RSS
 

Login:
Şifrə:
» » Azərbaycanda toy adəti dəyişir

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Azərbaycanda toy adəti dəyişir

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-11-2015, 17:36 | Şərh sayı: (0) | Baxılıb: 340

Azərbaycanda toy adəti dəyişir


Azərbaycanda toy adəti dəyişir


Müşahidələr göstərir ki, bu gün ailə quran azərbaycanlı gənclər fərqli-fərqli düşüncəyə malikdirlər.

Bəziləri sırf XXI əsr düşüncəsilə, digərləri isə "XXI əsr uşaqları"nın təbirincə desək, "keçmişin qalıqları" ilə yaşayırlar.

Azərbaycan cəmiyyətində daşlaşan mental adətə görə, əksər oğlanlar nikaha daxil olarkən ənənələrə sadiq qalan ağıllı, tərbiyəli, əsl ev qızı ilə evlənmək istəyirlər. Bu zaman oğlanlar üçün xüsusi məsələ qızın bakirəliyidir. Bəli, Azərbaycan mentalitetində gəlin gətirlən qızın toy gecəsinədək bakirə qalması onunla evlənən oğlan, ümumilikdə bəy evi üçün xüsusi əhəmiyyət daşıyır. O dərəcə xüsusi əhəmiyyət ki, gəlinin bakirəliyi ər evi, eləcə də valideynləri üçün həm də təmizlik, saflıq, günahsızlıq, inam, etibar, sədaqət rəmzi anlamına gəlir.

Vay o günə ki, toy gecəsi gəlin gətirilən qız bakirə çıxmasın... Bu halda ər evi onun gözünün yaşına baxmadan, günahsızlığını sübut etmə cəhdinə qulaq asmadan ata evinə geri qaytarır. Hətta illərlə nişanlı qalan, uzun müddət nişanlısına qovuşacağı anı səbirsizliklə gözləyən gənclər belə, toy gecəsi gəlin bakirə çıxmazsa, hansısa güzəştə gedə bilmir, qəti qərar verir: "üzüqara" qız ata evinə qayıtmalıdır. Beləcə toy gecəsi dərhal boşanmalar da gerçəkləşir...

Belə hallarda el-obanın, qohum-əqrəbanın, tanış-bilişin tənəsilə üzləşən qız evinin vəziyyətini isə təsəvvür etmək çətin deyil. Bu baxımdan hər bir qız anası üçün övladının "toy gecəsi imtahanı"ndan üzüağ çıxdığı barədə xəbər çox qiymətlidir. Bir sıra hallarda gəlini bəyin gərdəyinə göndərən yengənin qız anasına verdiyi xoşagəlməz xəbərlər hansısa valideynlərin bütün dünyasını alt-üst edir, faciələrə yol açır.

Bununla yanaşı, müasir düşüncəli müəyyən qisim oğlanlar da var ki, ailə qurduğu qızın bakirə olub-olmadığına ikinci dərəcəli məsələ kimi baxır. Bu qismin üstünlük verdiyi əsas amil, qarşılıqlı anlaşma və bunun fonunda qurulan ailə münasibətləridir. Etiraf edək ki, son vaxtlar milli mentalitetin çərçivələrini aşan belə gənclərin sayı artmaqdadır.

Bu sahədə araşdırmalar aparmış "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da Modern.az saytına deyib ki, toy gecəsinin bakirəlik məsələsinə birmənalı yanaşmaq mümkün deyil:

"Mən deməzim ki, bakirəlik məsələsi gündəmdən çıxıb. Məsələ gündəmdədir və gündəmdə olmasaydı, bir çox qızlar nikahdan əvvəlki intim münasibətlərini ört-basdır etmək üçün tibbi müdaxilələrə üz tutmazdılar...
Bakirəliyin bərpa olunması üçün həkimlərə müraciət edən çox sayda qızların olması məhz bunun göstəricisidir.
Odur ki, nikaha girən bəzi cütlüklər əvvəldən öz münasibətlərinə qeyri-səmimi, qeyri-şəffaflıqla başlayırlar.
Yalanlar üzərində qurulmuş nikah isə əksərən uğursuzluqla nəticələnir. Doğrudur, milli mentalitetə görə, bu məsələdə böyük əksəriyyət qızları günahlandırır. Amma oğlanlar da əvvəldən hansısa qadınla münasibətdə olduqlarını gizlədirlər".

Mehriban Zeynalovanın sözlərinə görə, bəzi qızların nikahdan əvvəlki münasibətlərinin nəticəsini tibbi müdaxilələrlə aradan qaldırmaları və ailə qurduğu oğalana bakirə qismində ərə getməsi həmin nikahın təməlinin yalan üzərinə qurulmasına gətirib çıxarır.

Hüquq müdafiəçisi deyir ki, bu barədə insanlara azad seçim imkanı tanımaq lazımdır:

"Konkret olaraq nikaha qədər intim münasibətdə olan şəxslər bu barədə məlumat verirsə, seçim qarşı tərəfin özünün öhdəsinə buraxılır. Bu halda dürüstlük nümayiş etdirilməsi arzu olunandır. Bu zaman şəxsi faktorlara üstünlük verilir.

Mən hesab edirəm ki, qızın bakirəliyi deyil, onun şəxsi keyfiyyətlərini, şəxsi faktorlarını üstün tutaraq gənc oğlanın ailə qurması daha dürüstdür".

Hüquq müdafiəçisi hesab edir ki, bakirəlik məsələsi müəyyən normalardır:

"Bu normalar hələ ki gündəmdədir. Evlənən şəxslərin evliliyə qədər müxtəlif münasibətlərdə olub, sonra ailə qurması yaxşı hal deyil. Özümüzün adətlərimiz, münasibətlərimiz, ənənələrimiz var. Amma bunu tabu etmək də olmaz.

Mən yaşlı qadınlar tanıyıram ki, qız vaxtı zorakılığa məruz qalıb, yaxud sevdikləri tərəfindən aldadıldıqdan sonra atılıb. Yəni müxtəlif səbəbələrdən bakirəliklərini itiriblər. İndiyə qədər baş verənləri gizli saxladıqlarından ailə qura bilmirlər. Bu da faciədir.

Əxlaq önəmlidir, amma bakirəliyin pozulmasını faciəyə çevirmək doğru deyil. Əsl faciə tibbi müdaxilə ilə bakirəliyin bərpasıdır.

Əsas məsələ insanın şəxsi keyfiyyətləri, ailədaxili münasibətləridir. İnsanlar hər mənada bir-birilərini tanıyaraq ailə qurmalıdırlar. Ancaq bakirəliyi faciə etmək, yaxud həyatını buna bağlayaraq yaşamaq da doğru deyil.

Mənim 60 yaşında bibim qızı var, hələ də bakirədir. Bunu özü üçün böyük dəyər hesab edir və fəxr edir. Bu ailə münasibətləri, ailə dəyərləri, insanın böyüdüyü mühitin normalarıdır. Hesab edirəm ki, 60 yaşında tək qalmış bir qızın məhz bakirəliyə görə kişinin onunla evlənəcəyini düşünməsi özü də faciədir.

Şəxsən mən tibbi müdaxilə nəticəsində bakirəliyini guya bərpa etdirərək ailə quran şəxsləri dəstəkləmirəm. Bu, daha böyük faciədir.

Əgər bir kişi ailə qurduğu bakirə olmayan qızı axıra kimi müdafiə edə bilməyəcəksə, sonradan kimlərinsə təsiri altında ailəsini dağıdacaqsa, bu yaxşı hal deyil və bunu əvvəlcədən düşünməlidir.

Kişinin özünün xarakteri və ailəsini müdafiə etmək bacarığı olmalıdır. Bilirsiniz, damğa vurulanlarla, boşanmış qadınlarla ailə quranlar da var. Heç kim də bunu faciə hesab etmir".

M.Zeynalova onunla da razıdır ki, bütün dünyada bakirəlik təmizlik, paklıq göstəricisidir. "Amma bakirə qalıb müxtəlif iyrənc niyyətlərdə olanlar da var. Bu da reallıqdır. Məsələnin mahiyyəti odur ki, nikaha girən şəxslər biri-birilərinə qarşı dürüst olsunlar. İnsan ailə quran zaman özünü nə qədər təmiz, pak saxlayırsa, ailəsi də o dərəcədə pak olacaq.

Bu gün boşanma səbəblərinə baxdıqda yalanların üstünlük təşkil etdiyini görürük. Çünki bir dəfə yalan, fırıldaq edən şəxsin sonrakı mərhələdə bunu etməyəcəyinə kimsə zəmanət vermir. Müşahidələrimiz bunu təsdqiləyir.
Lakin təmizliyini saxlayanlar hər zaman ailəsi üçün mübarizə aparır. Çünki bu onlar üçün dəyərdir, normadır. Əsas da psixoloji amillər rol oynaya bilər. Ola bilər ki, kiminsə başına pis hadisə gəlib, hansısa faciə nəticəsində, yaxud da konkret məqamda istəyərək, yaxud istəməyərək bu vəziyyətlə üz-üzə qalıb.
İstənilən halda hər şey qarşı tərəfin diqqətinə çatdırılmalıdır. Mən insanlar arasında münasibətlərin dürüstlük üzərində qurulmasının tərəfdarıyam.

Seçim insanların özünündür. Çox halda bakirəliyi pozulmuş xanımlar bunu gizlədirlər. Belə hərəkət edən qız görmüşəm. Nikahdan əvvəl münasibətdə olub. Tibbi müdaxilə etdirərək başqasına ərə gedib, 2 uşaq doğub və bir müddət sonra ailəsini dağıdıb. Çünki ailə yalan üzərində qurulub".

Bakirəliyin cərrahi yolla bərpası tibbdə himenoplastika adlanır. Son illər belə əməliyyatların Azərbaycanda da artdığı barədə müxtəlif məlumatlar yayılır. Bununla bağlı hətta statistik rəqəmlər söyləməyə cürət edənlər də var. Elə bəzi cərrah-ginekoloqların özləri də imenoplastika etdirən qızların çoxaldığını təsdiqləyirlər. Qeyd edirlər ki, himenoplastika əməliyyatı üçün onların qəbuluna gələn qadınların sayında artım müşahidə edilir...



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor