RSS
 

Login:
Şifrə:
» » Daşınmaz əmlak bazarı ilə bağlı təzadlı proqnozlar...

Xəbər lenti

Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi...
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Daşınmaz əmlak bazarı ilə bağlı təzadlı proqnozlar...

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 09:21 | Şərh sayı: (0) | Baxılıb: 328

Daşınmaz əmlak bazarı ilə bağlı təzadlı proqnozlar...


Daşınmaz əmlak bazarı ilə bağlı təzadlı proqnozlar...


İlin sonuna mənzillərin iki dəfəyə qədər ucuzlaşacağı da istisna edilmir...
İkinci devalvasiyadan sonra ölkənin mənzil bazarında vəziyyət müəmmalıdır. Ekspertlər də ev bazarındakı qiymətlərlə bağlı vahid fikrə gələ bilmirlər; proqnozlar təzadlıdır. Bəzi ekspertlər mənzil bazarında canlanmanın olacağını və qiymətlərin bahalaşacağını ehtimal etsələr də, əksəriyyət yaxın aylarda qiymət enməsinin müşahidə ediləcəyini vurğulayıb.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, manatın dəyərdən düşməsi və dolların bahalaşması ilə əlaqədar evlərin də qiyməti artacaq: “Tikinti materiallarının qiymətləri də qalxdır. Materiallar bahalaşdıqca da evlərin qiyməti qalxacaq. Kimsə evlərin qiymətinin bundan da aşağı düşəcəyini gözləməsin, mənzil almaq istəyən indi alsın. Taxtanın kubu 180 manatdan 300 manata, armaturun qiyməti isə 700 manatdan 1050 manata qalxıb. Nə qədər ki, bu bahalıq ev qiymətlərinə təsir etməyib, insanlar mənzil almağa tələssinlər. Bunun üçün əla fürsətdir. Mənzil qiymətləri ən aşağı səviyyələrə enib, 22-23 faiz ucuzlaşma var. İki-üç ay sonra isə tam fərqli və baha qiymətlər olacaq. Daxili bazarda alqı-satqı manatla aparılır, yerli məzənnə dollar qarşısında dəyər itirdikcə evlərin manatla qiyməti də o qədər qalxacaq”.

Ekspert Ramil Osmanlı musavat.com-a açıqlamasında qeyd edib ki, ev bazarında vəziyyət ürəkaçan deyil: “Evlərin bahalaşacağı barədə proqnoz verənlər sadəcə bunu arzu olaraq bildirirlər. Mən də çox arzulayıram ki, həqiqətən evlər artsın. Qiymətin artması üçün səbəb bazarda dinamikanın artmasıdır. Dimamikanın artması da müəyyən amillərdən, şərtlərdən asılıdır. Həm makroiqtisadi baxımdan, həm ölkə daxilində iqtisadi vəziyyətin müsbətə doğru dəyişməsi ilə müşayiət oluna bilər. Bu isə hələ ki mümkün görsənmir. Hesab etmirəm ki, daşınmaz əmlak bazarında qarşıdakı dövrdə qiymət artımı ilə bağlı hər hansı bir səbəb baş verə bilər. Çünki bunu şərtləndirən heç bir səbəb müşahidə olunmur. Faktiki olaraq makroiqtisadi göstəricilərin azalması baş verir. Azərbaycanın gəlirləri azalmaqda davam edir, xüsusən də neft gəlirləri aşağı düşür. Bu şəraitdə təbii ki, daşınmaz əmlak bazarında qiymət artımını şərtləndirən, stimullaşdıran konkret bir səbəb müşahidə etmək üçün yalnız dövlət tərəfindən atılacaq addımları gözləmək olar. İstər ipoteka kreditlərinin artırılması baxımından, istərsə də şəhərsalma, infrasruktur layihələrinə vəsaitlərin artırılması baxımından şərtlər məhdud görsənir. Bu baxımdan hesab edirəm ki, 2016-cı ilin ən azından ilk yarısı üçün qiymət artımı baş verməyəcək. Qiymətlərin azalmasına gəlincə, bununla bağlı terminləri az işlətmək lazımdır. Bazarı bir qədər də kritik vəziyyətə gətirir. Müəyyən potensial alıcı kütləsi var ki, biz onu əslində bazara cəlb etməkdə daha maraqlı olmalıyıq. Qiymət azalması ilə bağlı proqnozlar alıcıları bazardan uzaqlaşdırır. Qısamüddətli dövr üçün, 2016-cı ilin birinci rübündə nisbi qiymət azalmaları olacaq. Qiymət azalması dinamik olmayacaq, 3-5 faiz təşkil edəcək”.

Ekspert Rəşad Əliyev isə qeyd edib ki, fevral devalvasiyasında satıcılar birmənalı olaraq qiymətləri qaldırdılarsa, bu dəfə bir qədər fərqli oldu: “Fevral devalvasiyası nəticəsində qiymətlər 10-25 faiz intervalında artdı, sonra isə düşməyə başladı. Bu dəfə satıcılar o qədər inamlı ola bilmədilər. Hələ ki, bazar haqqında dürüst məlumat azdır, ancaq məlumdur ki, qiymət artımı təkrar bazarda cüzi olub. İlkin bazarda isə qiymət artımı qaçılmazdır. Gələcək perspektiv isə bazarın seqmentindən asılı olacaq. Təkrar bazarda vəziyyət makroiqtisadi vəziyyətdən asılı olacaq”.

Ekspertin sözlərinə görə, əslində 2016-cı ildə daşınmaz əmlak bazarında qiymətlərə təsir edəcək amillərin sayı o qədər olacaq ki, konkret proqnozun verilməsi çətinlik yaradır: “Bu amillərin bəziləri qiymət artmasına, digərləri isə qiymətlərin enməsinə təsir göstərəcək. Dollar qiymətlərinə mənfi təsir edən yeganə səbəb hazırki makroiqtisadi şəraitin hökm sürməsi olacaq. Şəraitin pisləşməsi bazarda qiymətlərin daha da enməsinə təsir göstərəcək. Makroiqtisadi şərait isə bildiyimiz kimi, dünya bazarlarında neftin qiymətlərindən asılı olacaq. Devalvasiya silsiləsinin davam etməsi də dollar qiymətlərinin azalmasına təsir edəcək”.

R.Əliyev qeyd edib ki, böhran dövrlərində vətəndaşlar daha çox likvid aktivlərə üstünlük verirlər və bu bir çox insanı daşınmaz əmlaka investisiya qoymaqdan çəkindirir: “Bank sektorunda problemlərin dərinləşməsi bank əmanətlərindən daşınmaz əmlak bazarına kapital axınını davam etdirəcək. İpoteka Fondunun bazara qayıdışı da qiymətlərə müsbət təsir göstərəcək. Bazarın seqmentləri üzrə vəziyyət fərqli olacaq. Tikinti sektorunda maya dəyərinin manat ifadəsində artması qaçılmazdır. Buna görə də dekabr devalvasiyasından sonra ilkin bazarda qiymət artımı qaçılmazdır. Bir sıra şirkətlər artıq qiymətləri artırıb. Buna görə də artıq məntiqi olaraq devalvasiyadan sonra ilkin bazarda qiymətlər manatla qalxacaq, dollar ifadəsində isə azalacaq. Təkrar bazarda devalvasiyanın təsirini demək hələ tezdir. Bilinən odur ki, qiymətlər dollarla xeyli enib, sadəcə olaraq bunun həcmini bilmirik”.

Qeyd edək ki, bəzi ekspertlər qiymətlərin kəskin ucuzlaşacağını da proqnozlaşdırırlar. Ekspertlərin fikrincə, 2016-cı ilin sonuna qədər iqtisadi vəziyyət bu şəkildə davam edərsə, neftin qiyməti 60-70 dollara qalxmazsa, evlərin qiymətində heç bir artım olmayacaq. Əksinə, ilin sonunda daşınmaz əmlak bazarında qiymətlər indiki qiymətlərdən ən yaxşı halda 25-30 faiz, optimal halda isə iki dəfə aşağı olacaq.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor