RSS
 

Login:
Şifrə:
» » Ermənistanın “atəşkəs bitdi, müharibə başlayır” hədəsinə Bakıdan cavab gəldi

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Ermənistanın “atəşkəs bitdi, müharibə başlayır” hədəsinə Bakıdan cavab gəldi

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-12-2015, 09:04 | Şərh sayı: (0) | Baxılıb: 235

Ermənistanın “atəşkəs bitdi, müharibə başlayır” hədəsinə Bakıdan cavab gəldi


Ermənistanın “atəşkəs bitdi, müharibə başlayır” hədəsinə Bakıdan cavab gəldi


XİN: “İşğalçı tərəf torpaqları azad edənə qədər sülhdən danışmaq mümkün deyil, müharibə 20 ildir davam edir”; Zahid Oruc: “Atəşkəsi biz pozuruq və düz də edirik”
Müdafiə Nazirliyi: “Onsuz biz heç vaxt deməmişdik ki, müharibə qurtarıb”
Son günlərdə təmas xəttində gərginliyi süni şəkildə artıran, hətta prezidentlərin Bern görüşünün keçirildiyi saatlarda da atəşi dayandırmayan işğalçı Ermənistan artıq açıq şəkildə Azərbaycanı müharibə ilə hədələməyə başlayıb. Düşmən ölkənin Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyanın “artıq atəşkəs sazişi qüvvədən düşüb” bəyanatı da İrəvanın öz havadarlarına arxalanaraq Azərbaycanı böyük savaşa cəlb etmək niyyətindən xəbər verir.

Düzdür, Azərbaycan vaxtaşırı bəyan edib ki, düşmən işğal olunmuş ərazilərimizdən çəkilməyincə müharibənin başa çatdığını demək olmaz. Lakin əraziləri on illərdir işğal altında olan Azərbaycan üçün bu, nə qədər haqlı mövqedirsə, işğalçı ölkənin müharibə təhdidi ilə danışması artıq düşmənin həyasızlığının bariz nümunəsidir. Hovhannisyanın “Azərbaycanla atəşkəs sazişinin pozulduğu”na dair bəyanatında daha sonra deyilir: “Bu gün bir döyüşün içindəyik. Çünki atəşkəs sazişi qüvvədən düşüb. Azərbaycan tank, top, zenit kimi mövcud olan bütün silahlardan istifadə edir”.

Erməni tərəf işğalçı mahiyyətini arxa plana keçirməkdən ötrü Azərbaycanın özünü belə günahkar çıxartmağa cəhdlər edir. Əslində bu cür aqressiv davranış gözlənilən idi.

Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir nəticə əldə olunmamasından sonra Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağa, prezident Serj Sərkisyanın isə Moskvaya yollanması da hansısa planlardan xəbər verirdi. Görünür, düşmən ölkə havadarlarından aldığı təlimat əsasında hərəkətə keçib.

Moskvada KTMT (Kollektiv Təhlükəsilzik Müqaviləsi Təçkilatının) iclasında quruma sədrliyi alan Ermənistan prezidentinin son sayıqlamaları da vəziyyəti gərginləşdirməyə xidmət edir. Hətta Sarkisyan KTMT üzv olan ölkələri Azərbaycanı açıq və gizli şəkildə dəstəklədikləri üçün tənqid edib. “Sözsüz ki, hər bir ölkənin öz maraqları, öz prioritetləri var, amma bu təşkilatın üzv ölkələrinin ümumi maraqlarına və ümumi vəzifələrinə qarşı qoyulmamalıdır. Azərbaycan Silahlı Qüvvələri hər dəfə bütün kalibrli silahlardan, minaatanlardan və artilleriya qurğularından Ermənistana qarşı atəş açanda, onlar Astana, Düşənbə və Bişkekə, Moskva və Minskə atəş açırlar”, - Sərkisyan deyib.

Erməni prezident hətta KTMT-ni də şantaj edib. “Xatırladım ki, bizim nizamnamədə müvafiq maddə var. Əgər biz bu maddəni tətbiq etmiriksə, yaranan vəziyyəti müzakirə etmiriksə, telefonun dəstəyini götürüb müttəfiq Ermənistanda nə baş verdiyi ilə maraqlanmırıqsa, bununla yanaşı, hələ beynəlxalq təşkilatlarda müttəfiqə qarşı səs veririksə, üçüncü ölkə ilə mətni KTMT üzrə müttəfiqinə qarşı olan iki tərəfli deklarasiyalar qəbul ediriksə, biz bütün təşkilatımızı, onun nüfuzunu, onun mahiyyətini bu atəşlərə məruz qoyuruq” - deyib.
Hansı ki, sözügedən maddələr yalnız Ermənistana təhdid və təhlükə ola biləcəyi halında tətbiq oluna bilər. Lakin Azərbaycan indiki halda Ermənistanın işğal etdiyi əraziləri azad etmək istəyir və Ermənistanın sərhədlərinə təcavüz etmək niyyətində deyil. Ancaq bəzi müşahidəçilər hesab edir ki, vəziyyət belə davam edərsə, Ermənistan özünün mövcudluğunu da sual altında qoymuş olacaq.



Azərbaycanın Müdafiə Nazirliyi düşmənin müharibə ilə bağlı hədələrini cavablandırıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ordusunun sərəncamındakı silahlardan istifadə olunsa, ermənilərin itkisi onların ağlına gələ bilməyəcəyi qədər çox olacaq: “Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, Ermənistan Ordusu nə qədər atəşkəsi pozmağa davam edəcəksə, nə qədər yaşayış məntəqələrimizi, dinc sakinləri atəşə tutacaqsa ona daha çox və daha iriçaplı üstün silahlarla cavab zərbələri endiriləcək. Silahlı Qüvvələrimizin sərəncamındakı silahların dağıdıcı gücü, tətbiq dərinliyi, dəqiqliyi bundan dəfələrlə artıqdır. Erməni tərəfi də bunu yaxşı bilir. Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, ehtiyac yaranarsa, Silahlı Qüvvələrimizin sərəncamındakı digər silahlar da düşmənə qarşı tətbiq olunacaq. O silahlar istifadə olunduğu zaman ermənilərin itkisi onların bu gün ağlına gələ bilməyəcəyi qədər, düşündüklərindən də artıq olacaq. Bunu onlar anlamalıdırlar”.

V.Dərgahlı düşmənə növbəti dəfə xəbərdarlıq etdi: “Ermənilər gənclərini, erməni millətinin gələcəyini qorumaq istəyirlərsə, işğal altında saxladıqları Azərbaycan ərazilərini birdəfəlik tərk etməlidirlər”.

Nazirlik sözçüsü erməni tərəfinin heç də yeni bir söz demədiyini vurğuladı: “Onsuz da biz heç vaxt deməmişdik ki, müharibə qurtarıb. Nə qədər ki, ərazilərimiz işğal altındadır, müharibə davam edəcək”.



Politoloq Qabil Hüseynli əmindir ki, İrəvan həm Rusiyanın, həm də Kollektiv Təhlükəsizlik Şurasının təminatını alıb. O, vəziyyətin xoşagəlməz olduğunu söyləyərək “Azərbaycan tərəfi atəşkəs rejiminə ciddi riayət olunması üçün beynəlxalq təşkilatlara məruzə etməlidir” deyib.
Dekabrın 22-də isə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının dekabrın 23-də keçiriləcək növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb. Ancaq V.Dərgahlı qəzetimizə dedi ki, bu səfərin son gərginliklə heç bir əlaqəsi yoxdur, sadəcə, nazir tədbirdə iştirak üçün Rusiya paytaxtına gedib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında düşmənin hədəsini mənasız saydı. “Hərbi əməliyyatları Ermənistan yox, biz keçiririk, atəşkəsi biz pozuruq və düz də edirik” - deyən deputat danışıqların son raundunun uğursuzluqla başa çatmasını da təbii saydı: “Bir illik fasilədən sonra prezidentlərin görüşü məhz ATƏT-ə öz missiyasını davam etdirdiyini göstərmək üçün lazım idi. Ötən ilin sentyabrında Con Kerrinin sirarı ilə Ulesdə bir araya gələn dövlət başçıları sonra oktyabrın 27-də Parisdə rəsmi olaraq danışqıalar masasına əyləşmişdilər və ona qədər Rusiyanın tam nəzarəti altında olan sülh prosesi tədricən Qərb dəhlizlərinə daşınmağa başlayırdı. Bunu görən Kreml Türkiyə ilə birgə yeni diplomatik sürəcə daxil olaraq Azərbaycanın bir neçə rayonunun qaytarılması adı altında prosesdən Fransa və Amerikanı kənarlaşdırmaq üçün fəaliyyətə keçdi. Nəticədə danışıqların formatı ATƏT çərçivəsindən çıxdı. Ona görə Bern faktiki olaraq Minsk Qrupunun münaqişə üzərində monopoliyaya sahiblənməsi mərasimi idi. Bir sözlə, həmsədrlər orada yalnız müharibənin qarşısını almağa toplaşmışdılar. İsveçrədə hər hansı sənəd müzakirəyə çıxarılmayıb. Təmas xəttinə toplanan yeni silahların və ağır texnikanın tam xəritəsini dislokasiyalar üzrə ortaya qoyan hərbi kəşfiyyatçı Anjiy Kasprşik müharibə başlayacağı təqdirdə beynəlxalq missiyalara ehtiyac qalmayacağını, onun fəaliyyətinin sona çatacağını diqqətə çatdırıb”.



Z.Orucun fikrincə, danışıqların aparıldığı gün Ohanyanın Qarabağa - ön cəbhəyə gəlməsi də sübut edir ki, Sərkisyan cəbhədəki vəziyyətdən çox narahatdır: “İlham Əliyevin düşmənlə hərbi dildə danışması və diplomatik tövsiyələrə və ATƏT-in qərarına əsaslanıb ön xətdəki qüvvələrini geri çıxarmaqdan imtina etməməsi gerçəkdən də Minsk Qrupunu çıxılmaz vəziyyətdə qoyur. Faktiki olaraq, hər üç ölkənin təmsilçiləri yeni silahlı toqquşmaların tamamilə real olduğunu bilirlər. Sərkisyanın Berndən sonra Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısında Azərbaycana qarşı siyasi hücuma keçməsi onun İsveçrə danışıqların diplomatik basqıya cavab reaksiyası sayıla bilər. Faktiki olaraq, bu mövqe erməni prezidentinin Rusiyadan başqa həmin qurum tərəfindən müdafiə olunmadığını sübuta yetirir. Əksinə, həmin təşkilatın üzvləri Azərbaycanın mövqeyinə ayrı-ayrılıqda dəfələrlə dəstək veriblər. Ermənistandan atılan güllələr Belarusun, yaxud Qazaxıstanın təhlükəsizliyinə heç bir təsir etmir. İrəvan sabitlikdə yaşamaq üçün qazağı, qırğızı, yaxud belarusu bizimlə toqquşdurmaq istəyirsə, ona heç vaxt nail ola bilməyəcək. ”Rusiya NATO-su"nu parçalayan elə ermənilərin təcavüzkarlıq siyasəti olacaq. Azərbaycan cəmiyyətində Qarabağ məsələsinə dair vahid mövqe var, lakin ermənilərin 90-cı illərdəki birliyindən danışmaq mümkün deyil. İndi Qarabağ yalnız dağlıq hissədə yaşayan əhali üçün böyük vətən məsələsidir. Bununla bərabər, Azərbaycan parlamentində Qarabağ müzakirələri yeni siyasi yanaşmaların, təşəbbüs və planların meydana gəlməsinə, siyasi qüvvələrin torpaqlarımız uğrunda səfərbər olunmasına yalnız fayda verərdi. 2016-cı ildə regionda gərginlik yüksək fazada davam edəcək. Çünki Yaxın Şərq ətrafında gedən qlobal müharibənin Cənubi Qafqaza böyük təsiri var. Digər tərəfdən, Türkiyənin maraqları əleyhinə fəallaşan qruplar onu Rusiya ilə toqquşdurmaqla həm də bu bölgədə geopolitik dəyişikliklər etməyə çalışacaqlar. Etiraf edək ki, regionda qüvvələr nisbəti dəyişir və balanslı siyasəti qoruyub saxlamaq getdikcə daha çox itkilərə səbəb olur. Ona görə gələn il müharibədən daha çox Qafqazda kimlik məsələsi üçün həlledici savaşların genişlənəcəyi şübhə doğurmur".



XİN-in mətbuat katibi Hikmət Hacıyev qəzetimizə bunları bildirdi: “Adətən təcrübə göstərir ki, prezidentlər və ya digər səviyyələrdə görüşlər keçirilən zaman, yaxud görüşlərin keçirildiyi dövrdə, ondan sonra Ermənistan tərəf vəziyyətin gərginləşdirilməsinə yönəlmiş təxribatçı addımlar atır. 19 dekabr prezidentlərin Bern görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri verdikləri bəyanatda 2014-ci ilin Soçi, Nyu-Port və Paris görüşlərində əldə edilmiş razılaşmalara uyğun olaraq mövcud təkliflər əsasında danışıqları intensivləşdirmək üçün Ermənistana və Azərbaycana müraciət etdikləri halda, Ermənistan hədəfdən yayınmaq və münaqişənin həllinə imkan verməmək üçün qəsdən vəziyyəti gərginləşdirmək yolunu tutur”.

H.Hacıyev düşmənin hədəsini ciddi saymadığını bəyan etdi: “Azərbaycan həmişə deyib ki, işğalçı tərəf torpaqları azad edənə qədər sülhdən danışmaq mümkün deyil. Müharibə 20 ildir davam edir, sadəcə olaraq, nisbi atəşkəs rejimi var idi. Atəşkəs rejiminin pozulması və gərginliyin yaranmasının məsuliyyəti bilavasitə təcavüzkar dövlət kimi Ermənistanın üzərinə düşür”. Erməni tərəfin hədəsi ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət olunacaqmı? H.Hacıyev: “Ermənistanın təcavüzkar siyasəti və cəbhədəki təxribat-diversiya əməlləri barədə mütəmadi şəkildə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciətlər edirik. Müraciətin əsasını da o təşkil edir ki, Ermənistan ordusu işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor