RSS
 

Login:
Şifrə:
» » Neft artıq "dəyənək" deyil

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Neft artıq "dəyənək" deyil

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-12-2015, 21:29 | Şərh sayı: (0) | Baxılıb: 320

Neft artıq "dəyənək" deyil


Neft artıq "dəyənək" deyil


2015-ci il neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda yekunlaşmaqdadır - yanvar ayında Brent markalı neftin bir barelinin qiyməti 37 dollardan aşağı düşdü. Sonuncu dəfə bu göstərici yeddi il bundan öncə, 2008-ci ilin dekabr ayında, dünyanı maliyyə böhranının əhatə etdiyi bir vaxtda müşahidə olunmuşdu. Gələcək qasırğanın əlamətləri OPEC-in 4 dekabrda keçirilən sessiyasından sonra yarandı, belə ki, neftin bir barelinin qiyməti 40 dollaradək endi.

OPEC-in hasilat normalarının endirilməsinə dair istəksizliyi və bacarıqsızlığı ötən ildə təşkilatın kartel funksiyalarının əldən verilməsi kimi ilk neft tendensiyasının baş verməsilə nəticələndi. Ötən illərdə neftverən Yaxın Şərqdə baş verən qarşıdurmalar neftin qiymətinin aşağı düşməsi üçün dərhal zəmin yaradardı. Bunun üçün islamçıların dünyaya yayılması, Parisdə törədilən terror aktı və ya Rusiya SU-24 təyyarəsinin Türkiyə tərəfindən vurulması yetərli olardı. 2015-ci ildə isə baş verən hadisələr fonunda ikinci neft tendensiyası - silahsızlaşdırılma yarandı. Enerji bazarı islam aləmində yer alan münaqişələrə reaksiya göstərməyi praktiki olaraq dayandırdı.

8 dekabrda Vyana şəhərində baş tutan OPEC-in sessiyasından öncə Rusiyada bir çoxları kartel üzvü olan ölkələrin neft hasilatı kvotasının endirilməsinə dair razılığın əldə olunacağına ümid bəsləyirdilər, lakin bu arzular puç oldu. Əgər bu razılıq əldə olunsaydı, vəziyyət müəyyən mənada yaxşılaşardı, neftin qiyməti tənzimlənərdi. OPEC-in qərarı ən konservativ gözləntilərdən belə üstün oldu: kartel üzvü olan ölkələr neft hasilatı kvotasını sutkada 30 milyon bareldən 31,5 milyona barelədək qaldırdılar. Səudiyyə Ərəbistanı möhkəm mövqeyini son bir il yarım ərzində də göstərdi: hasilatın azaldılması krallığın maraqlarında deyil.

Səudiyyə Ərəbistanının mövqeyi praqmatik məntiqə və keçmişdən alınan dərslərə əsaslanır. Əsas səbəb odur ki, Səudiyyə Ərəbistanı (əks təqdirdə əsas zərbəni OPEC-də öz üzərinə götürməli olardı) tərəfindən hasilatın azaldılması neftin qiymətinə ciddi təsir göstərməzdi, qiymətlərin qısamüddətli dəyişməsi krallığın bazarda payının azalması baxımından böyük əhəmiyyət kəsb etməzdi. Bununla belə, kartel üzvü olmayan digər istehsalçılar, xüsusilə də ABŞ, bu vəziyyətdən yararlanmağa çalışardı, boş qalan bazara öz məhsullarını ixrac edərdi. Səudiyyə sülaləsinin üzvü, multimilyarder şahzadə Əlvalid bin Talal OPEC-in yayda baş tutan sessiyasından öncə Səudiyyə Ərəbistanının hazırki siyasətinin məğzini yetərincə aydın izah etmişdi: "Hasılatı azaltmaqla Səudiyyə Ərəbistanına iki dəfə artıq zərər dəyərdi: birincisi, istehsalın hesabına, ikincisi qiymətlərin enməsinə görə". Buna bənzər hadisə 1980-ci illərin ilk yarısında artıq Səudiyyə Ərəbistanında baş vermişdi. O zaman o hasilatı rekord həddə - sutkada 10.3 milyon barreldən 3.6 milyonadək endirmişdi, lakin qiymətlərin aşağı düşməsini dayandıra bilməmişdi. Nəticədə, Səudiyyə səltənəti yalnız iyirmi ildən sonra əvvəlki hasilat səviyyəsini bərpa edə bildi, bazardakı payı isə eyni vəziyyətdə qalmağa davam edirdi. İndi Əl Səud sülaləsi keçmiş səhvlərini təkrarlamaq niyyətində deyil.

Bir məqam da var, belə ki, sutkada 30 milyon barelin hasilatının faktiki olaraq qeyri-mümkün olduğu təsdiqlənib, əslində OPEC üzvləri mütəmadi qaydada kvotalara əməl etməyərək müəyyən edilən həddi keçirdilər. Neft ixrac edən ölkələrin təşkilatı əvvəllər də nizam-intizamlılığı ilə fərqlənmirdi, hazırda isə qiymətlərin sürətlə endiyi bir vaxtda heç kim məsuliyyətə cəlb olunmaq və ya vəziyyəti stabilləşdirmək istəmir. Artıq hər kəsin əsl siması üzə çıxdı. OPEC açıq-aşkar öz əsas funksiyası- kvotaların təyin edilməsi və onlara nəzarət etməkdən imtina etdi. Daha dəqiq desək, artıq beynəlxalq kartel kimi fəaliyyət göstərməyəcək.

Əvvəllər də müşahidə etdiklərimizə əsasən bildiririk ki, OPEC-in zəifləməsi neftin qiymətinin kəskin surətdə enməsinə bərabərdir. 1981-1986-cı illərdə neft qiymətlərinin uzunmüddətli endiyi bazarda hasilat göstəricisi 72% təşkil edirdi. Əslində, o vəziyyət beş il davam etdi, hazırki isə bir il yarımdır ki, davam edir və çox güman, bugünkü məzənnə tam dərinliyə çatmamışdır. Bu da öz növbəsində 80-ci illərin rekordunu yeniləmək ehtimalını artırır.

Ötən illərdə müşahidə olunan aşağı məzənnə və hazırkı ilin göstəriciləri arasında bəzi bənzərliklər var. Əvvəllər də olduğu kimi, indi də dünya bazarında neftə təlabatda və təkliflərdə ciddi dəyişikliklər yarandı, bu isə qiymətlərin enməsinə gətirib çıxardı. Əsas səbəblər olaraq şist inqilabı, Çin iqtisadiyyatının yavaşlaması, eyni zamanda enerjinin səmərəli istifadəsinə yönləndirilmiş global mövqe göstərilir. Lakin neftin dinamik şəkildə dəyişməsinin bir xüsusiyyəti var. Bu, mətbuatın hələlik bir o qədər diqqət yetirmədiyi nöqtə - islam dünyasında baş verən münaqişələrin neftin qiymətinə hansı təsiri göstərməsidir.

Beynəlxalq təcrübədə MENA (Middle East and North Africa) adlandırılan regionda ötən illər baş verən müharibə və terror aktları zamanı neft qiymətlərində dərhal artma müşahidə olunurdu. Bu cür əlaqənin - Yaxın Şərqə və neftin qiymətlərinə güc tətbiq etməyin - əsasını konkret tarixi hadisələr qoydu. Onların daha dəqiq tarixini qeyd etmək olar - 6 oktyabr 1973-cü il, məhz tarixin bu günündə Qiyamət günü müharibəsinə başlanılmışdır. Hər şey Yom-Kipur yəhudi bayramı zaman baş verdi, belə ki, Misir və Suriya orduları İsraildən öz ərazisindən 3,5 dəfə böyük bir əraziyə nəzarəti ələ keçirdiyi altı günlük müharibənin qisasını almaq qərarına gəldi. İsrailin qüvvələri ilə müqayisədə Suriya və Misir ordularının zəif olduğunu bilən ərəb liderləri "neft silahı" vasitəsilə hücumlarını artırmağa dair razılaşdılar. Qiyamət günü müharibəsi başlanmazdan öncə Misirin prezidenti Ənvər Sədət və Səudiyyə Ərəbistanının kralı Feysəl neft embarqosunun tətbiqinə dair gizli saziş imzaladılar. Hərbi əməliyyatların başlanılmasından iki həftə sonra Niksonun İsrailə silahın göndərilməsi barədə qərarına cavab olaraq OPEC-in ərəb ölkələri ABŞ-a qarşı neft embarqosunu tətbiq etməyə başladı, daha sonra isə sözügedən embarqo ABŞ-ın müttəfiqlərinə qarşı da tətbiq olundu. Bir neçə gün ərzində kartelin ərəb üzvlərinin hasilatı 25% aşağı düşdü, bu isə neftin qiymətində dərhal öz əksini tapdı. Belə ki, bir barrelin qiyməti bir ay ərzində üç dəfəyədək - 4,08 dollardan 12,45 dollaradək artdı!

Qarşıdurmanın hər mərhələsində münaqişəyə yeni ölkələr cəlb olunurdu. İş o dərəcəyə çatdı ki, SSRİ və ABŞ nüvə silahını istifadə etməyə hazır olduqlarını bildirdilər - dünya səssizliyə qapıldı. Nəticədə yaşamaq instinkti işə düşdü və böhran diplomatik yolla həll olundu. Faktiki olaraq, sözügedən münaqişənin əsas fəsadları iqtisadiyyat və geosiyasətdə özünü büruzə verdi: tarixdə ən böyük neft böhranı və qlobal enerji memarlığının təməlini qoydu. Əgər "Davranış iqtisadiyyatının" kateqoriyaları istifadə olunsa, o zaman 1973-1974-ci illərdə baş verən hadisələri iştirakçılar üçün psixolojı sarsıntı adlandırmaq olar. Vəziyyətin yetərincə gərgin olması, neft məzənnəsinin görünməmiş göstəriciləri enerji bazarını Yaxın Şərqdə baş verən istənilən hərbi münaqişələrə qarşı daha həssas davranmağa vadar etdi.

Əgər neftin məzənnələrinə nəzər salsaq, qiymət artımlarının islam aləmində baş verən münaqişələrlə əlaqəli olduğunu aydın şəkildə görərik. Birinci və ikinci neft böhranları müvafiq qaydada Qiyamət günü müharibəsi (1973) və 1980-ci illərdə başlayan İran-İraq müharibəsilə təhrik olunmuşdu. Qiymətlərin növbəti artımı sıçrayışlar şəklində deyil, daha uzun müddətdə baş verdi (müəyyən fasilələrlə) - 2003-cü ildən 2014-cü ilədək. Bu vəziyyətin başlanması ABŞ-ın 11 sentyabr hadisələrindən sonra İraqda hərbi əməliyyatları başlatmasına təsadüf etdi. Belə çıxır ki, 1973-cü ildən bəri bazar münaqişələr və qeyri-stabilliyin yer almasını gözləyirdi. Bu isə neft ixrac edən ölkələrin xeyrinə idi, çünki regionda tez-tez və ciddi münaqişələr baş verirdi. Hətta OPEC-in kvotalara dair qərarı bir nəticə verməsə belə, regionda baş verən münaqişələr neftin qiymətinin gec, ya da tez artmasına gətirib çıxarırdı.

İŞİD-in Yaxın Şərqdə və Şimali Afrikada sürətlə yayılması heç kəsin öncədən proqnozlaşdıra bilmədiyi əsas hadisələrdən biri oldu. Həqiqətən də, kim təxmin edə bilərdi ki, dini fanatiklərin birləşməsi Levanta və İkiçayarası ətrafındakı ərazilərə nəzarəti ələ keçirərdi, "xilafətin" yaranmasını təntənə ilə qeyd edərdi və Nigeriyadan Filippinə qədər ərazidə yerləşən ölkələrdə hökmranlığını elan edərdi?

Baş verən hadisələrə neft sahəsindən nəzər yetirilsə, o zaman ilk baxışda hər şey yetərincə qorxunc görünərdi. İŞİD üç əsas neft ixrac edən ölkədə əraziləri nəzarət altında saxlayır - İraq, Nigeriya və Liviya. Bundan başqa, təcavüzkar "xilafət" dünyanın əsas neftverən regionu - Fars körfəzi ətrafında da nüfuzunu yaymaqdadır və onun hərbi və iqtisadi vəziyyətinin sabitliyini pozmaqla hədələyir.

Yalnız İŞİD-lə iş bitmir. Ötən ilin sentyabr ayında da üsyançılar - husilər Yəmənin paytaxtı Sənanı işğal etdilər, bundan dərhal sonra isə Səudiyyə Ərəbistanı öz müttəfiqləri ilə birgə onlara qarşı Ərəbistan yarımadasının cənubunda hərbi əməliyyatlara başladı.

Bu münaqişəyə daha çox ölkə cəlb olunmaqdadır - Parisdə törədilən terror aktı, Rusiyanın Suriyaya müdaxiləsi və Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra qarşıdurma regionun hüdudlarından kənara çıxdı. Bir çox əlamətlərə əsasən, bütün bunlar 1973-1974-ci illərdə baş verən vəziyyətə bənzəyir (Yaxın Şərq münaqişəsinin qlobal münaqişəyə dönüşməsi), yalnız bir əlamət istisna olmaqla: dünyanın əsas neft ixrac edən mərkəzi ətrafında baş verən şiddət partlayışlarına rəğmən hazırda neftin qiyməti nəinki artmır, hətta inadla enməyə davam edir (4npress). Əgər son bir il yarım ərzində baş verən münaqişələri və Brent markalı neftin bir barrelinin qiymət trayektoriyasını müqayisə etsək, yuxarıda qeyd olunan vəziyyət aşkar şəkildə nəzərə çarpar.

Bazarı nə sakitləşdirə bildi? Görünür, bunun səbəbi ən bariz nümunəsi şist inqilabı olan qlobal texnolojı innovasiyalar oldu. Bu inqilab neftin qiymətinə iki tərəfdən təsir etdi: birincisi, ümumi neft təchizatı artdı, ikincisi isə əsas ixracat islam dünyasının ölkələrindən ABŞ-a keçdi. Yaxın Şərqdən fərqli olaraq Amerika siyasi cəhətdən sabit ölkədir və vətəndaş müharibəsi, siyasi ekstremizm, mülkiyyətin milliləşdirilməsi və s. qeyri-sabit şəraitlərin təhlükəsinə məruz qalmır.

Nəticə etibarı ilə, qlobal miqyasda bu neftin qiymətinə dair siyasi riskə görə mükafatı endirdi. Ümumilikdə, enerji bazarları daha stabil oldular- onlar artıq siyasi və hərbi burulğanlıqdan daha güclü müdafiə olunub. Müharibə və terror təşvişi arxa plana çəkilib.

Qeyd etmək lazımdır ki, 1970-ci illərdə neft bazarının hərbi münaqişələrə artan həssaslığı yalnız Qiyamət günü müharibəsilə deyil, həm də OPEC ölkələrinin nüfuzunun artması və ABŞ-ın neftin qlobal istehsalında payının azalması ilə üst-üstə düşdü. Məhz 1970-ci illərdə neftin ekspropriasiya edilməsi və dövlət tərəfindən enerji inhisarlarının yaranması baş verdi. Hazırda dünyanın əsas "swing producer" rolu Səudiyyə Ərəbistanından ABŞ-a keçdi.

Müvafiq olaraq, ərəblərin və OPEC-in qiymətə təsir göstərə bilmək ehtimalları tarixi minimuma enib. Onların kvotaları bu il azaltmaq niyyətində olmamaqları buradan irəli gəlir. Lakin OPEC-in zəifləməsi ilə işlər yekunlaşmır - baş verən yeniliklər daha ciddi nəticələrə malikdir. Yanacağın istehsal edilməsində liderlik dövlət inhisarlarından sahibkarlara keçsə, bazar əsası 1970-ci illərdə qoyulan hakim dövlət idarəetmə sistemindən çox fərqlənəcək.

Yeni sistemin konturları artıq daha aydın görünür. Bu məmur və general bazarından çox, müəssisə kapitalisti və alim-ixtiraçı bazarı olacaq. Neft istehsalatının köhnə ənənəyə (çox təəssüf ki, Rusiya da bu ölkələrin siyahısındadır) uyğun təşkil olunduğu bir çox ölkələr üçün yeni sistemə keçid ağrılı olacaq. Şaquli inteqrasiya olunan dövlət korporasiyaları və neft-qaz sektorunun əllə idarə olunan rejimi innovatorların qlobal qovmasına zəif uyğunlaşdırılıb.

Enerji bazarının silahsızlaşdırılması bu ilin ən maraqlı neft tendensiyası oldu. Əgər o davam etsə, bütün neft istehsalçıları üçün uzunmüddətli hadisələrlə nəticələnəcək. Daha çox hansı ölkənin yeni sistemə uyğunlaşa biləcəyini isə qarşıdan gələn il göstərəcək.

Orxan Hun
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor