RSS
 

Login:
Şifrə:
» » Kremldən Ankara və Bakıya erməni sürprizi

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Kremldən Ankara və Bakıya erməni sürprizi

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-12-2015, 14:00 | Şərh sayı: (0) | Baxılıb: 790

Kremldən Ankara və Bakıya erməni sürprizi


Kremldən Ankara və Bakıya erməni sürprizi


Qardaş ölkə savaşa təhrik edilir; Bu gün “Rusiya NATO”sunun baş katibi postunu işğalçı ölkənin generalı tuta bilər; Putinin “qara qutu”sunda daha nələr var?; Moskvanın anti-Türkiyə şantaj siyasətinin yeni, təhlükəli pərdəarxası...
Rusiya prezidenti Vladimir Putinin ötən həftə mətbuat konfransında Türkiyə rəhbərliyinin ünvanına işlətdiyi aşağılayıcı ifadələr Kremlin Ankaraya qarşı aqressiv siyasətinin səngimədiyini göstərdi. Bəlli oldu ki, Moskva hələ ki, ikitərəfli əlaqələrin bərpasında maraqlı deyil.

Bir çox təhlilçilərə görə, Putinin təhqiramiz ifadələri və hədələri arxasında Türkiyəni təxribata çəkmək və şantaj eləmək istəyi də var. O üzdən müşahidəçilər məsələnin Ankaranın müttəfiqlərinə, NATO-ya da birbaşa dəxli olduğu, onların da şantaj edildiyi qənaətindədir. Türkiyə Azərbaycana qardaş ölkə və 1 saylı müttəfiq olduğundan, sözsüz ki, Pitinin hədə və həqarətlərindən ölkəmizə də pay düşür.

***
Mövcud vəziyyətdə Ankaranın yetərincə təmkinli və praqmatik davranması, paralel surətdə İsraillə yaxınlaşmağa başlaması, proqnoza yatmayan Rusiya rəhbərinin davranışına qarşı digər ehtiyat tədbirlər görməsi məntiqli və anlaşılandır. Baş nazir Əhməd Davudoğlunun bu xüsusda Putinə cavabı da Türkiyə dövləti adından Kremlin son mesajlarına adekvat sayıla bilər.

Baş nazir Türkiyə hökumətinə xas tonda Kreml başçısını dövlət rəhbərinə yaraşmayan ifadələr işlətməkdə və “uşaq davranışı göstərməkdə” qınayaraq deyib: “Bir ay öncə Putin belə açıqlama niyə vermirdi? Bir ay öncə qəbuledilməz olan məsələlər indi söylənilərsə, onlar ciddi qəbul edilə bilməz. Ona görə də Putinin dediklərini ciddi hesab etmirik. Bu, uşaq davranışıdır. Əvvəllər belə işləri ölkəmizdə hərbi çevrilişi edənlər görərdi, indi də Putin bu işlə məşğuldur. O, birdən-birə Türkiyənin müsəlman dövləti olduğunu, Türkiyədə islamlaşmanı, ABŞ-la yaxın əməkdaşlığımızın olduğunu indi xatırladı?”
Əhməd Davudoğlu Rusiyanın Türkiyə, Suriya və qaçqınlar məsələdə xoşniyyətli olmadığını da söyləyib.

****
Bu, gerçəkdən də belədir, Rusiya xoşniyyətli olsaydı, onun prezidenti Ankaranın ünvanına təhqiramiz sözlər deməzdi. Bəs belə davranışın arxasında daha hansı hədəflər dayanır və vəziyyətin sonrakı inkişafında hansı təhlükəli sonuclar mümkündür?



Politoloq Qabil Hüseynliyə görə, “Pitinin dövlətlərarası münasibətlərə yaraşmayan son hərəkəti yeni hərbi qarşıdurmalardan xəbər verir” (axar.az): “Çünki Rusiyada iqtisadi vəziyyət pisdir. Üstəlik, Putinin ölkədə reytinqi aşağı düşməkdədir. Moskva hesab edir ki, belə bir qarşıdurma Türkiyə ilə olsa, daha yaxşı olar. Nədən ki, Rusiya Türkiyədən qisasını hələ ala bilməyib. Güman ki, NATO ölkələri Türkiyənin şərəfini qorumaq üçün Putinin ədəbsiz davranışlarına qarşı cavabsız qalmayacaq. Rusiya kimi böyük bir dövlətin başçısına nəinki NATO, digər böyük türk dövlətlərinin münasibəti də bundan sonra tamamilə dəyişəcək”.



Sabiq dövlət müşaviri hesab edir ki, Putinin son mətbuat konfransı həm də Türkiyənin siyasi rəhbərliyinə qarşı şantaj niyyəti güdüb: “Görünür Moskva yeni qarşıdurmalar istəyində israrlıdır. Putini Rusiyanın maraqlarından çox, indi öz reytinqini düşündürür. Son gedişat göstərir ki, Moskvanın Ankaraya qarşı şantajları davam edəcək. Putin bütün işlərini bu cür təbliğatlar üzərində qurur və son davranışları ilə də Türkiyənin əsəblərini sanki sınağa çəkir”.



“Hazırda əsəb oyunu gedir, hətta Rusiya bəzən Türkiyəni təxribata çəkmək istəyir”. “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bu fikirdədir. Lakin onun qənaətincə, iki ölkə arasında gərginlik çox ciddi fəsadlara gətirib çıxarmayacaq: “Müharibə variantı istisnadır. Çünki Rusiya müharibəyə getsə, qarşısında təkcə Türkiyəni yox, NATO-nu görəcək. Kremlin siyasəti, Putinin son mətbuat konfransı, bütün bunların hamısı auditoriyaya hesablanmış piar xarakterli davranışlardır. Putin çalışır ki, rus xalqı qarşısında zəif görünməsin”.



Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədr müavini, “21-ci yüzil” Türkiyə İnstitutunun rəhbəri, professor Ümit Özdağ isə hesab edir ki, Putinin açıqlamalarını hissə-hissə deyil, bütövlükdə Moskvanın Ankaraya qarşı apardığı psixoloji savaşın hissəsi kimi qiymətləndirmək lazımdır.



Musavat.com-a müsahibəsində o deyib: “Bu psixoloji hərəkatda gərginliyin dərəcəsini Moskva müəyyən edir, hücumları onlar həyata keçirirlər. AKP hökuməti isə bu hücumlara qarşı özünümüdafiə vəziyyətindədir. Düşünürəm ki, Rusiya Türkiyəyə qarşı gərginliyi məqsədli şəkildə artırır. Bunun sonunda Putinin Türkiyəyə qarşı qarşıdurma törədəcəyi fikrindəyəm”.

***

Bu arada Rusiya mənbələrindən məlum olub ki, Kreml Türkiyə, eləcə də Azərbaycan əleyhinə ermənilərin əli ilə yeni sürpriz hazırlamaq niyyətindədir. Məsələnin məğzi belədir: bu gün - dekabrın 21-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - ona “Rusiyanın NATO-su” da deyilir) sammiti olacaq və sammitə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan sədrlik edəcək. Bundan başqa, sammitdə KTMT-nin yeni baş katibi postuna Ermənistan nümayəndəsinin - keçmiş müdafiə naziri, general Vaqarşak Arutyunyan təyin ediləcəyi gözlənilir.



Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bunu əlifba sırasında Ermənistanın birinci gəlməsi ilə əlaqələndirsə də, müşahidəçilərə görə, səbəblər sırasında Türkiyəyə daha bir “kötü sürpriz” eləmək istəyi var. İş ondadır ki, Putin “Su-24" təyyarəsinin ”qara qutu"sundakı məlumatları da özünə sərfəli şəkildə məhz bu sammitdə açıqlamağı planlaşdırır.

Toplantı barədə erməni saytlarından birində maraqlı şərh yer alıb: “Putin hər şeyi etməyə çalışacaq ki, məsələdə KTMT-nin Rusiyanı dəstəkləməsinə nail olsun, anti-NATO bloku yaratdığı təəssüratını formalaşdırsın və Türkiyəni fakt qarşısında qoymaqla, özünə tərəf ”qaytarsın". Bu isə yalnız təyyarə insidentində ABŞ-ın rolunun “ifşa edilməsi” variantında mümkündür. Moskvada bunu Nalbəndyan bəyan eləməli olacaq. Şübhə olmasın ki, onu buna məcbur edəcəklər, necə ki, vaxtilə Sürix protokollarını imzalamağa vadar eləmişdilər".

***



Yada salaq ki, KTMT-yə Rusiya və Ermənistandan savayı daha 4 ölkə - türkdilli Qazaxıstan və Qırğızıstan, habelə Belarus və Tacikistan daxildir. Bu 4 dövlətdən heç biri indiyədək “Su-24" məsələsinə görə Türkiyəni qınayan, Rusiyanı isə müdafiə edən açıqlama verməyib. Əksinə, bu yaxınlarda KTMT ölkələri Baş Qərargahları rəislərinin İrəvan toplantısında erməni general Xaçatıryan Kremlin təhriki ilə hamının adından yaydığı bəyanatda Türkiyənin hərəkətini ”arxadan zərbə", “alçaq hərəkət” kimi qiymətləndirsə də, həmin 4 ölkənin Müdafiə nazirlikləri buna ciddi etiraz eləmiş, birgə təkzib bəyanatı vermişdilər. İndi isə Putin erməninin dili ilə və “qara qutu”nun köməyi ilə onları da Türkiyə qarşı qoymağı hədəfləyib.

Qeyd edək ki, Rusiya “Su-24" insidentindən dərhal sonra Türkiyə ilə həmsərhəd işğalçı Ermənistanda, Suriyada, həmçinin, həmsərhəd beynəlxalq sularında öz hərbi kontingentini xeyli artırıb, bu ölkələrə müasir hava hücumundan müdafiə sistemləri göndərib. Yunan Kiprində isə hərbi baza yerləşdirmək üçün iki tərəf arasında danışıqlar başlaması haqda informasiyalar yayılıb.

Xüsusən də Kremlin bölgədəki yeganə forpostu, işğalçı Ermənistanı sürətlə hərbiləşdirilməsi Türkiyə ilə yanaşı, Azərbaycanı da narahat etməyə bilməz. Üstəğəl, indi də Ermənistanın KTMT-yə rəhbərlik eləməsi “bir millət - iki dövlət”ə ünvanlı növbəti, ortaq düşmən mesajı sayıla bilər. Guya neytral vasitəçi olan Rusiya bununla açıqca işarə vurur ki, o, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası və təxribatlarda təcavüzkarın arxasındadır. Əlavə edək ki, KTMT Akademiyasının mərkəzi ofisi də İrəvanda yerləşir.

Musavat.Com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor