RSS
 

Login:
Şifrə:
» » Avropa özünə niyə qənim kəsilib?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Avropa özünə niyə qənim kəsilib?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-11-2015, 11:29 | Şərh sayı: (0) | Baxılıb: 267

Avropa özünə niyə qənim kəsilib?


Avropa özünə niyə qənim kəsilib?


Avropa son onilliklərdəki ifrat plüralizm, demokratik azadlıqlar və hüquqların total absolyuta çatdırılması şüarları altında, əslində, neomüstəmləkəçilik siyasəti yürüdürdü. İnkişaf etməkdə olan ölkələrdən "tam demokratiya, azad seçkilər və ədalətli idarəetmə" tələb edən Avropa həmin dövlətlərin daxili işlərinə kobud müdaxilə cəhdlərindən çəkinmir, ehtiyac duyduqda isə ABŞ-ın imper addımlarını dəstəkləyirdi.
Balkanlardakı savaşlardan sonra Yaxın Şərqdə və Şimali Afrikada ən müxtəlif rəngli "inqilab"ların gerçəkləşdirilməsinə qatılan, qiyamlar, dövlət çevrilişləri və üsyanları maliyyələşdirən Avropa işğallara da dəstək çıxırdı.
Sonuc Avropa üçün çox pis oldu.Yaxın Şərq və Şimali Afrika ölkələrindən yüz minlərlə miqrantın axını, iqtisadi geriləmə, işsizlik, sosial təminat siyasətinin iflasa uğraması, əhalinin orta yaş həddinin artımı, siyasi uğursuzluqlar və geosiyasi kolliziyalar Avropanı antiutopiya romanlarındak məkanlara çevirməkdədir.
... Polşada Qanun və Ədalət partiyasının parlament seçkilərində qazandığı son qələbəsi Avropada son vaxtların tendensiyasını - sağçı avtoritarlar tərəfindən yönləndirilən qeyri-liberal dövlət kapitalizminin yüksəlişini təsdiqləyir. Rusiyada Putin, Macarıstanda Orban, Türkiyədə Ərdoğan, İtaliyada isə ölkənin hələ də təsirindən çıxmağa çalışdığı Berluskonini misal göstərə bilərik. Bu siyahıya tezliklə Polşada Kaçinski də əlavə olunacaq.

Bunların hamısında bir ortaq cəhət var: iqtisadi problemlərin xroniki və dünyəvi durğunluğa yol açdığı bir vaxtda milliyətçi bir lider hakimiyyətə gəlir.

Həmin lider azad ticacət, qloballaşma, immiqrasiya və birbaşa xarici investisiya sahələrindəki ifrat azadlıqları, daha doğrusu nəzarətsizliyi aradan qaldırmağa çalışır, iqtidarda olanlarla güclü əlaqələri olan özəl biznes və maliyyə qruplarını dəstəkləyəcək. Tanınmış iqtisadi və analitik, Nyu-York Universiteti nəzdindəki Ştern Biznes Məktəbinin professoru, "Roubini Global Economics" şirkətinin prezidenti Nuriel Rubini "Project Syndicate"də dərc olunmuş "Europe's Politics of Dystopia" ("Avropada antiutopiya siyasəti") məqaləsində bildirir ki, heç şübhəsiz, Avropanın əksər yerində hakimiyyətdə hələ bu cür qüvvələr yoxdur. Ancaq onlar, demək olar, hər yerdə daha çox rəğbət qazanmağa başlayıblar: Fransada Marin Le Penin Milli Cəbhə, İtaliyada Matteo Salvininin Şimal Liqası və Nigel Farajın Birləşmiş Krallıq Müstəqillik Partiyası kimi qüvvələr Rusiyanın qeyri-liberal dövlət kapitalizmini nümunə kimi götürür və Vladimir Putinə bir lider kimi heyranlıq duyurlar. Almaniya, Niderland, Finlandiya, Danimarka, Avstriya və İsveçdə də populist, Aİ-yə qarşı və antimiqrant sağçı partiyalara rəğbət artmaqdadır.

Bu partiyaların əksəriyyəti çox vaxt sosial cəhətdən mühafizəkar olur. Ancaq onların iqtisadi siyasəti ilə - antibazar və liberal kapitalizm və qloballaşmanın milli kimliyi və suverenliyi pozacağı qorxusu - Yunanıstanın Siriza, İspaniyanın Podemos və İtaliyanın Beş Ulduz Hərəkatı kimi solçu populist partiyaların bir çox ortaq cəhətləri vardır. Əslində, radikal solçu partiyaların bir çox dəstəkçisinin 1930-cu illərdə əks istiqamətə çevrilərək avtoritar sağçı partiyaları dəstəkləməyə başladıqları kimi bu gün də populist partiyaların iqtisadi ideologiyaları üst-üstə düşür.

1930-cu illərdə iqtisadi durğunluq və böhran Almaniyada Hitlerin, İtaliyada Mussolininin, İspaniyada isə Frankonun hakimiyyətə gəlməsinə gətirib çıxardı. Bu gün qeyri-liberal liderlər 1930-cu illərdəki sələfləri qədər zalım olmasalar da, onların iqtisadi korporatizmi və avtoritar üslubları oxşardır.Millətçi populizmin yenidən ortaya çıxması təəccüblü deyil: iqtisadi durğunluq, işsizlik səviyyəsinin yüksək olması, artan bərabərsizlik və yoxsulluq, miqrant və azlıqların iş yerlərini və gəlirləri ələ keçirəcəkləri qorxusu bu cür qüvvələrin artmasına səbəb olub. Qloballaşma və bununla birlikdə əmtəə, xidmət, kapital, işçi qüvvəsi və texnologiyanın daha sərbəst hərəkətinə qarşı sərt reaksiyanın özü də qeyri-liberal demaqoqların artmasında rol oynayıb.

İqtisadi zəiflik davamlı hal alarsa, məşğulluq səviyyəsi və əmək haqları isə artmazsa, populist partiyaların hakimiyyətə yaxınlaşdığı Avropa ölkələrinin də sayı artar. Daha pisi isə, Yunanıstanın avrozonadan çıxmasının, nəhayət, domino effekti verməsi ilə avrozona yenidən parçalanma təhlükəsi ilə üzləşə bilər. Ya da Britaniyanın Avropa İttifaqından çıxması ilə Aİ də eyni risklə qarşılaşa bilər. Birləşmiş Krallıq, İspaniya və Belçika kimi bəzi ölkələrin isə özlərinin parçalanması kimi başqa risklər də yarana bilər.

1930-cu illərdə Böyük Böhran Avropa və hətta Asiyada hakimiyyətə avtoritar rejimləri gətirdi və nəticədə İkinci Dünya müharibəsi başladı. Bu gün qeyri-liberal dövlət kapitalizmi və liderlərinin yenidən ortaya çıxmasının müharibəyə səbəb olmasından söhbət gedə bilməz, çünki Avropada hələ də liberal demokratiyaya, aydın iqtisadi siyasətə və güclü rifah sisteminə sadiq olan mərkəz-sağ və mərkəz-sol hökumətləri üstünlük təşkil edir. Ancaq hal-hazırda güclənməkdə olan populizmin zəhərli təsiri Pandoranın qutusunu açaraq gözlənilməz nəticələr verə bilər.Qeyri-liberal rejimlərin artması avrozona və ya Aİ-nin parçalanmasının qarşısının alınmasını daha da zəruri edir. Bunun üçün isə tələb, iş yerləri və artımı birləşdirən, gəlir və sərvət üzrə bərabərsizliyi azaldan, gənclər üçün iqtisadi imkanlar təmin edən qaçqın və iqtisadi miqrantlardan imtina etmək əvəzinə onları cəmiyyətə birləşdirən iqtisadi siyasətə ehtiyac var. Yalnız cəsur şəkildə siyasət yeritməklə Avropanın dünyəvi durğunluq və millətçi populizmə daha da yaxınlaşmasının qarşısını almaq mümkündür. Qorxaqlıq isə ötən beş il ərzində olduğu kimi yalnız riskləri artıra bilər.

Qətiyyətsizlik, nəticə etibarilə, Aİ kimi sülhsevər, qlobal səviyyəli, fövqəlmilli bir qurumun çökməsinə, antiutopik millətçi rejimlərin isə artmasına gətirib çıxaracaq. Bəzi bədii əsərlərdə bu cür rejimlərin hakimiyyətdə olduğu yerlər öz əksini tapıb. Buna misal olaraq, Corc Ourellin "1984", Oldos Hakslinin "Cəsur Yeni Dünya" və Mişel Uelbekin "İtaətkarlıq" adlı son romanını göstərə bilərik.
Avropa Birliyi siyasətini dəyişməsə, işğalçılığı və müstəmləkəçilik cəhdlərini demokratiya, azad seçkilər və insan haqları sözləri ilə pərdələməkdən vaz keçməsə, antiutopik janrdakı romanların süjetlərinin reallaşdığı yer olacaq.


Orxan Hun
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor