RSS
 

Login:
Şifrə:
» » İxtisara düşən işçilərin əmək hüquqları necə qorunur?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İxtisara düşən işçilərin əmək hüquqları necə qorunur?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 10:59 | Şərh sayı: (0) | Baxılıb: 273

İxtisara düşən işçilərin əmək hüquqları necə qorunur?


İxtisara düşən işçilərin əmək hüquqları necə qorunur?


İqtisadi böhran həm dövlət, həm də özəl müəssisələrin büdcəsinə təsir edib. Qarşıdakı aylarda kütləvi ixtisarların olacağı gözlənilir. Artıq əksər nazirliklərə və dövlət qurumlarına bununla bağlı qeyri-rəsmi göstərişlər verilib.

Eləcə də bəzi strukturların tamamilə ləğv edilməsi gündəmdədir. Bu isə minlərlə insanın iş yerini itirməsi deməkdir.

Həmçinin özəl şirkətlərin də işçi sayını azaltması işsizlərin sayını daha da artıracaq.

Bəs, işdən çıxarılan işçisinin hansı əmək hüquqları var? Dövlət qulluqçularının və özəl müəssisələrdə çalışanların əmək hüquqları bu məqamla bağlı nə vəd edir? İşçi hansı müavinətlərlə təmin oluna bilər?

Musavat.com-un suallarını Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov cavablandırdı.

Onun sözlərinə görə, dövlət qulluğu haqqında qanun işdən çıxarılan dövlət qulluqçularının hüquqlarını təmin edir: “Dövlət qulluğunda total ixtisarlar yoxdur. Cəmi bir nazirlik ləğv olunub, onun da bazasında iki mərkəzi icra hakimiyyəti orqanı yaradılıb. Orada baş verənlərə isə ixtisar yox, işçilərin işdən azad edilməsi, kadr dəyişilməsi kimi baxmaq lazımdır. Hələ dövlət sektorunda mən hansısa total ixtisar görmürəm. Əgər bu baş versə, Dövlət qulluğu haqqında qanun var, bu qanunvericiliyə görə müəyyən təminatlar nəzərdə tutulub. İxtisar olunanlar nəzərdə tutulan həmin təminat paketini alırlar”.

Biznes qurumlarına gəlincə, Sahib Məmmədov bildirdi ki, burada vəziyyət bir qədər fərqlidir: “Biznes qurumlarını da iki yerə ayırmaq lazımdır. Bunlardan biri formal sektordur ki, burada işçilər əmək müqaviləsi əsasında işləyir, müqavilələr elektron sistemdə qeydiyyatdan keçib. Bunlara münasibətdə ixtisarlar baş verərsə, qanunvericilikdə ixtisarlar nəzərdə tutulur. Bu təminat odur ki, işçiyə ən azı 2 ay öncədən işdən çıxarılacağı haqqında məlumat verilir və bu müddət ərzində həftədə bir dəfə əmək haqqı ödənilməklə işdən gedə bilər. 2 ay bitdikdən sonra mövcud ödənişlərdən əlavə ona, 1 aylıq əməkhaqqı məbləğində müavinət ödənilir, sonrakı iki ay ərzində o, iş tapa bilmirsə, bu barədə məşğulluq mərkəzindən arayış gətirirsə, ikinci və üçüncü ay üçün də ona kompensasiya verilir. Yəni, 3 ay üçün ona kompensasiya verilir. İşçi ilə işəgötürən razılaşarsa, ona birdəfəlik iki aylıq əmək haqqı verilir və artıq arayış gətirməyə də ehtiyac yoxdur. Bunlar əmək müqaviləsi olanlar üçün nəzərdə tutulan minimal tələblərdir.

Ancaq elə şirkətlər var ki, onlar bu minimumdan kənara çıxır. Məsələn, SOCAR ixtisara düşən işçilər üçün daha yaxşı sosial paket təklif edir. Məsələn, 5 aylıq əmək haqqı təklif edir. Neft şirkətində əmək haqları yüksək olduğu üçün 5 aylıq əməkhaqları bir neçə min manat edir. Və ya həmin şəxsə başqa yerdə iş tapırlarsa, həmin şəxsin buna bacarığı çatmırsa, ona ixtisas artırmaq üçün təhsil haqqı ödənilir. Bundan əlavə həmin şəxs yenidən kadr bankına daxil olur, vakansiya olduqda həmin yenidən imtahan verib başqa profil üzrə işlə təmin olunurlar. Onlarda fərqli sosial paketlər və ilk milli şirkətdir ki, belə paketlər təqdim edir”.

QHT sədri əmək müqaviləsi olmayan işçilərin əmək hüquqları ilə bağlı problem yaşandığını vurğulayaraq, ilk dalğada məhz onların işsiz qalacağını vurğuladı: “Belə təminatlar o halda olur ki, işçi əmək müqaviləsi ilə işləyir, həmin şirkətdə həmkarlar təşkilatı fəaliyyət göstərir. Lakin təəssüf doğuran məqamlardan biri də odur ki, nə qədər insan əmək müqaviləsi ilə çalışırsa, bir o qədər insan da heç bir müqavilə olmadan işləyir. Əsas ixtisarlar zərbəsi də rəsmi müqaviləsi olmayan işçilərə dəyir.

Biz bunu 2008-2009-cu illərdəki böhran zamanı da gördük ki, rəsmi iş yerlərini statistikası dəyişmədi, lakin qeyri-formal əmək bazarını minlərlə işçi tərk etdi.

İndi də investisiya layihələrinə ayrılan vəsaitlər azalır, təmir-tikinti işləri azalır. Burada çalışanlar da qeyri-formal əmək bazarının işçiləri idi. Bu layihələr təxirə salındıqca həmin işçilər də bazarı tərk edir. Ona görə də hazırkı ixtisarların da bir qismi hökumətin statistikasında yer almayacaq. Amma bunun başqa bir indikatoru da yoxdur ki, neçə nəfərin qeyri-formal əmək bazarını tərk etdiyini müəyyən edək . Bununla bağlı hansısa rəqəmlər deyilsə də bu qeyri-dəqiq rəqəmlər olacaq”.

Dövlət orqanlarında çalışanların əmək hüquqlarına gəlincə, S. Məmmədov burada da fərqli nüansların olduğunu açıqladı: “Hüquq mühafizə orqanlarında çalışanların əmək hüquqlarını qoruyan xüsusi qanun var. Məsələn, DİN üçün polis haqqında qanun var, prokurorluq üçün prokurorluq haqqında, ədliyyə üçün ədliyyə haqqında və sair. Digər nazirliklərdə və dövlət qurumlarında çalışanların əmək hüquqları isə dövlət qulluğu haqqında qanunla tənzimlənir. Dövlət qulluğu haqqında qanunda da minimal təminatlar nəzərdə tutulur. Bu o demək deyil ki, işçi iş yerini itirirsə, nə qədər təminat verilsə də, o yalnız bir-iki ay kifayət edə bilər. Sonrakı dövrdə onun iş tapması da çətindir. Çünki, Azərbaycanda iş yerləri azdır, əmək qabiliyyətli əhalinin sayı isə çoxdur. Bu doğuşun yüksək səviyyədə olması ilə bağlıdır.

Bizdə demoqrafik situasiya Avropa ölkələri ilə müqayisədə çox yüksəkdir. İşsizlər üçün başqa bir təminat forması isə onların məşğulluq mərkəzində qeydiyyata durması və ona layiqli əmək təklif edilmədikdə dövlətdən müavinət almaq hüququdur. Məşğulluq haqqında qanuna görə, əgər bir nəfər iş tapa bilmirsə o 6 ay ərzində işsizlik müavinət ala bilər. Bu isə əmək haqqının 70-80 faizi məbləğindədir. Təəssüf ki, dövlət büdcəsindən işsizlik üçün müavinətlərin verilməsinə çox az vəsait ayrılıb, bu 4-5 milyon manatı keçmir. Ancaq əhalisi bizim qədər olan bəzi ölkələrdə bu 400-500 milyon manata bərabərdir. Ancaq hər halda müəyyən koteqoriya işçilər bundan da bəhrələnə bilərlər”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor