RSS
 

Login:
Şifrə:
» » 20 faizi əyləndirmək üçün...

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






20 faizi əyləndirmək üçün...

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-12-2015, 14:15 | Şərh sayı: (0) | Baxılıb: 289

20 faizi əyləndirmək üçün...


20 faizi əyləndirmək üçün...


Hər yerdən əli üzülmüş qadın özünü müğənni kimi sınamaq istəyir. İnstitutlardan birində 250-300 manata küllənən “alim” mahnı mətni yazmaq haqda düşünür. Gənc aktyor insanları güldürmək üçün dəridən-qabıqdan çıxır...

Qərəz, hamı oxumağa, əyləndirməyə cəhd edir. Hamısı da 20 faiz insanı əyləndirmək və ondan qəpik-quruş qoparmaq üçündür... Bu ölkənin qəlizliyi həm də odur ki, burada rəqəmlər, ədədlər manipulyasiya mənbəyidir, onlar ya qəsdən kiçildilir, ya da ki, bilərəkdən şişirdilir. Hamısı da bir məqsəd üçün edilir - həqiqəti gizlətmək üçün...

Amma gizlədiləsi bir şey yoxdur - ölkənin əhalisinin haradasa 20-25 faizi sözün əsl mənasında yaşayır. Qalanlarını isə həyat ora-bura qovur, onlar ayaq üstə qalmaq, ailə-uşaqlarını ayaq üstə saxlamaq üçün yerlə, göylə əlləşirlər...

Bir neçə il bundan əvvəl olmuş bir söhbət yadıma düşür. Bir hüquq müdafiəçisi deyirdi ki, bu ölkədə özünü azad hiss etmir. Deyirdi ki, ona heç yerdə iş vermirlər, özünü isə iş qurmağa qoymurlar...

İndi aztəminatlı insanları bir növ fərsiz, iş bacarmaz hesab edirlər. Amma həqiqət nə deyir? Həqiqətən də belədirmi? Düşünmürük. Onlara sadəcə, mane olurlar - ölkənin məmurları, hakimiyyət başında olanları mane olur...

Bəli, 20 faiz hansısa formada ölkəni ələ keçirib. Bunun “forması” haqqında danışanların dilini kəsirlər ki, danışma, tənqid etmə, söz demə...

Ən çətin anlarda oxuduğum kitabları xatırlamağı sevirəm. Yenə də “Səfillər” yadıma düşdü. Onun qəhrəmanını xatırlayırsınızmı? Bu adam mağazadan iki çörək götürmüşdü, cəmi ikicə çörək!.. Amma ona nə ağırlıqda cəza verdilər?! Elə bu səbəbdən belə başa düşmək olar ki, “Səfillər” kimi roman yazılmasaydı bu günün Qərb humanizmi də olmazdı...

“Allah kasıbın dostudur!” deyiblər. Amma mən həmişə düşünürəm ki, nədən o, insanların birini kasıb, birini varlı, birini işləyən, o birini isə işlədən, birini səksən faizin, digərini isə iyirmi faizin nümayəndəsi kimi yaradıb?..

Dərhal da ağlıma gəlir ki, bu qaydanı və bu bölgünü Allah yaratmayıb, onu insanlar yaradıb, insanlar ərsəyə gətirib. Sizi bilmirəm, mən həmişə Vatikanın ictimai problemlərə reaksiyasını izləməyə cəhd edirəm. Görürəm ki, onlar düz yol seçiblər - korrupsiyaya, israfçılığa və ədalətsizliyə qarşıdırlar. Baxıb görürsən ki, “Allah kasıbın dostudur!” fəlsəfəsi onların məntiqində daha çox sezilir...

Elə “Səfillər”in qəhrəmanı da yolunu Allahın nəzarətində olan yerlərdən saldı - keşişin evində qonaq oldu, monastrda yaşadı...

Burada elə təsəvvür yarana bilər ki, mən dinlərin birini ucaldır, o birilərini isə əskildirəm... Yox, belə deyil. Milad İsa peyğəmbərin ad günüdür. Həmin o İsa peyğəmbərin ki, müqəddəs Qurani-Kərim də ona sayğı ilə yanaşır, onu da Tanrının sevimlilərindən biri kimi təqdim edir.
Mən dini kanonları o qədər də yaxşı bilmirəm. Provasların katoliklərlə, katoliklərin isə protestantlarla savaşının o qədər də fərqində deyiləm. Mənim öz dinim var, müsəlmanam. Müsəlman olduğum üçün də Qurani-Kərimin məntiqini qəbul edirəm. Qurani-Kərimdə isə Məryəm və İsa adları qırmızı xətlə keçir. Müqəddəs Quran onlara sayğı ilə yanaşırsa, biz kimik ki, buna etiraz edək?..

Yazını bir qədər bəsit səpkidə başladım... Sonra da İsa peyğəmbərə, “İncil”ə gəlib çıxdım. Bunu ona görə etdim ki, Tövrat da, İncil də, Quran da Allahın göndərdiyi kitablardır. Bunlar bizim humanizm-bəşər sevgisi kimi tanıdığımız təlimin əsasını təşkil edir...

Onların hamısı sevgi təlqin edir. Nədən biz bu sevgi tələblərinə qulaq vermirik? Nədən biz kar olmuşuq? Mən eşitmişdim ki, sərvət, var-dövlət və pul-para insanın gözlərini tutur. Amma eşitməmişdim ki, dövlət insanı həm də kar edir...

Hamımız bu dünyadan köçəcəyik... Hamımız da dünyadan sonuncu paltarımızı soyunaraq, kəfənə bürünərək köçürük. Bundan böyük xəbərdarlıq olarmı? Sanki Tanrı deyir ki, sənin bu dünyada əlləşib-vuruşub qazandıqların mənə lazım deyil, hətta sənin özünə də lazım deyil...
Bu dünyada birimiz 20, digərimiz isə 80 faizin içində oluruq. O biri dünyada, haqq dünyasında isə bu bölgülər silinir, çünki oraların öz hesabı var...

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor