RSS
 

Login:
Şifrə:
» » Hökumət antiböhran proqramına keçdi - ixtisarlar başladı

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Hökumət antiböhran proqramına keçdi - ixtisarlar başladı

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 10:58 | Şərh sayı: (0) | Baxılıb: 921

Hökumət antiböhran proqramına keçdi - ixtisarlar başladı


Hökumət antiböhran proqramına keçdi - ixtisarlar başladı


Hakimiyyətin 2016-cı il planı masada; Neftin 2016-cı il üçün büdcədə nəzərdə tutulmuş 50 dollarlıq həddən də xeyli ucuzlaşması hökuməti radikal islahatlar aparmağa məcbur edir; gözlənilir ki, struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi birləşdirilsin; ixtisarlar ölkədə sosial gərginliyi artıra, eləcə də hakimiyyət daxilində narazılıqları tətikləyə bilər...

2015-ci ildə neftin kəskin dəyərdən düşməsi ilə Azərbaycanda iqtisadi artım tempi azaldı, son illər ərzində ilk dəfə ölkədə iş yerləri bağlandı, manat il ərzində devalvasiyaya uğrayaraq iki dəfəyə yaxın dəyərini itirdi. Ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın hələ ötən ilin ortalarında ciddi hiss olunmasının hökuməti dövlət xərclərini azaltmağa və ixtisarlara məcbur edəcəyi aydın görünməkdə idi. 2015-ci ilin fevral ayında manatın ilk devalvasiyası hökumətin təcili tədbirlər görməsini zəruri etsə də, bir sıra amillər səbəbindən iqtidarda həm struktur, həm də hakimiyyət komandasında ciddi yenilənməni ertələdi. Düzdür, Nəqliyyat Nazirliyinin strukturunda ciddi dəyişikliklər edildi, biznesi, sahibkarları təhdid altında saxlayan MTN ləğv olundu, xüsusi xidmət orqanlarında ciddi struktur islahatları və ixtisarlar aparıldı.

İqtisadiyyatın neftdən asılılığının kəskin azaldılması və qeyri-neft sektoruna keçirilməsi üçün hələ ötən ilin sonlarından bəzi islahatlar başlayıb. Analitiklər prezident İlham Əliyevin dekabrın 29-da Xəzər rayonunda sakinlərlə görüşündəki çıxışında islahatlarla bağlı mühüm mesaj verməsinə diqqət çəkir. Prezident bildirib ki, gələn il idarəetmə sahəsində islahatlar “yeni formatda” davam etdiriləcək, vergi, gömrük orqanlarının, icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflıq təmin olunacaq. Prezident yeni formatın nədən ibarət olacağını açıqlamasa da, analitiklərə görə, söhbət hakimiyyət sistemində islahatları sürətləndirmək, problemli sahələrdə əsaslı struktur dəyişiklikləri, idarəetmə sisteminin yenilənməsi və şəffaf idarəçilik prinsiplərinin daha geniş formada tətbiqindən gedir. Çünki neftin 2016-cı il üçün büdcəsində nəzərdə tutulmuş 50 dollarlıq həddən də xeyli ucuzlaşması büdcəyə yenidən baxılması zərurətini yaradıb. Prezident İlham Əliyevin tapşırığı əsasında hazırda hökumət bu məsələyə baxır və bəzi sahələrdə xərclərin ixtisarını nəzərdə tutur.

Xərclərin ixtisarı dövlət aparatının saxlanılması üçün büdcədə nəzərdə tutulan xərclərin azaldılmasını da əhatə edəcək. Bu çərçivədə hökumət artıq bir çox nazirliklərə, dövlət komitələrinə, büdcədən maliyyələşən digər təsisatlara xərclərin azaldılması üçün ştat vahidlərinin ixtisarını nəzərdən keçirmək barədə təlimat göndərib. Habelə büdcədən maliyyələşən təşkilatlara xidməti avtomobillərin sayının azaldılması, ezamiyyət xərclərinin məhdudlaşdırılması istiqamətində də işlər başlayır.

Məlumatlara görə, bu il hökumət qarşısında dayanan ən vacib məsələ neft bumundan sonrakı dövrə daha çevik və mobil idarəetmə strukturları formalaşdırmaqdır. Gözlənilir ki, struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək. Təsadüfi deyil ki, Milli Məclisin ötən il keçirilən son sessiyasında bəzi deputatlar da büdcəyə yükə çevrilmiş komitələrin ləğvini gündəmə gətiriblər.

Bəzi iddialara görə, Gömrük Komitəsi ləğv edilərək səlahiyyətlərinin bir qisminin “ASAN xidmət” və Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Ehtimal var ki, Kənd Təsərrüfatı Nazirliyi də ləğv edilsin, səlahiyyətləri İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülsün. Bundan başqa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi nəzərdən keçirilir.

Böyük ehtimalla Gənclər və İdman Nazirliyi də ləğv ediləcək və səlahiyyətləri bölüşdürüləcək. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin başqa qurumlara verilməsi nəzərdə tutulur.

Diasporla İş üzrə Dövlət Komitəsinin XİN-ə birləşdiriləcəyi gözlənilir. Qeyd edək ki, Xarici İşlər Nazirliyi xərclərə qənaət edilməsi üçün Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və ticarət ofislərinin bağlanması prosesinə start verib.

Virtualaz.org saytı hansı ölkələrdə diplomatik nümayəndəliklərin bağlanacağını dəqiqləşdirib. Məlum olub ki, XİN artıq müvafiq siyahı hazırlayıb və tezliklə bir neçə ölkədə konsulluqlar, ticarət nümayəndəlikləri bağlanacaq. Bunların arasında Azərbaycanın Uruqvay, Kolumbiya və Kubadakı səfirlikləri, ticarət nümayəndəlikləri, Genuya, Livan, Bratislava, Xarkovdakı fəxri konsulluqlar, habelə Amerikanın Santa-Fe şəhərindəki fəxri konsulluq yer alacaq. Azərbaycan hökuməti hər il bu nümayəndəliklərin saxlanılmasına milyonlarla dollar xərcləyirdi. Bundan əlavə, məlum olub ki, Azərbaycanın Tailand, Oman, İraq və Əfqanıstandakı səfirliklərinin açılması “daha yaxşı zamanlara” təxirə salınıb. Azərbaycanın bu ölkələrə təyin olunmuş səfirləri var, ancaq onlar qonşu ölkələrdə mənzilləniblər.

“Yeni Müsavat”a hökumətə yaxın mənbələrdən o da məlum olub ki, hazırda bütün dövlət qurumlarında oxşar funksiyalarla bağlı araşdırma aparılır. Belə ki, bir çox qurumlarda eyni funksiya daşıyan idarələr, şöbələr var. Məsələn, bir neçə nazirliyin, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin yaşıllaşdırma idarələri var ki, bunların ləğvi gündəmdədir. Mənzil istismar sahələrinin ləğvi də ilk sıradadır. Bundan başqa, icra hakimiyyətlərinin tikinti idarələrində də ixtisarlar aparılacaq. Mənbə istisna etmir ki, Baş Prokurorluğun, DIN-in, Vergilər Nazirliyinin, Gömrük Komitəsinin və Ədliyyə Nazirliyinin tabeliyindəki istintaq idarələri də Rusiyada olduğu kimi vahid İstintaq Komitəsi adı altında birləşdirilsin.

Analoji proses Dövlət Neft Şirkətinin (SOCAR) idarələrində bu il daha da sürətlənəcək. Bildirilir ki, SOCAR artıq müəyyən layihələrin maliyyələşdirilməsinə vəsait ayrılmasını dayandırıb.
“Azərenerji”, “Azəriqaz”, “Azərbaycan Hava Yolları” QSC, Dövlət Dəmir Yolu İdarəsi, “Azərkimya” və digər təşkilatlarda da ixtisarların aparılması yönündə göstəriş verilib. Bu təşkilatlarda hətta 15-20 faizdən də yuxarı ixtisarların aparılması gözlənilir.

Aydındır ki, bu ixtisarlar ölkədə sosial gərginliyi artıra, eləcə də hakimiyyət daxilində narazılıqları tətikləyə bilər. Çünki bu ixtisarlar minlərlə insanın işsiz qalması, eləcə də işini itirmiş orta məmur ordusu deməkdir. Məhz bu səbəblərdən hökumət yaxın aylarda işsizliyin ölkədə sosial təlatümlərə gətirib çıxarmaması üçün daha ciddi antiböhran tədbirləri düşünməlidir, ya da neftin qiymətində əhəmiyyətli artım olacağına ümid etmək zorundadır. musavat



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor