RSS
 

Login:
Şifrə:
» » Özünüzü vacib olmayan informasiyalarla yükləməyin

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Özünüzü vacib olmayan informasiyalarla yükləməyin

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-11-2015, 21:47 | Şərh sayı: (0) | Baxılıb: 851

Özünüzü vacib olmayan informasiyalarla yükləməyin


Özünüzü vacib olmayan informasiyalarla yükləməyin


Bir müddət öncə psixoloq Təhminə Çələbinin streslə bağlı səsləndirdiyi fikirlər çoxlarının marağına səbəb olmuşdu. T. Çələbi demişdi ki, həddindən artıq stress normal və sağlam insanda da şizofreniya xəstəliyinə yol aça bilər. Onun sözlərinə görə, şizofreniya xəstəliyi ciddi, irsi olmayan bir xəstəlikdir.

"Bizi gərgin saxlayır"

İnsanda stresi, gərginliyi yaradan müxtəlif səbəblər var. Ekspertlərin fikrincə, bunun bir səbəbi də insanlarımızın onlar üçün lazım olmayan məlumatlarla özlərini çox yükləmələridir. Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən sosioloq Cavid İmamoğlu maraqlı məqamlara toxundu: "Əvvəlcə onu qeyd edim ki, dünyada yaşanan iqtisadi böhran, dolların bahalaşacağı ilə bağlı fikirlər, Yaxşın Şərqdə baş verənlər, ölkəmizdə bəzi ictimai iaşə obyektlərinin bağlanması, bahalaşmanın davam edəcəyi ilə bağlı yayılan məlumatlar istər-istəməz insanları gərginlikdə saxlayır. Bu tip hadisələr, bununla bağlı xəbərlər müəyyən mənada əvvəllər də olub, ancaq bu xəbərlər heç vaxt indiki qədər kütləviləşməyib, sürətli yayılmayıb. Son dövrlər bu xəbərlərin bizə çatmaq sürəti dəyişib, hər an biz dolların kursundan xəbərdarıq, hansısa xoşagəlməz hallardan xəbərdar oluruq. Yaxud Suriyada partlayış olur, İŞİD dəhşətli qətllər törədir az sonra bu xəbər bizim media orqanlarında yayımlanır.

Bütün bunlar gün ərzində bizi gərgin saxlayır. Bu gərginliyin nəticəsi olaraq, biz də eyni davranışı başlayırıq başqalarına qarşı tətbiq eləməyə. Yəni belə hallar həm insanların özlərini, həm də ətrafındakıları gərgin saxlayır".

"Ümidsizləşməyə səbəb olur"

Sosioloq deyir ki, bu tip mənfi hadisələrə işıq tutan xəbərlərin "əsirinə" çevrilmək bütövlükdə cəmiyyətin gərgin qalmasına səbəb olur: "Bu həm də ümidsizləşməyə səbəb olur, mübarizə əhvali-ruhiyyəsini aşağı salır. Kiminsə gələcəklə bağlı xoş planı varsa eləmir. Kimsə bir xeyriyyəçilik və ya cəmiyyətlə bağlı xoş bir iş görmək istəyirsə, təxirə salır. Fikir versəniz, son vaxtlar bağlanan ictimai iaşə obyektlərinin sayı artıb. Çünki camaat risk eləmir, pul xərcləmək istəmir. Fakt budur ki, bunlar insanlarda sosial, kütləvi stress, kütləvi narahatlıq yaradır. Ümidsizlik hissi artır. Bir insan dünyanın aqibəti ilə bağlı naümüd olanda bu özü da artıq bir gərginliyə səbəb olur".

"İnsanlarımız rahat deyillər"

Müsahibimiz gərginliyin insanlara vurduğu mənfi təsirləri belə izah etdi: "Gərgin baş inkişaf eləyə bilməz, gərgin baş xoşbəxt ola bilməz, gərgin baş uşaq tərbiyə eləyə bilməz, gərgin başla düzgün qərarlar verilməz, gərgin başda əxlaqi məsələlər sual altında olar. İnsan gərək rahat ola, ən azından özümüzü belə hallardan mümkün qədər qorumağa çalışmalıyıq".

Həmsöhbətimiz dedi ki, bir çox Avropa ölkələrində insanlar bu barədə heç maraqlanmırlar, düşünmürlər, düşünmək istəmirlər. "Heç onlar üçün maraqlı da deyil, soruşan da yoxdur. Amma bizim cəmiyyətdə vəziyyət tamamilə başqadır",-deyə qeyd edən müsahibimiz fikirlərini belə izah etdi: "Məsələn, cəmiyyətimizlə bağlı bir misal deyim. Tutaq ki, məni sosioloq olaraq sosiologiyanın banisi kimdir maraqlandırmır. Əlbəttə, mən bilirəm, amma tutaq ki, bilməsəm hamı mənə deyəcək ki, sən necə sosioloqsan ki, sosiologiyanın banisinin kim olduğunu bilmirsən. Amma mən deyə bilərəm ki, yaşlılarla sosial işi araşdırıram, bu sahə ilə bağlı nə sualınız var verə bilərsiniz. Bizdə məsələyə yanaşma məhz bu cürdür. Mənim düşüncəmə görə, biz xarakter olaraq gərginliyə meyilli millətik. Məişət həyatımıza baxanda bunun izlərini açıq-aşkar görürük. Toylarımıza, yaslarımıza baxanda aydın olur ki, bizdə hər şey gərgindir. İnsanlarımız rahat deyillər. Bir işin çəmini təbii yolla həll eləmirlər, mütləq ora bir gərginlik əlavə olunur. Halbuki buna ehtiyac da yoxdur. Amma reallıq bu cürdür. Üstəlik, real həyatımızdakı gərginliklər. Halbuki belə olmaya da bilərdi, məsələn, yuxarıda qeyd elədiyimiz informasiyaları eşitməyə də bilərdik. Bu məsələdə təbii ki, işin bir başı da gəlib çıxır mətbuatın üzərinə".

Sonda müsahibimiz oxuculara bu cür xəbərlərin əsirinə çevrilməməyi tövsiyə etdi: "İnsan bir çox şeylərlə maraqlanmalıdır, ancaq bütün həyatını gərgin informasiyalara həsr etmək, özünü yükləmək, gərginləşdirmək lazım deyil. Bu, ilk növbədə insanın özünə vacibdir. İnsan çalışmalıdır ki, daxilən rahat olsun, problem üstünə problem yükləmək lazım deyil".
"Zaman Azərbaycan"



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor