RSS
 

Login:
Şifrə:
» » Devalvasiya bütün xidmətlərə od vurur

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Devalvasiya bütün xidmətlərə od vurur

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 21:41 | Şərh sayı: (0) | Baxılıb: 931

Devalvasiya bütün xidmətlərə od vurur


Devalvasiya bütün xidmətlərə od vurur


Manatın «üzən məzənnə»yə keçməsi bazarı iflic edib


Manat avro və dollar qarşısında dəyər itirməyə davam edir. Dolların dünən də kursunda bahalaşma müşahidə olunub. Mərkəzi Bankın dünənə olan rəsmi məlumatına görə, dolların rəsmi məzənnəsi 1.5540-a çatıb. Bir gün əvvəl isə bu rəqəm 1.5528 manat olub. Avronun məzənnəsində də yüksəliş qeydə alınıb. Ötən gün 1.6974 manata olan avro 1.7043-ə yüksəlib.
Azərbaycanda internet tarifləri artacaq

internet2

“Delta-Telekom” şirkəti Azərbaycan bazarında xidmətlərinin qiymətlərini stabil saxlamaq üçün maksimum dərəcədə çalışır. Lakin eyni zamanda qiymət artımının olmaması təkcə müəssisədən asılı deyil. Belə ki, artıq uzun müddətdir ISP (internet xidmətləri təminatçısı) və digər işlədicilərin müəssisəyə külli miqdarda borcları yaranıb”. Bunu “Report”un sorğusuna cavab olaraq “Delta-Telekom”dan bildiriblər.

“Delta-Telecom”dan əlavə ediblər ki, müştəriləri vaxtı-vaxtında ödənişlər aparmır: “Buna görə də bütün işlədicilərdən xahiş edirik ki, müəssisəmizə olan borcları dərhal ödəməklə yanaşı, aylıq ödənişləri də vaxtında aparsınlar. Əks təqdirdə çevrilmə faizi dəyişdiyinə görə və müqavilənin müvafiq bəndlərinə uyğun olaraq, gecikmiş ödənişlər üçün cərimə faizi tətbiq ediləcək”.

Daha sonra internet provayderi əlavə edib ki, “Delta-Telekom” internetin əsas hissəsini Avropanın “Tier1″ operatorlarından (”TeliaSonera”, “GlobeInternet”, “Level 3″, ”GlobalCrossing”, “Tinet” provayderləri) alır və xidmətlərə görə ödənişlər avro və dollarla aparılır. Eyni zamanda, internetin yüksək keyfiyyətinin təmin edilməsi üçün “Delta-Telekom” ən azı üç istiqamətdən xarici böyük tutumlu tranzit kanallar icarəyə götürüb və ödənişlər aylıq qaydada dollar və avroda həyata keçirilir.

Sadalanan amilləri nəzərə alaraq, Azərbaycanda tezliklə internet tariflərinin də artacağını gözləmək olar.

Qızıl bazarında qiymətlər kəllə-çarxa çıxdı

qizil-lombard

Qızıl-zinət əşyalarının qiyməti xeyli bahalaşıb. Qızıl mağazalarında aparılan araşdırma bunu deməyə əsas verir.

Bakının ən böyük ticarət mərkəzlərindən birində qızılın qiyməti 50%-ə yaxın qalxıb. Qızıla olan tələbat əvvəlki günlərə, yəni devalvasiyadan öncəyə nisbətən xeyli azalıb, bu da qiymətlərin bahalaşmasından irəli gəlir.

Satıcı, eyni zamanda zərgər Kənan Babayev deyir ki, bazarda alıcı qüvvəsi xeyli azalıb: “Birinci devalvasiyadan sonra onsuz da qızıl alanın sayı azalmışdı, amma bu qədər də yox. Artıq neçə gündür, demək olar, qızıl alan yoxdur. Gündə bir dəst qızıl satanda sevinirik. Əslində camaatı da başa düşürük. Amma belə olmaz axı. Bizim alverimiz yoxdur, vergi ödəyirik, icarə haqqı veririk. Heç olmasa icarə haqqını, vergi pulunu azaltsınlar”.

Qızıl almaq istəyən Nazilə Ismayılova qızıl almaqda gecikdiyinə görə çox təəssüflənir.

“Ötən həftə gəlib baxmışdım qızıllara. Dedim, qoy gəlin də yanımda olsun. Bu gün də gəlinlə gəldim, qiymətlər iki dəfə qalxıb. Yəqin ki, qənaət etməli olacam. Hər şey almağa imkanın olmayacaq”,- deyə alıcı bildirib.

samir-eliyev-iqtisadci

Iqtisadçı ekspert Samir Əliyev deyir ki, devalvasiyadan sonra qızılın qiymətinin artması, əslində, gözlənilən idi: “Qızıl ölkəmizə idxal olunan məhsuldur, yerli deyil, ona görə də qiymətinin iki dəfə artması məlum idi. Amma inanmıram ki, bu, uzun müddət davam edər, çünki manatın dəyərini itirdiyi və qiymətlərin qalxdığı bir vaxtda qızıl sahəsində alıcılıq dəyəri azalacaq. Indi insan öncə fiziki tələbatlarını ödəmək üçün lazım olanları alır, yalnız kiminsə artıq pulu olarsa, o, qızıl alar, əks halda, bu dəqiqə kimsə qızıl hayında deyil” (Anspress).

Mərkəzi Bank bankirləri toplayıb

merkezibank

Dünən Mərkəzi Bankda ölkənin kommersiya banklarının Idarə Heyətinin sədrləri ilə görüş keçirilib. Görüşdə milli valyutanın “üzən məzənnə” rejiminə keçirilməsindən sonra bank sektorunda yaranmış vəziyyət, dollarla götürülmüş kreditlərin qaytarılmasındakı çətinlikliklər, bununla bağlı əhali arasında yaranmış narazılıq, vəziyyətdən çıxış yolları müzakirə olunub. AMB-dən o da bildirilib ki, görüşə bütün bank rəhbərləri deyil, kredit qoyuluşunda əhəmiyyətli payı olan, sistem əhəmiyyətli bankların sədrləri dəvət olunub (fins.az).

Bankomatlarda dollar qıtlığı gözə çarpır

bankomat

Son devalvasiyadan sonra bankomatlardan dollar nağdlaşdırmaq çətinləşib. “Azadlıq” radiosu ilə əlaqə saxlayan Bakı sakinləri bankomatlardan dollar nağdlaşdıra bilmədiklərini deyirlər. Özəl səbəblərdən adının açıqlanmasını istəməyən sakin deyir ki, dekabrın 25-də “Bank Standard”a məxsus bankomatlardan dollar çıxara bilməyib. Bunun səbəbini öyrənmək üçün banka müraciət edən vətəndaşa isə belə deyiblər: “Hazırda bankomatlara dollar doldurulmur. Müəyyən məhdudiyyətlər var”.

Bankdan onu da bildiriblər ki, şəxsiyyət vəsiqəsini götürüb pulunu filiallardan əldə edə bilər.

“Banklar qorxur…”

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, banklar devalvasiyanın 3-cü dalğasından və müştərilərin ödəniş qabiliyyətsizliyindən qorxur: “Qeyri-müəyyənlik çoxdur. Əsas səbəb də elə odur”.

Ekspert belə davranmaqla bankların qanunvericiliyi pozmadığını söyləyir: “Onların yalnız manatla əməliyyat aparmaq vəzifəsi var. Hər hansı xarici valyutadan istifadə edib-etməmək öz işləridir”.

“Fitch” 5 bankın reytinqini qiymətləndirib

fitch

Bəzi banklar kapitalın adekvatlığı əmsalı normativini pozma riski ilə üzləşib.

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) kredit reytinqini “BB”, reytinq müşahidəsini isə “Pozitiv” təsdiq edib. Bundan başqa, Agentlik “Dəmirbank” ASC, “Atabank” ASC və “AGBank” ASC-nin kredit reytinq müşahidəsini “neqativ” kimi təsdiqləyib. “Unibank” ASC-nin kredit reytinqi “B” səviyyəsində saxlanılıb, proqnozu isə “stabil”dən “neqativ”ə endirilib.

Adı çəkilən 5 bankın reytinqləri barədə qərar “üzən məzənnə” rejiminə keçidlə əlaqələndirilib. Bu qərarın, ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən bankların xarici valyutada aktivlərində yaranan risklərdən dolayı kapitallarının adekvatlıq əmsalının azalmasına ciddi təsiri edəcəyi qeyd olunur.

“Fitch”in hesabatında bildirilir ki, bəzi banklar kapitalın adekvatlığı əmsalı normativini pozma riski ilə üzləşib: “Yəqin ki, bu bankların səhmdarlarına kapitallarını artırmağa və onu normativə uyğunlaşdırmağa zaman veriləcək. Bu fikirlər fevral ayında baş verən devalvasiya zamanı formalaşıb. Bundan başqa, Mərkəzi Bank kommersiya banklarının kapitalın adekvatlıq əmsalını 12%-dən 10%-ə endirib, bu da onlara ilin sonuna qədər bu əmsala çatmaqlarına imkan verəcək”.

Agentlik bank sektorunda kredit portfelinin dollarlaşması (devalvasiyadan sonra sektorun 60%-i) səbəbi ilə aktivlər üzərində təzyiqləri nəzərə alaraq bildirib ki, kreditalanların xarici valyutada gəlirləri məhdudlaşıb (“Report”).

Rəsmi servislər qiymətləri artırdı

avtotemir

Dolların bahalaşması avtomobillərin qiymətləri ilə yanaşı ehtiyat hissələrinin və servis xərclərinin artmasına səbəb olub. Bəzi rəsmi dilerlə ehtiyat hissələrini bahalaşdırsa da, servis qiymətlərini qaldırmayıb. Bəzi servislər isə həm ehtiyat hissələrin, həm də xidmətlərin qiymətlərini artırıb.

70 manatlıq yağdəyişmə indi 85 manat olub

“Hyundai Avtoservis” artıq qiymətlərin artıdığı bildirir. Servisdən verilən məlumata görə, xidmətlərdə 20%-ə yaxın artım var. Məsələn, əvvəl 2015-ci il model 2.4 l həcmli “Hyundai Sonata” üçün yağdəyişmə 70 manat idisə, hazırda bu xidməti göstərmək 85 manatdır. “Accent” və “Elantra” modellərində yağdəyişmə isə 60 manatdan 70 manata kimi bahalaşıb.

“KIA”ların ehtiyat hissələri 30-40% bahalaşıb

“KIA Servis” də ehtiyat hissələrinin bahalaşdığını etiraf edib. Servisdən verilən məlumata görə, hazırda xidmətlərə görə 10% endirim edilsə də, ehtiyat hissələri 30-40% bahalaşıb. Hazırda anbarda olan ehtiyat hissələri də yeni qiymətlə satılır. Məsələn, əvvəl 70 manata satılan “Kia Serato” avtomobilinin ön təkərlər üçün tormoz astarları hazırda 101 manatdır. Amortizatorlar da 30% bahalaşıb. Məsələn, “KIA Optima” modelinin amortizatorları 125 manat idisə, indi 162,50 manata satılır. Yağ filtiri 4 manatdan 5 manata kimi, lampalar 9 manatdan 12 manata kimi bahalaşıb. Servisdən bildirirlər ki, dolların bahalaşmasından sonra satış 50% aşağı düşüb.

“Toyota”ların ehtiyat hissələri 25 % bahalaşdı

“Toyota Bakı Mərkəzi” də servis qiymətlərini qaldırmasa da, ehtiyat hissələrini bahalaşdırıb. Şirkətdən verilən məlumata görə, ümumilikdə bütün ehtiyat hissələri 25% bahalaşıb. Ehtiyat hissələri mağazasında bildirilib ki, mühərrik yağları 8,50 manatdan 10 manata kimi, yağ filtiri isə 7,50 manatdan 10 manata kimi bahalaşıb.

“Nurgün Motors” hələlik köhnə qiymətlərlə işləyir

“Nurgün Motors” şirkətindən isə digərlərindən fərqli olaraq hələlik bahalaşmadığını deyir. Şirkətdən verilən məlumata görə, hazırda anbarda olan ehtiyat hissələrinin köhnə qiymətlə satışı davam edir. Bundan əlavə servis qiymətləri də artırılmayıb (fins.az).

Bir bank müştərilərinə güzəşt etdi

Məlumata görə, “Turan Bank”ın Gəncə filialında müştərilərə yeni təklif edilib. Belə ki, bank əməkdaşları dollarla krediti olanlara zəng edib 1.30 manatla kreditlərini bağlamağı təklif edirlər. Bank əməkdaşı bildirib ki, kim istəsə 1.30 manatla kreditini tam bağlamaq mümkündür .

banker.az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor