RSS
 

Login:
Şifrə:
» » Dəmirdaşın Rusiya səfərinin pərdəarxası məqamları...

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dəmirdaşın Rusiya səfərinin pərdəarxası məqamları...

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-12-2015, 12:25 | Şərh sayı: (0) | Baxılıb: 232

Dəmirdaşın Rusiya səfərinin pərdəarxası məqamları...


Dəmirdaşın Rusiya səfərinin pərdəarxası məqamları...


HDP liderinin səfəri ciddi narahatlıq doğurub; Rusiya Türkiyəyə qarşı bu kartdan istifadə edəcəkmi?


Mirmahmud Mirəlioğlu: “Rusiya PKK-nın yaradılmasında birbaşa iştirak edib”

Şahin Cəfərli: “Kürd dövlətinin qurulmasını əngəlləmək mümkün deyil”

Türkiyə-Rusiya münasibətlərində davam edən “soyuq müharibə” qardaş ölkənin xaricində olduğu kimi, daxilində də düşmənlərinin əlinə fürsət verdi. Tarix boyu daim Türkiyədə qarışıqlıq yaratmağa çalışan kürdlərin siyasi qurumu olan Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirdaşın Moskva səfəri bir çox gizli məsələləri ortaya çıxardı.

Göründüyü kimi, kürdlər bir daha öz əsl kimliklərini sübut etdilər. HDP liderinin Moskva açıqlamalarından sonra bu qənaətə gəlmək olar ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən keçən müddət ərzində şimal qonşumuza bu qədər açıq şəkildə dəstək verən olmamışdı. Qardaş ölkə üçün bundan böyük xəyanət ola bilməzdi. Sonda yenə də Türkiyəyə arxadan xain zərbə öz vətəndaşı olan milyonlarla toplum tərəfindən gəldi. Kürdlərin lideri hər iki ölkə arasındakı gərgin münasibətlərə səbəb kimi Türkiyəni göstərməklə yanaşı, açıq şəkildə Rusiya prezidenti Putinə haqq qazandırdı, Rusiya ilə yaxın münasibətlərin vacibliyindən söz açdı.

HDP liderinin Moskva səfəri, keçirdiyi görüşlər, verdiyi açıqlamalar təkcə Türkiyə daxilində deyil, ölkəmizdə də ciddi narahatlıq və qəzəb doğurub. Ekspertlər kürdlərin qardaş ölkə daxilində fəallaşacağını ehtimal edirlər. Bu isə, gələcək baxımından Türkiyə üçün fəlakətlər yarada bilər.

Daim Türkiyəyə açıq dəstək verən ölkəmizin siyasi qurumlarından olan KXCP sədri Mirmahmud Mirəlioğlu S.Dəmirdaşın mövqeyindən təəccüblənmədiklərini qeyd etdi: “Onun mövqeyi tamam fərqli olsaydı, o zaman təəccüb edərdik. PKK-nın yaradılmasında Rusiyanın birbaşa iştirakını nəzərə alsaq, bu tam təbii məsələdir. Dəmirdaşın əlinə fürsət düşüb ki, böyüklərini ziyarət etsin, onların əlini sıxsın, yaxud öpsün. Bu tarixi siyasətin davam etdirilməsinin göstəricisidir. Rusiyanın əlinə şans düşüb ki, kürdlərin arxasında olduqlarını göstərsin. Tarixən bu belə olub. Rusiya PKK-nın yaradılmasında birbaşa iştirak edib. Hətta Azərbaycan əsilli şəxslər də bu məsələlərdə yardımçı olublar. Artıq 40 ilə yaxındır ki, mücadilə gedir. Nə qədər ki, bunların baş cəlladı İmranlıdadır, proseslər davam edəcək. Türkiyənin hazırkı hakimiyyətinin yürütdüyü siyasətin məntiqi nəticəsidir ki, bunlar parlamentə düşə bilirlər. Əvvəl dağlarda döyüşürdülər, indi isə qanunverici orqanda da döyüşürlər. Ərdoğanın yarıtmaz siyasətinin bariz nümunəsidir. İndiyə qədər PKK məsələsi ilə bağlı 30 mindən artıq şəhid verilib, hər gün də şəhidlər verilir. Rusiya daim bu məsələlərin arxasında dayanıb. İndinin problemi deyil. Putin sadəcə tarixdən süzülüb gələn məkrli siyasəti davam etdirir. Bunun üçün də Türkiyə daxilindəki satqınlardan istifadə edir. Rusiya dünya siyasətində daim ədalətsizliyin yanında olub. Bu Suriya, Ermənistan-Azərbaycan və digər məsələlərdə davam edir. Biz daim Türkiyəni dəstəkləmişik”.

Politoloq Şahin Cəfərli HDP liderinin səfərinin indiki vəziyyətdə daha çox müzakirə mövzusuna çevrildiyini bildirdi: “Əvvəlcə onu qeyd etmək istərdim ki, Səlahəddin Dəmirdaşın Türkiyə-Rusiya münasibətlərinin gərginləşdiyi bir dövrdə Moskvaya səfəri bu hadisəyə lazım olandan daha artıq əhəmiyyət verilməsinə səbəb olub. Halbuki belə səfərlər ilk dəfə deyil ki, baş verir. Dəmirdaş ötən il Rusiya ilə Türkiyə arasında münasibətlərinin yüksək səviyyədə olduğu dövrdə də Moskvaya səfər etmişdi. Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanovla, digər rəsmi şəxslərlə və Rusiyadakı kürd icmasının nümayəndələri ilə görüşlər keçirmişdi. Lakin budəfəki səfər hər halda istər dəyişən geosiyasi durum, istərsə də, Rusiya-Türkiyə münasibətlərində yaranan ciddi problemlər səbəbindən əvvəlkindən daha çox diqqətəlayiqdir. Üstəlik, Dəmirdaş xarici işlər naziri Sergey Lavrov səviyyəsində qəbul olunub. Bu faktla Moskva Ankaraya nümayiş etdirir ki, Türkiyə daxilində, ümumən bölgədə mövcud olan kürd problemi ilə maraqlanır və bu məsələdən Türkiyəyə qarşı istifadə edə bilər. Paralel olaraq, Rusiya Suriyadakı kürd qruplaşması Demokratik Birlik Partiyası (PYD) ilə yaxın əməkdaşlıq qurub, hətta Moskvanın bu qruplaşmanın silahlı qanadı Xalq Qoruma Birliklərinə (YPG) hərbi yardım göstərdiyi barədə məlumatlar gəlir. Hazırda Suriyanın şimalında, Türkiyə ilə sərhəd xəttinin böyük hissəsinə məhz PYD nəzarət edir. PYD-nin nəzarətindəki Afrin və Kobani kantonları arasında qalan Cerablusdakı 90 kilometrlik zolaq isə İŞİD-in nəzarətindədir. PYD həmin zolağı da ələ keçirərək, Afrin və Kobanini birləşdirmək niyyətindədir və məsələdə Rusiyanın dəstəyinə ümid edir. Yaxın vaxtlarda PYD qüvvələrinin Rusiya aviasiyasının fəal dəstəyi ilə Cerablus istiqamətində hücuma başlayacağı barədə məlumatlar var. Əgər həmin 90 km-lik zolaq da kürdlərin əlinə keçərsə, Türkiyənin Suriya ilə əlaqəsi kəsiləcək və Ankaranın orada cərəyan edən hadisələrə təsir imkanları minimuma enəcək. Bu səbəblə Türkiyə PYD-nin Fərat çayının qərbində yerləşən həmin bölgəni ələ keçirmək cəhdini savaş səbəbi (“casus belli”) sayacağını rəsmən elan edib. PYD-nin Rusiya aviasiyasının köməyi ilə Cerablusa hücumunun Türkiyə və Rusiya arasındakı gərginliyi daha artıracağı şübhəsizdir”.
Politoloq HDP-nin əsas məqsədinin Türkiyə daxilində muxtariyyat qazanmaq olduğunu söylədi: “HDP tərəfinin məqsəd və məramına gəldikdə isə, Türkiyədəki kürd separatizminin yaxın perspektiv üçün minimum planı ölkə daxilində muxtariyyətə nail olmaqdır. Bu məqsədin reallaşdırılması üçün Türkiyə dövlətinə daxildən terror və siyasi üsullarla təzyiq göstərməklə yanaşı, həm də beynəlxalq dəstək qazanmaq zəruridir. HDP liderlərinin ABŞ-a, Avropa İttifaqının mərkəzi Brüsselə və Rusiyaya intensiv səfərlərinin əsas məqsədi budur. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin siyasi dəstəyini əldə etmək kürd separatizmini öz məqsədlərinə yaxınlaşdıra bilər. Bu səbəblə analoji səfərlərin və təmasların davam edəcəyini söyləyə bilərik”.

Ş.Cəfərli təhlükəni önləmək üçün qardaş ölkənin lazımı addımlar atacağını düşünür: “Türkiyə həm içəridə, həm də beynəlxalq müstəvidə özünü qorumaq üçün zəruri addımları atır və atacaq. Hazırda ölkənin bəzi şərq və cənub-şərq vilayətlərində son illərin ən böyük hərbi əməliyyatı keçirilir. PKK son aylarda həm muxtariyyət planını reallaşdırmaq, həm də bəzi xarici oyunçuların sifarişi ilə Türkiyənin diqqətini bölgədəki məsələlərdən yayındırmaq məqsədilə İraq-Suriya sərhədindəki bir sıra rayon mərkəzlərini faktiki olaraq nəzarətə götürüb. Türkiyənin cənub-şərqini, belə demək mümkündürsə, “suriyalaşdırmaq” və beynəlxalq birliyin diqqətini bu məsələyə cəlb edərək, Türkiyədəki kürd məsələsini beynəlxalq gündəmə daşımaq niyyəti güdülür. Dövlət bu təhlükəli planları boşa çıxartmaq üçün ağır hərbi texnika və xüsusi təyinatlıları cəlb edərək həmin rayon mərkəzlərində sərt təmizləmə əməliyyatına başlayıb. Siyasi addımlara gəldikdə isə, Türkiyənin İraqın şimalındakı kürd idarəçiliyinin başçısı Məsud Bərzani ilə yaxın əlaqələr qurmasını gələcəyə hesablanmış ağıllı addım kimi qiymətləndirmək olar. Onsuz da bölgədə kürd dövlətinin qurulmasını bu mərhələdən sonra əngəlləmək mümkün deyil. Bu baxımdan daha əvvəl bu məsələni özünün “qırmızı cizgisi” elan etmiş Türkiyənin reallığı qəbul edərək gələcəkdə qurulacaq kürd dövlətinin nüvəsini təşkil edəcək Şimali İraqdakı de-fakto dövlətlə sıx münasibətlər yaratması rasional addımdır. Bu yolla Türkiyə həm bölgədəki bütün kürd qruplarının birləşməsini və Türkiyə əleyhinə hərəkət etməsini, həm də gələcəkdə yaranacaq kürd dövlətinin anti-Türkiyə mahiyyəti daşımasını qabaqcadan əngəlləmiş olur”.

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor