkiyənin yanına qayıtmağa yol arayır - maraqlı gəlişmə

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 09:35 | Şərh sayı: (0) | Baxılıb: 227

Rusiya Türkiyənin yanına qayıtmağa yol arayır - maraqlı gəlişmə


Rusiya Türkiyənin yanına qayıtmağa yol arayır - maraqlı gəlişmə


Bölgədəki yeni situasiya Moskvanı Ankaraya qarşı siyasətə yenidən baxmaq zorunda qoyub; “Türk axını” layihəsi qayıda bilər, əgər...; Kreml daşları yığmağa başlayır?
Yemi 2016-cı il sözsüz ki, korlanmış Türkiyə-Rusiya münasibətlərindəki gəlişmələrlə diqqət çəkəcək. Bu gəlişmələr isə xeyli dərəcədə iki dövlətin Yaxın Şərq regionunda, Suriyada toqquşan maraqlarının inkişaf dinamikasından qaynaqlanacaq. Doğrudur, bir sıra analitiklər, o cümlədən ABŞ-ın nüfuzlu “Stratfor” şirkətinin təhlilçiləri iki güc arasında ziddiyyətlərin dərinləşəcəyini mümkün sayıblar, amma dərinləşən ziddiyyətlər praqmatik qərarlara vəsilə də ola bilər.

Belə görünür, Rusiya isteblişmentində də vəziyyətin inkişaf ssenarilərini soyuq başla təhlil edib nəticə çıxaranlar yox deyil. Bu qənaəti Türkiyəyə münasibətdə son zamanlar şimaldan eşidilən nikbin və kövrək bəyanatlar gücləndirir. Məsələn, təzə ilin başlanğıcında “Qazprom” rəhbəri Aleksey Miller belə bir açıqlama ilə çıxış edib ki, “siyasi fikir ayrılıqları Rusiya və Türkiyənin enerji sahəsindəki layihələrinə təsir etməyəcək”.

Miller tərəflər arasında imzalanan sazişlər çərçivəsində işləməyə davam edəcəklərini söyləyib, eyni zamanda ilin sonunadək Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bir araya gələcəyinə ümid etdiyini vurğulayaraq, “Türk axını” layihəsinin xüsusi əhəmiyyətə malik olacağını da qeyd edib.

***
Millerin Putinin ən yaxın ətrafına daxil olan ən nüfuzlu oliqarx-simalardan biri olduğu ciddiyə alınarsa, onun açıqlamasını rəsmi Moskvanın Ankaraya münasibətində yumşaq ritorikaya keçmə istəyinin təzahürü kimi də qəbil eləmək olar.

Əlbəttə ki, heç şey səbəbsiz deyil. İş ondadır ki, beynəlxalq çaplı iqtisadçı-ekspertlər, lap elə rusiyalı müstəqil iqtisadçılar, o sırada keçmiş maliyyə naziri Aleksey Kudrin bu il Rusiya iqtisadiyyatında böhranın pik həddə çatacağı, rublun daha da dəyərsizləşəcəyi haqda bəd proqnozlar veriblər. Bu da öz növbəsində potensial sosial partlayış təhlükəsi deməkdir.
Kreml başçısı Putin üçün belə qorxulu vəziyyətdən iki çıxış yolu mümkündür: 1. Neoimperiya siyasətinə davam edib ölkəni böyük müharibələrə sürükləmək. 2.Ağır iqtisadi-maliyyə embarqoların götürülməsi üçün avantürist xarici siyasət kursundan əl çəkib nə qədər gec deyil, geri addım atmaq.



Birinci yol Putin komandası da daxil, Rusiyanı daha böyük fəlakətlərə soxa, imperiyanın çöküşünü sürətləndirə bilər. Qalır ikinci - praqmatik yol. Bundan ötrü isə öncə Türkiyə ilə qırılmış münasibətləri bərpa eləmək gərəkir.

***
Türkiyənin Rusiya üçün önəmi yeni İran-Səudiyyə Ərəbistanı qarşıdurması fonunda daha da artmış kimi görünür. Məsələ ondadır ki, bu konflikt İranla yanaşı, şimal qonşumuzun ərəb-islam dünyasında təklənməsinə aparıb çıxara bilər. Çünki Yaxın Şərq (Suriya, İŞİD, Bəşər Əsəd) məsələlərində Moskva ilə Tehran çoxdandır eyni - anti-Qərb, anti-Türkiyə siyasəti yürüdür, ərəb dövlətlərinin mütləq əksəriyyətinin maraqları əleyhinə siyasi-hərbi müttəfiqlik edirlər.



Aleksey Miller

Hazırda İranın ərəb dünyasında izolə edilməsi prosesi gedir. Analoji münasibət Rusiyaya qarşı mövcuddur və Kreml də sübhə yox ki, bunun fərqdindədir. Təsadüfi deyil ki, rəsmi Moskva Səudiyyə-İran qarşıdurmasında açıq şəkildə ikincinin tərəfini tutmaqdan imtina etdi və balanslı mövqe tutmağa çalışdı.



Bundan əlavə, ər-Riyadın islam koalisiyası (əslində vahid islam ordusu) yaradılması ilə bağlı irəli sürdüyü təşəbbüs də yenə məhz Tehran və Moskvanın regional proseslərə müdaxilə imkanlarını sıfırlamaq niyyəti güdür. Koalisiyada nüvə dövləti Pakistanla regional supergüc Türkiyənin təmsilçiliyi öz-özlüyündə çox şeyi deyir...

Bu və digər sərt reallıqlar, o cümlədən İran kimi təklənmək və bölgədə arzuolunmaz dövlətə çevrilmək təhlükəsi, habelə digər regional güc İsrailin Türkiyəyə yaxınlaşması və islam koalisiyasına virtual dəstəyi Rusiyanı regionda öz siyasətinə yenidən baxmaq, ən azından Türkiyəyə münasibətdə aqressiv siyasətə düzəlişlər eləmək və ənənəvi sərt ritorikanı yumşalmaq zorunda qoyur.

***



Təbii ki, Moskva ilə münasibətlərin yaxşılaşması Türkiyəyə də gərəkdir. Söhbət təkcə qarşılıqlı iqtisadi-ticari mənfəətlərdən, o cümlədən energetik sahədə, turizm sektorunda, insani münasibətlər sferasında situasiyanı təcili qaydaya salmaq zərurətindən getmir. Həm də ondan gedir ki, iki ölkə arasında əlaqələrin zəruri səviyyədə olması qardaş ölkənin Qərb qarşısında manevr imkanlarını artırar, onun xarici siyasət kursuna əlavə çeviklik və dinamiklik gətirərdi. Paralel surətdə Güney Qafqaz regionunda Rusiyadan ötrü erməni amilinin əhəmiyyəti kiçilmiş olar, bölgədə yeni müharibə riskləri azalar, Dağlıq Qarabağ məsələsinin həlli prosesi pozitiv impulslar qazanardı.

Söz yox ki, tərəflər arasında əlaqələrin səviyyəsi tezliklə “Su-24" insidentindən əvvəl mövcud olmuş vəziyyətə qayıtmayacaq. Ancaq diplomatik münasibətlərin qalması, səfirlərin geri çağırılmaması, Türkiyəyə qaz təchizatının dayanmaması və 2016-cı il üçün Rusiya ilə bağlı səslənən kritik iqtisadi proqnozlar söyləməyə əsas verir ki, hər halda ”atdığı daşları" Kremlin yığmağa başlayacağı gün uzaqda deyil.

İstənilən variantda güman eləməyə əsaslar güclüdür ki, Moskva Ankara ilə əlaqələri bundan da çox pisləşdirməyə getməyəcək. Demək, onun Türkiyədən “Su-24" olayına görə hansısa hərbi xarakterli revanş almaq planlarının önəmi də getdikcə azalır ki, artmır. Sonuncu qənaətin xeyrinə işləyən mühüm faktorlardan biri də Moskvanın ”Türk axını" layihəsinə yeni nəfəs vermək istəyidir ki, “Qazprom” rəhbəri bunu dilə gətirib.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor