RSS
 

Login:
Şifrə:
» » Bizi addım-addım müharibəyə çəkirlər

Xəbər lenti

Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Bizi addım-addım müharibəyə çəkirlər

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-12-2015, 13:37 | Şərh sayı: (0) | Baxılıb: 219

Bizi addım-addım müharibəyə çəkirlər


Bizi addım-addım müharibəyə çəkirlər


ABŞ Konqresində fevral ayının ortaları-martın əvvəllərində Azərbaycana qarşı genişmiqyaslı, indiyədək Vaşinqtonun heç bir dövlətə qarşı işə salmadığı sankisyaların və yasaqların tətbiqini nəzərdə tutan qanun layihəsi müzakirə olunacaq.
Amerika demokratiyasının belə qəfil "əyilməsi", Azərbaycana qarşı sanksiyalar məsələsinin gündəmə gətirilməsi Vaşinqtonla Bakı arasındakı münasibətlərə yaxşı heç nə vəd etmir.
Fəqət, məsələ yalnız sanksiyalarda və ya bu qanun layihəsinin müəlliflərinin kimliyində, onların məramlarında, yaxud da ABŞ-dakı erməni lobbisinin təsiri altında olmasında deyil.



Yaranmış problemə belə yanaşma, yaşananları ermənilərin maliyyələşdirdiyi və ya "tətiklədik"ləri aksiya kimi anlamaq çox yanlışdır. Daha doğrusu, bizim üçün təhlükəlidir.
Proses daha dərin, daha məkrli, daha genişşaxəlidir.
Hər şeyi artıq öz adı ilə çağırmalıyıq və anlamalıyıq ki, bizi addım-addım müharibəyə çəkirlər, ölkəni asılı vəziyyətə salmaq, sonra da böhranlı şirkətlərdə tətbiq olunan "kənardan idarəolunma" mexanizmini işə salmaq istəyirlər.
Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri Kristofer Smit "Qanunun aliliyi və insan haqları naminə Azərbaycan Demokratiya aktı"nı (Azerbaijan Democracy Act of 2015) təqdim edib.
(H.R.4264) nömrəli bu qanun layihəsinin məzmunu Azərbaycanda konkret hakimiyyət mənsubu, məmur, millət vəkili və ya dövlət qurumuna qarşı yox, bütün ölkəyə qarşıdır.
Azərbaycana qarşı yönəlmiş qanun layihəsi "Belarusda Demokratiya Aktı" qanununun modelində hazırlanıb.
Sənəddə deyilir ki, qanun Azərbaycan hökumətinin ali rəhbərliyinə daxil rəsmilərə və onların bilavasitə ailə üzvü olanlara, rəhbərlik və onların ailə üzvləri ilə biznes əlaqələrindən əhəmiyyətli mənfəət əldə edən şəxslərə ABŞ vizalarının verilməsindən imtina edilməsini nəzərdə tutur. Bu qanunun ədliyyə və təhlükəsizlik rəsmilərinə də şamil ediləcəyi bildirilir.
Bu da qeyd olunur ki, bu qanundan istisnalar ABŞ-a yalnız ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinə aid iclaslarında iştirak edənlərə aid edilə bilər.



Qanunda Azərbaycana ABŞ tərəfindən sponsorluq edilən proqramlar vasitəsilə maliyyənin, kredit və sığortanın verilməsinin qadağan edilməsi, Azərbaycanın yüksək vəzifəli şəxslərinin və onların ailə üzvlərinin ABŞ-dakı mülkiyyət və başqa aktivlərinin bloklanması nəzərdə tutulur.
Qanun layihəsində həmçinin "Azərbaycanla eyni beynəlxalq təşkilatlarda təmsil olunan ölkələrin də rəsmi Bakıya qarşı bu qanundakına bənzər tədbirləri görməsi tövsiyə edilir".
Azərbaycanlı məmurlara, millət vəkillərinə, məhkəmə və hüquq-mühafizə orqşanlarının əməkdaşlarına, iş adamlarına, habelə bütün bu şəxslərin ailə üzvlərinə qarşı sanksiyalar hədəsi ilk baxışdan paradoks, hətta marazm təsiri bağışlayır.
Söz yox, prosesi "Rusiya ilə yaxşı münasibətlərə görə ABŞ-ın Azərbaycanı cəzalandırmaq istəyi, "erməni lobbisinin əməlləri" kimi də qələmə vermək olar.

Sadəlövh olmayaq

Problemin kökü Azərbaycanın yürütdüyü daxili və xarici siyasətdir ki, bu da ABŞ-ın siyasi isteblişmentindəki bir sıra qrupları çox narahat edir, qıcıqlandırır və hətta sinirləndirir.
Qıcıqlanma indi başlanmayıb. Rusiya Suriyadakı proseslərə müdaxilə etməyə hazırlaşanda, prezident Bəşər Əsədin devrilməsini nəzərdə tutan Qərb planlarının asanlıqla reallaşmasına imkan verməyəcəyini bəyan edəndə Moskva Bakıya üz tutmuşdu.
Kuluar danışıqlarında Rusiyanın başlıca məqsədi Suriyaya hərbi texnika və silah göndərilməsi əməliyyatlarının bir parçası olan aviamarşrutların Azərbaycan səmasından keçməsinin təminatı idi.
Bakı strateji müttəfiqi və qonşusu olan Rusiyanın planlarına etiraz etmədi və Rusiyanın hərbi-nəqliyyat təyyarələri də Azərbaycan səmasından yararlandılar.



Normal, beynəlxalq praktikada adidən adi məsələdir.
Necə ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Əfqanıstandakı əməliyyatlarının təminatı üçün Vaşinqton, habelə NATO Azərbaycan səmasından yararlanıb, indi də yararlanır.
Amma ABŞ-dakı siyasətçilər və hərbçilərin bir parası bunu anlamırlar. Onların fikrincə, Rusiyanın Suriyadakı əməliyyatlarına Azərbaycan etiraz etməli, hətta boykota əl atmalı idi.
Daha əvvəlsə Azərbaycan Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və embarqolara qatılmamışdı. ABŞ siyasətçiləri, diplomatlar dəfələrlə buna işarə vurdular, rəsmi Bakıya ünvanladıqları üstüörtülü messiclərdə "Azərbaycanın demokratik dünyanın yanında olmağının gərəkdiyi"ni vurğuladılar.
Rəsmi Bakı müstəqil, ən başlıcası isə məntiqi davranaraq bu ismarışları rədd etdi və ABŞ ilə Rusiyanın qarşıdurmasında tərəf tutmadı.
Avropa Birliyi ilk əvvəl sanksiyalar paketini tamamən dəstəkləsə də, "Haydı, Rusiyanı vuraq!" tipli isteriyaya qatılsa da, indi mövqelər diametral şəkildə dəyişir.



Avropa Parlamentinin xarici işlər komitəsinin sədri Elmar Brokun dediyinə görə, Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların 2016-cı ilin martında ləğv olunacağına ümid edir: "Tərəflərin hamısı münasibətlərin normallaşdırılmasında maraqlıdır və bunu istəyir. Gərəkli addımlar atılacaq".
Avropa Birliyi sanksiyalardan imtinaya hazırlaşırsa, ABŞ-ın təzyiqi və diqtəsi ilə qatıldığı prosesin effekt vermədiyini görürsə, Azərbaycanın ötən ilin ortalarında açıqladağı analoji mövqe niyə Vaşinqtonu qıcıqlandırır - bunun məntiqi izahını amerikalı konqresmenlərlə senatorlar hələ də səsləndirə bilmirlər.
Onların bəyanatları ilə müsahibələri klişe formatını alıb və Bakıya ünvanlanmış tələb də budur ki, biz arabanı atın önünə bağlamalıyıq, Roma Papasından artıq katolik olmalıyıq, Avropa Birliyi sanksiyaları yaramaz qərar saysa da, Vaşinqtonun Rusiya ətrafında yaratmağa çalışdığı "təhlükəsizlik zolağı"na daxil olmalıyıq.
Halbuki həmin zolaq əslində gərginlik, iğtişaşlar, xaos çəmbəridir və Azərbaycan faktiki olaraq dövlət institutlarının könüllü intiharına, siyasi sabitliyin intiharına razılıq verməliymiş.

Niyə?

Sən demə, necə "demokrat" olduğumuzu göstərmək üçün.
Azərbaycanın Türkiyə ilə münasibətlərini daha da inkişaf etdirməsi, Çinlə siyasi və iqtisadi təmasları aktivləşdirməsi, Xəzərdə "üçüncü dövlətlər"in, yəni NATO-nun hərbi qüvvəsinin yerləşdirilməsinin arzuolunmazlığı doktrinasını paylaşması, ölkədəki qeyri-hökumət təşkilatları arasında mövcud hakimiyyətin devrilməsinə və ABŞ-ın naymitlərinin, marionetkalarının "qəhrəmanlıq" etmələrinə çalışan strukturların zərərsizləşdirməsi, ən nəhayət, Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması prosesinin ABŞ-ın inhisarına keçməsinin çıxış yolu olmadığını vurğulaması...
Bütün bunlar Vaşinqtondakı "qırğılar"ı narazı salıb.



Üstəlik, ABŞ rəsmi Bakıya təzyiqlər məsələsində tək qalmış qüvvə təsiri bağışlamaq niyyətində deyil.
ABŞ Helsinki Komitəsinin sanksiyaları nəzərdə tutan qanun layihəsini açıqlaması Avropa Şurasının baş katibi Turbyron Yaqlandın "Avropa İnsan Haqları Bəyannaməsinin şərtlərinin Azərbaycan tərəfindən necə yerinə yetirildiyini yoxlamaq gərəkdir" qərarının üst-üstə düşməsini saymaq üçün sadəlövh olmaq lazımdır.
Yaqland əslində Bakıya xəbərdarlıq edir, ABŞ-dan sonra Avropa Birliyinin də Bakıya qarşı sanksiyalar tətbiq edə biləcəyinə işarə vurur.

Səbəb?

Azərbaycanın siyasi, iqtisadi və sosial həyatının az qala bütün sahələrini əhatə edəcək sanksiyaların tətbiqindən bəhs edənlərin problemi dedikləri təki "insan haqları, demokratik təsisatların problemləri, vətəndaş cəmiyyəti dəyərləri müşkülü, siyasi məhbuslar, müxalifətçilərə təzyiqlər" kimi romantika deyil.
Sadəcə, Bakıya "dərs vermək" istəyənlər gərəkli anın çatdığını hesab edirlər.
ABŞ-Azərbaycan münasibətlərinin 22 illik aktiv tarixi var və Vaşinqton indiyədək Bakı ilə təmaslarını sərinləşdirmək niyyətini cüzi, formal, səthi şəkildə olsa da, bəyan etməmişdi. Tam əksinə, Birləşmiş Ştatlar həmişə Azərbaycanı enerji layihələrində önəmli tərəfdaş, Xəzər regionunun enerjidaşıyıcılarının Rusiyadan yan keçməklə dünya bazarlarına çıxarılması marşrutlarının ən əhəmiyyətli mərhələ və tranzit məkanlarından biri hesab edirdi.
İndisə münasibətlərin sərtləşməsini izah etmək üçün əfsuslar olsun ki, Qərb siyasəti üçün ikili standartlar və saxtakarlığın aprior məqamlar olduğunu bir daha xatırlatmalıyıq.



Belarus prezidenti Aleksandr Lukaşenkonu bir zamanlar "Avropanın son diktatoru" adlandıran ABŞ və Avropa Birliyi Minskə qarşı tətbiq olunan sanksiyaları ləğv etməyə hazırlaşır: halbuki sanksiyalar tətbiq olunandan bəri Lukaşenkonun siyasətində heç nə dəyişməyib.
Dəyişən Qərbin maraqları, siyasi konyunkturdur.
Həmin konyunktur ki, ABŞ və Avropa Birliyinə ən sadiq dostunu, etibarlı müttəfiqini sankisyalara tuş etməyə, dünənədək sərt tənqid etdiyi ölkələri isə "strateji əməkdaşlığa layiq dövlət" adlandırmağa "imkan"lar yaradır.
Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum layihələrindən sonra TAP və TANAP marşrutları vasitəsilə enerjidaşıyıcılarını Avropa Birliyinin bazarlarına çıxarmaqla bağlı layihələri reallaşdıran Bakı üçün Qərb tərəfdaşdır, müttəfiqdir.
Çinlə Avropanı birləşdirəcək "Yeni İpək Yolu" layihəsinin tərkib hissəsi olan Bakı-Axalkalaki-Qars marşrutunu da unutmayaq: sadalanan marşrutların hamısı bilavasitə ABŞ-ın da geosiyasi maraqlarını nəzərə alır.
İndisə Birləşmiş Ştatlardakı bir qrup konqresmen Bakını enerji sahəsindəki əməkdaşlığın praktiki olaraq bütünlüklə dondurulması ilə hədələyir.

Baş verənlərin pərdəarxası

İnkişaf etmiş ölkələr energetika sahəsini innovativ ssenari üzrə inkişaf etdirir, yeni tip energetika formalaşdırırlar. Bu minvalla iqtisadiyyatın ənənəvi enerjidaşıyıcılarından asılılıq səviyyəsi aşağı salınır.
İnkişaf etmiş ölkələr ənənəvi enerji mənbələrini alternativ enerji ilə əvəzləməkdə qərarlıdır. Məsələn, Almaniya enerjiyə olan təminatının 32 faizini, İsveç isə 75 faizini alterativ enerji mənbələri hesabına təmin edir.
Bu isə "neft erası"nın qlobal miqyasda bitməyə başladığından xəbər verir.
Üstəlik, ABŞ son 40 ildə qüvvədə olan yasağını ləğv edərək ölkənin neft və neft məhsulları ixracına start verməyə hazırlaşır.
Amerkialılar anlayırlar ki, strateji məhsul kimi neftin önəmi azalacaq və perspektivdə daha da aşağı düşəcək. 20-30 il sonra dünya iqtisadiyyat və nəqliyyat neftlə qazdan indiki təki asılı olmayacaqlar.
Məhz bu səbəbdən amerikalılar xam neft və təbii qaz təminatı sahələrində Avropa Birliyinin Rusiya və Yaxın Şərq ölkələrindən asılılığını azaltmaq, bazarı Birləşmiş Ştatlara "yönəltmək" istəyirlər.
Belə şəraitdə amerikalıların bu günədək strateji tərəfdaş adlandırdıqları Azərbaycan enerji sahəsində müttəfiqə yox, arzuolunmaz rəqibə çevrilir.



Və məhz buna görə də indiyədək İrana, Myanmaya tətbiq olunmuş sanksiyaların Azərbaycana qarşı işə salınacağı ilə bağlı hədələr səslənir.
Sankisyaların Bakının Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, habelə digər aparıcı beynəlxalq maliyyə-kredit təşkilatları ilə qarşılıqlı əlaqələrini maksimum zəiflətməyi ehtiva etdiyini də nəzərə salsaq, əsas məqsəd Azərbaycanın neft və təbii qaz ixracına çətinliklər yaradılmasıdır.
Vaşinqton onu da anlayır ki, Azərbaycanla Rusiya siyasi, iqtisadi və s. sahələrdə tərəfdaş olsalar da, neft-qaz satışları müstəvisində rəqibdirlər.



Və ən nəhayət, sanksiyalar "Azadlığı Müdafiə Aktı"na edilmiş 907-ci düzəlişin bərpasını da nəzərdə tutduğundan başqa məqsəd Azərbaycanın müdafiə qabiliyyətinin, hərbi potensialının zəiflədilməsidir. Eyni zamanda sanksiyalar Ermənistanla Döağlıq Qarabağdakı erməni terrorçularını da ruhlandıracaq. Belədə, qarabağlı ermənilər "Dağlıq Qarabağın müqəddəratı ilə bağlı referendum" tələblərini yenidən səsləndirəcəklər və münaqişə bölgəsində, habelə Azərbaycan-Ermənistan sərhədində vəziyyət çox ağırlaşacaq.
Bakını addım-addım müharibəyə sürükləmək eyni zamanda Azərbaycanın enerjidaşıyıcılarının qlobal bazarındakı mövqelərinin mümkün qədər zəiflədilməsinə yönəlib.
Davranışımız, cavabımız da bütün bunları nəzərə almalı, adekvat olmalıdır.

Elçin Alıoğlu
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor