RSS
 

Login:
Şifrə:
» » Yaxın Şərqdə yeni əsr doğulur

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Yaxın Şərqdə yeni əsr doğulur

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-12-2015, 13:51 | Şərh sayı: (0) | Baxılıb: 343

Yaxın Şərqdə yeni əsr doğulur


Yaxın Şərqdə yeni əsr doğulur


ABŞ, Avropa İttifaqı və Dünya Bankı kimi Qərb tərəfindən idarə olunan qurumlar bu sualı dəfələrlə təkrarlayır: niyə görə Yaxın Şərq özü-özünü idarə edə bilmir? Ancaq bu sualı verərkən səmimi olsalar da, bir şeyi yaddan çıxarırlar. Hər şeydən əvvəl, regionda yaxşı idarəçiliyin qarşısında duran ən önəmli maneə yerli özünüidarəetmənin mövcud olmamasıdır: birinci dünya müharibəsindən və bəzi yerlərdə hətta daha əvvəlki dövrlərdən bu yana ABŞ və Avropanın davamlı müdaxilələri regionun siyasi qurumlarını kəskin şəkildə sarsıdıb.

Bir əsr kifayətdir. 2016-cı il Yaxın Şərqdə davamlı inkişaf problemlərini ön plana çəkən yerli strategiyaların yaradılması üçün yeni əsrin başlanğıcı olmalıdır.

Tanınmış analitik, ABŞ-dakı Kolumbiya Universitetinin professoru Ceffri Saş "A New Century for the Middle East" yazısında bildirir ki, 1914-cü ilin noyabrında Osmanlı imperiyasının birinci dünya müharibəsində məğlub tərəfi seçməsi ilə Yaxın Şərqin növbəti 100 il üçün taleyi həll olundu. Nəticədə, imperiya parçalandı, qalib qüvvələr, yəni Britaniya və Fransa imperiyadan geri qalan yerlərdə idarəni ələ aldı. 1882-ci ildən bəri Misirin idarəsini əlində saxlayan Britaniya bu gün İraq, İordaniya, İsrail, Fələstin və Səudiyyə Ərəbistanının yerləşdiyi əraziləri ələ keçirdi. Şimali Afrikanı ələ keçirmiş Fransa isə Livan və Suriyanı nəzarəti altında aldı.

Britaniya və Fransanın neft, limanlar, nəqliyyat yolları və yerli liderlərin xarici siyasəti üzərində nəzarətini təmin etmək üçün Millətlər Liqasının mandat sistemi və digər hegemonluq vasitələrindən istifadə olunurdu. Britaniya sonradan Səudiyyə Ərəbistanının yaradıldığı yerlərdə Haşimilərin Hicaz krallığının ərəb millətçiliyinə qarşı İbn Səudun vəhabi fundamentalizmini dəstəklədi.

İkinci dünya müharibəsindən sonra, MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi - CIA ) dəstəyi ilə 1949-cu ildə Suriyada hərbi çevriliş edilməsi və 1953-cü ildə İranın baş naziri Məhəmməd Musəddiqin vəzifədən uzaqlaşdırılması (ölkənin nefti üzərində Qərbin nəzarətini saxlamaq məqsədilə) üçün MKİ-nin əməliyyat keçirməsindən sonra ABŞ müdaxiləçi vəzifəsini öz üzərinə götürdü. Həmin fəaliyyət bu günə qədər davam edir: 2011-ci ildə Liviyada Müəmmar Qəzzafinin, 2013-cü ildə Misirdə Məhəmməd Mursinin devrilməsi və Suriyada Bəşər Əsədə qarşı hələ də davam edən müharibə. Demək olar, 70 il ABŞ və müttəfiqləri nəzarətləri altında olmayan hökumətləri devirmək üçün dəfələrlə müdaxiləyə əl atıblar.

Qərb eyni zamanda yüz milyardlarla dollar məbləğində silah satışı ilə bütün regionu silahlandırıb. ABŞ isə regionun hər yerində hərbi bazalar yaradıb və MKİ tərəfindən aparılan uğursuz əməliyyatlar nəticəsində ABŞ və Avropanın düşmənlərinin əlinə çoxlu sayda silah-sursat keçib.

Bütün bunlara görə Qərb liderləri regiondakı ərəblərdən və digərlərindən özlərini niyə görə idarə edə bilmədiklərini soruşarkən onları gözləyən cavaba da hazır olmalıdırlar: "Düz bir əsr boyu sizin müdaxilələriniz demokratik qurumların sarsılmasına; davamlı müharibələrə; ən zorakı cihadçıların silah əldə etmələrinə səbəb olub və bu gün Bamakodan Kabilə qədər uzanan ölüm sahəsi yaradıb".

Yeni Yaxın Şərqin yaradılması üçün nə etmək lazımdır? Mən beş prinsip irəli sürərdim.

Birincisi və ən önəmlisi, ABŞ dünyanın hansı yerində olur-olsun, hökumətləri devirmək və ya stabilliyi pozmaq məqsədilə aparılan gizli MKİ əməliyyatlarına son qoymalıdır. MKİ 1947-ci ildə biri əsaslı (kəşfiyyat toplama), digəri isə fəlakətli nəticələr verə biləcək (ABŞ-ın maraqlarına "zidd, düşmən" hesab edilən rejimlərin devrilməsi üçün gizli əməliyyatlar aparılması) iki vəzifə ilə yaradılıb. ABŞ prezidenti MKİ-nin gizli əməliyyatlarına son qoymalıdır, bunu etmək üçün səlahiyyəti də vardır.

İkincisi, ABŞ regiondakı xarici siyasət hədəflərini BMT-nin Təhlükəsizlik Şurası vasitəsilə izləməlidir. ABŞ tərəfindən idarə olunacaq "beynəlxalq koalisiya" yaradılması cəhdi nəinki uğursuz oldu, bu eyni zamanda o demək idi ki, ABŞ-ın "İslam dövləti"ni dayandırmaq kimi əsaslı hədəflərinin belə geosiyasi rəqabətlə qarşısı alınır.

ABŞ xarici siyasət təşəbbüslərini Təhlükəsizlik Şurasının səsverməsinə qoyaraq sınaqdan keçirməklə çox şey qazana bilər. 2003-cü ildə Təhlükəsizlik Şurasının İraqda müharibəni rədd etməsindən sonra ABŞ işğaldan, eləcə də, Təhlükəsizlik Şurasının daimi üzvü, veto hüququ olan Rusiya ABŞ-ın dəstəyi ilə Suriya prezidenti Bəşər Əsədin devrilməsinə etiraz etdiyi zaman bu məqsədlə gizli əməliyyatlardan yayınmaqla ağıllı iş görmüş olardı. İndi isə bütün Təhlükəsizlik Şurası "İslam dövləti"nə qarşı mübarizə aparmaq üçün qlobal bir plan ətrafında birləşməyə hazırdır.

Üçüncüsü, ABŞ və Avropa bu reallığı qəbul etməlidir ki, Yaxın Şərqdə demokratiya seçkilərdə bir çox islamçı qələbələr yaradacaq. Seçilmiş islamçı rejimlərin bir çoxu zəif fəaliyyət göstərən hökumətlər kimi uğursuz olacaq. Həmin hökumətlər növbəti səsvermə və ya etirazlarla, yaxud da yerli generallar tərəfindən devriləcəklər. Ancaq Britaniya, Fransa və ABŞ-ın bütün islamçı hökumətləri hakimiyyətdən uzaq tutmaq üçün davamlı olaraq göstərdikləri səylər uzunmüddətli rifah yaratmadan yalnız siyasi yetkinləşməyə mane olacaq.

Dördüncüsü, Şimali Afrika və Yaxın Şərqdən Mərkəzi Asiyaya qədər yerli liderlər qəbul etməlidirlər ki, bu gün islam dünyasının qarşısında duran ən mühüm problem təhsil keyfiyyətidir. Bu region elm, riyaziyyat, texnologiya, innovasiya, sahibkarlıq, kiçik biznesin inkişafı kimi sahələrdə və bütün bu səbəblərdən dolayı iş yerlərinin yaradılmasında olduqca geri qalır. Yüksək keyfiyyətli təhsil olmadan dünyanın heç bir yerində iqtisadi rifah və siyasi stabillikdən söhbət gedə bilməz.

Son olaraq, region ekoloji tənəzzülə qarşı müdafiəsiz olması və aşağı-karbonlu enerjiyə qlobal keçid dövründə karbohidrogenlərdən həddən artıq asılı olmasına bir çarə tapmalıdır. Qərbi Afrikadan Mərkəzi Asiyaya qədər uzanan region dünyanın əhalisi ən sıx olan quraq regionudur.

Yaxın Şərqin üzləşdiyi əsas problemlər bunlardır. Sünni-şiə çəkişmələri, Əsədin siyasi gələcəyi və doktrinal mübahisələr keyfiyyətli təhsil, iş imkanları, müasir texnologiyalar və davamlı inkişafa olan ehtiyacla müqayisədə daha az əhəmiyyətə malikdir. İslam dünyasının bir çox cəsur və qabaqcıl mütəfəkkirləri öz cəmiyyətlərinə reallığı göstərməli, dünyanın digər yerlərindən olan xoşməramlı insanlar isə onlara bunu dinc əməkdaşlıq yolu ilə həyata keçirmələrinə kömək etməlidirlər.

Orxan Hun
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor