RSS
 

Login:
Şifrə:
» » Azərbaycanın son 2 ayı - "MTN işi", yanğın, devalvasiya...

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Azərbaycanın son 2 ayı - "MTN işi", yanğın, devalvasiya...

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-12-2015, 10:03 | Şərh sayı: (0) | Baxılıb: 810

Azərbaycanın son 2 ayı - "MTN işi", yanğın, devalvasiya...


Azərbaycanın son 2 ayı - "MTN işi", yanğın, devalvasiya...


Bu cür hadisələrin cəmiyyətə hansı mənfi təsirləri ola bilər?
Azərbaycan cəmiyyəti son iki aydır demək olar ki, hər gün gərginlik içərisindədir. Öncə MTN-də baş verən hadisələr üzə çıxdı. Bunun ardınca isə cəmiyyət Nardaran hadisələri, daha sonra “Günəşli” yatağında baş verən faciəvi yanğından sarsıldı. Bu hadisələr sonrası insanlar yenicə toparlanıb Yeni ilə hazırlaşarkən isə gecə ilə manatın kəskin devalvasiyası baş verdi və əhali bir gecədə gəlirlərinin 50 faizini itirdi.

Bu cür sensasion gəlişmələrin cəmiyyətə hansı təsirləri ola bilər?

Məsələ ilə bağlı musavat.com-a danışan psixoloq Dəyanət Rzayev bildirib ki, ölkədə cinayət hadisələrinin sayı artacaq: "“Psixoprofilaktika” deyilən bir anlayış var. Misal üçün, cinayət baş verməzdən öncə onun qarşısını almaq tədbirləri görülməlidir. Öncə məsələyə bu cür yanaşaq ki, evdə uşaq hansısa bir ərköyünlük edən zaman onun qarşısını öncədən alarsaq, gələcəkdə onun davranışında bu proses daha da dərinləşməz. Cəmiyyətdə də eyni ilə belədir. Ümumi götürdükdə, Azərbaycanda son 70 gündə baş verən hadisələr, əhalinin psixologiyasına olduqca böyük zərbə vurub. Hələ ki bunu bir o qədər də hiss etmirik. Çünki proseslər yeni başlayıb. Fəsadlar daha sonra hiss olunacaq. Üç fakt var ki, bu cəmiyyətləri uçuruma aparır: ümidsizlik, qorxu və qeyri-müəyyənlik. Azərbaycan xalqı bu gün sadaladığım faktların üçünü də yaşayır. Bütün hər kəsdə bu dəqiqə qorxu var. Deyirlər, görəsən, hadisələr necə inkişaf edəcək, başımıza nə gələcək? Elə bu sualdan da qeyri-müəyyənlik yaranır. Başlarına nəyin gələcəyini bilmirlər. Nəyinsə də yaxşıya doğru dəyişəcəyinə ümid etmirlər. Buna görə də ümidsizdirlər".

Psixoloq bildirib ki, hətta müharibə olan zaman belə, insanlarda heç olmasa, sabaha ümid olur: “Ümid edirlər ki, qələbə çalacaqlar və hər şey düzələcək. Azərbaycan cəmiyyətinin indiki duruma düşməsinin başlıca səbəblərindən biri də aldanmasıdır. Hər kəs düşünürdü ki, MTN təmiz strukturdur. Orada heç bir qayda pozuntusu, korrupsiya faktoru ola bilməz. Ancaq yaşananlar bunun əksini göstərdi. Devalvasiya zamanı da həmçinin Mərkəzi Bankın sədri televiziya vasitəsilə bildirdi ki, manat ucuzlaşmayacaq, ancaq ucuzlaşdı. Tutalım insanlar bir günə 10 manat qazanmışdılarsa, səhər yuxudan dururlar ki, bu pul 5 manat olub. Bu da əlavə gərginliklər yaradır. Hazırda cəmiyyətin həyatında bir problem də budur ki, savadlı təbəqənin bir çoxu xaricə köçür. Bunun özü də cəmiyyətin gələcəyi üçün mənfi haldır. Baş verən hadisələrdən sonra ölkədə cinayətlərin sayı artacaq. İnsanlar düşünürlər ki, tutulsaq həbsxanada hazır yemək yeyəcəyik. Bax bunun özü artıq faciədən xəbər verir”.

Sosioloq Əhməd Qəşəmoğlu musavat.com-a açıqlamasında bildirib ki, ölkədə hazırda bir o qədər də sosial gərginlik hiss olunmur: “Sadəcə, insanlarda bir ruh düşkünlüyü var. Bunun nəticəsində isə insanların səhhətində problemlər olacaq. Hazırda hökumət də bu problemlərin qarşısını almaq üçün təcili stimullaşdırıcı tədbirlər keçirməlidir. Ən qorxulu şey ümidə dəyən ziyandır. Hiss olunur ki, dövlət də bu istiqamət üzrə hansısa proqramların üzərində işləyi”.

Bu proseslərə mətbuat nümayəndələri bir qədər fərqli yanaşırlar. Mətbuatın işi cəmiyyətlərdə baş verən hadisələrdən yarandığı üçün sensasion gəlişmələr zamanı mətbuat nümayəndələri həm də iş gərginliyi içərisində olurlar.

Mövzu ilə bağlı hafta.az saytının redaktoru Səbinə Əvəzqızının fikirlərini aldıq. O, aşağıdakıları söylədi:

“Bilirsiz, yadıma müxbir işlədiyim dövrlər düşdü. Bir ara siyasi kriminal xəbərlər üzrə materiallar hazırlayırdım. Hadisə baş verən kimi elə sevinə-sevinə gedirdim ki... Bir gün redaksiyadaydım, xəbər gəldi ki, parkda iki vəzifəli şəxsin uşaqları bir-birini bıçaqlayıb. Yerimdən od kimi götürülüb sevincək gedirdim ki, birdən dedilər ölüm yoxdur. Mən də dedim sevinmişdim ki, qətl olub. Sonra öz dediyimdən özüm də qorxdum. Biz media əhli təbii ki, hadisə, yenilik axtarırıq. Durğunluq heç işimizə gəlmir. Çünki hadisə olmayanda gərək gündəmi özümüz yaradaq. Bu da asan məsələ deyil.

MTN hadisələri açılan zaman artıq cəmiyyət itirdikləri xəbərləri oxuyurdu. Yəni məlum oldu ki, onun ölkəsində sahibkarların, dolayısıyla onun iqtisadi durumunun başına hansı oyunlar gəlibmiş. Neftçilərin şoku isə hələ də davam edir. Bu sahədə həm cəmiyyət, həm insan olaraq itkilərimizi heç nə ilə müqayisə edə bilmərik. İnanmıram ki, hansısa media rəhbərini bu xəbərlərə görə tutduğu İP-lər sevindirsin. Bəlkə də var, heç kimin yerinə söz vermək istəməzdim".

S.Əvəzqızı bildirib ki, devalvasiyaya gəldikdə, bu burulğan vətəndaşlarla birlikdə bizi də içinə çəkdi:

“Təbii ki, yeni gündəm yaratdı, ortaya xeyli mövzu çıxdı. Məsələn, 2-3 gündür bizim müxbirlər devalvasiyaya məruz qalan yerlərdən reportaj hazırlayacaqlar deyə demək olar ki, ofisə gəlib çıxa bilmirlər. Həm işin, həm də şəxsi maddi çətinliklərimizin gərginliyi altındayıq. Bir sözlə, son 70 gündə işdə templər artan xətlə inkişaf edir. Cəmiyyətin nəsə qazandığını isə görmürəm. Yalnız Nardaran hadisələrində gələcəyə ümidlə baxıram. Təbii ki, orada itirdiyimiz 7 nəfəri öz ailəmdən itki kimi qəbul edərək içimi acıdır. Lakin ümidliyəm ki, bu proseslər daha böyük itkilərin qarşısını alıb”.

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor